Məhkəmə qərarları › İş №2(102)-706/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-706/2024

26.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-706/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-706/2024 (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa (işçilərin sayı və ştatları ixtisar edildiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4961/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaç ı xx.xx.2016-cı il tarixdə Cavabdeh1 MMC-də Cəmiyyətin Satış Əməliyyatları Departamentinin Araz Marketlər Şəbəkəsinə Administrator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə həmin şöbəyə Filial müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də Cəmiyyətin Satış Əməliyyatları şöbəsinə “Açılış və Ərazilərə Nəzarət Mütəxəssisi” vəzifəsinə qəbul edilmiş, daha sonra müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-də Cəmiyyətin Açılış və İnşaat Departamenti “Yeni Market” X5 və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinə görə tərəflər arasında xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə əmək müqaviləsi bağlanmış, əmək haqqı 1.699 manat məbləğində müəyyən edilmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda o, xx.xx.2023-cü il tarixində Departament müdiri İsrafil Məmmədovun ona ştat və vəzifəsinin ixtisara salındığını bildirməsini və İR yaxınlaşıb şəxsi istəyi ilə ərizə yazıb işdən çıxmağı, əks təqdirdə ona töhmət yazdırıb işdən qovduracaqları barədə və bundan savayı aqressivcəsinə vəzifə səlahiyyətlərini aşaraq ona hədə qorxu gəlməyə başlamasını və onun şəxsiyyət və ləyaqətini alçaltmasını, işlədiyi 7 il müddətində bir dəfə də olsun qanun pozuntusuna yol verməməsini, töhmət almamasını, hazırda isə əsassız töhmət verməklə işdən çıxarılmasını anlamadığını, ixtisara düşdüyü təqdirdə sənədləşdirmənin ona uyğun aparılmalı olmasını, bu məsələ ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir.

4. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış tarixi göstərilməyən xəbərdarlıq məktubunda göstərilmişdir ki, Cavabdeh1 MMC-nin direktorunun qərarı ilə yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə Açılış və İnşaat Departamenti “Yeni Market” X3 və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi ştatı ixtisar edilmişdir.

5. Cavabdeh1 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli Akta əsasən Açılış və İnşaat Departamenti “Yeni Market” Açılışı Şöbəsinin “Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi” vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixində xitam əmri ilə oxuyub tanış olmuş, lakin təhvil almaqdan imtina etmişdir.

6. Cavabdeh1 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa görə “Açılış və İnşaat Departamenti “Yeni Market” X3 və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsi ştat cədvəlinə xx.xx.2023-cü il tarixində əlavə edilmişdir. Cəmiyyətdə operativ və səmərəli idarəetmənin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixində həmin ştat ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1nə (bundan sonra cavabdeh və ya MMC) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, işə bərpa, xx.xx.2023-cü ildən məcburi iş buraxmağa görə əmək haqlarının, 17.000 manat mənəvi ziyanın və 50 manat dövlət rüsumunun cavabdehdən, “20 21-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi işlədiyi 69 gün təşkil edən şənbə və qeyri-iş günləri ilə əlaqədar” əmək haqlarının və 50 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Departamentin müdiri İsrafil Məmmədov işlədiyi ştatın ixtisara düşdüyünü və bununla əlaqədar İnsan Resurslarına öz xahişi ilə işdən çıxmaq barədə ərizəsinin verilməsini bildirdikdə uzun müddət qüsursuz işlədiyini, intizam məsuliyyətinə cəlb olunmamağını bildirdikdə aqresiv formada, vəzifə səlahiyyətini aşaraq, şərəf və ləyaqətini alçaldıcı ifadələr işlədərək əks təqdirdə ona töhmət yazdırıb, işdən qovulacağı ilə həd ələndiyini nəzərə alaraq işdən çıxarılmağı barədə artıq hazırlanmış sənədləri oxumadan imzalamaq məcburiyyətində qalmışdır. Bu fakt “whatsapp” qrupdakı yazışmalarla da sübut olunur. Qeyd olunan hallardan göründüyü kimi cavabdeh təşkilat tərəfindən işdən çıxarılmağı barədə xəbərdar olunmamağı, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılmaması, 2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi təşkil edən 69 gün şənbə və qeyri-iş günləri işdə olsa belə, həmin günlər üzrə ödəniş aparılmaması nəzərə alınmadan hədə-qorxu gələrək, iradəsi əleyhinə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırmadan onunla bağlanmış əmək müqaviləsinin ləğv etməsi nəticəsində mənəvi sarsıntıya məruz qalmışdır. Belə ki, qanunsuz işdən çıxarılmağı nət icəsində fəal ictimai həyat tərzindən məhrum olmuşdur, 3 nəfərdən ibarət ailəsini (özü, həyat yoldaşı və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı oğlu) yeganə qazanc yerindən məhrum olmuşdur. Bundan başqa, 1-ci nikahdan olan, qarşısında aliment öhdəliyi olan şəkərli diabetdən əziyyət çəkən azyaşlı oğlu X1 müalicəsində (səhiyyə orqanlarına müraciət, dərmanların alınması və s.) yaranacaq çətinliklərin mövcudluğu mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1770/2023 nömrəli, 05 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “işə bərp a və s.” tələbinə və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1770/2023 saylı mülki iş üzrə İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pul” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-1770/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixdə 040-K nömrəli Əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 MMC-nin Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmağa görə İddiaçı əmək haqqı ödənilməsi, iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh tərəf 2023-cü il üçün əvvəlki və yeni ştat cədvəllərini məhkəməyə təqdim etməyərək ilin əvvəlində, yəni xx.xx.2023-cü ildə “Açılış və İnşaat Departamenti Yeni Market X3 və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi” vəzifəsini ştat cədvəlinə əlavə edərək həmin tarixdə də iddiaçı ilə əmək müqaviləsi bağlayaraq (3 aylıq müddəti ilə olsa da) sözügedən vəzifəyə qəbul etsə də, 16 gün əmək münasibətində olandan sonra yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə həmin ştatın ixtisarı qərarına gələrək, iddiaçının əmək stajını nəzərə almaqla qanunvericiliklə müəyyən edilmiş müddətdə xəbərdarlıq etmədən ixtisar barədə eyni gündə ona elan etməsinin və eyni tarixdə də onu işdən azad edilməsinin səbəblərini izah edə b ilməmişdir.

12. Birinci instansiya məhkəməsi həmçinin, iddiaçının ixtisar olunması ilə bağlı cavabdehin niyyətindən məlumatlı olmasına dair iş materiallarında olan tarixi göstərilməyən, lakin iddiaçının xx.xx.2023-cü il tarixini qeyd etməklə “oxudum, tanış oldum, müddəti gözləmirəm” cümləsini yazmaqla imza etdiyi xəbərdarlıq məktubunun məzmununa qiymət verərək hesab etmişdir ki, bu halın mövcudluğu iddianın əsassız olması kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla işin araşdırılmış hallarından məlum olur ki, iddiaçı 3 aylıq müddət ilə xx.xx.2023-cu ildə işə qəbul edilmiş və artıq xx.xx.2023-cü ildə ona işdən çıxarılması ilə bağlı ona qarşı təhdidlər baş vermişdir. Bu iddiaçının cavabdehə Cavabdeh1 MMC-yə elektron poçt vasitəsilə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun məzmunu ilə təsdiq edilir. İddiaçı həmin məktubda göstərilənlərlə bağlı məhkəməyə sübut təqdim edə bilməsə də, məhkəmə bu dəlili ona görə əsassız saymır ki, həmin məktubda o, işdən azad edilməsinin təhdid və hədə-qorxu ilə müşaiyət olunmasını və bu hədələrin konkret kim tərəfindən, hansı formada olmasını göstərərək məsələyə aydınlıq gətirməsini xahiş etsə də, cavabdeh tərəf məhkəmə iclasında bununla əlaqədar araşdırma aparılmasına dair hər hansı sübutlar təqdim etməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda iddiaçı xx.xx.2023-cü il tarixində xitam əmri ilə oxuyub tanış olsa da, lakin təhvil almaqdan imtina etməsi göstərildiyi halda, iş materiallarında olan tarixi göstərilməyən, iddiaçının isə xx.xx.2023- cü il tarixini qeyd etməklə imza etd iyi xəbərdarlıq məktubunda yazılanları könüllü sərbəst qaydada yazması inandırıcı olmamaqla, bu halların mövcudluğu iddiaçının bununla bağlı dəlillərinin əsaslı olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin xx.xx.2023-cü il tarixini qeyd etməklə imza etdiyi xəbərdarlıq məktubunda yazılanlarla əlaqədar ona ödənişlərin edilməsi də onun bu ixtisardan müəyyən edilmiş müddətdə xəbərdar olması və razılaşması kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflərin də təsdiq etdikləri kimi, ödənişlər işçinin kart hesabına köçürülür və bu köçürülmənin qarşısını almaq və ya işçinin həmin vəsaitləri almaqdan imtina etməsi mümkünsüzdır. Başqa sözlə, cavabdehin qəbul etdiyi əmrlə əlaqədar iddiaçının kart hesabına ödənişlər etməsi iddiaçıdan iradəsindən asılı olmayaraq həyata keçirildiyindən bu h al onun həmin əmrin qanuni olması ilə razılaşması kimi qiymətləndirilmir.

14. Məhkəmə iddia tələbini mənəvi ziyan hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı qanunsuz olaraq işdən azad edilsə də, bununla bağlı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.1, 11, 12, 68, 69, 70, 71, 77, 300.1-ci, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1-ci m addələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi qanunvericiliyə uyğun icra edilmiş və İddiaçı heç bir hüququ pozulmamışdır. İşçi tərəfindən xəbərdarlıq məktubu imzalanaraq, yeni iş yeri axtarılmasına dair əlavə vaxt tələb edilməmiş və bunun əvəzində ödənilən məbləğlə razılaşmışdır. Lakin, nədənsə məhkəmə işçinin şəxsən imzaladığı sənədi hədə-qorxu altında imzaladığı qənaətinə gəlmişdir. İşçi ali təhsilli və hüquqlarını müdafiə edə biləc ək şəxsdir. Belə bir hal baş vermis olsa idi, əmək müfəttişliyinə şikayət edərdi. Bundan başqa, iddiaçı məhkəmə prosesində bildirmişdir ki, ştatın ləğv edilməsi ilə bağlı ona əmək haqqı saxlanılmaqla başqa işə keçilməsi təklif olunmuş, o isə bununla razılaşmamışdır. Belə olan halda, məhkəmə heç bir qanuni əsası olmadan cavabdeh üzərinə ləğv edilmiş ştatın bərpa olunması öhdəliyi qoyaraq qanunvericiliyin tələblərini pozmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4961/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış dır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda yeni yaradılmış vəzifənin ştat cədvəlinə əlavə edilməsi və həmin ştatın ləğv edilməsi barədə əmrlərə istinad edilsə də, həmin əmrlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəf 2023-cü il üçün əvvəlki və yeni ştat cədvəllərini məhkəməyə təqdim etməyərək ilin əvvəlində, yəni xx.xx.2023-cü ildə “Açılış və İnşaat Departamenti Yeni Market X3 və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi” vəzifəsini ştat cədvəlinə əlavə edərək həmin tarixdə də iddiaçı ilə əmək müqaviləsi bağlayaraq (3 aylıq müddəti ilə olsa da) sözügedən vəzi fəyə qəbul etsə də, 16 gün əmək münasibətində olandan sonra yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə həmin ştatın ixtisarı qərarına gələrək, iddiaçının əmək stajını nəzərə almaqla qanunvericiliklə müəyyən edilmiş müddətdə xəbərdarlıq etmədən ixtisar barədə eyni gündə ona elan etməsinin və eyni tarixdə də onu işdən azad edilməsinin səbəblərini izah edə bilməmişdir.

20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının xəbərdarlıq məktubunu imzalamasını, əlavə vaxt tələb etməməsini göstərməsi əsassız hesab edərək qeyd etmişdir ki, tarixi göstərilməyən xəbərdarlıq məktubunda iddiaçı tərəfindən yazılmış qeyd özü əhəmiyyətsizdir, iddiaçı xx.xx.2023-cü il tarixdə “email” adresindən göndərdiyi məktubda göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Departament müdiri İsrafil Məmmədovun ona ştat və vəzifəsinin ixtisara salındığını bildirməsini və İR yaxınlaşıb şəxsi istəyi ilə ərizə yazıb işdən çıxmağı, əks təqdirdə ona töhmət yazdırıb şdən qovduracaqları barədə və bundan savayı aqressivcəsinə vəzifə səlahiyyətlərini aşaraq ona hədə qorxu gəlməyə başlamasını və onun şəxsiyyət və ləyaqətini alçaltmasını, işlədiyi 7 il müddətində bir dəfə də olsun qanun pozuntusuna yol verməməsini, töhmət almamasını, hazırda isə əsassız töhmət verməklə işdən çıxarılmağını anlamadığını, ixtisara düşdüyü təqdirdə sənədləşdirmənin ona uyğun aparılmalı olmasını, bu məsələ ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin istinad etdiyi həmin tarixsiz xəbərdarlıq məktubunda iddiaçının tutd uğu ştatın ləğv edilməsinin əsası kimi “direktorun qərarına” istinad olunsa da, həmin “qərarın” tarixi və nömrəsi də göstərilməmişdir. Beləliklə, ştatın ləğv edilməsi barədə əmrin özünün olmaması həmin əmrə istinadən edilmiş xəbərdarlığın əsaslı olmasını inkar edir.

22. Apellyasiya instansiya məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 71, 77, 300.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiy a şikayəti apellyasiya şikayətinin dəlili ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəmə qanunsuz və əsassız qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, İddiaçıla Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış və xx.xx.2023-cü il tarixdə isə yeni yaradılmış ştat ləğv edildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi qanunvericiliyə uyğun icra edilmiş və İddiaçı heç bir hüququ pozulmamış və hətta 16 günlük əmək fəaliyyətinə görə ona 5688 manat ödənilmiş, o isə əlavə vaxt istəməyərək bununla razılaşmış və təqdim edilmiş sənədi imzalayaraq öz sərbəst iradəsini bildirmişdir. Baxmayaraq ki, onunla əmək müqaviləsi sınaq müddəti tətbiq edilməklə bağlanılmışdır. Əg ər, Cavabdeh1 MMC-nin İddiaçı hüquqlarını pozmaq niyyəti olsaydı ona 5.688 manat ödəniş etmədən və sınaq müddətini tətbiq etməklə müqaviləyə xitam verərdi. Lakin, məhkəmə bu halı araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir.

25. Apellyasiya məhkəməsi işi düzgün araşdırmamış və birinci instansiya məhkəməsinin qərarını olduğu kimi qüvvədə saxlamış, iddiaçıya ödənilən məbləğlə bağlı heç bir əsaslandırma etməmiş və heç bir əsas olmadan ştatın ləğv edilməsini əsassız hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı işdən çıxarılarkən onun hüquqları pozulmuşdur. Belə ki, Cavabdeh1 MMC tərəfindən iddiaçıya ünvanlanmış tarixi göstərilməyən xəbərdarlıq məktubunda göstərilmişdir ki, Cavabdeh1 MMC-nin direktorunun qərarı ilə yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə Açılış və İnşaat Departamenti Yeni Market X3 və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssisi ştatı ixtisar edilmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zərurəti yaranmışdır. Qeyd etdiyimiz kimi həmin xəbərdarlıq məktubunda heç bir tarix göstərilməmişdir. Bu da həmin sənədin nə vaxt tərtib olunmasını, İddiaçı həqiqətən həmin sənədə imza etməsini şübhə altına alır. Cavabdeh tərəfindən müvafiq əmrlərə istinad olunasa da həmin əmrlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd edilən “Açılış və İnşaat Departamenti Yeni Market X3 və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsinin ştat cədvəlinə əlavə olunması və həmin ştatın ləğv edilməsi barədə əmrlər cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsi zamanı, nə də hazırki icraat zamanı təqdim edilməmişdir. Halbuki yeni ştatların yaradılması və onların ləğv edilməsi müvafiq sərancamla rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir ki, işəgötürən işçilərin sayının və ya ştatların ixtisar edilməsi səbəbindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdeh iddiaçıya xəbərdarlıq etmə müddətini pozmaqla ixtisar barədə həmin gün ona elan etmiş və həmin gündə onu işdən azad etmişd ir. Belə ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayaraq (3 aylıq müddəti ilə olsa da) sözügedən vəzifəyə qəbul etmiş 16 gün əmək münasibətində olandan sonra yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən strukturların optimallaşdırılması məqsədilə həmin ştatın ixtisarı qərarına gələrək, iddiaçının əmək stajını nəzərə almaqla qanunvericiliklə müəyyən edilmiş müddətdə xəbərdarlıq etmədən ixtisar barədə eyni gündə ona elan etməsinin və eyni tarixdə də onu işdən azad edilməsinin səbəblərini izah edə bilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

28. Maddə 2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsasla nır.

29. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

30. Maddə 70, (“b” bənd). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.

31. Maddə 71, (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

32. Maddə 71, (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

33. Maddə 71, (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

34. Maddə 77, (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından a sılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:https://eqanun.az/framework/46943 bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

35. Maddə 77, (2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

36. Maddə 77, (3-cü hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək staj ından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

37. Maddə 77, (4-cü hissə). İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

38. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tu tulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

39. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

40. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilində n, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

41. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

42. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

43. Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Madd ə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmay an qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4961/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar