Məhkəmə qərarları › İş №2(102)-7054/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7054/2021

16.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7054/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 Rauf oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracların, hərracın keçirilməsinə dair tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh1 MMC-nin vəkili Vəkil2, Cavabdeh2 Rauf oğlunun iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-989/2021 nömrə li iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş Hərrac təşkilatının Hərracın yekunları barədə 41 saylı protokolundan görünür ki, 08 iyun 2020-ci il tarixdə saat 11:00-da ½ hissəsi X3, ½ hissəsi Cavabdeh2 Rauf oğluna məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair hərrac keçirilmiş, hərraca çıxarılan obyektin satış qiyməti 30% endirimlə 19600 manat müəyyən olunmuşdur. Hərracda Cavabdeh2 Rauf oğlu qalib gəlmişdir. Hərracın yekunları üzrə əmlakın 08.06.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Rauf oğlu ½ hissəsi X3 məxsus olan ünva n 1 ünvanında yerləşən 9 saylı mənzili 19600 manat ödəməklə hərracdan almışdır. Bildirişlərlə müəyyən olunur ki, ½ hissəsi X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair 24.02.2020-ci il, 06.03.2020-ci il, 18.03.2020-ci il, 24.04.2020-ci il, 11.05.2020-ci il və 08.06.2020-ci il tarixlərdə olmaqla 6 (altı) dəfə hərrac keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə keçirilən hərracın yekunları barədə 41 saylı protokolun və həmin protokol əsasında tərtib olunmuş 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı sı barədə müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə idda ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” qanunun tələblərindən irəli gəlmir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” qanunun 43.8-ci maddəsində yalnız 2 hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Halbuki, hazırki əmlakla əlaqədar 5 dəfə hərrac keçirilmişdi r. Belə ki, İ hərrac - 24 fevral 2020-ci il, İİ hərrac - 06 mart 2020-ci il, İİİ hərrac - 06 aprel 2020-ci il, İV hərrac 11 may 2020-ci il, sonuncu hərrac olan V hərrac isə 08 iyun 2020-ci il tarixində keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə 41 saylı protokolun və həmin protokol əsasında tərtib olunmuş 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2019cu il tarixli, 2-(060)-2178/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 mənə qarşı iddia ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.07.2017 -ci il tarixli, 2(105)- 2100/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 03.04.2003-cü il təvəllüdlü X1 və 30.07.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iki uşağa görə onun əmək haqqının üçdə bir hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Belə ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 21 yanvar 2020-ci il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 19.07.2017-ci il tarixli, 2(105)-2100/2017 saylı qətnaməsi tərəfindən guya icra olunmadığına görə ½ hissəsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş 08 iyun 2020-ci il tarixli, 41 saylı hərracın yekun larına dair protokol və həmin protokoldan irəli gələn əmlakın alqı-satqısı barədə 08 iyun 2020-ci il tarixli müqavilə ilə Cavabdeh2 satılmışdır. Həmin protokol və müqavilə əsassızdır, çünki 14 fevral 2019-cu il tarixindən oğlu X4 və 20 mart 2020-ci il tarixindən qızı X6 onun yanında qaldıqlarına görə aliment məbləğinin cavabdehə ödənilməsi üçün zərurət də qalmamışdır. Buna görə də, onun heç bir borcunun qalmamasına baxmayaraq, mülkiyyətində olan əmlak əsassız olaraq başqasına satılmışdır. Bundan əlavə, hərracın keçirilməsi barədə ona məlumat nə sifarişli poçt məktubu ilə, nə də elektron poçt vasitəsilə göndərilmişdir. Həmçinin, Cavabdeh2 əmlakı hərraca çıxarılarkən onun mülkiyyətçi olduğunu və hərracın keçirilməsindən xəbəri olmadığını biləbilə əmlakı əldə etdiyinə görə vicdanlı əldə edən sayıla bilməz, bu səbəbdən də alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva, iş № 2(060)-5216/2020) iddia təmin edilərək, Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə ½ hissəsi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokol və onun əsasında bağlanmış 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi ½ hissəsi X3 məxsus olan ünvan 1 ünvanında yerlə şən 9 saylı mənzilə dair 24.02.2020-ci il, 06.03.2020-ci il, 18.03.2020-ci il, 24.04.2020-ci il, 11.05.2020-ci il və 08.06.2020-ci il tarixlərdə olmaqla iki dəfədən çox hərrac keçirilməsinə istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal əsaslıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqe analoji qaydada hazırki iş üzrə icra icraatı zamanı keçirilmiş hərraca da tətbiq olunmalıdır. Belə ki, icra icraatı zamanı hərracların keçirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən hərracların sayı, hərrac baş tutmadıqda təkrar hərracın keçirilməsi, hərrac predmetinin ilkin satış qiymətinin nə qə dər azaldılmasının mümkünlüyü icra haqqında qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Cavabdeh1 MMC məhkəməyə ünvanladığı iddia tələbinə etiraz ərizəsində də mübahisəli əmlak üzrə dəfələrlə (iki dəfədən çox) hərrac keçirilməsini bildirmiş, bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırki iş üzrə Cavabdeh1 MMC mübahisə predmeti - ½ hissəsi iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair 6 dəfə hərrac keçirməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli qərarının və hərracların keçirilməsi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-989/2021) cavabdehlər Cavabdeh2 Rauf oğlu və Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5216/2020 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə ½ hissəsi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5/18 saylı evin 9 saylı mənzilinə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokol və onun əsasında bağlanmış 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı -satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MMC-dən (hazırda "xxxx" MMC) və Cavabdeh2 Rauf oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, apelyasiya şikayətlərinin verilməsi üçün cavabdehlərin ödədikləri dövlət rüsumları onların özünə aid edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, digər hallardan fərqli olaraq qanunvericilikdə ipoteka predmeti olan əmlakların hərracdan satışı üçün onun realizəsini daha asan edən prosedurun nəzərdə tutulması ipotekanın əvvəlcədən tərəflərin könüllü razılığı əsasında öhdəliyin icrasının təminatı vasitəsi kimi qoyulmasından, habelə verilmiş kreditlərin vaxtında geri qaytarılmasını təmin etməklə, dövlətin mühüm iqtisadi dayaqlarından biri olan bank sisteminin fəaliyyətinin sabitliyinin qorunmasına olan zərurətdən irəli gəlir. İpoteka predmeti olmayan əmlaklara icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə “İcra haqqında” Qanunun və Mülki Məcəllənin müvafiq müddəaları ilə tənzimlənir. Həmin qanuna əsasən “İpoteka haqqında” Qanundan fərqli olaraq hərracın bir neçə dəfə keçirilməsi, habelə qiymətin azaldılması kimi şərtlər birbaşa nəzərdə tutulmamışdır. Bununla belə qanunverici hərracın keçirilməsinin vaxtını iki aylıq müddətlə məhdudlaşdırmışdır. Göründüyü kimi, Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53-cü maddələri ilə icra sənədi üzrə borcun icra qaydasında üzərinə həbs qoyulmaqla ipoteka predmeti olmayan əmlaka yönəldilməsi, habelə hərracın keçirilməsi prose duru “İpoteka haqqında” Qanundakı qaydalardan fərqlidir. Bu baxımdan icra icraatı qaydasında borclunun ipoteka predmeti olmayan əmlakına borcun yönəldilməsi zamanı “İpoteka haqqında” Qanunda müəyyən edilmiş şərtlərlə keçirilməməsi səbəbilə hərrac etibarsız sayıla bilməz. İddiaçı və cavabdehlərdən E.R.Abdullayev 25.02.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan 03.04.2003-cü il təvəllüdlü X8 və 30.07.2006-cı il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. Sonradan onların nikahları pozulmuş və hər iki uşaq atalarının yanında qalmışdır. Tərəflər arasında alimentlə bağlı mübahisələr olmuş və son nəticədə Sumqayıt Apelyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(105)-2100/2017 saylı qətnaməsilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər M əhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi hər uşağa görə 136,6 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmiş, həmin məbləğ 100 manat həddində, iki uşağa görə cəmi 200 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, alimentin tutulma vaxtı 13.02.2017-ci ildən hesablanmalıdır. Qətnamə dərhal qüvvəyə minmiş və icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 04.12.2017-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(105)-2100/2017 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin 1/2 hissəsi X3, 1/2 hissəsi Cavabdeh2 Rauf oğluna məxsusdur və bu barədə RX ******* saylı, 09.07.2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir. İcra sənədi üzrə borclu İddiaçı alimenti ödəmədiyindən onun Cavabdeh2 12.04.2019-cu il tarixinə 5200 manat borcu yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 8(105)-1471/2018 saylı qərardadı ilə icra məmurunun təqdimatı təmin edilərək, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərinə həbs qoyulmuş, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilmişdir. "xxxx" MMC-nin 17 aprel 2019-cu il tarixli hesabatı ilə mütəxəssis tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili 28000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunduğu kimi, mübahisəli mənzil bərab ər paylı mülkiyyətdə olduğundan icra sənədi üzrə borclu İddiaçı bu mənzilindəki payına uyğun hissəsinin qiyməti də 14000 manat müəyyən olunur. Yaranmış aliment borcunun təmin edilməsi məqsədilə icra məmurunun Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-ci il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu ilə mübahisəli mənzil tam şəkildə, yuxarıda qeyd olunmuş qiymətlə açıq hərraca çıxarılmış, hərrac proseduru Cavabdeh1 MMC-də həyata keçirilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, icra və hərrac prosesində bir sıra normalar pozulmuşdur. “İcra haqqında” Qanunun 53-cü maddəsinin şərtlərinə görə borcluya məxsus üzərinə həbs qoyulmuş əmlak ilk öncə tələbkara təklif edilməlidir. Hazırkı iş üzrə icra məmurunun tələbkar E.R.Abdullayevə belə bir təklifi, həmçinin onun bu t əklifdən imtinası iş materiallarında mövcud deyildir. Bundan başqa, daha öncə qeyd olunduğu kimi İddiaçı mübahisəli mənzildəki payının üzərinə 21 dekabr 2018-ci il tarixində həbs qoyulmuş, 17 aprel 2019-cu il tarixdə qiymətləndirmə olmuş, icra məmuru mübahisəli əmlakın hərrac vasitəsilə satılmasını hərrac təşkilatına 21.01.2020-ci il tarixdə sifariş etmiş, hərrac təşkilatı isə onu 08.06.2020-ci il tarixdə reallaşdırmış, bununla da qanunda nəzərdə tutulmuş müddət və prosedur qaydalarına əməl edilməmiş, “İcra haqqında” Qanunun 53-cü maddəsinin daha öncə sadalanan tələbləri kobud surətdə pozulmuşdur. Digər tərəfdən, işdən görünür ki, mübahisəli mənzil məhz hərrac vasitəsilə tələbkara satılmışdır, halbuki “İcra haqqında” Qanunun 53-cü maddəsinin tələbinə görə əmlak hərracda satılmadığı təqdird ə tələbkara təklif edilməlidir. Qeyd olunanlarla yanaşı, hərrac keçirilərkən digər pozuntulara da yol verilmişdir. Hərracın yekunları üzrə əmlakın 08.06.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Rauf oğlu ½ hissəsi X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili 19600 manat ödəməklə hərracdan almışdır. Mənzilin yarısının mülkiyyətçisi olan E.R.Abdullayevin mənzilin tam qiymətini ödəməklə onu əldə etməsi absurddur. Çünki mülkiyyətçinin özünə məxsus payını yenidən satın alması ağlabatan sayıla bilməz. İcra sənədi üzrə tələbkar mənzilin hərracdakı qiymətinin yarısını, yəni 9800 manatı (19600/2) ödəməklə borclunun payını əldə etməli idi, lakin iş materiallarından görünür ki, hərrac təşkilatı paylı mülkiyyətdə olan əmlakın tam dəyərini mülkiyyətçiyə ödətməklə alqı-satqı etmişdir. Bu hal isə hərracın formal keçirilməsinə dəlalət edir. İş materialları ilə hərrac keçirilən zaman borclunun 5200 manat aliment borcu olduğu müəyyən edilir. Yarı hissəsi ona məxsus əmlakın hərrac vasitəsilə satılmasından sonra qalan vəsaitin borclu şəxsə qaytarılıb-qaytarılmaması barədə də işdə hər hansı məlumat yoxdur. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, icra sənədi üzrə tələbkar Cavabdeh2 qanuni prosedurlara riayət etməklə mənzili tamamilə öz mülkiyyətinə keçirərdisə, bu zaman ən azı 4600 manat pul keşmiş paylı mülkiyyətçi, yəni borclu İddiaçı qaytarılmalı idi. Mülkiyyətçinin öz mülkiyyətindən bu şərtlərlə məhrum edilməsi, məhkəmə kollegiyasının qənaətinə görə qanunsuzdur. Qüvvədə olan qanunvericilik bunun qadağan etsə də, icra məmuru aliment borcu üzrə t ələbi icra sənədi üzrə borclunun yeganə yaşayış sahəsinə yönəltmiş, onun hərracda satılmasını sifariş vermiş, hərrac təşkilatı isə şəxsin yeganə yaşayış sahəsini özgəninkiləşdirmiş, bunun nəticəsində isə İddiaçı yeganə yaşayış sahəsindən məhrum olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 MMC (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)989/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şik ayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 MMC-nin vəkili Vəkil2 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabdeh2 Rauf oğlunun izahatını dinləməmişdir. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 MMC kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin qanuniliyi Cavabdeh1 MMC-nin şikayəti əsasında yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 415-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın pr edmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərra cın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzin i ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxar ılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələb kara) qaytarılır. 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri il ə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-989/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar