Məhkəmə qərarları › İş №2(102)-7052/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7052/2021

20.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7052/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: şəhadətnamənin ləğvi, iddiaya cavab verməli olan şəxs, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-415/20 21 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Xızı rayonunun Qarabulaq kəndində yerləşən fərdi yaşayış evini 15 aprel 2016-cı il tarixdə Cavabdeh1 (bundan sonra – cavabdeh) Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında almış və həmin fərdi yaşayış evi 27 may 2016-cı il tarixdə mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin həyətyanı 0,12 ha torpaq sahəsi Xızı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 14 nömrəli q ərarı ilə cavabdehdən əvvəlki mülkiyyətçiyə, yəni X2 verilmiş və sonuncunun adına torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 19 noyabr 2001-ci il tarixdə JN seriyalı, 022A nömrəli, 30607018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X4 12 yanvar 2004-cü il tarixdə vəfat etmişdir. İddiaçı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, İdarənin 07 oktyabr 2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, kadastr məlumat bazasına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sa həsi vətəndaş X2 məxsus JN-022A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün ərizənin icrası mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə və Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 14 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinin mərhum X1 mülkiyyətinə verilməsinə dair JN seriyalı, 022A nömrəli, 30607018 kodlu şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evini aldıqdan sonra ev onun istifadəsinə verilmiş və ona mülkiyyət hüququnu təsdiq e dən çıxarış verilmişdir. Ev daimi yaşayış üçün bir o qədər də yararlı olmadığından həmin evdə tikinti-bərpa işləri aparmış, bundan sonra arvadı ilə birlikdə həmin evə köçmüş və bu günə kimi də orada yaşayır. Hazırda qanuni əsaslarla aldığı və tikintisini başa çatdırdığı həmin ev yaşayış üçün tam yararlı vəziyyətdə olmaqla, onun mülkiyyətindədir və həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi yaşayış sahəsi 82,6 kv.metrdir. Bir müddət həmin evdə yaşadıqdan sonra isə bilmişdir ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində də mülkiyyət hüququ qeydiyyata alınmalı və tanınmalıdır. Fərdi yaşayış evini cavabdehdən həyətyanı torpaq sahəsi ilə birlikdə aldığından, Notariat Kontorunda evə dair alqı-satqı müqaviləsi bağlanarkən elə bilmişdir ki, həyətyanı torpaq sahəsi də onun adına rəsmilə şdirilmişdir. Həmin həyətyanı torpaq sahəsinə hər hansı bir şəxsin iddialı olmadığını nəzərə alaraq, torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Daha sonra, fərdi yaşayış evinin ilk mülkiyyətçisi olmuş mərhum Bəsti Rəfiyevanın hüquqi varisi olan ikinci cavabdehin yaşadığı ünvanı müəyyən etmiş, lakin sonuncu vaxtının olmadığını bildirərək, notariusa getməkdən imtina etmişdir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə, eləcə də torpağın iddiaçının adına keçirilməsinə etiraz etmədiyini bildirmiş dir. İkinci cavabdeh məhkəməyə teleqram ünvanlayaraq hazırkı iddia ilə əlaqəsi olmadığını bildirmişdir. Xızı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(068)85/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 14 nömrəli qərarının iddiaçı tərəfindən mübahisələndirilməsinə dair məhkəməyə hər hansı bir sübut və ya sənəd təqdim edilməmişdir. Həmin qərarın hazırda da qüvvədə olması işin materialları ilə təkzib olunmur. Belə olan halda, mübahisəli daşınmaz əmlaka münasibətdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən və ya ləğv ed ən şəxs olmadıqlarından onlar iddiaçı qarşısında hər hansı öhdəlik daşımırlar və hazırkı iş üzrə əsl cavabdeh deyillər. İddiaçının hazırkı hərəkətlərinə hüquqi ixtiyarı olsa da, bunu cavabdehlərdən tələb etməsinə əsas yoxdur. X3 Xızı rayonunun Qarabulaq kəndi ərazisində 0,12 ha torpaq sahəsinin ayrılmasına dair Xızı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 14 nömrəli qərarı iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, eləcə də, ləğv edilməməklə hazırda da qüvvədə olduğundan, iddiaçı hazırkı tələb ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 5.3, 48, 49.1, 50.3, 52.5-ci, Azərbaycan Respublikası İn zibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.0.2, 2.2.1, 2.2.2-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə çıxarılmış qətnamə qanunsuz və əsassızdır. Məhkəmə işin faktiki hallarını araşdırmamış, cavabdehlər tərəfindən verilmiş teleqramları məhkəmə iclasında el an etməmiş, cavabdehlərin teleqramlarla iddianı müdafiə etmələrini nəzərə almamış, onun mübahisə ilə bağlı verdiyi vəsatətlərini təmin etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-415/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının hazırkı tələbini rədd edərkən məhkəmə düzgün nəticəyə gəlmişd ir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdir və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iş üzrə cavabdehlərə qarşı iddia qaldırmağa subyektiv hüququ vardır. Belə ki, cavabdehlərdən Cavabdeh2 əvvəlki mülkiyyətçinin hüquqi varisidir, digər Cavabdeh1 isə evi iddiaçıya satarkən torpaq sahəsinin ona aid olmadığını bildirməmişdir. Digər tə rəfdən, sonuncu, iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə isə bunu nəzərə almamışdır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarını düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, qətnamənin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü mad dəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Hər bir tərəf öz tələ blərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir (maddə 48). Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur (maddə 49.1). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (maddə 50.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslər dən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-415/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar