Məhkəmə qərarları › İş №2(102)-707/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-707/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-707/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka pöredmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-5164/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" ASC-nin Sənaye filialı ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1765 saylı kredit müqaviləsinə əsasən, bank borcluya 36 ay müddətinə, illik 19 % hesablanmaqla 41.500 dollar məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

3. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi məqsədi ilə X4 mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL-450" markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmiş və yüklülük dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh X2 əsas borc üzrə 21 291,29 ABŞ dolları, faiz borcu üzrə 7 371,95 ABŞ dolları olmaqla, cəmi 28 663,24 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 236,18 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL-450” markalı (buraxılış ili 2009, ban - 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh X5 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub “Aqrarkredit" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə banka cəmi 28 663,24 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə kreditin ödənilməsi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq, kredit müqaviləsindən irəli gələn öhdəliklərini könüllü olaraq icra etməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdir ilməsino görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.

6. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, mülki işin 108-109-cu vərəqlərində olan 29 iyun 2021-ci il tarixli (məbləğ 100.00 USD) və xx.xx.2021-ci il tarixli (məbləğ 85.43) kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar, mülki işin 110-13-cü və 123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin kserosurətlərində müvafiq olaraq “Cavabdeh”, “Səttərov F”, “Cavabdeh” “CavabdehV” əlyazma ları qarşısında əks olunmuş imzalar X6 tərəfindən icra olunmuşdur.

7. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5024 nömrəli ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 28 avqust 2013-cü il tarixli 1765 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə X4 "xxxx" ASC-yə olan borcu 33153,8 ABŞ dolları məbləğində (əsas kredit borcu 28.906,29 ABŞ dolları, faiz borcu 4.247,51 ABŞ dolları) müəyyən edilmişdir. Müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək borcalan tərəfindən 8450,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Aparılmış ödənişin 7615,0 ABŞ dolları əsas borc, 835 ABŞ dolları borc silinmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh "xxxx" ASC-yə olan borcu 24703,8 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Əsas kredit borcu 21291,29 ABŞ dolları, faiz borcu 3.412,51 ABŞ dolları təşkil etmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən alınmış, Azərbaycan Respublikası “X3”nin xx.xx.2024-cü il tarixli, 9/9343 nömrəli ekspert rəyindən görünür ki,Ekspertiza tədqiqatına təqdim edilmiş “Mercedes Benz GL450” markalı (buraxılış ili 2009, ban 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobilin orta bazar qiyməti təxminən 28000 manat, likvid qiyməti 22400 mnat müəyyən edilmişdir.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə bank iddia müddətini ötürmüşdür. İş materiallarından göründüyü kimi kredit müqaviləsi 8 il əvvəl rəsmiləşdirilmiş və kreditin bitməsindən artıq 5 il ötmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2021ci il tarixdə təqdim etmişdir. Halbuki, iddia ərizəsinin verilməsinin son tarixi xx.xx.2019-cu ildə olmalı idi. İddiaçı müqavilə münasibətlərindən irəli gələn iddialar üzrə 3 illik iddia müddətini ötürmüşdür. Konstitusiya Məhkəməsinin qərarlarına əsasən müqavilə münasibətlərindən irəli gələn münasibətlərdə iddia müddətinin axımı, son müəyyən edilmiş icra müddəti ilə müəyyən edilir. Yəni müqavilə müddəti bitən tarixdən iddia müddətinin axımı başlayır. Bu da hazırkı işdə xx.xx.2016-cı il tarixə təsadüf edir. Eyni zamanda cavabdehin borcunun ekspert rəyində olan borcdan daha az olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2024 nömrəli, 5 iyun 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X2 xx.xx.2013-cü il tarixli 1765 saylı kredit müqaviləsi üzrə 21291,29 ABŞ dolları əsas, 3.412,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 24.703,80 ABŞ dolları pulun (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, mülki iş üzrə ödənilmiş 236,18 manat dövlət rüsumunun 203 manatı cavabdeh X2 iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə tutulması; qalan hissədə iddiaçıya aid edilməsi, tələbin cavabdeh X5 məxsus olan və xx.xx.2013-cü il tarixli 1765 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş olan “Mercedes Benz GL-450” markalı (buraxılı ş ili 2009, ban- 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdeh X4 xx.xx.2013-cü il tarixli 1765 saylı kredit müqaviləsi üzrə borcu - ümumilikdə 24.703,80 ABŞ dolları məbləğində pulun (ödəniş gününə ABŞ dollarınAzərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) İddiaçı QSC BOKT-a ödənilməsi, borc ödənildikdən sonra artıq qalan vəsaitin müvafiq olaraq ipoteka qoyan X5 qaytarılması, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada cavabdeh X2 tutulması qət edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X4 hərək ətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş 30 noyabr 2021-ci il tarixində edilmişdir. Cavabdeh qəbzlərdəki imzaların ona məxsus olmadığını bildirərək bunu mübahisələndirsə də, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, mülki işin 108 -109-cu vərəqlərində olan 29 iyun 2021- ci il tarixli (məbləğ 100.00 USD) və xx.xx.2021-ci il tarixli (Məbləğ 85.43) kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar, mülki işin 110-13-cü və 123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin kserosurətlərində müvafiq olaraq “Cavabdeh”, “Səttərov F”, “Cavabdeh” “CavabdehV” əlyazmaları qarşısında əks olunmuş imzalar X6 tərəfindən icra olunmuşdur. Buradan görünür ki, cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyi üçün müddətin axımı dayanmışdır. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

