Məhkəmə qərarları › İş №2(102)-7058/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7058/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7058/2021 01.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsindən, eləcə də ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə bi rlikdə çıxarılmaqla, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 saylı qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(105)-2484/2021 nömrəli qətnaməsi ilə (hakimlər T.Quliyev, F.Tağızadə, L.Məmmədova) cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti 01.10.2021-ci il tarixdə tərtib edilmiş, 07.10.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Lakin, kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tə ləblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron mə hkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. MPM-nin 408.1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassa siya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1, 408.1.7, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2484/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar