Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-709/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13* saylı hərbi hissəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13* saylı hərbi hissəsinə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-2422/2*22 nömrəli, 16 sentyabr 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) *9.*1.2*14-cü il tarixdən davamlı olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi 13* saylı hərbi hissəsində (bundan sonra – Hərbi hissə və ya cavabdeh) maddi texniki təminat bölüyünün təsərrüfat tağımının yeməkxanasında qabyuyan işləmişdir.
2. İddiaçı ilə əmək müqaviləsinə 13.11.2*2*-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdi.
3. Gəncə şəhər prokurorunun 31.*8.2*21-ci il tar ixli qərarı ilə iddiaçının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsi (Xırda talama) ilə inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən (inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışması) xitam verilmişdir. Bu qərardan iddiaçının yuxarı prokurora və məhkəmələrə verdiyi şikayətlər təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərbi hissənin 13.11.2*2*-ci il tarixli, 321 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə, Hərbi hissədə maddi texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanası nda qabyuyan işinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub ona verilməsi, korlanmış əmək kitabçanın bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi dövrdə əsgərlər yeməkxanaya gec gəldikləri üçün onlara yemək verdiyi zaman, Hərbi hissənin rəis heyəti ilə münaqişə yaranmışdır, bu səbəbdən də əmək müqaviləsinə xitam verilmişdir. Onun işdən çıxarılmasına dair əmr əsaslandırılmamış, nəticədə himayəsində 1-ci qrup əlil uşağı olan ana kimi maddi məhrumiyyətə məruz qalmışdır. Bundan əlavə, əmək kitabçası da Hərbi hissə tərəfindən korlanmış, vərəqləri biri-birinə yapışdırılmış və bununla da *2.*3.2*17-ci il tarixdən *9.*3.2*18-ci il tarixədək guya ki, işsiz olduğu iddia edilmişdir. Lakin həmin müddətdə işlədiyi və əmək haqqı alması "xxxx" ASC-dən əldə etdiyi çıxarışlarda əksini tapmışdır. Əmək müfəttişliyindən bildirildiyinə görə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş də portala gec, yəni 2*21-ci ilin iyun ayının 2-də yerləşdirilmişdir.
6. İş materiallarına əlavə edilmiş Hərbi hissəsinin Həmkarlar İttifaqı Komitəsinin 17 noyabr 2*2*-ci il tarixli protokolunda qeyd edilmişdir ki iddiaçı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, mütəmadi olaraq böyük rəislərlə mübahisə edir, dəfələrlə təkrarlanmaqla döyüşlər zamanı əsgərlərin ərzaq payını mənimsəməyə cəhd edir, tutulan iradlardan nəticə çıxarmır, bu kimi hallar hərbi hissənin daxili intizam qaydalarını pozmaqla, digər işçilər arasında intizamsızlığa səbəb olur. Komitə Əmək Məcəlləsinin 7*ci maddəsinin “ç” bən dinə əsasən 13 noyabr 2*2*-ci il tarixdən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir.
7. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Ucar regional ərazi şöbəsinin (bundan sonra – üçüncü şəxs) iddiaçıya ünvanlanmış *6 aprel 2*22-ci il tarixli, 2213*111*92 nömrəli məktubda qeyd edilmişdir ki, işəgötürən əmək müqavilənizə xitam verərkən Əmək Məcəlləsinin 12, 71(2), 79, 8* və 83-cü maddələrinin tələbini pozmuş, Məcəllənin 71, 79 və 8*-ci maddələrinin tələblərini nəzərə almamışdır. Bununla bağlı Hərbi hissənin komandiri barəsində İXM-in 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında icraat başlanmışdır.
8. Cavabdeh məhkəmə baxışı zamanı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ve rərək, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*45)-851/2*22 saylı, 12 may 2*22-ci il tarixli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının 13.11.2*2*-ci il tarixli, 321 saylı əmrlə işdən azad olunduğu haqqında məlumatı olsa da, o, iddia ərizəsi ilə məhkəməyə 16.*3.2*22-ci tarixdə müraciət etmiş, cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
11. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 296, Azərbaycan Respublikası Mülki Məcələsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 375-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinə və Hərbi hissəyə müraciət etməsinə baxmayaraq işdən azad olunması barədə əmrin surəti ona təqdim edilməmişdir. Buna görə də o, hansı əsaslarla işdən azad olunduğunu bilmir. Hərbi hissə komandiri onun öhdəsində 1-ci qrup əlil ailə üzvünün olmasını və eləcə də əmək müqaviləsinə xitam verilməsini həmkarlar təşkilatı ilə qabaqcadan razılşadırmadığından onu işdən azad edə bilməzdi. Onun əmək müqaviləsinə xitam verərkən həmkarlar təşkilatının razılığının əmrin verilməsindən 4 gün sonra alması bu əmrin qanunsuz olmasının təsdiq edir. Onun əmək kitabçasını korlanmış, vərəqləri birbirinə yapışdırılmış və bununla da *2.*3.2*17-ci il tarixdən *9.*3.2*18-ci il tarixədək guya işsiz olduğu iddia edilmişdir. Lakin, həmin müddətdə işləməsi "xxxx" ASC-dən əldə etdiyi çıxarışla öz təsdiqini tapır. Əmək müfəttişliyindən ona bildirmişlər ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş portala gec, yəni 2*21-ci ilin iyun ayının 2-də yerləşdirilmişdir. İşdən çıxarılmağı barədə əmrin surətini ala bilmədiyindən iddianı vaxtında verə bilməmişdir. Həmin vaxtlar pandemiya ilə bağlı məhkəmələr işləmədiyindən, sərt karantin rejimi olduğundan hərəkət etmək mümkün olmamışdır. O, işdən əsassız çıxarılması ilə bağlı Hərbi hissəyə müraciətlər etmişdir. İşdən əsassız çıxarılması onunla sübut olunur ki, üçüncü şəxsin *6.*4.2*22-ci il tarixli, 2213*111*92 saylı məktubunda Hərbi hissənin komandiri barəsində İXM-in 192.2-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması əks olunmuşdur. Eyni zamanda ona başqa işlə təmin ediləcəyinə dair vədlər verərək, onun məhkəməyə müraciət etmə müddətini ötürməsinə şərait yaratmışlar.
14. Məhkəmə iclasında iddiaçının vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iddiaçının hüquqi savadı olmadığı üçün vaxtında məhkəməyə müraciət etməmiş, lakin müxtəlif orqanlara şikayətlər yazmışdır. Buna görə də hesab edir ki, buraxılmış müddət üzrlü hesab edilərək, bərpa edilməli və iddiaçının şikayəti təmin edilməlidir.
15. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin əmək müqavilə sinə xitam verərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuş, buna görə də Hərbi hissə komandiri inzibati məsuliyyətə cəlb edilmişdir. Müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-2422/2*22 nömrəli, 16 sentyabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı işə birinci instansiya məhkəməsində baxıldığı müddət ərzində buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət etməmişdir. İddiaçı yalnız qətnaməni aldıqdan sonra, *9 iyun 2*22-ci il tarixdə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən iddiaçının buraxdığı 1 il 4 aylıq prosessual müddətin üzrlü olub-olmamasına hüquqi qiymət verilməmişdir.
18. Belə ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
19. Məhkəmə iddiaçının korlanmış əmək kitabçanın Hərbi hissə tərəfindən bərpa edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əmək kitabçasının korlanması dedikdə əmək kitabçasının iki vərəqinin bir-birinə yapışdırılmasını nəzərdə tutmuşdur. Əmək kitabçasının bərpa edilməsi tələbi isə qeyri-müəyyən olmuşdur. Belə ki, iddiaçı həmin vərəqləri bir-birindən ayırmaq imkanına malik olmaqla yanaşı, əgər ayırma zamanı əmək kitabçasında əmək fəaliyyəti ilə bağlı hər hansı bir qeyd yararsız hala düşməklə oxunaqlı olmayacağı təqdirdə müvafiq qeydlərin aparılmasını işə götürəndən tələb edə bilər. Buna görə də iddiaçının qeyd olunan tələbi də əsassız hesab edilmişdir.
20. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 296, Mülki Məcəllənin 377.1, 375.2ci və MPM-in 14.2, 77.1, 88, 217.2, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
23. Kassator hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 377.1, 379.3 və MPM-in 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
25. Maddə 296 (1). Bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orq ana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
26. Maddə 296 (2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
27. Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Məcəllə
28. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiy i və ya bilməli olduğu gündən başlanır.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Mülki Prosessual Məcəllə
31. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Mülki prosessual qanunvericiliyə əsasən kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı icraat üzrə apellyasiya məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri id dianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
42. İddiaçı tərəfindən məhkəməyə iddia müddəti ötürülməklə müraciət edildiyindən, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını tələb etdiyindən və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəblərinin üzrlü sayılması barədə ərizə verilmədiyindən Əmək Məcəlləsinin 296 (2), Mülki Məcəllənin 375.2 və 382-ci maddələrinə əsasən işə baxmış məhkəmələr işin digər halları üzrə əlavə araşdırma aparmadan, məhz iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməklə qanuni nəticəyə gəlmişdir.
43. Kassasiya şikayətini n digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-2422/2*22 nömrəli mülki iş üzrə 16 sentyabr 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.