13. Bundan başqa məhkəmə iddiaçı tərəfindən tələb edilən pulun məbləği ilə razılaşmamış və qeyd etmişdir ki, mülki iş üzrə icraat zamanı cavabdehin iddiaçıya olan borcun müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyi ilə borcun faiz məbləğinin iddia ərizəsində tələb edilən məbləğdən əhəmiyyətli dərəcədə az olduğu müəyyən edilmişdir. Ekspert rəyinin sübut kimi qəbul edilməsinə mane olan hər hansı əsas müəyyən edilməmişdir. Odur ki, məhkəmə tələb olunan borc məbləğinin faiz borcu hissəsinin ekspert rəyində qeyd edilən məbləğdə götürülməsini ədalətli hesab etmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 421.2, 442, 445, 448.1, 739.1, 739.2, 741-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33 və 34-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 5 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddəti ilə bağlı qanunvericiliyin normalarına düzgün istinad etməmişdir. Belə ki, Mülki Məcəllədə edilmiş dəyişilikliyə əsasən kredit müqaviləsi üzrə iddia müddəti 1 il müəyyən olunmuşdur. Həmçini n o 1 il də konkret olaraq müqavilənin bitməsi ilə müddətin axımının başlanması ilə müəyyənləşdirilmişdir. Lakin məhkəmə bununla bağlı məhkəmə qətnaməsində heç bir əsaslandırma etməmişdir. Məhkəmə iddia müddəti barədə qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməli və konkret tələbini göstərməlidir. Lakin bunları qeyd etsə də tam tərsinə qərar qəbul etmişdir. İş materiallarından göründüyü kimi kredit müqaviləsi 8 il əvvəl rəsmiləşdirilmiş və kreditin bitməsindən artıq 5 il ötmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2021-ci il tarixdə təqdim etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin bitməsindən artıq 8 ildən çox müddət ötmüşdür və bu vaxta qədər bank cavabdehə qarşı məhkəmədə heç bir tələb irəli sürməmişdir. Lakin məhkəmə bu halla rı qiymətləndirməmiş və ümumiyyətlə onun iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə almamışdır. Həmçinin digər bir məsələ, manatdan başqa başqa pul vəsaitinin ödəniş vasitəsi kimi istifadə olunması qadağandır. Lakin yenə də qətnaməni tam tərsinə qəbul etmişdir. Avtomobilin alınması üçün kredit verilmişdir ki, həmin vəsait də satıcıya ödənilmişdir ki, bu da öz növbəsində alqı satqı elementlərini özündə ehtiva edir. Bununla da məhkəmə manatdan başqa ödəniş vasitəsi ola bilməz prezumpsiyasını pozan Bankın xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinin əsassız olmasının digər səbəbəbi isə məhkəmə tərəfindən onun təkrar ekspertizanın keçirilməsi barədə və məhkəmə iclasının təxirə salınması barədə ərizəmə münasibət bildirməməsidir. Təqdim edilmiş qəbzlər cavabdeh tərəfindən imzalanma mışdır. Faktiki olaraq bu şəxs iddia müddəti ötdüyünü bilə-bilə niyə də ödəniş etsin. Təqdim edilən xətşünaslıqla bağlı ekspert rəyi natamamdır və yenidən araşdırılmalıdır və təkrar ekspertiza keçirilməlidir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Cəmilə Musayeva sədrlik edən və məruzəçi, Fuad Babayev və Fuad Abdıyev) 29 oktyabr 2024-cü il tarixli, 2(103)-5164/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinin əsassız olduğu barədə mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, t ərəflər arasında 36 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş və cavabdeh icra müddəti bitdikdən sonra 3 il keçməmiş müxtəlif tarixlərdə (2018, 2019, 2020 və 2021-ci illərdə) borcunu etiraf etməsini göstərən hərəkətlər (ödəniş) etmiş, bununla da iddia müddətinin axımının kəsilməsinə və yenidən hesablanmasına əsas yaratmışdır. Cavabdeh qeyd edilən ödənişlərin onun tərəfindən edilmədiyinə istinad etsə də, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə, kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar X6 tərəfindən icra olunduğu müəyyən edilmişdir.

19. Məhkəmə kollegiyası tədqiq edilən ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək bu rəyin mötəbərsizliyini təsdiq edən hə r hansı sübutun olmaması qənaətinə gəlmişdir. Əksinə hazırkı iş üzrə toplanmış sübutlar cavabdehin istinad etdiyi dəlillərin mövcud olmasının mümkünsüz olduğuna dəlalət edir. Qeyd edilənlərə əsasən, kollegiya həmçinin təkrar ekspertizanın təyin edilməsini zəruri edən qanunvericilikdə nəzərdə tutulan əsasların, ekspert rəyi ilə əsassızlığına görə məhkəmənin razılaşmamasına əsas verən halların mövcud olmamasına istinadən təkrar ekspertiza tədqiqatının keçirilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyi ilə müqavilə üzrə yaranmış əsas və faiz borcu iddia ərizəsində qeyd edilən kimi deyil, daha az məbləğdə müəyyən edildiyindən, məhkəmə də haqlı olaraq hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmuşdu r. Məhkəmə kollegiyası ekspert rəyini də iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlmişdir.

21. Məhkəmə kollegiyası həmçinin cavabdehin kredit müqaviləsinə əsasən pulun ABŞ dolları valyutasında verilməsinin düzgün olmadığına dair dəlili ilə də razılaşmayaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarınadakı hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən bi ri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Həmçinin, tərəflər arasında 36 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsində pul öhdəliyi üzrə həyata keçirilməli ödənişlərin xarici valyutada aparılmalı olduğu şərtləşdirilmişdir. (müqavilənin 2.1-ci bəndi). Belə olan halda da, pul öhdəliyinin xarici valyutada müəyyənləşdirilm əsi də Mülki Məcəllənin 439.2-ci maddəsinə tam uyğun olmuşdur.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, iddiaçı hazırkı tələblə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, daha sonra cavabdeh xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. İş üzrə i craat məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təzələnmişdir. Daha sonra isə cavabdehin ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı verdiyi vəsatət əsasında iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və icraat yenidən dayandırılmışdır. İş üzrə icraat məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təzələnmiş və icraat təzələndikdən sonra təyin edilmiş ilk iclasda iddiaçı tərəfindən tələbinin artırılmasına dair iddia ərizəsi verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş ərizələr iş üzrə icraatın dayandırılması ilə nəticələnmiş, bu isə öz növbəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün nəzərdə tutulmuş müddətin kifayət qədər uzanmasına səbəb olmuşdur. Buna görə də bank tərəfindən uzadılmış müddətlərə görə kredit müqaviləsinin icrası ü çün nəzərdə tutulmuş müddət üzrə faiz borcu hesablanaraq tələbin həcminin artırılması barədə iddia ərizəsi verilmişdir. Həmçinin, iddia tələbinin həcminin artırılması üçün əsaslar məhkəmə baxışının gedişində əmələ gəldiyindən iddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə verməkdə haqlı olmuşdur.

24. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 421.2, 442, 445, 448.1, 739.1, 739.2, 741-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33 və 34-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərar ına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələninin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəli yi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

31. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi, dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərə fi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

34. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.

35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müv afiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyi üçün müəyyən olunmuş borc məbləğinin ondan tutulması və ipoteka predmetinə yönəldilməsi barədə iddiaçının tələblərinin təmin edilməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh etirazının əsasını təşkil edən halları sü buta yetirə bilməmişdir.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Belə ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bor clu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (§ 29, 35-36).

49. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq nor maları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-5164/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar