Məhkəmə qərarları › İş №2(102)-708/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-708/2021

23.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-708/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-708/21 (Açar sözlər: hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı3 və vəkili Vəkil1, Cavabdeh: LPO “xxxx” ASC-nin vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1296/202 0 saylı qətnaməsindən İddiaçı1 və digərlərinin kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, “ipoteka müqaviləsinin, xx xxxxx 2006-cı il tarixli icra qeydinin, hərracın yekunları haqqında xx xxxxxx 2011ci il tarixli protokolun və hərracın yekunları haqqında əmlakın alqı-satqısı barədə xx xxxx 2012-ci il tarixli müqavilənin, onun əsasında verilmiş xx xxxxxx 2012-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.C.Tahirov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçılar hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş iddia müddətini ötürüblər. İddia tələblərinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 373.1, 373.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən v ə məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 373.1, 373.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçılar kasasiya şikayəti verərək apelyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı3 və vəkili Vəkil1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh LPO “xxxx” ASC vəkili Ruslan İsmayılov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılm asını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, cavabdehlər Quba regional “Asan Xitdmət” X3, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 05 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə i ddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nətic ə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçılar kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsələr də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Quba rayon AİK-nın xx xxxxxx 19 98-ci il tarixli, 03 saylı Qərarına əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən, ümumi sahəsi 2,56 ha olan torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçıların adlarına qeydə alınıb. xx xxxx 2004-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh3 tərəfindən Nurəddin Lətifova 18 ay müddətinə, illik 7 faiz ödəmək şərti ilə 25.000.000 manat AZM kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxx 2004-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Nurəddin Lətifova və ailə üzvlərinə məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən, ümumi sahəsi 2,56 ha olan torpaq sahəsi “xxxx” ASC xeyrinə ipoteka qoyulub. X5 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx xxxxx 2006-cı il tarixdə Quba rayon Notariat Konto ru tərəfindən tutumanın ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydi verilib və icra qeydi xx xxxxx 2006-cı il tarixdə qeydə alınıb. Bundan sonra, “xxxx” ASC məhkəmədə borclu Nurəddin Lətifova və digərlərinə qarşı “pul tələbinə dair” iddia qaldırıb və Quba Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli əmri ilə borclu Nurəddin Lətifovdan 9.256,43 manat kredit borcunun tutulub “xxxx” ASC verilməsi əmr edilib. Quba Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Bölməsi xx xxxx 2009-cu il tarixdə borclu Nurəddin Lətifovun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edib və Quba Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərardadı ilə təqdimat təmin edilərək, sözügedən torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınıb. Daha sonra, Quba rayon İcra Böl məsinin xx xxxx 2010-cu il tarixli sifariş məktubuna əsasən, Cavabdeh4 tərəfindən sözügedən torpaq sahəsinin ilkin satış qiyməti 19.000 manat müəyyən edilməklə hərraca çıxarılıb və hərracda torpaq sahəsi son satış qiyməti 12.112 manat olmaqla “xxxx” ASC təqdim edilib. xx xxxx 2012-ci il tarixli “hərracın yekunları haqqında” protokola və eyni tarixli “alqı-satqı müqaviləsi”nə əsasən torpaq sahəsi “xxxx” ASC adına rəsmiləşib. xx xxxxxx 2012ci il tarixli çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə “xxxx” ASC adına qeydə alınıb. İşdən görünür ki, Niyaməddin Lətifov xx xxxxxx 2004-cü il tarixdə, Niyaməddin Lətifov isə xx xxxx 2013-cü il tarixdə vəfat etmişlər. İşdən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə “xxxx” ASC yazılı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəli məsələyə iddia müddətinin tətbiq edilməsini xahiş edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışdırıb, yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında kredit, ipoteka hüquq münasibətləri xx xxxx 2004-cü il tarixdən, ipoteka predmetinə dair alqı-sa tqı münasibətləri xx xxxx 2012-ci il tarixdən əmələ gəlməsinə baxmayaraq, iddiaçılar hazırki iddia tələbləri ilə məhkəməyə xx xxxxxxxx 2018-ci il tarixdə müraciət etməklə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçılar kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində mübahisəli torpaq sahəsinə dair ipoteka müqaviləsi bağlanarkən məlumatsız olmalarını, onlardan yazılı razılığın alınmadığını göstərsələr də, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq onların bu dəlilini də əsassız hesab edib. Belə ki, X7 Xidmət Mərkəzində notariat kontorunun xx xxxxxx 2018-ci il tarixli məktubuna əlavə edilmiş ərizədən görünür ki, Quba rayunu, Vladimirovka kəndində yaşayan İddiaçı6, Ryhan Lətifova, İddiaçı2, İddiaçı3, Bahar Lətifova və X6 rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsinin “xxxx” ASC xeyrinə ipoteka qoyulmasına razılıq vermişlər. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçıların kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin d əlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 və digərlərinin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1296/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar