Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-71/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xvə maraqlı şəxs Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin əsasının sübut edilməməsi 19.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1421/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 yanvar 2022-ci il ta rixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarları ilə 0,11 ha və 1,10 ha torpaq sahələri X7 ayrılmış, bu barədə qeydiyyat aparılaraq Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və şəhadətnamə verilmişdir. X 09.05.2004-cü il tarixdə ölümündən sonra mülkiyyətindəki həmin torpaq sahələri miras qalmışdır. Miras qoyanın birinci növbədə olan vərəsələri X3, X4 və X1 rayon Notariat Kontoruna ünvanladıqları 17 mart 2006-cı il tarixli ərizələri ilə miras qalmış 1,10 ha tropaq sahəsindən imtina etdikləri üçün X tərəfindən Cavabdeh2 adına reyestrdə 23.01.2007-ci ildə 2V-09 saylı qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadə tnamə verilmişdir.
2. Cavabdeh2 02 sentyabr 2007-ci il tarixdə ölmüşdür.
3. X 07 may 2019-cu il tarixli 2/434 saylı İddiaçı ünvanlanmış məktubdan görünür ki, Şamaxı rayon notariat ofisinə etdiyi müraciətlə bağlı bildirilmişdir ki, mərhum X qalan miras əmlak üzrə Şamaxı rayon DNK-da 23 yanvar 2007-ci il tarixli 2V-09 nömrəli reyestrlə qeyd edilmiş vərəsəlik işi açılmış və miras əmlak mərhumun oğlu Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Müraciətinə görə notariat hərəkətinin aparılması mümkün olmaması səbəbindən Azərbaycan Respublikası Notariat haqqında qanunun 41-ci maddəsinə əsasən müvafiq məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X və maraqlı şəxs Cavabdeh2 qarşı vəsiyyət üçün vərəsə k imi tanınma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X 23 yanvar 2007-ci il tarixində 2V-09 reyestr nömrəsi üzrə verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, qardaşı Cavabdeh2 varislərin sırasından çıxarılması və onun 09 may 2004-cü il tarixdə vəfat etmiş anası X6 yeganə varisi olaraq adının vərəsələrin sırasına daxil edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X10 09 may 2014- cü il tarixdə vəfat etmişdir. Onun xxx ünvanında 0,11 ha torpaq sahəsindən ibarət miras əmlakı qalmışdır. Mərhum anasından miras qalan əmlak övladlardan yalnız onun tərəfindən faktiki qəbul edilmişdir. 26 aprel 2019-cu tarixində mərhum anasından qalmış miras əmlakın qəbulunun hüquqi rəsmiləşdirilməsi ilə bağlı X müra ciət etmiş və X 07 may 2019-cu il tarixli 2/434 saylı məktubu ilə ona bildirilmişdir ki, X 23 yanvar 2007-ci il tarixində 2V-09 reyestr nömrəsi üzrə qardaşı Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququnun rəsmiləşdirildiyi bildirilmişdir və müraciətinə əsasən notariat hərəkətinin aparılmasının mümkün olmadığı göstərilmiş, həmçinin Azərbaycan Respublikasının Notariat haqqında qanununun 41-ci maddəsinə əsasən məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. Notariat Ofisinin göndərdiyi yuxarıda göstərilən məktubda qardaşı tərəfindən miras əmlakın hansı əsasla (hüquqi və ya faktiki) əldə edildiyi göstərilməmişdir. Qardaşı Cavabdeh2 mərhum anasından qalan miras əmlakda anasının ölümünə qədər və ölümündən sonra yaşamamış, onun adına olan təsərrüfatdan istifadə etməmiş və digər hər hansı əmla kını faktiki olaraq qəbul etməmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdeh X və maraqlı şəxs Cavabdeh2 qarşı vəsiyyət üçün vərəsə kimi tanınma tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarları ilə 0,11 ha və 1,10 ha torpaq sahələri X7 ayrılmış, bu barədə qeydiyyat aparılaraq Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və şəhadətnamə verilmişdir. X 09.05.2004-cü il tarixdə ölümündən sonra mülkiyyətindəki həmin torpaq sahələri miras qalmışdır. Miras qoyanın birinci növbədə olan vərəsələri X3, X4 və X1 rayon Notariat Kontoruna ünvanladıqları 17 m art 2006-cı il tarixli ərizələri ilə miras qalmış 1,10 ha tropaq sahəsindən imtina etdikləri üçün X tərəfindən Cavabdeh2 adına reyestrdə 23.01.2007-ci ildə 2V-09 saylı qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
8. İddiaçı iddiasını qardaşı Cavabdeh2 mirası faktiki qəbul etməməsi ilə əsaslandırmış, lakin həmin dəlilinin təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
9. Bundan başqa Cavabdeh2 mirası faktiki qəbul etməməsi şəhadətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, Cavabdeh2 əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamasa da, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi onun mirası qəbul etməsi sayılır.
10. İddiaçı eyni zamanda qardaşı Cavabdeh2 varislərin sırasından çıxarılmasına əsa s ola biləcək halı əsaslandıra bilməmiş, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137, 1159.1.1, 1243.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1421/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin iş üzrə 24 sentyabr 2019-cu il tarixli 2(074)-841/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhk əməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamasa da, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi onun mirası qəbul etməsi sayılır.
15. İddiaçı eyni zamanda qardaşı Cavabdeh2 varislərin sırasından çıxarılmasına əsas ola biləcək halı əsaslandıra bilməmiş, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ap elyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və maraqlı şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddə sini rəhbər tutaraq işə cavabdeh və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Qanunun tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
25. Yalnız miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən mane törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təstiq edilsin. (maddə 1137)
26. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüququ vərəsələr sayılırlar. (maddə 1159.1.1)
27. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bunun la da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Mülki Prossesual Məcəllə
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
31. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddi açı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1421/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.