Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7089/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X1, Cavabdeh və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(107)1577/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(019)-28/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Q.Səlimov) İdd iaçı Cavabdeh qarşı “evə çəkilmiş xərclərə görə 15.000 manat pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən evə çəkilmiş xərclərə görə 15.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(107)1577/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Balakən rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “evə çəkilmiş xərclərə görə 15.000 manat pul tələbinə dair” iddia qaldırıb və tələbini onunla əsaslandı rıb ki, 1971-ci ildə X4 ilə ailə qurub və ünvan 1 ünvanda yerləşən X5a məxsus olan evə gəlin köçüb. ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin ölçülüb verilməsinə, digər sənədlərin isə gələcəkdə hazırlanmasına dair rayon memarlıq və torpaq şöbəsinə göstəriş verib. 1971-ci ildə rayon memarlıq və torpaq şöbəsinin əməkdaşlarının iştirakı ilə X13a verilmiş torpaq sahəsinin hüdudları naturada (yerində) müəyyənləşdirilərək və başqa sahələrdən mərzlə və ya digər ayrıcı nişanlarla ayrılaraq ölçülüb verilib, onlar həmin torpaq sahəsində hazırda yaşadıqları evin tikintisinə başlayıb. Həmin ərazi vaxtilə boş sahə olub. Həmin vaxt X5 ünvan 3 ünvanda özünə məxsus ayrıca evi olub. 1973-cü ildə 2 mərtəbəli, 4 otaqlı evi tikib üstünü örtmüşlər. Sonradan ərindən ayrılıb. 22 iyun 1983-cü ildə X13la n ikahlarını təkrar qeydə aldırmaqla barışıb birgə təsərrüfat aparıblar. Onlar yarımçıq qalmış evlərinin tikintisini davam etdirib 1983-cü ildən köçüb bu günədək orada yaşayırlar. X13 15 aprel 2007-ci ildə ölüb və onun da yas mərasimləri öz tikdikləri evdə aparılıb. Qeyd olunan faktlar qonşuların və evin tikintisini aparan ustaların notarial qaydada təsdiq edilmiş izahatları, Balakən şəhər inzibati ərazi dairəsinin 04 mart 2015-ci il tarixli arayışı ilə də təsdiq olunur. 2012-ci ilədək evin və torpaq sahəsinin cavabdehin adına keçirilməsindən məlumatları olmayıb. X5 10 oktyabr 1986-cı ildə ölüb və onun ölümündən 3 il sonra yəni, 14 noyabr 1989-cu ildə keçmiş Balakən şəhər XDS İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən onun adına Balakən şəhəri, Ağamalıoğlu küçəsi 3 sayl ı evə qeydəalma vəsiqəsi verilib. Qeydəalma vəsiqəsi Balakən rayon XDS İcraiyyə Komitəsinin 15 sentyabr 1976-cı il tarixli qərarı əsasında rəsmiləşdirilib. Lakin Balakən rayon Dövlət Arxivinin 07 yanvar 2013-cü il tarixli arayışında Balakən rayon XDS İcraiyyə Komitəsinin 15 sentyabr 1976-cı il tarixli, 21 saylı protokolunda mərhum Xun adına hər hansı evin mülkiyyətinə verilməsinə dair qeydiyyat aparılmayıb. Mübahisə olunan Balakən şəhəri, Ağamalıoğlu küçəsi 3 saylı ünvanda yerləşən fərdi yaşayış evində nə X, nə X1, nə də Cavabdeh heç vaxt yaşamayıblar. X9 ölümündən 3 il sonra yəni, 14 noyabr 1989-cu ildə keçmiş Balakən şəhər XDS İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən onun adına ünvanə qeydəalma vəsiqəsi verilib. Bundan təxminən bir ay sonra yəni, 23 dekabr 1989-cu i ldə notarial qaydada vərəsəlik işi açılıb, Xdan qalmış “mirası” qəbul etmədiyi halda Cavabdeh adına 26 dekabr 1989-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilib. Notarial orqanı tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən yenə də saxtakarlığa yol verilib. ünvandə heç kim qeydiyyatda olmadığı halda Balakən şəhər XDS İcraiyyə Komitəsinin 1989cu il tarixli arayışına əsasən Cavabdeh qeyd edilən ünvanda qeydiyyatda olan şəxs kimi göstərilib. 08 avqust 1995-ci ildə X1 mübahisələndirilən evi Cavabdeh bağışlayıb. O, cavabdehlərə və digərlərinə qarşı iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət edərək, Xun adına verilmiş 14 noyabr 1989-cu il tarixli qeydəalma vəsiqəsinin, X1nın adına verilmiş 18 aprel 1995-ci il tarixli qeydiyyat vəsiq əsinin, Cavabdeh adına verilmiş 26 dekabr 1989-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, “JN 1249 A” saylı “torpağın mükiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi, mərhum X6 şəhəri, Ağamalıoğlu küçəsində 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyətçi kimi qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş edib və Balakən rayon məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiası rədd edilib. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Bundan başqa, Balakən rayon məhkəməsinin 21 noyabr 2016-cı il tarixli qətnaməsi ilə onun ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 6.500 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması qət edilib. Lakin o, həmin evə köçdüyü andan evdə yenidənqurma işləri aparıb. Ev 1973-cü ildə tikilib, həmin vaxt ev 2 otaqdan ibarət olub. Evin ətrafına hasar çəkib və evə bir neçə otaq əlavə edib. Hazırda ev 4 otaqdan ibarətdir. Evi isə tam təmir etdirib. Evin üst hissəsini tam dəyişdirib. Bütün bu işlərlə bağlı evə 15.000 manatdan çox xərc çəkib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Ka ssasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili X3 kassasiya şikaytində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və vəkili X4 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə çıxarmaqla iddia ərizəsini rədd edərkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,Xun adına işlənmiş 1 mərtəbəli, 3 otaqlı yaşayış evinin tikilməsinə dair smetaya əsasən həmin smeta 31 fevral 1974-cü il tarixdə Baləkən şəhər ZDS-nin sədri tərəfindən təstiq edilib. Smetada tikintidə işlədiləcək t ikinti materiallarının həcmi, sayı, qiməti və ümumi dəyəri göstərilib. 21 iyul 2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxara əsasən, Balakən şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 0,1134 ha həyətyanı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınıb. Baləkən rayon məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı Xun adına verilmiş 14 noyabr 1989-cu il tarixli qeydəalınma vəsiqəsinin, X1nın adına verilmiş 18 aprel 1995-vi il tarixli qeydiyyat vəsiqəsinin, Cavabdeh adına verilmiş 26 dekabr 1989-cu il tarixli saylı “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, “JN-1249A” saylı “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi, X6 şəhəri, Ağamalıoğlu küçəsi, 3 saylı ünvanda yerləşə n fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyətçi kimi qeydə alınması tələbi təmin edilməyib. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Qeyd edilən məhkəmə aktları ilə müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Balakən şəhər XDS İcrayə Komitəsinin 15 sentiyabr 1976-cı il tarixli qərarı ilə Xa verilib və həmin qərar əsas götürülərək 14 noyabr 1989-cu il tarixdə onun adına qeydiyyat vəsiqəsi verilib. Xun ölməsi ilə bağlı hüquqi varisi kimi arvadı X1nın adına 26 dekabr 1989-cu il tarixli “vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib. 18 aprel 1995-ci ildə X1 yaşayış evi ilə bağlı qeydiyyat vəsiqəsi alıb və 08 avqust 1995-ci ildə ünvani qızı Cavabdeh bağışlayıb. Bundan sonra Cavabdeh həm həyətyanı torpaq sahəsi, həm də onun üzərində yerləşən yaşayış evi ilə bağlı mülkiyyət sənədi əldə edib. Eyni zamanda Balakən rayon məhkəməsinin 21 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 6.500 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması qət edilib. İşə əlavə edilmiş 03 dekabr 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair 1983-cü ildə tərtib olunmuş texniki pasportda öz əksini tapmayan, eləcə də mülki iş materialında olan izahatlarda və baxış zamanı əldə olunmuş məlumatlara əsasən fərdi yaşayış evinin həyətyanı sahəsinin ətrafına hasar çəkilib, evin daxilində təmir-tikinti işləri aparı lıb, 2-ci mərtəbədə açıq tipli eyvan artırılıb və dam quraşdırılıb. Qeyd olunan işlərin aparılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 16.013 manat müəyyən edilib. İddiaçı, iddia ərizəsində, kassasiya şikayətində mübahisəli evi 1973-cü ildə X13la birlikdə yaşadığı dövrdə tikdirib üstunü bağladıqlarını, 1983-cü ildə X13la barışdıqdan sonra evdə əlavə tikinti işləri apardığını, hasar çəkdirdiyini və evi təmir etdirdiyini və sair göstərsə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəs ində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməyib. Əksinə, mübahisəli torpaq sahəsi 1976-cı il də iddiaçının qaynatası olmuş Xun adına ayrılıb. 1974-cü ildə təsdiq edilmiş tikintinin smetası Xun adına olub və 1989-cu ildə onun adına qeydiyyat vəsiqəsi verilib. Onun ölümü ilə bağlı mübahisəli ev arvadı X1nın adına vərəsəlik qaydasında keçib və öz adına qeydiyyat vəsiqəsi aldıqdan sonra 08 avqust 1995-ci ildə həmin evi qızı Cavabdeh bağışlayıb. Sonradan Cavabdeh yaşayış evinə və onun altında yerləşən torpaq sahəsinə dair öz adına mülkiyyət sənədi alıb. İddiaçı yuxarda qeyd edilən mülkiyyət hüququna dair sənədlərin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırsa da, onun iddiası əsassız olduqundan təmin edilməyib və onun istifadə hüququna isə 6.500 manat kompensasiya ödənilməklə xitam verilib. Birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X6 ifadəsin də göstərib ki, 1994-cü ildə X7 və X8in yaşadığı evdə işləyib, evin dam örtüyünü vurub və gördüyü işin pulunu isə X8ödəyib. Lakin, işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsi tərəfindən verilmiş 20 iyun 2019-cu il tarixli arayışdan görünür ki, X8 25 may 1992-ci ildən 26 iyun 1996-cı ilədək həqiqi hərbi xidmətdə olub. Ona görə də apellyasiya instansiyası məhkəməsi şahid X7un ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni sübut növü kimi qəbul etməyib və hesab edib ki, X7 həqiqi hərbi xidmətdə olduğu müddətdə onun mübahisəli evdə usta qismində işləməsi mümkün deyildir. Birinci inistansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X11in ifadəsi ilə müəyyən olunmuşdur ki, 2000-ci ildə qonşuluqda yaşayan X9 və X8in yaşadığı evdə bir ay müddətində təmir işləri aparıb, pulunu da X8dən alıb. Ancaq həmin şahidin ifadəsində heç bir konkretlik yoxdur, hansı təmir işləri aparması, təmirin nədən ibarət olması, hansı həcmdə olması və nə qədər pul alması ifadəsindən görunmür. İşə əlavə edilmiş ekspert rəyində isə 1983-cü ildə tərtib edilmiş texniki pasportda öz əksini tapmayan, eləcədə mülki işin materiallarında olan izahatlarda və baxış zamanı əldə olunmuş məlumatlara əsasən fərdi yaşayış evinin həyətyanı sahəsinin ətrafında çəkilmiş hasar, evin daxilində aparılmış təmir-tikinti işləri, ikinci mərtəbədə tikilmiş açıq tipli eyvan və quraşdırılmış dam nəzərə alınaraq həmin işlərin aparılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 16.013 manat təşkil edir. Ekspert in rəyindən görünür ki, hesablanmış məbləğ 1983-cü ildən sonra görülmüş işlərlə bağlıdır. Belə vəziyyətdə şahid X11 tərəfindən 2000-ci ildə mübahisəli evdə nə qədər iş görüldüyü və bunun üçün sərf edilən materialların və xidmət haqqının məbləğinin nə qədər olması ilə bağlı dəqiqlik olmadığından iddianın təmin edilməsi üçün onun ifadəsi də sübut növü kimi qəbul edilə bilməz. İşdən görünür ki, mübahisəli ev 1995-ci ildə cavabdehə bağışlanmış həmin ildən də o, evin mülkiyyətçisi olub. Ona kimi evin mülkiyyətçisi əvvəl iddiaçının qayınatası X, ondan sonra qayınanası X1 olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, qeyd edilən mülkiyyətçilərin yaşadıqları dövrdə əgər evdə təmir-tikinti işləri aparılmışdırsa, həm in işlərə sərf edilmiş pulun cavabdehdən tələb edilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa işdən görünür ki, iddiaçı, mübahisəli evdə 1973-2000-ci illərdə aparılmış tikinti və təmirə çəkilmiş xərcləri tələb edir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 70-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi idddia müddəti üç il müəyyən edilirdi. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsi əsassız olduğundan, iddia müddətini tətbiq etməklə tələbin rədd edilməsinə ehtiyac qalmır. Mülki Məcəllənin 157.2-ci maddəsində gös tərilir ki, mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlil ləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(107)-1577/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7089/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7089/2019
26.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver