Məhkəmə qərarları › İş №2(102)-709/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-709/2020

18.02.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-709/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 18 fevral 2020-ci il İŞ № 2(102)-709/2020 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili X1 və cavabdeh Bakı şəhər 08 saylı şəhər Poliklinikasının vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10707/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)2613/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.Ş.Quliyev) İddiaçı cavabdeh Bakı şəhər 08 saylı şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 56-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və cavabdeh təşkilat tərəfindən ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10707/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilər ək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 56-K saylı əmrinin ləğv edilməsi, cavabdeh təşkilatda əvvəlki işinə, yəni massaj üzrə tibb qardaşı işinə bərpa edilməsi və ona məcburi iş buraxdığı günlər üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqi qi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunu izahatlar verdilər. Cavabdeh Bakı şəhər 08 saylı şəhər Poliklinikasının vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xa hiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, Səhiyyə Nazirliyinin xx xxxx 2019-cu il tarixli, 59.0-5823 sa ylı və Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2019-cu il tarixli, 2717-01/11 saylı məktublarına əsasən, cavabdeh təşkilata daimi massaj tibb bacısının işə qəbul edilməsi ilə əlaqədar olaraq iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin d) bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hala görə xitam verilməsinə, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş bu halları üzrə səhv nəticəyə gəlməsinə, iddiaçının işdən çıxarılmasına əsas vermiş faktiki halları əsas götürərək onun işdən çıxarılma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırmamasına, işəgötürənin əmrdə qeyd etdiyi əsasın yalnız Əmək Məcəlləsinin 74-cü maddəsinin dispozitiv şərti ilə məhdudlaşmamasına və sair istinad edib və hüquqi mövqeyini Əmək Məc əlləsinin 68, 74-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, iddiaçı İ qrup gözdən əlildir və himayəsində yetkinlik yaşına çatmayan uşağı vardır. İşəgötürənin əmri ilə o, xx xxxx 1990-cı il tarixdən fasiləsiz və etirazsız olaraq cavabdeh təşkilatda massajist işinə qəbul edilib. Sonuncu dəfə xx xxxxxx 2007-ci il tarixdə tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanıb və iddiaçı cavabdeh təşkil atda əvəzçilik üzrə massajist işinə keçirilib. Bundan sonra, Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2019-cu il tarixli, 271701/11 saylı məktubu ilə İ qrup gözdən əlil Süsən Əliyeva cavabdeh təşkilatda vakant olan 1,0 ştat vahidi massaj üzrə tibb bacısı işinə göndərilib. İşəgötürənin xx xxxxx 2019-cu il tarixli, 56-K saylı əmri ilə cavabdeh təşkilatın “Fizioterapeya və tibbi bərpa” Şöbəsinin massaj üzrə tibb qardaşı İddiaçıla bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 153 saylı əmək müqaviləsinə xx xxxxx 2019-cu il tarixdən xitam verilib və ona son haqq-hesabın, əmək kitabçasının və əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi qərara alınıb. Əmrin verilməsinə əsas kimi Səhiyyə Nazirliyinin xx xxxx 2019-cu il tarixli, 5-59/Ə-5823 say lı və Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2019-cu il tarixli, 2717-01/11 saylı məktublarına əsasən daimi massaj üzrə tibb bacısının işə qəbulu ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hal göstərilib. Göründüyü kimi işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən tərəflərin iradəsindən asılı olmayan hal kimi Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin sözügedən məktubları ilə İ qrup gözdən əlil xx cavabdeh təşkilatda vakant olan 1,0 ştat vahidi massaj üzrə tibb bacısı işinə göndərilməsi göstərilib. Əvvəla, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi və 74-cü maddəsinin tələbləri ilə əsaslandırmağa çalışsa da, həmin maddələrin tətbiqində və təfsirində səhvə yol verib. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları müəyyən edilib göstərilib. Həmin Maddənin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddənin mənasına görə, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslara və qaydalara əməl edilmədən əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Eləcə də həmin Maddənin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları sadalanıb göstərilib və həmin əsaslardan biri də d) bəndində nəzərdə tutulan tərəflərin iradəsindən asılı olmayan haldır. Göründüyü kimi Qanunverici tərəflərin iradəsindən asılı olmayan hallar olduqda əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü istisna etmir, lakin bunun üçün Əmək Məcəlləsinin 74-cü maddəsində sadalanan əsaslar olmalıdır. Həmin Maddənin 1-ci hissəsində göstərilir ki, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə yalnız aşağıdakı hallarda, yəni a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan m əhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə xitam verilir. Hazırki halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi qeyd olunan maddədə sadalanan tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hallardan hər hansı birinə uyğun gəlmir. İşəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin d) bəndi üzrə düzgün olmayaraq xitam verilmişdir. Çünki, işdə, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hər hansı hal mövcud deyil. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsaslı hesab edib və belə qənaətə gəlir ki, Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin sözügedən məktubları ilə İ qrup gözdən əlil Süsən Əliyevanın cavabdeh təşkilatda olan 1,0 ştat vahidi massaj üzrə tibb bacısı işinə göndərilməsi, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hal kimi qiymətləndirilə və bu, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayıla bilməz. Digər tərəfdən, iddiaçı, xx xxxx 1990-cı il tarixdən fasiləsiz və etirazsız olaraq cavabdeh təşkilatda massajist işində işləyir, xx xxxxxx 2007-ci il tarixdən isə onunla müddətsiz əmək müqaviləsi bağlanıb. Əmək müqav iləsinin 1.2-ci bəndinə görə o, cavabdeh təşkilatda 0,5 ştat vahidi üzrə əvəzçi massajist işinə keçirilib. Eyni zamanda iddiaçı, 1994-cü ildən əsas iş yeri olmaqla 1 saylı şəhər Poliklinikasında 1,0 ştat vahidi üzrə massajist işləyir və son 30 ilə yaxındır ki, bu qaydada çalışır və əmək funksiyalarını yerinə yetirir. Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabç ası təqdim edilmədən bağlanılır. Həmin Maddənin 4-cü bəndində göstərilir ki, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə...heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, xx xxxxxx 2007-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçının əlavə iş yerində son 12 il müddət ərzində əvəzçilik üzrə əmək fəaliyyətini yerinə yetirməsinə və heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normaların, qaydaların və müddəaların ona da şamil edilməsinə, lakin, onunla bağlanmış əmək müqaviləsinə xitam vermədən işəgötürənin verdiyi yalnış məlumata görə, xx xxxxxx 2019-cu il tarixdə səlahiyyətli dövlət o rqanının “Tibb qəzetində” massaj işinin vakant olmasına dair müsabiqə elan etməsinə, Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin sözügedən məktubları əsas tutularaq faktiki və hüquqi cəhətdən boş olmayan massajist ştatına təyin edilməsi üçün İ qrup gözdən əlil Süsən Əliyevanın göndərilməsinə və beləliklə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına əhəmiyyət vermədən, yalnız cavabdeh tərəfin formal mülahizələrinə əsaslanaraq iddia ərizəsini rədd etmişdir. Daha sonra, apellyasiya instansiyası məhkəməsi “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunverciliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxxxx 1993-cü il tarixli, 05 saylı Qərarının 31 -ci bəndinə istinad edib, iddiaçının işdən çıxarılmasına əsas vermiş faktiki halları əsas götürərək, onun işdən çıxarılma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunverciliyinin tələblərinə uyğunlaşdırmağa çalışsa da, gəldiyi nəticəni qətnamədə əsaslandırmayıb və iddiaçının işdən çıxarılma səbəbinin ifadəsini qüvvədə olan Əmək Məcəlləsinin hansı normasına uyğunlaşdırmasını qətnamədə göstərməyib. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən cavabdeh tərəfin apellyasiya şikayətini təmin etdiyini qətnamədə göstərməyib və bununla da Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin və ya rədd etdiyini qətnamə də göstərməyə borcludur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə...çıxarır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət ver ilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10707/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar