Məhkəmə qərarları › İş №2(102)-707/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-707/2021

26.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-707/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik şəxsinə qarşı “işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1277/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən v erilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı 01.12.2018-ci ildən “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təsərrüfat heyətinin kompüter üzrə operatoru vəzifəsinə qəbul edilmiş, 08.01.2020-ci ildə həmin hüquqi şəxsin baş direktoruna ərizə ilə müraciət edərək öz xahişi ilə 08.01.2020-ci ildən işindən azad olunmasına dair sərəncam verməyi xahiş etmiş, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktorunun 10.01.2020-ci il tarixli 29-K nömrəli əmri ilə onunla bağlanmış 51 nömrəli əmək müqaviləsinə 10.01.2020-ci il tarixdən xitam verilmiş və tərəflər arasında bağlanmış 51 nömrəli əmək müqaviləsinə dair bildiriş ləğv edilmişdir. İş üzrə qəb ul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan “Göyçay rayon mərkəzi xəstəxanasının” təsərrüfat heyətinin kompüter üzrə operatoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, xx xxxxx 1987-ci il tarixdə Göyçay rayonunun Çərəcə kəndində anadan olmuşdur. Həyat yoldaşı 2017-ci ilin oktyabr ayında vəfat etmişdir. Bir azyaşlı uşağı var. Rəsmi olaraq o, 02.04.2015-ci il tarixdən Göyçay rayon mərkəzi xəstəxanasında kompüter üzrə operatoru vəzifəsində işləmişdir. Lakin “Göyçay rayon mərkəzi xəs təxanasının” publik hüquqi şəxsinin baş direktoru X 10.01.2020-ci il tarixli 29-KA nömrəli əmrinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. O, öz ərizəsinə əsasən işdən azad olmuşdur. O, evində vəziyyət və xəstəxanada xəstələrin sayının artması, iş həcminin çoxalması ilə əlaqədar ərizə yazmışdır. Göyçay rayon mərkəzi xəstəxanasının müdiriyyəti ona təzyiq göstərməmişdir. Onun əmək kitabçası 13.01.2020-ci ildə poçt vasitəsi ilə göndərilmiş, lakin o, 10.01.2020-ci il tarixdən işləmir. Hazırda ailə vəziyyəti ağırdır, çünki o, ailəyə yeganə qazanc gətirən şəxsdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin üçüncü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı ilə 01.12.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmişdir. İddiaçı iddia ərizəsində xəstəxananın rəhbərliyinin qanunsuz təzyiqi və hərəkətləri nəticəsində 08.01.2020-ci il tarixli ərizəni yazmasını göstərsə də, məhkəmə baxışında o, evindəki vəziyyət və xəstəxanada xəstələrin sayının artması, iş həcminin çoxalması ilə əlaqədar ərizə yazdığını bildirmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verərək Göyçay Rayon Məhkəməsinin 2(046)-326/2020 nömrəli, 27 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçı 08 yanvar 2020-ci ildə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik şəxsin baş direktoru X tutduğu vəzifədən azad olunmasını barədə ərizə ilə müraciət etsə də, 11 yanvar 2020-ci ildə yenidən baş direktora ərizə ilə müraciət edərək işdən azad olunması barədə yazdığı ərizəni geri götürdüyünü və əvvəlki işinə bərpa olunmasını xahiş etmiş, lakin baş direktor onun sonuncu ərizəsinə əhəmiyyət verməyərək işdən azad etməklə Əmək Məcəlləsinin 69cu maddəsinin tələblərinə riayət etməyərək, əmək hüququnu kobud şəkildə pozmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Rafail Əliyev - sədrlik edən və məruzəçi, Akif Eyvazov və İmanverdi Şükürov) 28 iyul 2020-ci il tarixli 2(107)-1277/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsaslanaraq qeyd etmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. İstinad olunan maddədə o da göstərilmişdir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götür ülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşdən görünür ki, iddiaçı işdən azad olunması barədə ərizəsini 08 yanvar 2020-ci ildə cavabdehə təqdim etmiş, 10 yanvar 2020-ci ildə isə işdən azad edilmişdir. Yəni iş üzrə yuxarıda qeyd olunan şərtlərin heç biri olmadığı üçün onun işdən çıxmaq barədə ərizə verdiyi gündən iki gün sonra işdən azad edilməsi qanunsuz olmamışdır. Apelyasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə hesab etmişdir ki, mübahisəli əmrin məzmunu