Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-706/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, “xxxx” MTK-nın vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı “fərdi yaşayış evinin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Tanrıverdiyev) iddia qismən təmin edilmiş, İddiaçı sahibliyində və istifadəsində olmuş Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, yeni çoxmənzilli yaşayış kompleksinin tikilməsi ilə əlaqədar sökülməsi nəticəsində kompensasiya olaraq 104,4 kv.m. sahənin hər kvadrat metri üçün 1500 manat məbləğində pul vəsaitinin, vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq 1000 manat məbləğində pul vəsaitinin, hüquqi xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 500 manat məbləğində ödəniş haqqının və dövlət rüsumu kimi ödənilmiş 31 məbləğində pul vəsaitinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli C əmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı iddiasının təmin olunmuş hissəsində ləğv edilmiş, İddiaçı iddia tələbləri Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində 104,4 kv.m. sahənin hər kvadrat metri üçün 1500 manat, mənəvi zərərə görə 1000 manat, hüquqi xidmət müqaviləsinə görə 500 manat və dövlət rüsumuna görə 31 manat məbləğində vəsaitin cavabdeh “xxxx” MTK-dan onun xeyrinə tutulmasına aid hissədə də rədd edilmiş dir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən E.Vəliyeva, hakimlər Q.Əsgərov və G.Quliyev) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-7327/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və A.Hüseyn) “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinin qismən, yəni İddiaçı iddiasının təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətn amə qəbul edilməklə İddiaçı iddia tələblərinin Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində 104,4 kv.m. sahənin hər kvadrat metri üçün 1500 manat, mənəvi zərərə görə 1000 manat, hüquqi xidmət müqaviləsinə görə 500 manat və dövlət rüsumuna görə 31 manat məbləğində vəsaitin cavabdeh “xxxx” MMC-dən tutulmasına aid hissədə təmin olunmaması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınla şdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşmiş, ümumi sahəsi 104,4 kv.m. təşkil etmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən sökülməsi, qanuni şəkildə tikintisinə icazə verilmiş ümumi sahəsi 121,5 kv.m. təşkil edən qeyri-yaşayış binası - mağazanın cavabdehlər tərəfindən sökülməsi, həmin fərdi yaşayış evinin və mağazanın yerləşdiyi, söküntüyə qədər istifadələrində olan 413,3 kv.m. torpaq sahəsinin cavabdehlər tərəfindən ödənişsiz şəkil də alınması ilə əlaqədar olaraq 360000 manat məbləğində, vurulmuş mənəvi zərərə görə 200000 manat məbləğində kompensasiyanın, hüquqi xidmət müqaviləsinə əsasən tərəfindən ödənilmiş 500 manat məbləğində ödəniş haqqının və 31 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun - ümumilikdə cəmi 560531 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən ünvan 3 ünvanda yerləşən özəlləşdirilmiş 1,04643 ha torpaq sahəsində hündürmərtəbəli kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün «X2” MMC-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli Sərəncamının mə zmunundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli Sərəncamı «xxxx» MTK-nın adına rəsmiləşdirilmiş və ayrılmış torpaq sahəsinə bitişik, əlavə olaraq 2,84357 ha torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və torpaq sahəsinin ümumi ölçüləri dəqiqləşdirilərək 3,89 ha müəyyən edilmişdir. Həmçinin o da mübahisı olunmur ki, Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, xx xxxx 2017-ci il tarixli Sərəncamı ilə, Səbail rayonu, G.