Məhkəmə qərarları › İş №2(102)-7095/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7095/2019

06.11.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7095/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh2 və onun vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tаrixli, 2(019)-1016/2018 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddiа təmin edilmiş, iddiaçı ilə c аvаbdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında ünvan 1 ünvanda yerləşən, JN-********* KОD ********* sаylı Tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət аktınа əsаsən cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.59 ha pаy tоrpаq sаhəsindən ********* nömrəli cizgidə göstərilmiş 1.25 ha kənd təsərrüfаtı təyinatlı torpaq sahəsinin аlqısаtqına dair müqаvilənin bаğlаnmış hesаb edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(107)1669/2019 saylı qətnaməsi ilə (hakimlər V.Məlikov sədrlik edən və məruzəçi, A.Mahmudov və E.Hüseynov) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Balakən Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tаrixli, 2(019)-1016/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbu l edilməsi, iddiаçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nа qаrşı 1.25 hа pаy tоrpаq sаhəsinə аlqı-sаtqı müqаviləsinin bаğlаnmış hesаb edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiаçı cavabdeh Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə qаrşı iddiа ərizəsi ilə Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, оğlu Cavabdeh4 və mərhumX1 ilə JN-********* KОD ********* sаylı Tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət аkıtаnа əsаsən ümumi birgə mülkiyyətlərinə verilmiş 1.56 hа pаy tоrpаq sаhəsindən ********* sаylı cizgidə göstərilmiş 1.25 hа hissəsinə оnunlа аlqı-sаtqı müqаviləsinin bаğlаnmış bаğlаnmış hesаb edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə akt ları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin müddətinin ötürülməsinə qiymət vermədən ədalətsiz qərar qəbul etmişdir. Hesab edirlər ki, Şəki Apellyasiya Məhkəməsinin 20.06.2019-cu il tarixli qətnaməsi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də qeyd edilən qətnamənin ləğv edilməsi və Balakən Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili X1 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdeh3 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan JN ********* KOD ********* olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətinin əsasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 mаy 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə ünvan 1 ünvanda yerləşən ərazidən 1.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bаlаkən rаyоn Qаzmа kənd inzаbаti ərаzi dаirəsi tərəfindən 11.06.2018-ci il tаrixdə verilmiş 841 nömrəli аrаyışdаn görünür ki, X2 19.08.2013-cü ildə vəfаt etmişdir. 14 aprel 2004-cü il tаrixdə təsdiq edilmiş ərizədən görünür ki, X2 1172 saylı Dövlət Aktına əsasən ona pay torpağı olaraq verilmiş 1.86 ha torpaq sahəsini İddiaçı satmış, ona görə də torpaq sahəsinin onun adından çıxarılaraq İddiaçı adına sənəd verilməsini xahiş etmişdir. Ərizə Balakən rayonu Qаzmа kənd İƏD üzrə icra nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. Həmin vaxt X2 hazırki iş üzrə apelyasiya şikayəti verən Cavabdeh1 ilə nikahda olmuşlar. Həmin vaxt onların uşaqları və birgə mülkiyyətçiləri Cavabdeh2, Cavabdeh3və Cavabdeh4 yetkinlik yaşına çatmamışlar. İş materialların a əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh2 1986-cı ildə, Cavabdeh31988-ci ildə və Cavabdeh4 1990-cı ildə doğulmuşlar. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, cavabdehlərin irəli sürdükləri dəlilləri haqlı sayaraq hesab etmişdir ki, X6 2004-cü ildə 1,86 ha torpaq sahəsini İddiaçı satmasını bildirərək və torpaq sahəsinin onun adına sənəd verilməsinə razılıq versə də bu ərizədə onlar arasında torpaq sahəsinin hansı qiymətə satılması, alqı-satqı zamanı birgə mülkiyyətçilərin razılığının olması şərtləndirilməmişdir. Cavabdeh1 əri X2 2013-cü ildə vəfat etmişdir. Lakin İddiaçı ərizəsində mərhum X2 2002-ci ildə 3.000.000(üç milyon) manat ( həmin dövrün məzənnəsi ilə) pu l verib aldığını bildirsə də əqd üzrə tərəf hesab etdiyi X2 və digər mülkiyyətçılərin ona əqdin notariat qaydasında təsdiqlənməsindən imtina etdiyini, imtina etmişsə nə üçün imtina etdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, X4 arvadı və yetkinlik yaşına çatmayan uşaqları ilə birgə mülkiyyətdə olan torpaq sahəsinin satılmasına dair İddiaçı ilə razılaşmaya gəldikləri barədə Cavabdeh1nın və Qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır. Belə bir sübut isə İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, mərhum X6 arvadının və yetkinlik yaşına çatmayan uşaqlarının birgə mülkiyyətində olan torpaq sahəsini onların razılığı olmadan İddiaçı adına keçirilməsi barədə sərəncam verilməklə onların mülkiyyət hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51, 55.4, 55.5, 55.6, 55.7-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 16.4, 19, 144.1, 157.2, 157.5, 157.6, 157.7, 213.4, 215.4, 215.8, 215.9, 215.10, 329.1, 334.2, 337, 353, 394, 404.1-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin müddətin ötürülməsi ilə verilməsi barədə iddiaçının kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan məhkəmə qəbzləri əsasında müəyyən edilir ki, cavabdehlər Balakən Rayon Məhkəməsinin 2(019)-1016/2018 nömrəli qətnaməsini 14 mart 2019-cu il tarixdə məhkəmədən götürmüşdürlər. Cavabdehlərin apellyasiya şikayətinin Balakən Rayon Məhkəməsinə daxil olma ştampından görünür ki, şikayət 29 mart 2019-cu il tarixdə apellyasiya şikayəti verilməsi müddəti ötürülmədən verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 2 17, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar