Məhkəmə qərarları › İş №2(102)-707/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-707/2020

04.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-707/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Balağa oğlutərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-xx/19) İddiaçı Cavabdeh Balağa oğluna qarşı “mən zilə dair çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürülmə və mənzildə yaşayış qaydalarının müəyyən edilməsi” tələbinə dairiddiası qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 35 saylı evin 22-ci mənzilinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinovvə E.Kazımov, iş № 2(103)xxx/19) apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ev 35 mənzil 22-yə köçürülməsi hissəsində cavabdehi n apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədənsaxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv olunmasını və iddiaçının mənzilə köçürülməsi tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Balağa oğluna qarşı “mənzilə dair çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürülmə və mənzildə yaşayış qaydalarının müəyyən edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu İ.Hidayətzadə küçəsi ev 35 mənzil 22 barəsində Cavabdeh Balağa oğlunun adına verilmiş 25.08.2007-ci il tarixli MH ******* N-li daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi, onun həmin evə köçürülməsi və həmin mə nzildə istifadə (yaşayış) qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili T.Allahverdiyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil T.Allahverdiyevin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İlk öncə qeyd edilməlidir ki, iddia tələbi yalnız iddiaçının mənzilə köçürülməsi hissəsində təmin edildiyindən və cavabdeh də yalnız qətnamənin həmin hissəsini mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılaraq qiymət verilmişdir. Hazırki kassasiya şikayəti də qətnamənin həmin hissəsininin ləğv olunmasına yönəlmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh oğludur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh olan atası Cavabdeh Balağa oğlu və mərhum anası ilə birlikdə 1991-ci ildən Nərimanov rayonu İ.Hidayətzadə küçəsi ev 35 mənzil 22-də qeyydiyata olmuş, yaşamışdır. Həmin mənzilin kirayə müqaviləsi atasının adına olmuşdur. Anası rəhmətə gedəndən sonra yenə də atası ilə o, həmin mənzildə yaşamışlar. Bir müddətdən sonra atası Amaretta adlı qadınla evlənmiş o, da həmin mənzildə yaşamağa başlamışdır. 2007ci ilin fevral ayında o, hərbi xidmətə çağrılmış və 01.08.2008-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2008-ci ilin iyul ayında atası yeni arvadının sözləri ilə iddiaçını mənzildən çıxarmış, özü isə arvadı Amaretta və ondan olan oğlu Turalla birlikdə həmin mənzildə yaşamağa davam etmişdir. Nərimanov rayonu İ.Hidayətzadə küçəsi ev 35 mənzil 22 iki otaqdan ibarət olsa da, mənzildə aparılmış əlavə tikililər, balkonun böyüdülməsi nəticəsində həmin mənzildə faktiki olaraq 4 otaq, mətbəx, hamam, sanitar qovşağı mövcuddur. İddiaçı müəyyən araşdırma apardıqdan sonra ona məlum olmuşdur ki, o, hərbi xidmətdə olarkən, atası həmin mənzili öz adına özəlləşdirmiş və həmin mənzilə dair öz adına 25.08.2007-ci il tarixli Seriya MH ******* saylı çıxarış alaraq mənzili öz mülkiyyətinə keçirmişdir. İddiaçı həmin mənzilin cavabdeh tələfindən ö zələşdirilməsinə razılıq verməmiş və onun razılıq ərizəsi olmadan həmin mənzil qanunsuz olaraq özəlləşdirilmişdir. Göründüyü kimi, cavabdeh onun hərbi xidmətdə olmağından istifadə edərək iddiaçının qeydiyyatda olduğu uzun müddət yaşadığı, daimi yaşayış yeri olan mənzili qanunsuz olaraq özələşdirmiş və iddiaçının qanunla qorunan sahiblik və mülkiyyətə dair gözlənti hüquqlarını, həmin mənzildən pay almaq hüquqlarını pozmuşdur.Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə mürciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Cavabdeh isə öz növbəsində iddianın təmin olunan hissəsini apellyasiya qaydasında mübahisələndirmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində istifadədə olan 0.09286 ha torpaq sahəsində yerləşən 35 №-li, 3 mərtəbəli binada, 3-cü mərtəbəsində, 44,05 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 514 nömrəli reyestr kitabının 47378 nömrəli vərəqində qeydiyyata alınmışdır. 20.01.2007-ci il tarixdə verilmiş AO № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 20.01.2007-ci ildən hərbi hissəyə göndərilmiş, 04.07.2008-ci il tarixdə xidmətini başa vurmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 38 saylı mənzilkomunal İstismarı sahəsinin 29.09.2018-ci il tarixli, 38/379 saylı arayışından görünür ki, Cavabdeh Balağa oğlu Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ev 35 mənzil 22-də yaşayır. İddiaçı qeyd edilən ünvanda daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 123443 nömrəli Qeydiyyat vəsiqəsinin əsasən mübahisəli mənzil Cavabdeh oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 16.01.2004-cü il tarixdə qeydiyyata alınmışdır. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququ yaranm ışdır və hazırda uşaqları ilə birgə həmin mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tər kib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adət ən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ev 35 mənzil 22–də yerləşən mübahisəli mənzilə İddiaçı istifadə hüquqları yaranmışdır. İddiaçı həmin mənzildə uzun müddət yaşamış və qeyd edilən ünvanda daimi qeydiyyatdadır. İşin hallarına və yuxarıda sadalanan hüquq normalarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini İddiaçı mübahisəli mənzilə köçürülməsi hissəsində tə min etməkdə haqlı olmuş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsas ını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissəsində sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM- nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Balağa oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar