Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-708/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-708/2025 (Açar sözlər: qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Cavabdeh2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (" xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1757/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 ilə İddiaçı arasında bağlanmış 497 saylı 15 aprel 2015-ci il tarixli “X5-yaşayış s ahəsinin tikintisi üçün müqavilə”yə əsasən, MMC Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın zirzəmi hissəsində bir maşınlıq qarajı payçı İddiaçı verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini pay haqqını əvvəlcədən ödəməyi və son nəticədə həmin sahəni qəbul etməyi öz üzərinə götürür. Müqavilənin 1-ci bəndində göstərilən qeyriyaşayış sahəsinin dəyəri 20.000 ABŞ dolları təşkil edir. 2. "xxxx" MMC tərəfindən İddiaçı verilmiş 265 nömrəli, 11 dekabr 2015-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı "xxxx" MMC-yə məxsus binanın 3-cü girişin zirzəmi hissəsində yerləşən bir maşınlıq qeyri-yaşayış sahəsinin tikintisi üçün tələb olunan pay haqqını tam ödəmiş və tikintiyə borcu yoxdur. 3. "xxxx" MMC direktoru Nümayəndə2 ilə Cavabdeh1 arasında bağlanmış 520 saylı 02 dekabr 2016-cı il tarixli “X5-yaşayış sahəsinin tikintisi üçün müqavilə”yə əsasən, MMC Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişin zirzəmi hissəsində bir maşınlıq qarajı payçı Cavabdeh1 verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini pay haqqını əvvəlcədən ödəməyi və son nəticədə həmin sahəni qəbul etməyi öz üzərinə götürür. Müqavilənin 1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin dəyəri 11.000 manat, 6.286 ABŞ dolları təşkil edir. Müqavilənin sonuna aşağıdakı məzmunda sadə yazılı formada əlyazma ilə qeyd aparılmışdır: “İki maşınlıq qarajı bir qaraj kimi mən, Şahid1 zirzəmidən qarajı satdım, əvəzində 11.000 manat pul aldım.” 4. "xxxx" MMC tərəfindən Cavabdeh1 verilmiş 02 dekabr 2016-cı il tarixli kassa mədaxil orderi qəbzinə əsasən, Cav abdeh1 "xxxx" MMC-yə 520 saylı müqaviləyə əsasən pay haqqı 11.000 manatı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi Nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən 2017-ci ilin yanvar ayından 2023- cü ilin may ayına qədər hesablanmış (76 ay) ayda 50 manat olmaqla 3.800 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" MMC ilə bağladığı 497 saylı, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajı almışdır. Həmçinin Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 520 saylı, xx.xx.2016cı il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində 1 maşınlıq qarajı almışdır. Lakin cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış sahəsini (qarajı) də 2017-ci ildən zəbt edərək, sözügedən qarajdan onun istifadə etməsinə maneələr yaratmışlar. İddiaçı cavabdehlərdən ona məxsus qarajdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. İddiaçı sözügedən qarajdan istifadə edə bilmədiyindən və yaxud onu kirayə verə bilmədiyindən müəyyən gəlirlərdən də məhrum olmuşdur. Belə ki, sözügedən qarajın aylıq kirayə haqqı 50 manat təşkil edir və keçən müddət ərzində iddiaçı öz əmlakından cavabdehlərə görə 3.800 manat (2017-ci ildən bəri 76 ay ərzində hər ay 50 manat olmaqla) gəlirindən məhrum olmuşdur.
7. Məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
8. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, Cavabdeh2 mübahisəli qarajı 2016-cı ildə almış və həmin vaxtdan da mübahisəsiz qaydada və maneəsiz istifadə etmişdir. Həmin qarajların Cavabdeh2 məxsus olmasını təsdiq etmək üçün şahidlər də dəvət etmişlər. İddiaçı tərəf həmin qarajın ona məxsus olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Yalnız "xxxx" MTK-nın direktoru Nümayəndə2 eskiz təqdim etmiş və həmin eskiz əsasında mübahisəli qarajın iddiaçıya məxsus olmasını təsdiq etmişdir. Lakin həmin şəxsin bildirdikləri sübut kimi qəbul oluna bilməz. Təqdim olunmuş eskiz əsasında ekspertiza keçirilməli və həmin eskizə əsasən mübahisəli qarajın kimə məxsus olmasını ekspertiza müəyyən etməlidir. İddiaçı müqavilədə olan əl yazısının istənilən şəxs tərəfindən yazıldığını bildirir. Həmin yazını komendant yazmışdır. Komendant MTK-nın r əhbərliyinin razılığı olmadan bu yazını yaza bilməzdi. Bina bir neçə şəxsin paylı mülkiyyətində olub. Paylı mülkiyyətçilərdən biri Koroğlu adlı şəxs olub, həmin şəxs artıq vəfat edib. Cavabdeh2 qarajı Koroğlu adlı şəxsdən alıb. Həmin vaxt o, komendanta məhsullarının gömrükdə qaldığına və ona təcili pul lazım olduğuna görə iki qaraja münasibətdə 11.000 manat pul istəmiş və həmin məbləğ Cavabdeh2 tərəfindən şəxsən ödənilmişdir. Bu faktı MTK-nın mühasibi və komendantları da təsdiq edə bilərlər. Cavabdeh 2015-ci ildə bir qaraja görə 11.000 manat pul verə bilməzdi. Qarajda həm Cavabdeh2 öz avtomobilini, həm də qardaşı avtomobil saxlayırdı. Məhkəmə iclasında şahid kimi dindirilmiş şəxslər də təsdiq etmişlər ki, mübahisə predmeti olan əmlak binanın sahibi Nümayəndə2 tərəfindən bir qaraj adı altın da iki qaraj kimi satılmışdır. Məhkəmə iclasında dindirilmiş Nümayəndə2 binanın komendantı olan Şahid1 qarajın satışı ilə bağlı heç bir səlahiyyət vermədiyini qeyd etmişdir. Onların izahatlarında ziddiyyətli məqamlar olduğundan onları üzləşməsi həyata keçirilməlidir. Çünki Şahid1 demişdir ki, o, Cavabdeh1 ilə olan müqaviləni tərtib edib, müqavilənin sonundakı qeydləri edib, bundan sonra müqaviləni təsdiq edilməsi üçün Nümayəndə2 vermişdir. Müqavilənin kötüyü MTKdan götürülməlidir. 7 ildir ki, Cavabdeh2 qarajdan mübahisəsiz qaydada istifadə edir. 7 ildən sonra iddiaçı indi qarajı mübahisələndirir. İddiaçının müqaviləsində isə qarajın nömrəsi göstərilməmiş, mücərrəd şəkildə binanın 3-cü girişinin zirzəmisində olan qarajın satıldığı göstərilmişdir. Həmin ərazidə isə müxtəlif qarajlar var. İdd iaya cavabdeh verməli olan şəxsin hansı səbəbdən Cavabdeh2 və Cavabdeh1 olması məlum deyil. Kifayət qədər məhkəmə araşdırması aparılmışdır.
9. Məhkəmə iclaslarında Cavabdeh2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etmiş və izahatında qeyd etmişdir ki, "xxxx" MTK-nın hazırkı mühasibi Esmira xanım və komendantı ona bir sütundan digər sütuna qədər olan yeri göstərmişlər və həmin iki avtomobil üçün nəzərdə tutulan yeri bir qaraj kimi satmışlar. O, qarajı alanda onlardan yerin iki maşınlıq olduğunu, lakin müqavilədə isə bir maşınlıq yer yazıldığını bildirmişlər. Gələcəkdə onun üçün hər hansı bir problemin yaranıb-yaranmayacağını soruşmuş, onlar isə heç bir problem yaranmayacağını bildirmişlər və müqavilənin aşağı hissəsinə əl yazısı ilə “iki maşınlıq yeri bir qaraj kimi satdılar” qeydini yazmışlar. Həmin vaxt Esmira xanım Koroğlu adlı şəxslə də danışmışdır. Koroğlu da ona məhsullarının gömrükdə qaldığını, təcili pul lazım olduğunu bildirmiş və iki maşınlıq yeri bir qaraj kimi satmışlar. O, Çiçək xanımla birinci dəfə 2020-ci ildə, ikinci dəfə isə 2022-ci ildə rastlaşmışdır. Binada 4 nəfər şərik olub, şəriklərdən biri də iddiaçının əri olub. Binada olan 30-50 ədəd qarajdan, hər birinə 8-10 ədəd qaraj olmaqla, həmin şəriklər arasında bölüşdürülüb. Onlar binada yaşamırlar. Sonra Çiçək xanım qarajları satmışdır. O, iddiaçını dörd il ərzində bir dəfə də olsun görməmişdir.
10. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, o, "xxxx" MMC-nin direktorudur. Dörd sütunun arası iki avtomobil üçün nəzərdə tutulur, yəni iki qar ajdır. Onlar bütün müqavilələrdə bir maşınlıq yer yazırlar. Çünki qarajların ölçüsü fərqlidir, qarajlar arasında 1-2 kv.m. fərq olur. O, Cavabdeh2 əvvəldən də bir maşınlıq qarajı satdığını, İddiaçı ilə razılaşdıqları halda, ikinci qarajın satılması ilə bağlı müqavilə bağlaya biləcəyini demişdir. Bu məsələnin səbəbkarı Bakir adlı şəxsdir. Özünə aid olmayan, rəsmi müqavilənin aşağı hissəsinə əl yazısı ilə yazaraq ikinci qarajı da Cavabdeh2 satdığını qeyd etmişdir. Müqavilə onun tərəfindən imzalanıb təsdiq edildikdən sonra komendant onun xəbəri olmadan müqaviləyə əlavə qeydlər etmişdir. Həmçinin bu məsələdə qiymət uyğunsuzluğu da var. Həmin vaxtda bir qaraj 12.000-13.000 manat dəyərində olub. Hətta mübahisəli qarajın yanındakı iki qarajı 27.000 manata satmışdır. 27.000 manatlıq qarajı tələsər ək 22.000-24.000 manata satmaq olar, 11.000 manata satmaq absurddur. Komendantın qaraj satmaq səlahiyyəti yoxdur. MMC-nin təsisçilərinin birinin payına 8 ədəd qaraj düşür. O, qarajın birini İddiaçı verib. O, Cavabdeh2 bir maşınlıq qaraj satmışdır.
11. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Mübahisəli qarajın yerləşdiyi binada bacısının və qardaşının evi var. Bacısı və qardaşı hal-hazırda bir evdə qalırlar, evə gedib-gəlirlər. Bacısının 66 yaşı var, xəstədir. Bacısının uşağı olmayıb, qardaşının həmin binada mənzili olduğu üçün qaraj alaraq qardaşına hədiyyə etmişdir. Sonra bacısı xəstə olanda həkimə getmək üçün qarajı satmaq istəyəndə, qarajın zəbt edildiyi məlum olmuşdur. Mübahisəli qarajın iddiaçıya məxsus olduğunu, hal-hazırda isə Cavabdeh2 tərəfindən zəbt edildiyini təsdiq edir. O, qarajın olduğu binada qalmır. Qardaşı təxminən 2015-2016-cı il tarixindən həmin binadan mənzil alıb, həmin vaxtdan da hal-hazıra qədər mütəmadi olaraq mənzilinə gedib-gəlir. Qardaşının hansı müddətdə mənzildə qaldığını bilmir. Qardaşının avtomobili var. O, dəfələrlə Cavabdeh2lə, MTK-nın mühasibi Esmira xanımla da görüşmüşdür. Cavabdeh2 bir müqavilə göstərərək qarajların ona məxsus olduğunu bildirirdi. Onlar əvvəllər qarajın başqa şəxs tərəfindən zəbt edildiyini bilməmişlər. Qardaşı və bacısı daha çox onun evinə gəlirdilər, qardaşı öz evinə nəzər salıb gedirdi. Qardaşı gah öz mənzilində qalırdı, gah da qalmırdı, çox vaxt avtomobilini onun evində saxlayaraq öz mənzilinə taksi ilə gedib-gəlirdi. Onlar zirzəmiyə düşərək qaraja baxmışlar, amma qarajın başqa şəxs tərəfindən zəbt edildiyini bilməmişlər.
12. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Çiçək xanım onun qohumudur. Çiçək xanım ona iki ədəd qarajları olduğunu demiş, o da qaraj almaq istəyirdi. Onlar qaraja baxmaq üçün binaya getmiş, o, iki maşınlıq bir qaraj görmüşdür. Çiçək xanım ona qarajlardan birinin satıldığını, digərinin isə qaldığını, lakin həmin qarajı da Zaur adlı şəxsin zəbt etdiyini və onlara maneə törətdiyini bildirdi. O da Çiçək xanıma həmin şəxslə danışmağı və məsələni aydınlaşdırmaq üçün gəlməsini bildirdi. Zaur həmin qarajı komendantdan aldığını bildirdi. Onun yeni tikililərdə bir neçə mənzili var, amma mənzilləri komendantdan deyil, binanın direktorundan alırlar. O, sənədə baxanda Cavabdeh2 bir maşınlıq yer aldığın ı, ikinci maşınlıq yer üçün isə başqa şəxs tərəfindən yazılmış əlyazmanın olduğunu gördü. Cavabdeh2 həmin yerin ona məxsus olduğunu bildirsə də, həmin yer Çiçək xanımgilə məxsusdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Çiçək xanım onların həm ailəvi dostu, həm də qohumudur. O, 2023-cü ildə binadan qaraj almaq istəyirdi. Onun qeydiyyatda olduğu və yaşadığı yer Nərimanov rayonudur. O, istədiyi yerdən qaraj və digər daşınmaz əmlak ala bilər, bunun üçün qanunla heç bir məhdudiyyət yoxdur. O, qarajda olmuş, qaraj binanın altında, zirzəmi kimi yerdə idi, Zaur bəy də orada idi.
13. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə həmin binada komendant işləyirdi. Koroğlu adlı şəxs həmin binada təsisçilərdən biri idi. Koroğlu adlı şəxs ona mə hsullarının gəldiyini, ona təcili pul lazım olduğunu, ona görə də qarajını satmaq istədiyini bildirdi. O, Koroğlu adlı şəxsə qarajın yerini bilmədiyini deyəndə, ona Esmira xanımın qarajın yerini bildiyini qeyd etdi. Bir neçə gün sonra binanın sakini olan Cavabdeh2 qaraj almaq istədiyini bildirdi, Esmira xanım onlara sütundan sütuna qədər olan qarajın yerini göstərdi. Koroğlu adlı şəxs orada iki qarajının olduğunu, ona təcili pul lazım olduğunu, iki qarajı bir qarajın yerinə satmağını bildirdi. Cavabdeh2 də həmin qarajı aldı. Həmin vaxtdan 7 il keçdikdən sonra isə bu mübahisə ortalığa çıxdı. Nümayəndə2 orada təsisçilərdən biri idi. Nümayəndə2 orada qarajlarının olub-olmadığını deyə bilməz. Nümayəndə2 qarajların satılmasında bu və ya digər formada qətiyyən iştirak etməyib. O, 2016-cı ildə bi nada komendant işləyən vaxt və ondan əvvəl də Cavabdeh2 həmin binada yaşayıb. Müqavilədə olan əl yazısı ona məxsusdur. O, əl yazısını yazandan sonra müqaviləni ofisə apardılar, bir gün sonra müqaviləni gətirdilər, yəni əl yazısından sonra müqaviləyə möhür vuruldu. O, müqaviləyə əl yazısını Koroğlu adlı şəxsin və mühasib Esmira xanımın razılığı ilə yazmışdır. Müqaviləyə Nümayəndə2 möhür vurub, möhür ancaq Nümayəndə2 olub, onun möhürü olmayıb. Cavabdeh2 iki qarajlıq yer alıb. Cavabdeh2 hər iki qarajda özü avtomobil saxlayırdı, başqa heç kim avtomobil saxlamırdı. O, 2017-ci ilə qədər həmin binada komendant işləmişdir. İşlədiyi bir il müddətində qarajla bağlı heç kəs ona yaxınlaşmamışdır. Cavabdeh2 qaraj satılanda bir qarajın orta-bazar qiyməti 5.000-6.000 manat idi. Bir qaraja görə 11.000 man at pul ödənilə bilməzdi. Onun yazını yazmaqda heç bir maddi marağı olmamışdır, qarajın sahibi bir qarajın yerinə iki qarajı satmaqla bağlı yazını yazmağını demişdir. Bu yazı yazılandan sonra möhür vurulmuşdur. Nümayəndə2 müqaviləyə bu yazını yazdığını görmüşdür. Binada qarajların nömrələri yox idi. Binada olan qarajlar nömrəsiz olduğundan mübahisəli qarajın kimə məxsus olduğunun necə müəyyən olunması onda sual doğurur. Onun qarajı satmaq səlahiyyəti var idi. Koroğlu adlı şəxs komendant kimi onu göstərmişdir. Bir qarajın müqaviləsi verilirdi. İki qaraj üçün müqavilə verilmirdi. Onlar iki qarajlıq yeri bir qaraj kimi satmışlar. Ona görə də, əl yazısı ilə yazmışlar. Qarajı satmağı qarajın sahibi ona deyib. O, qarajın başqa şəxsə məxsus olduğundan heç kimin məlumatı yox idi. Esmira xanım qaraj ların Koroğlu adlı şəxsə məxsus olduğunu bildirdi. Yazılı müqavilə var. Şirkətin rəhbəri də müqaviləyə möhür vurub. Onlar cavabdehə 2 qaraj satmışlar. Komendant işlədiyi bir il müddətində onun vasitəsi ilə bu tipli alğı-satqı müqavilələri olmayıb. Ona ancaq bu qarajı satmaq səlahiyyəti verilmişdir. Qarajın sahibi deyəndən sonra o, alğı-satqı etmişdir. Başqa qarajların bu formada satıldığını görməyib, onun məlumatı yoxdur. Digər qarajların başqa sakinlərə satılmasını və ya alğı-satqı müqavilələrini görməmişdir. Qaraj satılanda müqavilə yazılıb verilir. Digər qarajların alğı-satqısında iştirak etməmişidir. Cavabdehə məxsus müqavilədəki yazı və imza ona məxsusdur. O, binada bir il komendant işləmişdir. İşlədiyi müddətdə Cavabdeh2 neçə avtomobilinin olmasını bilmirdi. Cavabdeh2 iki qarajlıq ye rdə neçə avtomobil saxladığını deyə bilməz.
14. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, binada Çiçək xanımın qarajlarını satmışdır. Çiçək xanımın çox qarajı onun iştirakı ilə satılıb. O, Cavabdeh2 tanıyır. Cavabdeh2 onun yaşadığı binada yaşayır. O, 2016-cı ildə binada komendant köməkçisi işləmişdir. Cavabdeh2 də həmin vaxt həmin binada yaşayırdı. İki qaraj bir qaraj yerinə Cavabdeh2 satılıb. O, Şahid1 və Esmira xanım Cavabdeh2 qarajı göstərmişlər. 2016-cı ildə qarajların qiyməti 5.000 manat idi. Həmin vaxt binanın direktoru Nümayəndə2 idi. Həmin binada Nümayəndə2 qarajları var idi və başqa şəxslərə də qaraj satmışdır. Qarajların satılmasını rəhbərlik birbaşa onlara həvalə edə bilirdi, onlara deyilmişdir ki, qarajı istəyən olsa, satsınlar. Müqaviləni Nüma yəndə2 tərtib etmişdir. Cavabdeh2 qaraj istəmiş, iki qarajın bir qarajın yerinə satıldığını soruşmuş, o, mühasib Esmira xanım, Şahid1 iki qarajın bir qaraj yerinə satıldığını demişlər. Bir müqavilə tərtib olunmuş, müqavilədə olan yazı isə Şahid1 məxsusdur. Bu yazı yazılandan sonra müqavilə təsdiq olunmuşdur. Nümayəndə2 bir qaraj adı altında iki qarajın satılması barədə yazını görmüşdür. Nümayəndə2 bu məsələdən xəbəri var idi, xəbəri olmasaydı, müqaviləni təsdiqləməzdi. Onlar Cavabdeh2 11.000 manat pul almışlar. Qəbz də həmin MTK-ya məxsusdur. Həmin binada 3 il komendant köməkçisi işləyib. İşlədiyi 3 il müddətində heç bir şəxs ona məxsus qarajın Cavabdeh2 tərəfindən zəbt olunması ilə bağlı heç nə deməmiş, heç vaxt belə bir mübahisə olmamışdır. O, komendant işlədiyi müddətdə qaraj satmamış, sadəcə deyiləndə qarajı göstərmişdir. Qarajı əlyazma ilə satmamışdır. Müqavilə gəlirdi, qarajın satılmasını Nümayəndə2 bilirdi, o necə deyirdi, o qaydada satılırdı. Başqa qarajların bu qaydada satılması halı olmayıb. İki qarajın bir qaraj əvəzinə verilməsi halı ilə rastlaşmamışdır. Burada Cavabdeh2 təkrar olaraq iki qarajın bir qaraj yerinə satılmasını soruşmuş, ona satışın bu şəkildə həyata keçirilməsinə dair məlumat verilmişdir. Qarajların başqa şəxslərə necə satılmasına dair onda məlumat yoxdur. 2016-cı ildə qarajların qiyməti 5.000-6.000 manat idi, indi qarajlar hər qiymətə, yəni 10.000, 15.000 manata satılır. O vaxt qarajların qiyməti stabil idi. 2 maşınlıq qarajları olan şəxslər də var idi. Bir şəxs digər şəxsə qarajını satanda onların məlumatları olmurdu, bu barədə onlara məlumat verilmirdi. Çiçək xanım 5 qarajının olduğunu bildirmiş və qarajları satmaq barədə müraciət etmişdir.
15. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 qardaşıdır. O, mübahisəli qarajda öz avtomobilini də saxlamışdır. O, əvvəllər qarajın olduğu binada yaşayırdı, iki ildir ki, oradan çıxmışdır. Əvvəllər də onun öz qarajı var idi. Həmin qarajı qaytarmış, mübahisəli qarajı almışlar, həmin qarajda da avtomobilinin nömrəsi qalıb. O, qardaşı ilə birlikdə yaşamışdır. Onun öz avtomobili var, qeydiyyat nömrəsinin sonu 417 idi. Hazırda mübahisələndirilən iki maşınlıq qarajı qardaşı 2016-cı ildə bir qaraj adı ilə almışdır. İki il ərzində o qarajla bağlı heç bir mübahisə olmamışdır. O, qarajın alınması prosesində iştirak etmişdir. Anası və qardaşı da orada olm uşdur. Müqavilənin yazılmasını anası tələb etmişdir. Qarajı 11.000 manata almışlar. Həmin vaxt orada olan qarajların bazar qiyməti 5.000 manat idi. Qaraj satılanda Şahid1 orada idi, əl yazısını da o yazmışdır. İki maşınlıq qarajı bir qaraj adı ilə satılması bina sahibinin göstərişi idi.
16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(007)-2142/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi qismən təmin olunaraq, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, həmin qarajdan (qeyri-yaşayış sahəsindən) iddiaçı tərəfindən sərbəst istifadə olunmasına ca vabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli X5-yaşayış sahəsinin tikintisi üçün müqavilə ilə MMC Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın zirzəmi hissəsində bir maşınlıq qarajı iddiaçıya 20.000 ABŞ dolları ödənilməklə satmışdır. Həmçinin Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli X5-yaşayış sahəsinin tikintisi üçün müqavilə ilə adıçəkilən binanın 3-cü girişin zirzəmi hissəsində bir maşınlıq qarajı Cavabdeh1 11.000 manat ödənilməklə satılmışdır. Hazırda cavabdeh həmin qarajın binanın təsisçilərindən olmuş Koroğlu adlı şəxsə məxsus olduğunu və onun razılığı ilə binanın komendantı Şahid1 tərəfindən iki maşınlıq qarajın bir qaraj kimi ona satıldığını, binanın direktoru tərəfindən müqavilənin və ona aid olan qeydin təsdiq edildiyini qeyd etmişdir. İddiaçı isə ona məxsus qarajın 2017-ci ilin yanvar ayından cavabdehlər tərəfindən zəbt edildiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə iddia tələbinin “cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində münasibətdə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, "xxx x" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə ilə həmçinin "xxxx" MMC ilə Cavabdeh1 bağlanmış xx.xx.2016-cı tarixli müqavilə ilə onlar MMC-dən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşən bir maşınlıq qarajı almışlar. Qeyd edilənlər işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı isə Cavabdeh1 tərəfindən bir qaraj deyil, iki maşınlıq qarajın alınmasıdır. Belə ki, Cavabdeh1 və onun oğlu olan Cavabdeh2 hazırda iki maşınlıq qaraja sahiblik edirlər. İddiaçı tərəf isə həmin qarajlardan birinin ona məxsus olduğunu iddia edir. Binadan yerləşən qarajlar nömrəsiz olduğundan və müqavilədə konkret göstərilmədiyindən qeyd edilənlər mübahisə yaratmışdır.
19. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisə predmeti olan qeyriyaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı iddiaçının nümayəndəsi və vəkili Sahilə Abbasova, Cavabdeh2, "xxxx" MMC-nin direkoru X3, komendant X2 iştirak etmişlər. Baxış keçirilən ünvanda, sütunun yuxarı hissəsində **-LV-*** və **-UH-*** nömrələri yerləşdirilmiş, iki maşınlıq sahənin olduğu müəyyən edilmiş, baxış keçirilən vaxt mübahisələndirilən ünvanda avtomobil olmasa da, cavabdeh iki maşınlıq sahənin onun istifadəsində olduğunu bildirmişdir. Belə ki, MMC tərəfindən qarajların satışı bir maşınlıq qaraj kimi həyata keçirildiyindən binanın zirzəmi hissəsində eyni sütundan-sütuna olan, lakin ayrı-ayrı şəxslərin də istifadəsində olan bir maşınlıq qarajların olduğu müəyyən edilmişdir.
20. Məhkəmə iş materiallarını tədqiq edib hesab etmişdir ki, iki maşınlıq qaraj (qeyriyaşayış sahəsi) 2017-ci ildən cavabdehlərin istifadəsində olsa da, məhkəmə araşdırması zamanı qarajlardan birinin iddiaçıya məxsus olduğu təsdiq olunur. Belə ki, cavabdeh tərəf xx.xx.2016-cı il tarixli müqavilə ilə iki maşınlıq qarajı aldıqlarını, müqavilənin sonunda bununla bağlı qeydlər edildikdən sonra müqavilənin MMC tərəfindən möhürlə təsdiq edildiyini qeyd etsə də, xx.xx.2016-cı il tarixli müqavilədə MMC Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişin zirzəmi hissəsində bir maşınlıq qarajı Cavabdeh1 satıldığı və buna dair müqavilənin tərəflər arasında bağlanaraq təsdiq edildiyi, müqavilənin sonunda Şahid1 tərəfindən edilmiş qeydlərin isə təsdiq edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş "xxxx" MMC-ni n direktoru Nümayəndə2 qarajın satılması ilə bağlı bütün müqavilələrdə bir maşınlıq yer yazıldığını, mübahisəli ərazidə dörd sütunun arasında iki avtomobil üçün qarajın olduğunu, tərəfindən cavabdehlərə bir maşınlıq bir ədəd qaraj satıldığını, Cavabdeh2 İddiaçı ilə razılaşdıqları halda, ikinci qarajın satılması ilə bağlı müqavilə bağlaya biləcəyini demişdir. Əlavə olaraq müqavilələr bağlanan vaxtda bir qarajın qiymətinin 12.000-13.000 manat olduğunu, cavabdehlərə iki maşınlıq yerin 11.000 manata sata bilməyəcəyini, müqavilə onun tərəfindən imzalanıb təsdiq edildikdən sonra komendant Şahid1 onun xəbəri olmadan müqaviləyə əlavə qeydlər etdiyini bildirmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ilə binanın komendantı Şahid1 arasında iki maşınlıq qarajın cavabdehə satılması ilə bağlı razıl ıq ola bilər, lakin "xxxx" MMC ilə Cavabdeh1 arasında buna dair müqavilə tərtib edilməmiş, binanın komendantının isə qarajların satışının şəxsən həyata keçirməsində səlahiyyətli olması müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak etmiş şahidlər də daha əvvəl iki maşınlıq qarajın bir qaraj kimi satılması və ya binanın komendantının cavabdehlə olduğu kimi digər şəxslərə də qaraj satılmasına şahid olmadıqlarını bildirmişlər.
22. Məhkəmə araşdırması zamanı iddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajın ona məxsus olduğunu sübut etsə də, cavabdeh tərəf MMC tərəfindən onlara iki maşınlıq qarajın satılması halını sübut edə bilməmiş və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışd ır.
23. İddiaçı ilə "xxxx" MMC bağlanmış 497 saylı xx.xx.2015-ci il tarixli X5-yaşayış sahəsinin tikintisi üçün müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qaraj (qeyriyaşayış sahəsi) iddiaçıya məxsus olmaqla hazırda cavabdehlərin istifadəsində olduğundan iddiaçı öz əmlakına sahiblik etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsaslı olması qənaətinə gəlmiş və hesab etmişdir ki, cavabdehlər iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılmalı, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır.
24. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, 2017-ci ilin yanvar ayından mübahisə predmeti olan qarajın cavabdehin sahibliyində olması nəticəsində əmlakından istifadə edə bilməməsi və bununla da əmlakı hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasına səbəb olmuşdur. Lakin iddiaçı əks halda əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, müvafiq sübutlar olmadığından, iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə təmin edilməməlidir.
25. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152.1, 152.5, 162, 164. 1, 164.2, 389.1, 390.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
26. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbull olunmuş, məhkəmə tərəfindən işin hərtərəfli, obyekti v və tam araşdırılmamışdır. İddiaçıya məxsus qarajı zəbt etməmişdir. İddiaçının qarajının yeri müəyyən olunmamış, bu istiqamətdə araşdırma aparılmamışdır.
28. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2435 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 497 nömrəli müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin ünvan 2 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın zirzəmi mərtəbəsində yerləşdiyi müəyyən olunur. Lakin, həmin müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin yerləşməsinə dair ayrıca akt və ya qarajın yerləşməsinə dair plan-sxem mü qaviləyə əlavə edilmədiyindən, eyni zamanda ekspertiza tədqiqatına təqdim edilmədiyindən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 497 nömrəli müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1757/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh2 aid hissədə, yəni Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) iddiaçı tərəfindən sərbəst istifadə olunmasına Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırlması hissələrində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1-də yüksək mərtəbəli binanın yeraltı avtomobil dayanacağının planı təqdim edilmişdir. İddiaçı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanaraq Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanı nda inşa edilən binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşən qeyri-yaşayış sahəsindən (bir maşınlıq qaraj yerindən) cavabdehin çıxarılması və s. tələblər irəli sürmüşdür. Belə olan halda, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh2 məhz ona məxsus qaraj sahəsindən istifadə etməsini sübut etmək yükünü daşıyır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının istinad etdiyi müqavilədə ona ayrılmış qarajın Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin məhz hansı hissəsində yerləşməsi müəyyən olunmamış, qarajın yerləşməsinə dair plan-sxem, həmin yerin koordinatı, nömrəsi və s. bu kimi fərdi xüsusiyyətləri göstərilməmişdir (müqavilədə ümumi formada iddiaçıya qeyri-yaşayış sahəsinin satılması qeyd olunmuşdur). Ke çən uzun müddət ərzində iddiaçının özü də həmin müqaviləyə əsasən hüquqlarının dövlət qeydiyyatını həyata keçirməmiş, beləliklə qaraj sahəsinin yeri konkretləşməmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sübutlardan da qaraj sahəsinin məhz cavabdehin faktiki istifadəsində olan sahə olduğu müəyyən olunmur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələrindən də iddia tələbinin əsaslı olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, şahidlər həm iddiaçının, həm də cavabdehin xeyrinə ifadələr vermişlər. Şahidlərdən Şahid6 iddiaçının bacısı, Şahid7 qohumu olmaqla iddiaçının xeyrinə ifadələr vermiş, lakin həmin ifadələr ümumi sözlərdən ibarət olmaqla, işdə olan digər sübutlarla təsdiq olunmamışdır.
32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bununla yanaşı, birinci instansiya məhkəməsi nəyə görə cavabdehin xeyrinə ifadə verən şahidlərin deyil, iddiaçının yaxın qohumu olan şahidlərin ifadələri sübut kimi qəbul etməsini əsaslandırmamış, ziddiyyətli mövqe sərgiləmişdir. Belə ki, şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə həmin binada komendant işləyirdi. Koroğlu adlı şəxs həmin binada təsisçilərdən biri idi. Koroğlu adlı şəxs ona məhsullarının gəldiyini, ona təcili pul lazım olduğunu, ona görə də qarajını satmaq istədiyini bildirdi. O, Koroğlu adlı şəxsə qarajın yerini bilmədiyini deyəndə, ona Esmira xanımın qarajın yerini bildiyini qeyd etdi. Bir neçə gün sonra binanın sakini olan Cavabdeh2 qaraj almaq istədiyini bildirdi, Esmira xanım onlara sütundan sütuna qədər olan qarajın yerini göstərdi. Koroğlu adl ı şəxs orada iki qarajının olduğunu, ona təcili pul lazım olduğunu, iki qarajı bir qarajın yerinə satmağını bildirdi. Cavabdeh2 də həmin qarajı aldı. Həmin vaxtdan 7 il keçdikdən sonra isə bu mübahisə ortalığa çıxdı. Nümayəndə2 orada təsisçilərdən biri idi. Nümayəndə2 orada qarajlarının olub-olmadığını deyə bilməz. Nümayəndə2 qarajların satılmasında bu və ya digər formada qətiyyən iştirak etməyib. O, 2016-cı ildə binada komendant işləyən vaxt və ondan əvvəl də Cavabdeh2 həmin binada yaşayıb. Müqavilədə olan əl yazısı ona məxsusdur. O, əl yazısını yazandan sonra müqaviləni ofisə apardılar, bir gün sonra müqaviləni gətirdilər, yəni əl yazısından sonra müqaviləyə möhür vuruldu. O, müqaviləyə əl yazısını Koroğlu adlı şəxsin və mühasib Esmira xanımın razılığı ilə yazmışdır. Müqaviləyə Nümayəndə 2 möhür vurub, möhür ancaq Nümayəndə2 olub, onun möhürü olmayıb. Cavabdeh2 iki qarajlıq yer alıb. Cavabdeh2 hər iki qarajda özü avtomobil saxlayırdı, başqa heç kim avtomobil saxlamırdı. O, 2017-ci ilə qədər həmin binada komendant işləmişdir. İşlədiyi bir il müddətində qarajla bağlı heç kəs ona yaxınlaşmamışdır. Binada qarajların nömrələri yox idi. Binada olan qarajlar nömrəsiz olduğundan mübahisəli qarajın kimə məxsus olduğunun necə müəyyən olunması onda sual doğurur. Onlar cavabdehə 2 qaraj satmışlar. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermis Şahid3 Şahid1 ifadəsinə oxşar, eyniməzmunlu ifadə vermişdir. Göründüyü kimi, şahidlərin ifadələrindən də iddiaçının tələbinin Cavabdeh2 münasibətdə əsaslı olması görünmür.
33. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, bununla yanaşı, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatı da iddianın yoxlanılan hissədə əsaslı olması anlamına gələ bilməz. Çünki həmin şəxs ümumi sözlərlə iddia olunan qarajın iddiaçıya məxsus olmasını bildirmiş, lakin MTK-nın direktoru olaraq bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmidir. Əksinə, nümayəndə izahatında qaraj sahələrinin nömrələnməməsini və konkret olaraq harada yerləşməsi ilə bağlı sxem və ya koordinatların müəyyənləşməməsini təsdiq etmiş, satılan qarajların şifahi olaraq yadında saxladığını bildirməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan hallara diqqət yeritməmiş, şahid ifadələrini digər iş materialları ilə birlikdə düzgün qiymətləndirməmişdir.
34. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmçinin birinci instansiya m əhkəməsində icraat zamanı xüsusi bilik tələb edən suallara (cavabdehlərin çıxarılması tələb olunan qarajların iddiaçıya ayrılmış qarajın sahəsinin hüdudları daxil olubolmamasını və s.) aydınlıq gətirilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunması barədə cavabdeh tərəfin vəsatəti olsa da, məhkəmə vəsatətin təmin etməmiş, lakin bunu kifayət qədər əsaslandırmamışdır. Belə olan halda, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2435 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 497 nömrəli müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin ünvan 2 ünvanında inşa edilmiş yüksək mərəbəli binanın zirzəmi mər təbəsində yerləşdiyi müəyyən olunur. Lakin həmin müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin yerləşməsinə dair ayrıca akt və ya qarajın yerləşməsinə dair plan-sxem müqaviləyə əlavə edilmədiyindən, eyni zamanda ekspertiza tədqiqatına təqdim edilmədiyindən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 497 nömrəli müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli 497 nömrəli müqavilə ona - Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşən müəyyən bir maşınlıq qaraj sahəsinə əmlak hüquqları yaratsa da, həmin sahənin konkret yerinin müəyyən olunmaması (fərdiləşməməsi) duru munda iddiaçının hazırkı tələbi üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri də mövcud deyildir. Belə ki, həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən normaya əsasən vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Yəni qeyd edilən şərtlər məcmu halda birlikdə mövcud olmalıdır ki, mülkiyyətçinin vindikasiya barədə tələbi əsaslı olsun. Həmin şərtlərdən hər hansı birinin sübut olunmaması isə iddianı aradan qaldırır.
35. Məhkəmə kollegiyası bundan başqa qeyd etmiş dir ki, iddiaçının hazırkı tələbi üzrə Mülki Məcəllənin sahibliyin müdafiəsi ilə bağlı normalarının dispozitiv şərtləri də ödənilmir. Çünki sahiblik, əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (Mülki Məcəllənin 159-cu mad.). Bununla yanaşı, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir (Mülki Məcəllənin 161-ci mad). İşdən görünür ki, iddiaçı Cavabdeh2 münasibətdə iddia etdiyi qaraj sahəsinə faktiki sahibliyi həyata keçirməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) də izahatında bildirmişdir ki, iddiaçının həmin binada deyil, başqa ərazidə yaşamaqla, qaraj sahəsindən də faktiki istifadə etməmiş, orada avtomobil saxlamamışdır. Bununla yanaşı, iddiaçı özü iddia ərizəsində göstərmişdir ki, hələ 2017-ci ildən iddia etdiyi qarajın cavabdeh tərəfindən zəbt olunmasını bilmişdir.
36. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdeh iddiaya etirazında qaraj sahəsindən onu əldə etdiyi 2016-cı il tarixindən fasiləsiz istifadə etməsini, keçən müddət ərzində iddiaçı və ya digər şəxslər tərəfindən ona hər hansı etirazın olmamasını, iddiaçının iddiasından yalnız məhkəməyə müraciət olunduğu dövrdə məlumatlı olmasını bildirmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə sahibliyin müdafiəsi ilə bağlı Mülki Məcəllənin yuxarıda sadalanan normalarının şərtləri də ödənilmir.
37. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etmişdir ki, Cavabdeh2 apellyasiya şikayətində qətnamənin tam ləğv olunaraq iddianın rədd olunmasını xahiş etsə d ə, yuxarıda da qeyd edildiyi kimi digər cavabdeh qətnaməni müstəqil qaydada mübahisələndirməmiş, bu səbəbdən də apellyasiya baxışının həddi yalnız Cavabdeh2 münasibətdə həyata keçirilmişdir. Bu səbəbdən də apellyasiya şikayəti qismən əsaslıdır.
38. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 159, 161, 164.1, 164.2, 165.1, 165.2-ci və Mülki Prosessual Məcəllənin 77.1, 80, 88, 106.1, 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
39. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC arasında bağlanmış 497 saylı, xx.xx.2015-ci il tarixli X5-Yaşayış sahəsinin Tikintisi üçün müqavilənin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılan alğı-satqı müqaviləsi olduğunu, iddiaçının vicdanlı alıcı olmasını və həmin müqavilə ilə mübahisəli qarajın iddiaçının mülkiyyətinə verilməsini nəzər almayaraq düzgün maddi hüquq normasını iş üzrə tətbiq etməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin predmeti olan qarajın (qeyri-yaşayış sahəsi) "xxxx" MMC arasında bağlanmış 497 saylı, xx.xx.2015-ci il tarixli X5-Yaşayış sahəsinin Tikintisi üçün müqavilə ilə iddiaçıya satılmasına və iddiaçının həmin əmlak üzərində mülki qanunvericiliyin normalarından irəli gələn sahiblik hüququnun olmasına düzgün hüquqi q iymət verilməmişdir.
42. Apellyasiya instansiya məhkəməsi tərəfindən "xxxx" MMC ilə Cavabdeh1 arasında mübahisənin predmeti olan qarajın (qeyri-yaşayış sahəsi) satılmasına dair müqavilənin tərtib edilməməsinə və iddiaçının mülkiyyətində olan qarajın buna dair hər hansı bir səlahiyyətinin olmamasına baxmayaraq əsassız olaraq komendant Şahid1 tərəfindən 520 saylı xx.xx.2016-cı il tarixli “X5-yaşayış sahəsinin tikintisi üçün müqavilə”nin aşağısında qeyd aparılaraq (“İki maşınlıq qarajı bir qaraj kimi mən, Şahid1 zirzəmidən qarajı satdım, əvəzində 11.000 manat pul aldım”) Cavabdeh1 qanunsuz olaraq satılmasına və beləliklə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına düzgün hüquqi qiymət verilməyərək müvafiq maddi hüquq normaları hazırkı iş üzrə düzgün tətbiq edilməmişdir.
43. Müqavilənin aşağı hissəsində komendant tərəfindən aparılan qeyd hüquqi əhəmiyyətə malik deyil. Belə ki, müqavilənin tərəfi Cavabdeh1 və "xxxx" MMC-nin direktoru Nümayəndə2dur. Komendant Şahid1 həmin müqavilədə yazdığı ifadənin sonradan yazılmamasını və şirkətin rəhbərliyi tərəfindən heç bir göstəriş almamasını təsdiq edəcək heç bir dəlil məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmin müqavilədəki qeydin iddiaçının maraqlarını pozmasına hüquqi qiymət verməyərək və onu etibarlı hesab edərək iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımdan, qeyd olunan müqavilə həmin hissədə hüquqi cəhətdən əhəmiyyətsizdir. Belə ki, MMC-nin direktoru Nümayəndə2 ifadəsində cavabdeh tərəfə satılmış bir maşınlıq qarajın satılmasına dair alğı-satqı müqaviləsini təsdiqlədiyini bildirmiş v ə lakin 497 saylı, xx.xx.2015-ci il tarixli müqavilə ilə iddiaçının mülkiyyətinə verilmiş qarajın da satılmasına dair qeydin edilməsindən xəbərsiz olduğunu, komendantın səlahiyyətinin olmamasına baxmayaraq qanunsuz şəkildə o qeydi etməsini bildirmişdir. İki maşınlıq qarajın qiymətinin bir maşınlıq qarajın qiyməti kimi göstərilməsi də (11.000 manat) həmin müqavilədəki qeydin hüquqi cəhətdən etibarlılığını sual altında qoyur.
44. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 3-16-6/2-10/2435 nömrəli rəyinə əsaslanaraq hesab etmişdir ki, iddiaçıya satılmış qarajın sərhədlərini yerində müəyyən etmək mümkün olmadığından, cavabdehin istifadə etdiyi qarajın müqavilə ilə ona satılmış qaraj olmasını sübut edən heç bir tutarlı dəlil təqdim edilmədiyindən iddia tələbi əsaslı deyildir. H albuki iddiaçı ilə MMC arasında bağlanmış 497 saylı, xx.xx.2015-ci il tarixli X5-Yaşayış sahəsinin Tikintisi üçün müqavilədən də görünür ki, iddiaçıya satılmış mübahisəli qaraj Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşir. Lakin məhkəmə qətnamədə qeyd edir ki, ekspert rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın zirzəmi hissəsində yerləşdiyi müəyyən olunur. (binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşdiyi göstərilməmişdir) Buradan da ekspert rəyinin işin halları ilə ziddiyyətli olduğu, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslı cavab vermədiyini, rəyin kifayət qədər aydın və tam olmadığını müəyyən etmək mümkündür. Belə ki, alğı-satqı müqaviləsi ilə qarajın həmin binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşdiyi göstərilirsə, ekspert rəyində bu hal nəzərə alınmayaraq aparılan tədqiqatla guya qarajın yerini müəyyən edilə bilməməsi rəyin mötəbərliliyini sual alında qoyur. Məhkəmə tərəfindən göstərilən halla nəzərə alınmaqla qeyd olunan ekspert rəyi sübut kimi qiymətləndirməməli, təkrar ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməli idi. 45. "xxxx" MMC-nin direktoru Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, dörd sütunun arası iki avtomobil üçün nəzərdə tutulur, yəni iki qarajdır. Onlar bütün müqavilələrdə bir maşınlıq yer yazırlar. Çünki qarajların ölçüsü fərqlidir, qarajlar arasında 1-2 kv.m fərq olur. O, Cavabdeh2 əvvəldən də ona bir maşınlıq qarajı satdığını, İddiaçı ilə razılaşdıqları halda, ikinci qarajın satıl ması ilə bağlı müqavilə bağlaya biləcəyini demişdir. Bu məsələnin səbəbkarı Bakir adlı şəxsdir. Özünə aid olmayan, rəsmi müqavilənin aşağı hissəsinə əl yazısı ilə yazaraq ikinci qarajı da Cavabdeh2 satdığını qeyd etmişdir. Müqavilə onun tərəfindən imzalanıb təsdiq edildikdən sonra komendant onun xəbəri olmadan müqaviləyə əlavə qeydlər etmişdir. Həmçinin bu məsələdə qiymət uyğunsuzluğu da var. Həmin vaxtda bir qaraj 12.000-13.000 manat dəyərində olub. Hətta mübahisəli qarajın yanındakı iki qarajı 27.000 manata satmışdır. 27.000 manatlıq qarajı tələsərək 22.000-24.000 manata satmaq olar, 11.000 manata satmaq absurddur. Komendantın qaraj satmaq səlahiyyəti yoxdur. MMC-nin təsisçilərinin birinin payına 8 ədəd qaraj düşür. O, qarajın birini İddiaçı verib. O, Cavabdeh2 bir maşınlıq qaraj satmışd ır. Göründüyü kimi, müqavilənin bağlanmasında və təsdiqində səlahiyyətli şəxs olan MMCnin direktor ifadəsində iddiaçının xüsusatlarının həqiqiliyini, cavabdehin isə əslində qanunsuz olaraq bir maşınlıq qaraj əvəzinə iki maşınlıq qarajdan istifadə etməsini təsdiq edir. Həmin şəxs "xxxx" MMC-ni direktoru olduğundan həmin binada yerləşən bütün mənzil və qeyri-yaşayış sahələrinin alğı satqısında səlahiyyətli şəxsdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin hansı məntiqlə Cavabdeh1 və Cavabdeh2anın məhkəməyə təqdim etdikləri alğı-satqı müqaviləsindəki komendant Şahid1 qeydlərini əsas götürməsi və həmin müqaviləni hüquqi əhəmiyyətli müqavilə hesab etməsi anlaşılan deyil. İşin hallarından görünür ki, cavabdeh tərəf iddiaçının mülkiyyətində olan qarajı qəsb etmək niyyəti ilə komendantla razılıq əldə etmiş və əslində iki maşınlıq qarajın real bazar dəyərinə uyğun gəlməyən qiymətə mübahisəli qarajı almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
46. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
47. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
48. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
49. Maddə
161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.
50. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşına lıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
51. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
52. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
53. Maddə 165.2. Qada ğan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız mə hkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
63. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:
67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd olunmasına münasibətdə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
69. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ü çün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
71. İddia tələbindən görünür ki, iddiaçı üçüncü şəxs "xxxx" MMC ilə bağladığı 15 aprel 2015-ci il tarixli “X5-yaşayış sahəsinin tikintisi üçün müqavilə”yə əsasən, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajı 20.000 ABŞ dollarına aldığını, qarajın dəyərini MMC-yə tam ödədiyini, lakin cavabdehlərin ona aid qarajı 2017-ci ildən zəbt edərək, sözügedən qarajdan onun istifadə etməsinə maneələr yaratmalarını, qarajdan istifadə edə bilmədiyindən və yaxud onu kirayə verə bilmədiyindən müəyyən gəlirlərdən də məhrum olmasını qeyd edərək, cavabdehlərin ona məxsus bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, onun sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən 2017-ci ilin yanvar ayından 2023-cü ilin may ayına qədər hesablanmış (76 ay) ayda 50 manat olmaqla 3.800 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
72. Cavabdehlər isə iddia tələbinə qarşı etiraz edərək, üçüncü şəxs "xxxx " MMC ilə Cavabdeh1 arasında 02 dekabr 2016-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajı 11.000 manata alması barədə “X5-yaşayış sahəsinin tikintisi üçün müqavilə” bağlansa da, əslində MMC-nin paylı mülkiyyətçilərindən biri olan Koroğlu adlı şəxsdən bir sütundan digər sütuna qədər olan iki avtomobil üçün nəzərdə tutulan yeri həmin qiymətə aldıqlarını, qeyd olunan yerin Cavabdeh2 MMC-nin hazırkı mühasibi Esmira xanım və o vaxt komendant işləmiş Şahid1 tərəfindən göstərilməsini, MMC-nin həmin vaxt komendantı işləmiş Şahid1 tərəfindən müqavilənin sonuna əlyazma şəklində “İki maşınlıq qarajı bir qaraj kimi mən, Şahid1 zirzəmidən qarajı satdım, əvəzində 11.000 manat pul aldım.” qeydinin aparılmas ını, qarajları 2017-ci ildən maneəsiz istifadə etdiklərini, iddiaçı tərəfin həmin qarajın ona məxsus olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyini göstərərək iddianın rədd olunmasını xahiş etmişlər.
73. Birinci instansiya məhkəməsi, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə ilə, həmçinin "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı tarixli müqavilə ilə onların MMC-dən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşən bir maşınlıq qarajı almalarını, iki maşınlıq qarajın (qeyri-yaşayış sahəsi) 2017-ci ildən cavabdehlərin istifadəsində olmasına baxmayaraq, məhkəmə araşdırması zamanı qarajlardan birinin iddiaçıya məxsus olduğunun təsdiq olunmasını, yəni cavabdeh tər əf xx.xx.2016-cı il tarixli müqavilə ilə iki maşınlıq qarajı aldıqlarını, müqavilənin sonunda bununla bağlı qeydlər edildikdən sonra müqavilənin MMC tərəfindən möhürlə təsdiq edildiyini qeyd etsə də, xx.xx.2016-cı il tarixli müqavilədə MMC-nin Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişin zirzəmi hissəsində bir maşınlıq qarajı Cavabdeh1 satdığını və buna dair müqavilənin tərəflər arasında bağlanaraq təsdiq edildiyini, müqavilənin sonunda Şahid1 tərəfindən edilmiş qeydlərin isə təsdiq edilmədiyinin müəyyən edilməsini, məhkəmə iclasında iştirak etmiş "xxxx" MMC-nin direktoru Nümayəndə2 qarajın satılması ilə bağlı bütün müqavilələrdə bir maşınlıq yer yazıldığını, müqavilələr bağlanan vaxtda bir qarajın qiymətinin 12.000-13.000 manat olduğunu, cavab dehlərə iki maşınlıq yerin 11.000 manata sata bilməyəcəyini, müqavilə onun tərəfindən imzalanıb təsdiq edildikdən sonra komendant Şahid1 onun xəbəri olmadan müqaviləyə əlavə qeydlər etdiyini bildirməsini, Cavabdeh1 ilə binanın komendantı Şahid1 arasında iki maşınlıq qarajın cavabdehə satılması ilə bağlı MMC ilə Cavabdeh1 arasında müqavilə tərtib edilməməsini, binanın komendantının isə qarajların satışının şəxsən həyata keçirməsində səlahiyyətli olmasının müəyyən edilmədiyini, cavabdeh tərəfin MMC tərəfindən onlara iki maşınlıq qarajın satılması halını sübut edə bilməmələrini və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamasını, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən qarajın (qeyri-yaşayış sahəsi) iddiaçıya məxsus olmaqla hazırda cavabdehlərin istifadəsində olduğundan iddiaçın ın öz əmlakına sahiblik etmək hüququndan məhrum olmasını, İddianın əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə isə iddiaçının tələbini əsaslandırmadığını qeyd edərək, cavabdehlərin iddiaçıya məxsus bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, onun sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması hissəsində iddianı təmin etmiş, qalan hissədə isə rədd etmişdir. İddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.
74. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin edilən hissədə rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi müqavilədə ona ayrılmış qarajın Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin məhz hansı hissəsində yerləşməsi müəyyən olunmamış, qarajın yerləşməsinə dair plan-sxem, həmin yerin koordinatı, nömrəsi və s. bu kimi fərdi xüsusiyyətləri göstərilməmişdir (müqavilədə ümumi formada iddiaçıya qeyriyaşayış sahəsinin satılması qeyd olunmuşdur). Keçən uzun müddət ərzində iddiaçının özü də həmin müqaviləyə əsasən hüquqlarının dövlət qeydiyyatını həyata keçirməmiş, beləliklə qaraj sahəsinin yeri konkretləşməmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sübutlardan da qaraj sahəsinin məhz cavabdehin faktiki istifadəsində olan sahə olduğu müəyyən olunmur. Məhkəmə kollegiyası həmçinin iddiaçıya satılmış qeyri-yaşayış sahəsinin yerinin müəyyən edilm əsinin mümkün olmaması barədə Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2435 nömrəli rəyinə istinad etmişdir.
75. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələrindən də iddia tələbinin əsaslı olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, şahidlər həm iddiaçının, həm də cavabdehin xeyrinə ifadələr vermişlər. Şahidlərdən Şahid6 iddiaçının bacısı, Şahid7 qohumu olmaqla iddiaçının xeyrinə ifadələr vermiş, lakin həmin ifadələr ümumi sözlərdən ibarət olmaqla, işdə olan digər sübutlarla təsdiq olunmamışdır. Bununla yanaşı, üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2 izahatı da iddianın yoxlanılan hissədə əsaslı olması anlamına gələ bilməz. Çünki həmin şəxs ümumi sözlərlə iddia olun an qarajın iddiaçıya məxsus olmasını bildirmiş, lakin MTK-nın direktoru olaraq bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmidir. Odur ki, iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli müqavilə ona mübahisəli bir maşınlıq qaraj sahəsinə əmlak hüquqları yaratsa da, həmin sahənin konkret yerinin müəyyən olunmaması (fərdiləşməməsi) durumunda iddiaçının hazırkı tələbi üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri də mövcud deyildir. İddiaçının hazırkı tələbi üzrə Mülki Məcəllənin sahibliyin müdafiəsi ilə bağlı normalarının dispozitiv şərtləri də ödənilmir. Çünki sahiblik, əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (Mülki Məcəllənin 159-cu maddəsi). Bununla yanaşı, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı baş qa sahibi özgə əşyasının sahibidir (Mülki Məcəllənin 161-ci maddəsi). İşdən görünür ki, iddiaçı Cavabdeh2 münasibətdə iddia etdiyi qaraj sahəsinə faktiki sahibliyi həyata keçirməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
77. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedi kdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlara, habelə cavabdehin iddia tələbinə qarşı verdiyi etirazın əsası ilə bağlı təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və obyektiv qiymət verilmədiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz.
79. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdehin aldıqları qarajlara (qeyri-yaşayış sahəsi) münasibətdə hər ikisinin eyni hüquqi vəziyyətdə olmaları, yəni üçüncü şəxs "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən iddiaçıya və xx.xx.2016-cı tarixli müqaviləyə əsasən Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişinin zirzəmi hissəsində ye rləşən bir maşınlıq qarajın satılması, lakin hər iki tərəfə qarajı satmış "xxxx" MMC-nin direktoru Nümayəndə2 mövqeyi nəzərə alınmadığı halda, alğı-satqı müqavilələrinə əsasən nə iddiaçıya, nə də cavabdehə aid qarajların məhz zirzəminin hansı hissəsində yerləşməsinin müəyyən olunmaması, qarajın yerləşməsinə dair plan-sxem, həmin yerin koordinatı, nömrəsi və s. bu kimi fərdi xüsusiyyətlərinin göstərilməməsi (hər iki müqavilədə ümumi formada iddiaçıya və Cavabdeh1 qeyri-yaşayış sahəsinin satılması qeyd olunmuşdur), iki maşınlıq qarajın (qeyri-yaşayış sahəsi) 2017-ci ildən cavabdehlərin istifadəsində olmasına baxmayaraq, müqavilənin sonunda MMC-nin həmin vaxt komendantı olmuş Şahid1 tərəfindən iki maşınlıq qarajın satılması barədə qeydlər edildikdən sonra müqavilənin MMC tərəfindən möhürlə tə sdiq edilməməsi, həmçinin həmin qeyddən sonra Cavabdeh1 iki maşınlıq qarajın satılması barədə MMC ilə yeni müqavilənin tərtib edilməməsi, binanın komendantının isə qarajların satışının şəxsən həyata keçirməsində səlahiyyətli olmasının müəyyən edilməməsi, cavabdeh tərəfin MMC tərəfindən onlara iki maşınlıq qarajın satılması halını sübut edə bilməmələri və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
80. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin, birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə2 söylədiyi fikirlərə, yəni iddiaçıya, o cümlədən cavabdehlərə tərəfindən yalnız bir maşın üçün qaraj satılması, mübahisəli ərazidə dörd sütunun arasında iki avtomobil üçün qarajın olması, cavbabdeh Cavabdeh2 iddiaçı ilə razılaşdıqları halda ikinci qarajın satılması ilə bağlı müqavilə bağlaya biləcəyi, müqavilələr bağlanan vaxtda bir qarajın qiymətinin 12.00013.000 manat olduğu, cavabdehlərə iki maşınlıq yerin 11.000 manata sata bilməyəcəyi, Cavabdeh1 müqaviləsi onun tərəfindən imzalanıb təsdiq edildikdən sonra komendant Şahid1 onun xəbəri olmadan müqaviləyə əlavə qeydlər etməsi barədə izahatında göstərdiyi hallara düzgün hüquqi qiymət verilməmiş, izahatda qeyd olunanlarla bağlı qarajlara (qeyri yaşayış sahəsi) yerində müayinə keçirilməmiş, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə keçirilmiş baxışın detalları həmin baxışda iştirak etmiş şəxslərin münasibəti öyrənilməklə araşdırılmamış, həmin sübuta hər hansı h üquqi qiymət verilməmişdir.
81. Bundan başqa məhkəmələr Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın təsisçilərdən biri olmuş Koroğlu adlı şəxsə məxsus qarajın satılmasını müəyyən etsələr də, həmin qaraşın neçə maşınlıq olmasını dəqiqləşdirmək üşün, qarajla bağlı Koroğlu adlı şəxsə məxsus qeydiyyat sənədlərinin olub-olmaması araşdırılmamış, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə uyğun olaraq bununla bağlı iddiaya qarşı etirazının əsası olaraq Koroğlu adlı şəxsin məhkəmə iclasında şahid qismində dindirilməsinə zərurətin olub-olmaması cavabdehlərlə müzakirə edilməmişdir.
82. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü gir işin zirzəmi hissəsində iki maşınlıq qarajın satılması sübuta yetirilmədiyi halda, iddiaçının iddia etdiyi qaraj sahəsinə faktiki sahibliyi həyata keçirib-keçirməməsinin iş üçün hər hansı əhəmiyyət kəsb etməməsi apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, ümumiyyətlə apellyasiya məhkəməsi iddiaçının iddia etdiyi müddətdə cavabdehlərin ikinci qaraja (qeyri-yaşayış sahəsinə) sahibliyinin qanuni olub-olmamasına hüquqi qiymət verməmiş və iddianın həmin hissədə rədd olunması ilə bağlı əsassız nəticəyə gəlmişdir.
83. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə nəticəyə gəlmişdir. Odur ki, yuxarıda qeyd olunan hallar araşdırılmadan apellyasiya instansiya məhkəməsinin, mübahisəli qarajın (qeyri-yaşayış sahəsi) konkret yerinin müəyyən olunmaması (fərdiləşməməsi) durumunda iddiaçının hazırkı tələbi üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olmaması, iddiaçının tələbi üzrə Mülki Məcəllənin 159 və 161-ci maddələrində nəzərdə tutulmuş əşyanın faktiki sahibinin olması və sahibliyin müdafiəsi ilə bağlı normalarının dispozitiv şərtlərinin ödənilməməsi barədə mövqeyi də düzgün olmamışdır.
84. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilm əsini təmin etməlidir.
85. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.
86. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər old uğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.
87. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya di gər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 88. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
89. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
90. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamı şdır.
91. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
92. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə a laraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
93. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüq uquna təsir göstərən müddəalar olmamalıdır.
94. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
95. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü ma ddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir. 96..Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1757/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.