Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7079/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: cinayət prosesini həyata keçirmiş orqanların səhvi nəticəsində fiziki şəxsin əmlakına dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, vəkili Vəkil2, İddiaçı2 vəkili Vəkil1, iddiaçıların vəkili X7, cavabdehin vəkili X10, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) qarşı zərərin ödənilməsi və sair tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-843/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azə rbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin (VCİAD) İstintaq İdarəsində İddiaçı2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianın təmin olunması məqsədilə mülkiyyət hüququ ilə İddiaçı2 adına rəsmiləşdirilmiş “Mercedes ML- 350” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – avtomobil və ya nəqliyyat vasitəsi) üzərinə istintaq orqanının vəsatəti əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə həbs qoyulmuş, qərarın icrası Vergilər Nazirliyi yanında VCİAD-nə həvalə edilmiş, həmin Departamentin İstintaq İdarəsinin böyük müstəntiqi tərəfindən avtomobil 05 may 2017-ci il tarixdə saxlanca verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü ilə İddiaçı2 sözügedən cinayət işi üzrə CM-in 213.2.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddia təmin olunaraq üzərinə həbs qoyulmuş, dəyəri 28.500 manat olan avtomobilə tutma yönəldilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılan həmin hökm icraya yönəldilərək avtomobilin vurulmuş ziyanın ödənilməsi üçün satışa çıxarılması məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə rəsmi göstəriş ünvanlanmışdır. Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin 02 mart 2018-ci il tarixli 17/72-316192/10-7070 saylı sifariş məktubu əsasında “X5” MMC tərəfindən avtomobilin açıq hərracda satılması ilə bağlı 10 may, 01 iyun, 05 və 16 iyul 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun un 53.3-cü maddəsinə əsasən 02 avqust 2018-ci il tarixdə “X5” MMC tərəfindən 1277 saylı məktubla sənədlər toplusu Yasamal Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarından İddiaçı2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı ilə qismən təmin olunaraq İddiaçı2 barəsində CM-in 213.2.2-ci maddəsi əsasında cinayət işi üzrə icraata xitam verilmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilərək müs adirəsi barədə qərar qəbul edilmiş avtomobilə dair müddəalar hər iki məhkəmə aktından xaric olunmuş, kassasiya instansiyası məhkəməsinin həmin qərarı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2019-cu il tarixli göstərişi ilə üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi Yasamal Rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. Nəqliyyat vasitəsi 05 may 2017-ci il tarixdən etibarən Xətai rayonu ərazisində yerləşən "xxxx" MMC-nin zirzəmisində yerləşən avtodayanacaqda saxlanılmış, avtomobilin üzərindən həbsin götürülərək qaytarılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2019-cu il tarixli göstərişi Yasamal Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunmadığından Xətai Rayon İcra və Probasiya şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinə 29 may 201 9-cu il tarixli müraciət ünvanlamış, müraciətə cavab olaraq həmin Məhkəmənin hakimi tərəfindən 01 may 2019-cu il tarixdə Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış göstərişin surəti 03 iyun 2019-cu il tarixli müşayiət məktubu ilə Xətai Rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş, bundan sonra Xətai Rayon İcra və Probasiya şöbəsi tərəfindən 07 iyun 2019-cu il tarixli məktubla nəqliyyat vasitəsinin İddiaçı2 nümayəndəsi Nümayəndə təhvil verilməsi tələb olunmuşdur. Nəqliyyat vasitəsinin təhvil-təslimi "xxxx" MMC-nin zirzəmisində yerləşən avtodayanacaqda 10 iyun 2019-cu il tarixdə həyata keçirilmiş, təhvil-təslimdə Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Toğrul Baxşəliyev, hal şahidləri X3 və Pərviz Dayanlı, eləcə də mülkiyyətçi İddiaçı2 nümayəndəsi Nümayəndə iştirak e dərək akt tərtib etmişlər, aktda avtomobilin kənarında cızıqların, sağ tərəfində isə cızıq-batıqların olduğu göstərilmişdir. Nəqliyyat vasitəsi "xxxx" MMC-nin zirzəmisində yerləşən avtodayanacaqdan çıxarılaraq “Mercedes-Benz” şirkətinin rəsmi dileri olan "xxxx" MMC-yə gətirilmiş və texniki müayinədən keçirilmiş, avtomobilin servisə qəbulu ilə bağlı 10 iyun 2019-cu il tarixdə tərtib edilmiş təhvil-təslim aktının “Qəbul zamanı qüsurlar” bölməsində avtomobilin çirkli olduğu, cızıq və batıqların göründüyü qeyd olunmuş, texniki müayinədən keçirilməsi nəticəsində avtomobilin işlək hissələrində ciddi texniki nasazlıqlar müəyyən edilmiş, nasazlıqların aradan qaldırılması ilə bağlı xərclərin ümumi məbləğinin 15.500 manat təşkil etdiyinə dair qiymətləndirmə sənədi tərtib olunmuşdur. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi (bundan sonra – üçüncü şəxs)) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istintaq orqanının səhv qənaəti nəticəsində İddiaçı2 adına rəsmiləşdirilmiş nəqliyyat vasitəsinə dəymiş zərərə görə 15.500 manatın Maliyyə Nazirliyindən tutularaq onlara ödənilməsi, cinayət prosesini həyata keçirmiş istintaq orqanının səhvi nəticəsində CM-in 213.2.2-ci maddəsi ilə ittiham olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı İddiaçı2 Vergi Cinayətlərinin İ btidai Araşdırılması Baş İdarəsi tərəfindən yazılı surətdə üzr istənilməsi, istintaq orqanının səhvi nəticəsində yaranmış məhkəmə xərclərinin Maliyyə Nazirliyindən xeyirlərinə tutulması, Azərbaycan Dövlətinin hüquqi və qanuni mənafeyinə mühüm zərbə vurmuş inzibati (istintaq) orqanının məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri belə əsaslandırılmışdır ki, nəqliyyat vasitəsinin üzərinə həbs qoyularkən avtomobil tam işlək və saz vəziyyətdə olmuş və həmin dövrdə bazar qiyməti 28.500 manat qiymətləndirilmişdir. Müəyyən edilmiş texniki nasazlıqlar və aşkar olunmuş cızıq-batıqlardan sonra nəqliyyat vasitəsinin bu günə olan real satış qiyməti 12.000-13.000 manat olaraq qiymətləndirilmişdir. Yaranmış kəskin qiymət fərqi nəqliyyat vasitəsinin aşınması (amortizasiyası) ilə əlaqədar olmuş və mövcud qüsurlar 02 mart 2017-ci il tarixdən 10 iyun 2019-cu il tarixədək olan müddət ərzində nəqliyyat vasitəsinin nəzarətsiz və istifadəsiz qalması nəticəsində yaranmışdır. Eləcə də nəqliyyat vasitəsi İddiaçı2 alındıqdan sonra istər mülkiyyətçinin, istərsə də onun ailə üzvlərinin nəzarətindən kənarda saxlanılmış və nəqliyyat vasitəsinin alınması ilə bağlı istintaq orqanı tərəfindən protokol tərtib edilməmişdir. İddiaçı2 barəsində CM-nin 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə ailənin ümumi istifadəsində olmuş, ərlə-arvadın birgə mülkiyyəti hesab edilən nəqliyyat vasitəsinin üzərinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərarı ilə həbs qoyulmasın a baxmayaraq, istintaq idarəsinin böyük müstəntiqi XXX tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən icra olunmuşdır. Belə ki, müstəntiq tərəfindən üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin kim tərəfindən istintaq orqanına təhvil verilməsi, eləcə də istintaq orqanı tərəfindən təhvil alınması barədə rəsmi sənədlər tərtib edilməmişdir. Bundan əlavə, nəqliyyat vasitəsinin qiymətləndirilməsi aparılarkən texniki müayinəsi həyata keçirilməmiş, fərdi əlamətləri müəyyən edilməmiş və saxlanca kimə təqdim edilməsi protokollaşdırılmamışdır. Ümumiyyətlə cinayət işi üzrə materiallarda nəqliyyat vasitəsi üzərinə həbs qoyularkən müstəntiq XXX tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 24 8252-ci maddələrinin tələbləri birmənalı şəkildə yerinə yetirilməmişdir. Rəsmi sənədlər sübut edir ki, nəqliyyat vasitəsinin üzərinə həbs 02 mart 2017-ci il tarixli məhkəmə aktı ilə qoyulsa da, nəqliyyat vasitəsi 05 may 2017-ci il tarixdən etibarən (məhkəmə qərarından 2 ay sonra) "xxxx" MMC-nin zirzəmisində yerləşən avtodayanacaqda saxlanılmış, nəqliyyat vasitəsi rəsmi sənədləşmə aparılmadan dayanacağa yerləşdirilmiş və təhvil-təslim aktı ilə təhvil verilməmişdir (maddi məsul şəxsə). Real faktlar sübut edir ki, 02 mart-05 may 2017ci il tarixləri arasında olan 2 aylıq müddət ərzində nəqliyyat vasitəsi naməlum şəraitdə və naməlum şəxslərin istismarına məruz qalmış, istintaq orqanı tərəfindən isə mülkiyyətin mühafizəsi qanunvericiliyin tələbləri əsasında təmin edilməmişdir. Bundan əlavə, 05 m ay 2017-ci il tarixdən 10 iyun 2019-cu il tarixədək olan 25 aylıq müddət ərzində (2 il 1 ay) nəqliyyat vasitəsi istintaq orqanının səhvi nəticəsində aşınmaya (amortizasiya) məruz qalmış və dəyərdən düşmüşdür. Bu faktın mövcudluğu (istintaq orqanının səhvi) Ali Məhkəmənin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli 1(102)-24/2019 saylı qərarı ilə tam sübuta yetirilmişdir. Məhz kassasiya instansiyası məhkəməsinin həmin qərarı ilə İddiaçı2 barəsində CM-in 213.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata CPM-in 39.1.2-ci maddəsinin tələbi əsasında xitam verilmişdir. Üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsi isə vergi borcu olaraq dövlət büdcəsinə ödənilməli olan vəsait hesabına müsadirə edilmişdir. Lakin kassasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı2 əməli ndə CM-nin 213.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət əməlləri mövcud deyildir və bu səbəbdən də cinayət işi üzrə icraata məhz CPM-in 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Bunun nəticəsində isə CPM-in 56.0.2-ci maddəsinin tərkibi yaranmış və İddiaçı2, cinayət prosesini həyata keçirmiş orqan olaraq Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin İstintaq İdarəsinin səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsi hüququna malik olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2679/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar istintaq orqanının səhv qənaəti nəticəs ində ailənin ümumi istifadəsində olmuş nəqliyyat vasitəsində texniki nasazlıqların aşkar edildiyi və aşınmaya məruz qalaraq dəyərdən düşdüyü nəzərə alınmaqla hesablanmış 15.500 manat zərərin (pul vəsaitinin) cavabdehdən tutulmasını tələb etmələrinə baxmayaraq, tələblərini əsaslandırmaq üçün heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, iş materiallarından göründüyü kimi, iddiaçılara məxsus avtomobilə dəymiş ziyanla, həmin avtomobilin üzərinə həbs qoyularaq müsadirəsi barədə qərar qəbul edilməsi arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Belə ki, qeyd olunan avtomobil saxlanca verilərkən onun üzərində hər-hansı qüsurun (cızıq, batıq və sair) olub-olmaması öz təsdiqini tapmamış, buna görə də avtomobil iddiaçılara təhvil verilərkən üzərində müəyyən olunmuş qüs urların həmin avtomobilin məhz saxlancda (dayanacaqda) olduğu dövrdə yaranması faktı sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin CPM-in 59-cu maddəsinin 3-cü bəndinin tələbinə müvafiq olaraq cinayət prosesini həyata keçirmiş istintaq orqanının səhvi nəticəsində CM-in 213.2.2-ci maddəsi ilə ittiham olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı İddiaçı2 VCİAD tərəfindən yazılı surətdə üzr istənilməsi və Azərbaycan Dövlətinin hüquqi və qanuni mənafeyinə mühüm zərbə vurmuş inzibati (VCİAD) orqanın məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması hissələri ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissələrdə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 50.3-cü maddəsindən görünür ki, cavabdeh iddiaçı tərəfindən onun hüquq və ya qanunla qorunan maraqlarının pozuntusuna yol vermiş şəxs kimi göstərilən subyektdir. Bununla əlaqədar iddiaçıda onun hüquqlarını həqiqətən də pozan şəxs barəsində düzgün təsəvvürün yaranmasının böyük əhəmiyyəti vardır. Əks təqdirdə (cavabdehin düzgün müəyyən olunmaması halında) bu, irəli sürülən iddianın əsaslı olmamasına dəlalət edir, çünki iş üzrə cavabdeh kimi göstərilən şəxs iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan şəxs olmur. Göründüyü kimi, qanunvericilikdə iddia tələbinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə yönəldilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin istintaq orqanının səhvi nəticəsində yaranmış hazırkı iddia ilə bağlı məhkəmə xərclərinin cavabdehdən iddiaçıların xeyrinə alınmas ı hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə öz mövqeyini həmçinin, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 89.3, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv və iddia tələblərinin təmin olunmasını xahiş etmişlər, şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, obyektiv və hərtərəfli araşdırma aparmadığını, tətbiq olunmalı maddi hüquq normalarını tətbiq etmədiyini, mübahisənin həllinə açıq-aşkar qərəzli yanaşdığını irəli sürmüşlər. Apellyasiya baxışı zamanı X13 göndərilən sənədlərlə müəyyən olunmuşdur ki, avtomobil 13.06.2019-cu il tarixdə İddiaçı2 qızı X6 mülkiyyətinə keçirilmiş, 14.10.2019-cu il tarixdə isə sonuncu tərəfindən 15.000 manata X1. Apellyasiya baxışı zamanı iddiaçıların avtomobilinə dəymiş ziyanın real məbləğinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertiza təyin olunmuş, ekspertin 04 mart 2021ci il tarixli rəyində "xxxx" MMC-nin 10.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlar əsas götürülməklə avtomobilin dəyişilməli hissələrinin dəyərinin təxminən 8076 manat (aşınma faizi nəzərə alınmaqla), təmir-bərpa xərcinin 1400 manat təşkil etdiy i nəticəsinə gəlinmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-843/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbləri qismən təmin edilmiş, nəqliyyat vasitəsinə dəymiş zərərə görə 8076 manat, məhkəmə xərcləri qismində 45,80 manat olmaqla, cəmi 8121,80 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçılara ödənilməsi qət edilmiş, iddia tələbləri qalan hissələrdə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə, müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normasını düzgün təfsir etməmiş və hüququn tətbiq edilməsində səhv buraxmış, həmçinin sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə qeyd etmişdir ki, ər-arvad olan iddiaçılara birgə mülkiyyət hüququ üzrə məxsus avtomobilin üzərinə cinayət işinin icraatı zamanı müstəntiqin vəsatəti əsasında Məhkəmənin 02 mart 2017-ci il tarixli qərarı ilə həbs qoyulduğu, avtomobilin 05 may 2017ci il tarixdə saxlanca verildiyi, Ali Məhkəmənin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı ilə İddiaçı2 barəsində CM-in 213.2.2-ci maddəsi əsasında başlanan cinayət işinin icraatına bəraətverici əsasla xitam verildiyi və dəyəri 28.500 manat olan tutma yönəldilmiş avtomobilə dair müddəaların aşağı instansiya məhkəmələrinin aktlarından xaric olunduğu, avtomobilin 10 iyun 2019-cu il tarixdə mülkiyyətçinin nümayəndəsinə qaytarıldığı, təhvil-təslim aktında avtomobilin kənarında cızıqların, sağ tərəfində isə cızıqbatıqların olduğunun göstərildiyi, “Mercedes-Benz” şirkətinin rəsmi dileri olan "xxxx" MMCdə aparılan müayinə zamanı avtomobilin işlək hissələrində ciddi texniki nasazlıqların aşkarlandığı işin mübahisələndirilməyən hallarıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 29, 68-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun) 1, 4, 5ci maddələrinin tələblərinə istinadla hesab etmişdir ki, iddiaçılar, onlara məxsus avtomobilin sonradan bəraətverici əsasla xitam verilmiş cinayət işi üzrə icraat çərçivəsində mülkiyyətlərindən çıxarılması nəticəsində avtomobilə dəydiyini iddia etdikləri ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürmək hüququna sahib olmuşlar və həmin ziyanın ədalətli əvəzi onlara ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, 2017-ci ildə üzərinə həbs qoyularkən avtomobil 28.500 manat məbləğində qiymətləndirilmiş, 10 iyun 2019-cu il tarixdə mülkiyyətçinin nümayəndəsinə qaytarılarkən tərtib olunan təhvil-təslim aktında avtomobilin kənarında cızıq-batıqların olduğu göstəri lməklə yanaşı, "xxxx" MMC-də aparılan müayinə zamanı avtomobildəki nasazlıqların aradan qaldırılması xərclərinin ümumi məbləğinin 15.500 manat təşkil etdiyinə dair qiymətləndirmə sənədi tərtib olunmuş, 14.10.2019-cu il tarixdə avtomobil 15.000 manata digər şəxsə satılmış, ekspert rəyi ilə isə avtomobilin təmiri üçün təxminən 9476 manat tələb edildiyi müəyyənləşdirilmişdir. Məhkəmə, avtomobildə müvafiq təmir işlərinin həyata keçirildiyinə dair heç bir sübut təqdim edilmədiyini, yəni avtomobilin təmir edildikdən sonra satıldığının müəyyən olunmadığını, həmçinin avtomobildə yarandığı göstərilən cızıq-batıqların məhz onun iddiaçılardan alındıqdan sonra ortaya çıxdığının sübuta yetirilmədiyini nəzərə almaqla hesab etmişdir ki, ekspert rəyində avtomobilin dəyişilməli hissələrinin dəyəri kimi gös tərilən 8076 manat iddiaçılara dəymiş ziyanın ədalətli əvəzi kimi qəbul edilməlidir. İddiaçıların istintaq orqanının səhvi nəticəsində İddiaçı2 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən yazılı surətdə üzr istənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, sözügedən Qanunun 7-ci maddəsində, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməli olduqları təsbit olunsa da, İddiaçı2 adı çəkilən orqana ondan üzr istənilməsi barədə müraciət ünvanladığı, lakin bundan imtina edildiyi müəyyən olunmamışdır. Başqa sözlə, İddiaçı2 həmin iddianı, yalnız adı çəkilən orqan onun müvafiq tələbini yerinə yetirməkdən imt ina etdiyi halda səlahiyyətli məhkəmədə irəli sürə bilər. İddiaçıların istintaq orqanının səhvi nəticəsində yaranmış məhkəmə xərclərinin Maliyyə Nazirliyindən xeyirlərinə tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı işlə bağlı məhkəmə xərclərinin iddia ərizəsi və apellyasiya şikayəti üçün ödənilmiş rüsum məbləğlərindən ibarət olduğu müəyyən edilmişdir və məhz həmin məbləğlər iddiaçıların xeyrinə tutula bilər. Nəzərə alınmalıdır ki, digər xərclərin mövcudluğu barədə məhkəməyə sübut təqdim olunmamışdır; ikincisi isə, sözügedən Qanunun 12-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad o lunur. İddiaçıların Azərbaycan Dövlətinin hüquqi və qanuni mənafeyinə mühüm zərbə vurmuş inzibati (istintaq) orqanın məsul vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması məsələsinə baxılması tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə cinayət təqibi orqanı deyildir və iddiaçılar müvafiq məsələnin araşdırılması üçün cinayət təqibi orqanlarına müraciət ünvanlaya bilərlər. Qətnamədən iddiaçılar, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçı1 kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və 13.500 manat məbləğind ə real zərərin tam həcmdə ödənilməsinə dair yeni qərar, təqsirkar şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və ədalətsizdir, maddi və prosessual hüquq normalarının yanlış tətbiqi və pozulması ilə qəbul edilmişdir. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1097, 1110, 1101-ci, CPM-in 58, 271-ci, MPM-in 103, 217-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 4-cü maddələrinə istinadla qeyd etmişdir ki, cinayət prosesini həyata keçirmiş orqanların səhvi nəticəsində fiziki şəxsin əmlakına dəymiş zərərin əvəzi Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilməlidir. Əmtəəşünaslıq ekspertizasının 27 fevral 2017-ci il tarixli 5172 saylı rəyi əsasında 28.500 manat dəyərində qiymətləndirilmiş nəqliyyat vasitəsinin 14 oktyabr 2019-cu il tarixdə 15.000 manata satılması əmlaka 13.500 manat məbləğində real zərər dəydiyini açıq-aşkar sübut edir. Məhkəmə sözügedən Qanunun 5 və 12-ci maddələrini rəhbər tutmaqla maddi ziyanı ədalətli hesab etdiyi məbləğdə tutmuş və bu zaman özünün təyin etdiyi ekspertiza üzrə əldə olunmuş rəyi əsas götürmüşdür. Halbuki, həmin maddələrdə maddi deyil, mənəvi və fiziki ziyandan bəhs edilir. Məhz mənəvi və fiziki ziyanın məbləğin in müəyyən olunması məhkəmənin səlahiyyətinə verilmişdir, maddi ziyan isə imperativ göstərişə əsasən tam həcmdə tutulmalıdır. İddiaçı2 kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1 qızı) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və 13.500 manat məbləğində real zərərin tam həcmdə ödənilməsinə dair yeni qərar, təqsirkar şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayətinin dəlilləri digər İddiaçı1 kassasiya şikayətinin dəlilləri ilə eynidir. Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X14) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyət kəsb sübutlara və müvafiq normativ hüquqi aktlara istinad etməmiş, işin faktiki hallarını tam araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Maliyyə Nazirliyi delikt törətmədiyi halda son nəticədə yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirk ar vəzifəli şəxslərin təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. Buna baxmayaraq, məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə qaytarılması məqsədi ilə ziyan vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsinden iddiaçınin xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də, tərəflərin və dövlətin bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Digər tərəfdən, nəqliyyat vasitəsinin üzərinə həbs qoyularkən həmin avtomobilin texniki vəziyyəti, hər hansı bir qüsurunun olub-olmaması məhkəmə tərəfindən ətraflı araşdırılmamışdır. Belə ki, avtomobildə yaranmiş texniki nasazlıqların, qüsurların avtomobilin saxlancda (dayanacaqda) olduğu dövrdə yaranmasi faktı mötəbər sübutlarla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin üzərinə həbs qoyularkən CPM-in 252-ci maddəsinə uyğun olaraq, müstəntiq əmlak üzərinə həbs qoyulması haqqında protokol, icra məmuru isə əmlakın siyahıya alınması haqqında protokol tərtib edir. Həmin protokolda hansı əmlakın götürüldüyü və kimə saxlanmağa verildiyi barədə qeyd də göstərilir. Bu baxımdan, sözügedən əşyaya saxlancda olduğu müddətdə dəymiş zərərə görə əşyanın saxlanılmasına verildiyi şəxs məsuliyyət daşımalıdır. Odur ki, üçüncü tərəfin vurduğu zərərin dövlət büdcəsinə yönəldilməsi əsassızdır. Məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli arasdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, bəzi hallarda isə tətbiq edilən normanı səhv təfsir etmiş və nəticədə maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmənin iddiaçıların xeyrinə maddi ziyana görə kompensasiya müəyyən etməsi əsassız sayılmalıdır. Şikayətin əsası kimi, MPM-in 14.2-ci maddəsinə istinad olunmuşdur. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs (vəkil X4) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbini n rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtəfli, obyektiv və qərəzsiz araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən faktiki halları tam aydınlaşdırmamış, bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iddiaçının avtomobilinə ziyan dəyib-dəymədiyini, ziyanın cinayət işi üzrə icraat zamanı qanunsuz hərəkətlər nəticəsində dəydiyini kifayət qədər araşdırmadan iddianı qismən təmin etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbindən göründüyü kimi, aidiyyəti orqanların və ya onların vəzifəli səxslərinin qanunsuz hərəkət ləri (səhvi və ya sui-istifadəsi) nəticəsində vurulmuş ziyan ödənilməlidir. Hazırkı halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ziyanın nə zaman, hansı orqanın (vəzifəli şəxsin) və hansı qanunsuz hərəkətləri nəticəsində yarandığı qeyd edilməmişdir. Əgər apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən cinayət isi üzrə icraat zamanı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını qanunsuz hərəkət kimi qiymətləndirmişdirsə, o zaman nə üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən əmlakın üzərinə həbs qoyulması barədə 02.03.2017-ci il tarixli qərar qəbul edilmişdir. Cinayət təqibi gedişində əmlak üzərinə həbsin qoyulması qanunsuz olsaydı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən bu cür qərar qəbul edilməzdi. Məlum olduğu kimi, CPM-in 18.3-cü maddəsinə əsasən cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 248.3-cü maddəsinə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Həmçinin, həmin Məcəllənin 253.0-cı maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqana əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. İş materiallarında bu cür müraciətin edilməsinə dair hər hansı sübut yoxdur. Məhkəmə "xxxx" MMC-nin qiymətləndirmə sənədini və qüsur aktını yeganə sübut kimi əsas götürmüşdür. Ekspert rəyi də MMC-nin tərtib etdiyi qüsur aktında göstərilən məlum atlar əsasında tərtib olunmuşdur. İşin obyektiv araşdırılması üçün avtomobilə dəymiş ziyanın hansı mərhələdə yaranması, ümumiyyətlə həmin texniki nasazlıqların kənar müdaxilə nəticəsində yaranıb-yaranmadığı müəyyən edilməli idi. İşin göstərilən hallarının araşdırılmaması iddiaçıya dəymiş ziyanın yuxarıda istinad olunan Qanunun təsir dairəsinə düşüb-düşmədiyinin və ziyanın dövlət tərəfindən ödənilməli olub-olmadığının müəyyən edilməməsinə gətirib çıxarmışdır. Belə ki, avtomobilə ziyan dəymiş olsa belə, həmin ziyanın aidiyyəti orqanların və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulması iş materialları ilə sübut olunmur. Bundan başqa, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra məhkəmə prosesi başlamamış avtomobili satmışdır. İddiaçı bu hərəkəti il ə yuxarıda qeyd olunmuş məsələlərin araşdırılması üçün süni maneələr yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar üçüncü şəxsin kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin əsassız olduğunu qeyd etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi, iddiaçıların vəkilləri ayrı-ayrılıqda iddiaçıların kassasiya şikayətlərinin dəlillərinə uyğun izahatlar verməklə, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasın a vəkilsiz gəldiyindən, MPM-in 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı tərəflərin və üçüncü şəxsin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68 (1-ci hissə). Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Mülki Məcəllə. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıx mış fayda) başa düşülür (maddə 21.2). Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun Maddə
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbayca n Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəz ərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə
4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə
5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirləri; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün ic rası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə
7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə
12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məb ləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətlərinin digər dəlilləri açıq-aşkar əsaslandırılmamışdır və ya məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-843/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.