Əliyev küçəsi 9 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 1 və 2 mərtəbəli yaşayış binalarının söküntüsünün «xxxx» MTK tərəfindən yerinə yetirilməsi və həmin kooperativə sahəsi 3,89 ha olan ərazidə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisinə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının «xxxx» MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə iddiaçı ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən sərəncamlarla «xxxx» MTK-ya ayrılmış ərazidə yerləşən hüquqi statusa malik olmayan fərdi yaşayış evində yaşamışdır. Belə ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1996-cı ilin iyun ayında tərtib edilmiş və xx.xx.1999-cu il tarixdə korrektə edilmiş «Fərdi yaş ayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»na əsasən həmin fərdi yaşayış evi 413.3 kv.m. torpaq sahəsində yerləşməklə, «A», «B», «V», «Q» tikililərindən ibarət olmuşdur. «A» tikilisi (yaşayış evi) 78,8 kv.m., «B» tikilisi (kladovaya) 6,3 kv.m., «V» tikilisi (saray) 19,3 kv.m. təşkil edir. «Q» tikilisi taxta tikilidir. Texniki Pasport Cavabdeh2 xx.xx.1996-cı il tarixli məktubuna əsasən tərtib edilmişdir. Bundan başqa o da mübahisə edilmir ki, «xxxx» MTK aralarında olan mübahisənin həlli üçün iki dəfə iddiaçıya təklif göndərmiş, sonuncu bu təkliflərdən imtina edərək hazırkı iş üzrə iddianı vermişdir. Belə ki, «xxxx» MTK tərəfindən əvvəlcə İddiaçı, Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanda yerləşən özbaşına tikili olan evinin əvəzində “xxxx” MTK tərəfindən qarşılıqlı razılaşmay a əsasən ünvan 5 ünvanda inşası yekunlaşmaqda olan 17 mərtəbəli yaşayış binasının B2 girişinin 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 64,1 kv. metr olan 173 saylı mənzil ayrılmışdır. Bundan sonra «xxxx» MTK tərəfindən İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanda yerləşən sökülmüş özbaşına tikili olan evinin əvəzində “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 7 ünvanda tikilməkdə olan 17 mərtəbəli yaşayış binasının B1 girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,6 kv. metr olan 1 saylı mənzili təklif edilmişdir. Bununla yanaşı işin mübahisə edilməyən hallarına görə iddiaçı ilə «xxxx» MTK arasında ilkin razılaşma olmuş, iddiaçı evi boşaldaraq başqa ünvana köçmüş və ona MTK tərəfindən kirayə haqqı olaraq 300 manat məbləğində pul ödənilmişdir. İddiaçı bildirir ki, Ba kı şəhəri, Səbail rayonu, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla 1963-cü ildə inşa edilmişdir. Evin və evin yerləşdiyi torpaq sahəsinin ilkin hüquq müəyyən edən sənədləri olmasa da, 54 il mövcud olmuş və dövlət tərəfindən işıq, su, qaz, kanalizasiya və s. ilə təmin edilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.1996-cı il tarixli məktubla o dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparan orqana, yəni Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə sifariş verilmiş və həmin sifariş əsasında 1996-cı ilin iyun ayında «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» tərtib edilmiş, bundan 3 il sonra 1999-cu ilin 23 iyun tarixində-həmin texniki pasport dəyişdirilərək dəqiqləşdirilmişdir. Texniki pasportda əks edilmiş ölçülər ə əsasən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 413,3 kv.m. təşkil edir. Bundan 108.4 kv.m. hissəsi tikintialtı sahədir. Texniki pasportun “Tikintilərin və qurğuların xarakteristikaları” bölməsində əks olunmuş məlumatlara əsasən, fərdi yaşayış evi “A”, “B”, “V”, “Q” tikililərdən ibarət olmuşdur. “A” tikilisi (yaşayış evi) 78,8 kv.m, “B” tikilisi (kladovaya) 6.3 kv.m., «V» tikilisi (saray) 19,3 kv.m. təşkil edir. Beləliklə, tikililərin faydalı sahəsinin 78,8+6,3+19,3 =104,4 kv.m. təşkil etdiyi məlum olur. Eyni zamanda fərdi yaşayış evinin elektrik, su, kanalizasiya, istilik və qaz təchizatı ilə təmin edildiyi də bu bölmədə təsdiqlənir. Beləliklə, faktiki olaraq, istifadəsində olan 413,3 kv.m. torpaq sahəsində yerləşən, faydalı sahəsi 104,4 kv.m. təşkil edən tiki lilərdən ibarət olan fərdi yaşayış evi 50 ildən artıq mövcud olmuşdur. 2016-cı ildən ərazidə söküntü işlərinə başlanmış, sakinlərə müxtəlif ölçülərdə evlərinə uyğun olaraq mənzillər təklif olunmuşdur. 2017-ci ilin fevral ayının sonlarında ona məxsus fərdi yaşayış evinin də sökülməli olduğu cavabdeh təşkilatın nümayəndələri tərəfindən şifahi olaraq bildirilmiş və əvəzində ona yaxınlıqda tikilməkdə olan binada 64 kv.m. sahəsi olan mənzil təklif edilmişdir. Təbii ki, bunu qəbul etməmiş və texniki pasportun surətini təqdim edərək, elə texniki pasportun göstəricilərinə əsasən, tikilidə 104.4 kv.m. faydalı sahənin sahibliyində olduğunu, eləcə də 413.3 kv.m. torpaq sahəsinin istifadəsində olduğunu bildirmiş və təklif olunan mənzilin daha kiçik olduğu, onun faktiki şəraitinin əvvəlkindən əsaslı dərəcədə pisləşdirilmiş olacağını nümayəndələrin nəzərinə çatdırmışdır. Bundan sonra, cavabdeh təşkilat tərəfindən 64 kv.m.-lik mənzilin əvəzinə ona 74 kv.m.-lik mənzil təklif edilmişdir. O, bu təkliflə də razılaşmamışdır, belə ki, elə ancaq tikililərin faydalı sahəsi 104.4 kv.m. olduğu halda, bunun əvəzinə 74 kv.m. olan mənzilin təklif edilməsi ədalətsizdir. Eyni zamanda, fərdi yaşayış evində özü, həyat yoldaşı, ailəli olan oğlu öz ailəsi, yəni həyat yoldaşı və övladı ilə və ailə qurmağa hazırlaşan ikinci oğlu yaşayırlar. Evin otaqlarından biri təcrid olunmuş şəkildə ayrı girişə malik idi və oğlu ailəsi ilə birlikdə orada yaşayırdı. Şərait olaraq sahibliyində olan ev ailə tərkiblərinə uyğun idi. Təklif olunan mənzil isə, iki otaqdan ibarət olmaqla inşa edilməlidir ki, həmin iki otaqla alt ı nəfərin yaşaması mümkün deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu altı adam faktiki olaraq iki ailədir. Digər subay oğlunun isə belə olan halda ailə qurması ümumiyyətlə mümkünsüz olacaq, çünki, onların başqa evləri yoxdur və ev almaq imkanları da yoxdur. Bu deyilən arqumentlərinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən kompensasiya ödənilməsi, yaxud razılaşdırılmış formada kompensasiya əvəzinə yaşayış sahəsi verilmədən, yerli icra hakimiyyəti orqanlarının və hüquq-mühafizə orqanlarının iştirakı və dəstəyi ilə əşyaları zorla çıxarılmış və evləri sökülmüşdür. Əvəzinə 74 kv.m. sahəsi olan mənzilin guya tərəflərindən alınması ilə bağlı müqaviləni imzalamaq təklif olunmuşdur ki, bu təklifdən imtina etmişdir. Hal-hazırda kirayədə yaşayır. O, etiraf edir ki, kirayə tutduqları evin ilk a yı üçün 300 AZN məbləğində kirayə haqqı cavabdeh tərəfindən ödənilmişdir. Lakin, bu ödənişin davam etməyəcəyinə əmindir. Belə ki, cavabdeh tərəfin şərti 74 kv.m. sahəsi olan mənzili qəbul edəcəkləri halda, həmin mənzil tikilib istifadəyə verilməli olan 12 ay ərzində bu ödənilmələrin edilməsindən ibarətdir. Onlar mənzili qəbul etmədiyi üçün, kirayə haqlarının da cavabdeh tərəfindən ödənəcəyinə inanmır. Alınan torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə 300 000 manata qədər dəyəri var. Belə ki, 413 kv.m torpaq sahəsində 104.4 kv.m fərdi yaşayış evi tikilisindən başqa qeyri-yaşayış binası – mağaza da mövcud olmuşdur ki, söküntü zamanı həmin tikili də dağıdılmışdır. Mağazanın ümumi sahəsi 121,5 kv.m təşkil etmişdir. Mağazanın tikintisinə elə Cavabdeh2 xx xxxx 1994-cü il tarixli sərəncamı ilə icazə verilmişdir. Həmin mağaza ilə bağlı məhkəmə qətnaməsi mövcuddur və qətnamənin məzmunundan mübahisəli ünvanda onlara məxsus olan mağazanın mövcud olduğu təsdiqlənir. Cavabdehin nümayəndəsi bildirir ki, təmsil etdiyi mülki iş üzrə cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqazidd hərəkətə yol verilməmiş, habelə qeyd olunan tələb əsaslı olmadığından, iddiaçıya müvafiq məbləğdə kompensasiya ödənildiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli Sərəncamları, eləcə də Cavabdeh2 başçısının xx.xx.2017-ci il tarixli Sərəncamları əsasında Səbail rayonu ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan C.Əliyev küçəsi 9 ünvanında yerləşən 1-2 mərtəbəli binaların söküntüsünün “xxxx" MTKya həvalə edilməsi və Kooperativə ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisinə icazə verilmiş, həmiçinin ərazidəki yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, köçürülən sakinlərin müvəqqəti kirayə edilən mənzillərdə yerkləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi və onlara yeni tikiləcək yaşayış binasinda müvafiq qaydada mənzillərin verilməsinin Kooperativə tapşırılmışdır. Sərəncamlardan doğan vəzifələr onlar tərəfindən həyata keçirilməyə başlamış və Cavabdeh2 vəzifəli şəxsləri ilə birlikdə xeyli müddət ərazidə yaşayan sakinlərlə dəfələrlə görüşülmüş, onlara izahatlar verilmiş və sakinlər ərazini boşaltdıqdan sonra orada yerləşən xeyli sayda özbaşına tikililər sökülm üş, sakinlər müvəqqəti kirayə edilən mənzillərlə təmin edilmiş və onlara G.Əliyev 9 ünvanda tikilməkdə olan 17 mərtəbəli müasir yaşayış binasından müvafiq mənzillər ayrılmışdır. O cümlədən İddiaçı də ona edilən təkliflə razılaşmış və evini boşaldaraq köçmüş və ona MTK tərəfindən 64,1 kv.m. sahəsi olan mənzil ayrılmışdır. Həmçinin sakinlərə onların xahiş ilə evlərində olan tikinti materiallarını satmaq və ya söküb aparmalarına lazımi şərait yaradılmış və onlar, o cümlədən İddiaçı də öz evinin az-çox yararlı tikinti materiallarını bu işlə məşğul olan xüsusi qruplara satmışlar və həmin qruplar evlərin lazım olan materialannı söküb daşıdıqdan sonra MTK ərazidə təmizlik işlərin aparımışdır. evindən zorla çıxarılması haqqında iddiası da yalandır. Belə ki, onunla aparılmış danışıqlar nəticəsind ə əldə edilən razılaşmaya əsasən o, evini boşaldaraq köçmüş və MTK-nın inşa etdiyi yeni binadakı mənzili ona təhvil verilənə qədər başqa ünvanda müvəqqəti yaşamasından ötrü X3 filialında şəxsi hesab açaraq, bank sənədlərini təqdim etmişdir. MTK həmin hesaba hər ay üçün 300 manat olmaqla, 900 manat pul köçürmüş və onlar həmin pulu almışlar, lakin sonradan onlar razılaşmanı pozaraq məhkəməyə müraciət etmişlər və onlara ayrılmış mənzilin sahəsinin onları qane etmədiklərini iddia edərək, MTK-dan külli miqdarda pul tələb etmişlər. Mənzildən və kirayə haqqından imtina etdiklərinə görə MTK bundan sonra şəxsi hesablarına hər ay 300 manat pul köçürməni müvəqqəti olaraq dayandırmışdır. Lakin o bəyan edir ki, Ə.Yusifimin mənzillə təmin ediməsi barədə razılaşma əldə edildikdən sonra, onunla bərabər ər azidən köçmüş digər vətəndaşlara yeni təmirli mənzillər təhvil verildiyi ana qədər olan müddətə İddiaçı kirayə haqqı ödəniləcəkdir. Hər hansı bir MTK-nın vətəndaşı yaşadığı evdən zorla çıxarması absurddur, çünki MTK nə inzibati resurslara, nə də zor gücünə malik deyildir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə sözügedən yaşayış sahəsi özütikmə olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipl əri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ ki mi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Broniovski Polşaya qarşı» işdə də Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da «mülkiyyət hüquqları» sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün «mülkiyyət» hesab edilə bilər. Hər bir konkret işdə araşdırmalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmı şdır ki, «tələb» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Avropa İnsan Hüquqları Məhkəməsi «X4rşı» işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən i barətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, xx xxxx 2017-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 85 saylı qərarı əsasında verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin qərarın tələblərini işə baxarkən nəzərə alınmamışdır. Belə ki, həmin qərarın 1, 1.1-1.3 bəndlərinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayon İcra Hakimiyyətlərinə aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə r azılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin halları baxımından iddiaçının mülkiyyəti sayılmalı olan mübahisəli yaşayış sahəsinin sökülməsinə səbəb kimi həmin evin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olmasına istinad etsə də, bu məsələni tənzimləyən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməməsinə qiymət verməmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi cavabdeh tərəfindən sökülmüş və buna görə də iddiaçının cavabdehdən evinin sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respub likası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin ə vəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Digər tərəfdən məhkəmə kollegiyası iddiaçının cavabdehin təşkilati hüquqi formasının səhv qeyd olunmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın adı düzgün qeyd edilmiş və yalnız onun təşkilati hüquqi forması səhv göstərilmişdir ki, bu da cavabdehin əslində başqa hüquqi şəxs olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “xxxx” MMC-nin ünva nına gedən məhkəmə bildirişləri çatdırılmış, bildirişlər alındıqdan sonra “xxxx" MTK-nin nümayəndəsi və vəkili məhkəmə iclaslarına gəlmiş, iddiaya etiraz etmiş, birinci instansiya məhkəməsinin gedişatında iştirak etmiş, müxtəlif yazılı və şifahi vəsatətlər və ərizələr vermişdir. Bundan sonra həm apellyasiya, həm kassasiya instansiyaları məhkəmələrində eyni vəziyyət davam etmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, torpaq sahəsi ilk olaraq “xxxx” MMC-nin adına ayrılmış, sonradan həmin torpaq sahəsi “xxxx” MTK-nin adına rəsmiləşmişdir. Bu rəsmiləşmə xx xxxxxx 2016-cı il tarixli Sərəncamla aparılmışdır və buna qədər MMC tərəfindən vətəndaşlara müqavilələr təqdim edildiyindən, iddia ərizəsində cavabdeh təşkilatın təşkilati-hüquqi forması MMC kimi göstərilmişdir. Bund an başqa işin hallarından göründüyü kimi işə ikinci apellyasiya baxışına qədər MTK özünün iş üzrə əsl cavabdeh olmadığını mübahisələndirməmiş, yalnız bununla bağlı irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, onların təşkilati-hüquqi forması MMC deyil MTK-dır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə koll egiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-706/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-706/2020
07.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver