Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-706/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2442/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh arasında 18 dekabr 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən iddiaçı qiyməti 25.445,24 manat olan, buraxılış ili 2013-cü il olan, **AB-*** dövlət qeydiyyat nişanlı, “Brilliance V5” Modelli avtomobili 18 dekabr 2017-ci ilədək ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli verilmiş və ödənişinin həmin cədvələ uyğun (hər ay 708 manat, sonuncu ayda isə 665.24 manat) aparılması nəzərdə tutulmuşdur. Qeyd olunan avtomobil təxminən 10 ay müddətində cavabdehin istifadəsində olmuş və sonra iddiaçıya qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə 5380 manat aylar üzrə əsas borcunun, 3596.64 manat cərimə borcunun, 350 manat ziyan borcu və inzibati xəta haqqında protokola əsasən yol hərəkəti qaydalarını pozmağa görə ödənilməmiş 260 manat cərimənin, cəmi 9586.64 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 Azerbaijanın 422 saylı arayışından görünür ki, “X3 Azerbaijan” avtomobil satış mərkəzinə məxsus buraxılış ili 2013-cü il olan, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı qəhvəyi rəngli V5 Brilliance Modelli avtomaşına baxış keçirilmiş və rənglənməli hissələrinin ziyan dəymiş məbləği 350 manat miqdarında hesablanmışdır. 18.12.2014-cü il tarixli Cavabdeh adına ola n 12 nömrəli alğı-satqı müqaviləsi üzrə 1 ədəd Brilliance V5, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşına olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.01.2015-ci il tarixdən başlayaraq 18.12.2017-ci il tarixə kimi hər ay 708 manat məbləğində pul ödəməlidir. Ödəniş cədvəli üzrə ilk bir ay ərzində ödənişi gecikdirmiş hər günə görə gecikmə məbləğinin 1%-i həcmində cərimə ödəməlidir. Ödəniş cədvəli üzrə növbəti aylar ərzində ödənişi gecikdirmiş hər günə görə gecikmə məbləğinin 2%-i həcmində cərimə ödəməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(004)-8934/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı avtosalonundan müqavilə əsasında götürdüyü buraxılış ili 2013-cü il olan, **-AB-*** dövlət qeydiyyat nişanlı qəhvəyi rəngli “Bril liance” modelli avtomobilin alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 5380.64 (beş min üç yüz səksən manat altmış dörd qəpik) manat əsas borc, 2000 (iki min) manat cərimə, 350 (üç yüz əlli) manat ziyan borcu, İnzibati Xəta haqqında Protokollara əsasən 260 (iki yüz altmış) manat yol hərəkəti qaydalarının pozmaya görə ödənilməmiş cərimə borcu, cəmi 7.990.64 ( yeddi min doqquz yüz doxsan manat altmış dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzi İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəflər arasında Brilliance V5, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 18 dekabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinin şərtlərini, həmin müqavilə üzrə məhkəməyə təqdim edilmiş ödəniş cədvəlini, X3 Azerbaijanın 422 saylı arayışını və mübahisəli avtomobi lə dair inzibati xəta haqqında protokolları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh İddiaçı avtosalonundan müqavilə əsasında götürdüyü buraxılış ili 2013-cü il olan, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı qəhvəyi rəngli Brilliance modelli avtomobilin alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 5380.64 manat əsas borc, 2000 manat cərimə borcu, 350 manat ziyan borcu, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati Xəta haqqında Protokoluna əsasən 260 manat Yol Hərəkəti qaydalarının pozmaya görə ödənilməmiş cərimə borcu İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq cavabdeh tələb edilən 3596.64 manat məbləğində cərimə borcunu azaldaraq 2.000 manat müəyyən etmişdir. Məhkəmə qətnaməsini Mülki Məcəllənin 38 5.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2, 448.1, 449.1, 449.4, 467, 741-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(004)-8934/2016 saylı qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı şirkətdən onun adına avtomobil alınmış və ilkin ödəniş kimi 5500 manat ödəmişlər. Avtomobilin onun istifadəsində olduğu dövr üçün, yəni 10 ay müddətində cəmi 10.000 manat şirkətə pul vermişdir. Devalvasiya olduğu üçün ödəniş etməyi çətinləşdi və buna görə də şirkətlə razılaşaraq maşını qaytarmışdır. Sonradan ondan məhkəmə qər arı ilə 8000 manata yaxın pul tutulduğu məlum olmuşdur. 5500 manat ödəməsi müqavilə şərtində göstərilməsə də, o, həmin pulu ödəmişdir. Çünki, pul ödənməsəydi avtomobili ona verməzdilər. Ödənişi etdikcə qəbzləri maşının “bardaçok”una qoymuş, maşını təhvil verəndə də qəbzlər maşınla birlikdə şirkətdə qalmışdır. 2015-ci ilin son aylarında avtomobili qaytarmışdır. Məhkəmə iclasında İddiaçı prezidenti X1 bildirmişdir ki, müqavilə 18 dekabr 2014-cü ildə bağlanmış, ilkin ödəniş 5500 manat olmuşdur. Həmin məbləğ kasko və icbari sığortaya, ƏDV-yə sərf edilmişdir. Bu pulun müqaviləyə heç bir aidiyyəti yoxdur. Belə ki, ilkin ödəniş avtomobilin müqavilədə nəzərdə tutulan qiymətinə daxil deyildir. Avtomobil 10 ay cavabdehin istifadəsində qalmış, bu müddətdə şirkətə cəmi 2408 manat ödənilmişdir. Radarın pulunu da onlar ödəmişdirlər. Daha doğrusu avtomobili alan yeni müştərinin ödədiyi puldan radarın pulunu çıxmışdırlar. Cavabdehin bacısı oğlu onların xəbəri olmadan maşını başqasına satmışdır. Cavabdeh ağsaqqaldır, gəlib xahiş edib ki, bacısı oğlu tutulmasını istəmir ki, onlar şikayət etsin. O, öz cibindən 3600 manat ödəmişdir ki, cavabdehin bacısı oğlunun maşını satdığı şəxsdən geri alsın. Kifayət qədər cavabdehə güzəşt etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 2(103)-2442/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(004)-8934/2016 saylı qətnaməsi ləğv ed ilmiş, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 18 dekabr 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən iddiaçı qiyməti 25.445,24 manat olan, buraxılış ili 2013-cü il olan, **-AB-*** dövlət qeydiyyat nişanlı, “Brilliance V5” Modelli avtomobili 18 dekabr 2017-ci ilədək ödəmək şərti ilə cava bdehə nisyə satmışdır. Cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli verilmiş və ödənişinin həmin cədvələ uyğun (hər ay 708 manat, sonuncu ayda isə 665.24 manat) aparılması nəzərdə tutulmuşdur. Müqavilədə nəzərdə tutulmasa da cavabdeh avtomobilə görə ilkin ödəniş kimi 5500(beş min beş yüz) manat ödəmişdir. Qeyd olunan avtomobil təxminən 10 ay müddətində cavabdehin istifadəsində olmuşdur. Bu göstərilənləri tərəflərin heç biri mübahisələndirmir. Cavabdeh iddiaçıya ilkin ödənişlə birlikdə 10000 (on min) manat ödədiyini bildirir, iddiaçı tərəf isə ilkin ödəniş kimi 5500 (beş min beş yüz) manatdan əlavə cəmi 2408 (iki min dörd yüz səkkiz) manat ödənildiyini etiraf edir. Əvvəla, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 449.1, 449.4 və 741-ci maddələ rinə istinad etsə də tərəflər arasında pul və borc (kredit) münasibətlərinin yarandığı işdən görünmür. Belə ki, iddia ərizəsindən və işdə olan digər sənədlərdən görünür ki, tərəflər arasında mübahisə predmeti olmuş avtomobilin nisyə alğı-satışından yaranan mülki hüququ münasibətlər olmuşdur. Ona görə də, tərəflər arasında yaranmış həqiqi münasibətləri dəqiq müəyyənləşdirmədən iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını da pozmuşdur. Mülki Məcəllənin 600.4-cü maddəsinin imperativ tələbinə əsasən əşyanı təhvil almış alıcıcavabdeh alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə iddiaçı-satıcı ya satılmış əşyanın ödənilməsini yaxud ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, hazırki işdə də iddiaçı bunlardan birini tələb etməlidir. Qeyd olunduğu kimi avtomobilin 10 ay cavabdehin istifadəsində olduqdan sonra iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, iddiaçı avtomobilin 10 ay müddətində cavabdehin istifadəsində olmasına görə hazırki iddianı irəli sürmüşdür. Göründüyü kimi, cavabdeh mübahisəli avtomobilin 10 ay müddətində onun istifadəsində olmasına görə iddiaçı tərəfin etirafına görə ilkin ödəniş olan 5500 manatla yanaşı, aylıq ödənişlər üzrə 2408 manat, ümumilikdə isə mübahisəli avtomobilə görə 7908 manat ödəmişdir. Buna baxmayaraq, iddiaçı 10 aydan sonra avtomobilin qaytarılmasına baxmayaraq, 7908 manatdan əlavə, hazırki iddia üzrə yenidən 5380 manat aylar üzrə olan əsas borc, 3596.64 manat cərimə, 350 manat avtomobilə dəyən ziyan əvəzi və avtomobilin cavabdehin istifadəsində olar kən yol hərəkəti qaydalarını pozulmasına görə ödənilməmiş 260 manat cərimə, cəmi 9586.64 manat da tələb edir. İddiaçı tərəf 5500 manatın kasko və icbari sığortaya, ƏDV-yə sərf edildiyini göstərsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, ən azından həmin məbləğə dair müqavilədə hansısa şərt nəzərdə tutulmamışdır. Buna baxmayaraq, mübahisəli avtomobilə görə, yəni cavabdehin istifadəsində olduğu 10 aylıq dövrə görə ümumilikdə 7908 manat ödənilmişdir. Həmin məbləğ cavabdehin cədvəl üzrə 10 aylıq müddət üzrə ödəməli olduğu məbləğdən, yəni 7080 manatdan 828 manat artıq olan bir məbləğdir. Başqa sözlə iddiaçı alğı-satqı müqaviləsinin predmeti olmuş avtomobili geri qaytarmaqla yanaşı, həmin avtomobilin cavabdehin istifadəsində olduğu 10 aylıq dövrə görə də sonuncudan onsuzda art ıq məbləğ əldə etmişdir. Bundan başqa, iddiaçının cavabdehdən maddi ziyana görə pul tələb etməsi də əsassız olmuşdur. Çünki, tərəflər arasında bağlanmış müqavilədə maddi ziyanın ödənilməsinin hansı hallarda tələb edilməsi dəqiq və konkret göstərilmişdir. Belə bir hal baş verməsinə dair isə, iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, iddia tələbinin 350 manat avtomobilə dəyən ziyan əvəzi və avtomobilin cavabdehin istifadəsində olarkən yol hərəkəti qaydalarını pozulmasına görə ödənilməmiş 260 manat cərimə hissələri əsaslı olsa belə, cavabdeh onsuzda iddiaçıya 828 manat artıq ödəniş etmişdir. Ona görə də iddia tələbinin bu hissələri də qeyd olunan səbəblərdən əsaslı ola və təmin edilə bilməzdi. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin müddəti, cavabdehin istifadəsində olduğu dövrə uyğun ümumilikdə avtomobilə görə 7908 manat ödəniş etməsi, avtomobilin iddiaçıya saz vəziyyətdə geri qaytarılması, ödənilmiş məbləğlə, avtomobilin hazırki dövrdə olan bazar dəyəri arasındakı fərq nəzərə alınmaqla hər bir halda ləğv edilmiş müqavilə nəticəsində iddiaçının cavabdehə nisbətən maliyyə vəziyyətinin daha üstün olması ilə nəticələnmişdir. Məhz bu meyar nəzərə alınmaqla iddia tələbinin cərimə hissəsi də təmin edilməməlidir. Çünki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş yekun məbləğin cəmi, tənasübsüz surətdə yüksək olan cərimə məbləğinin azaldılmış hissəsi də nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən qət edilən məbləğlə demək olar ki, eyni olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 600.1, 600.4, 601.1, 601.2, 606.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2, 385.1, 385.1.1, 385.1.4, 386, 387, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2442/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya baxışı zamanı iddiaçı və nümayəndəsinin izahatları qətnamədə olduğu kimi əks edilməmiş, məhkəmə cavabdehin formal mülahizələrini sübut kimi qəbul etmiş, formal m ülahizələr əsasında qətnamə qəbul etmişdir. Cavabdehin təsdiqedici sənəd olmadığı halda müəyyən məbləğ pul vəsaitini ilkin olaraq ödəniş etməsini, avtomobili təhvil verərkən mübahisə predmeti olan müqavilə üzrə nəzərdə tutulan ödənişlərə dair qəbzləri itirdiyini və s. bu kimi formal mülahizələrin əsasında qətnamə qəbul edən apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmaqdan yan keçməyi üstün tutaraq iddia tələbinin əsaslılığı ilə bağlı araşdırılması tələb edilən xüsusatları araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan avtomobil alğı-satqı müqaviləsinin tələblərini və müqavilə üzrə nəzərdə tutulan öhdəlikləri öz mülahizələrinə uyğun göstərməklə, mövcud Mülki Qanunvericiliyin 425-ci maddəsinin tələblərinin pozulmasına əhəmiy yət verməmişdir. Mübahisə predmeti olan müqavilənin də tələblərindən məlum olur ki, avtomobilin alıcıya satılması üçün satıcı tərəfindən avtomobilin gətirilməsi ilə əlaqəli sərf edilən vəsait olan dolların manata məzənnəsi gələcəkdə dəyişərsə müqavilə üzrə nəzərdə tutulan ümumi məbləğ də dəyişdirilə bilər. Məhz bu səbəbdən də Satıcı Alıcı ilə öz aralarındakı şifahi razılaşmanı əsas tutaraq müqavilə üzrə devalvasiya ilə əlaqədar yaranmış zərurəti nəzərə alıb avtomobili təhvil versə də, qalıq fərqi hissə-hissə olmaqla ödəməsinə şərait yaradıb. Bu səbəbdən də Alıcı tərəf öhdəlik götürüb ki, nəzərdə tutulan fərqi ödəyəcək. Həmçinin, digər alıcılarla da eyni qayda ilə devalvasiya nəzərə alınmaqla nəzərdə tutulan vəsaitlərin ödənilməsi razılığı əldə edilib. Bu zaman tərəflər Mülki Məcəllənin 4 25-ci maddəsində nəzərdə tutulan tələbləri əsas tutublar. İşə baxan apellyasiya instansiya məhkəməsi Qanunun konkret və birmənalı tələblərinin yaradacağı nəticənin araşdırılmasının apellyasiya şikayətinin mahiyyəti olduğu halda bu halları araşdırmaqdan yan keçməyi üstün tutaraq qeyd edilən xüsusatlara qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməsinə nəzər saldıqda məlum olur ki, qətnamə “ədalətlilik” prinsipinə zidd olaraq AR MPM-nin 217-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikləri sübut və dəlillərə qiymət verməli olduğu halda, belə bir iradə ifadəsi olmadan, yalnız bir tərəfin-cavabdehin iradə if adəçisi rolunda çıxış etməsi aşkar olaraq mülki işin materialları ilə sübuta yetirilir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müq avilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 602.1. alğı-satqı müqaviləsində satıcının və ya alıcının əşyanı sığorta etdirmək vəzifəsi nəzərdə tutula bilər. 602.2. Əşyanı sığorta etdirməyə borclu olan tərəf müqavilənin şərtlərinə uyğun sığortanı həyata keçirmədikdə digər tərəf əşyanı sığorta etdirə və borclu tərəfdən sığortaya çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilən ədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir, apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırmalar aparılmış və həmin dəlillərə əsaslandırılmış qiymət verilmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə verilmiş əşyanın ödənilməsini və vurulmuş ziyanı tələb edir. Birinci instansiya məhkəməsində verdiyi şifahi izahatında iddiaçı cavabdehin ilkin ödəniş kimi 5500 manat, aylıq ödənişlər üzrə 2408 manat, ümumil ikdə isə mübahisəli avtomobilə görə 7908 manat ödədiyini təsdiq etmişdir. Qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Baxılan iş üzrə iddiaçının cavabdehin nisyə alğı-satqı münasibəti üzrə iddiaçıya 7098 manat ödəməsi yalnız şifahi izahatda ifadə edildiyindən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan s onra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gəlcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola b ilməz. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Baxılan iş üz rə cavabdeh birinci instansiya məhkəməsinin tərtib etdiyi məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdehin kassasiya şikayətinin dəlillərini formal və əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2442/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.