ƏM-in 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilmişdir. Ona görə də məhkəmə kollegiy ası apelyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan da iddiaçının 10 yanvar 2020-ci ildən sonra işə gəlməməsi və işdən azad edilməsi və son haqqhesabının ödənilməsi müəyyən edilir. İddiaçının işdən çıxma barədə ərizə verdikdən sonra peşman olaraq cavabdehə işinə davam etmək istəməsini bildirmək üçün ərizə təqdim etmək və ya teleqram vurmaq imkanından necə məhrum olduğunu, niyə bu barədə hər hansı bir hüquqşünasa, vəkilə müraciət etmədiyini (o, məhkəmədə vəkillə iştirak etmişdir) ağlabatan formada izah edə bilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsinin izahatından və məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı cavabdehin baş direktoruna qarşı nalayiq sözlər işlətmiş, 29 fevral 2020ci ildə xəstəxanada nara zılıq yaratmış, özünü və uşağını neftlə yandırmaq istəmiş, onu sakitləşdirmək üçün polis çağırılmış, mühafizə əməkdaşlarına xəsarət yetirmiş və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ziyan yetirmişdir. İddiaçı əmək müqaviləsini ləğv etmək barədə cavabdehə ərizə verdiyini və işdən çıxması barədə ərizəni təzyiq altında yazdığını iddia etsə də, bu barədə məhkəmələrə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsi tələb edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etsin. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəməsi birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üz rə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmamaqla yanaşı, əsaslandırma olmadan, apellyasiya şikayətimin dəlilləri üzrə araşdırma aparılmadan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı iddiasının əsası kimi, həm birinci inst ansiya məhkəməsində, həm də apellyasiya instansiyasında həyat yoldaşının rəhmətə getdiyini, tənha qadın olmaqla himayəsində azyaşlı körpəsinin olmasını, yeganə qazanc yerində işlədiyi müəssisənin olmasını, məktəb yaşınadək xəstə uşağını təkbaşına böyütdüyünü və belə ailə şəraitində yaşayıb işlədiyi üçün 08.01.2020-ci il tarixdən işdən azad olunmağı barədə ərizəni təzyiq altında yazdırıldığını bildirsə də məhkəmə iddiaçının bu dəlillərini qəbul etməmiş, zəruri araşdırma aparmamışdır. Həyat yoldaşının rəhmətə getməsindən və onun tənha, qızı ilə yaşamağından istifadə edən cavabdehin baş direktoru onu otağına dəvət edərək nalayiq təkliflər etmiş, direktorun təklifi ilə razılaşmayaraq direktora qarşı nalayiq sözlər işlətmişdir. İşdən çıxma barədə ərizəni iddiaçının yerində olan şəxs tərəfindən könüllü olaraq yazılması mümkün deyil. Lakin işə baxan nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi işin bu halına əhəmiyyət verməmiş, əsl həqiqəti müəyyən etmək üçün zəruri tədbirlər görməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Əlizadə Akif Əkbər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə

69. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi q üvvəsi yoxdur. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddənin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrin də nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərdiyindən həmin ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi tələbini də Əmək Məcəlləsinin 69-cu maddə sinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətində deyil, ərizədə göstərilən tarixə kimi irəli sürməli idi. İddiaçının işdən azad edilmə barədə əmr verilənədək işəgötürənə ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə yeni ərizə verməsi işdən müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı işdən çıxma barədə ərizəni yazma səbəbinin birinci instansiya məhkəməsində evində vəziyyət və xəstəxanada xəstələrin sayının artması, iş həcminin çoxalması ilə, apellyasiya şikayətində ona təzyiq göstərilməsi, kassasiya şikayətində isə ona nalayiq təklif edilməsi ilə əsaslandırması onun səmimi olmadığını göstərir və kassasiya şikayətinə hər hansı mötəbər sübut əlavə edilmir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addı m kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyek tiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1277/2020 nömrəli iş üzrə 28 i yul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar