Məhkəmə qərarları › İş №2(102)-71/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-71/2024

15.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-71/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarma, ekspert rəyi, sübutların qiymətləndirilməsi, vəsatətlərə qiymət verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-106/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İmişli rayon Aqrar İslahat Komissiyasının 27 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı1, X3, İddiaçı3, İddiaçı5 və İddiaçı4 (bundan sonra – iddiaçılar) İmişli rayonu Telişli kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin sahəyə dair iddiaçıların adına torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

2. Aqrar İslahat Komissiyasının eyni qərarı ilə Cavabdeh (bundan sonra – cavabdeh) və ailə üzvlərinə (X1, X8, X5, X9) İmişli rayonu Telişli kəndi ərazisindən cizgidə göstərilən sərhəd d axilində 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin sahəyə dair iddiaçıların adına torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 0086 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin qanunsuz istifadəsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Tələb onunla əsaslandırılmışdır ki, ötən ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə i şləri aparılarkən istifadəsində olan torpaq sahəsinin X4 ailə üzvlərinin mülkiyyətinə verilmiş 0087 saylı planda sərhədləri göstərilmiş torpaq sahəsinə daxil olduğu aşkar edilmiş və həmin ərazidən çıxarılmışdır. Bundan sonra ölçmə aparılaraq, onun ailə üzvlərinin mülkiyyətində olan 0086 saylı planda sərhədləri göstərilmiş torpaq sahəsinin koordinatları təyin edilmiş və ərazinin cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etməsinin və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlərinin nəticəsi olmamışdır.

5. Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, heç bir torpaq sahəsini zəbt etməmişdir. Ailə üzvləri ilə birlikdə İmişli rayonu Telişli kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. İmişli rayonu T elişli kəndi ərazisində islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin yeri “Torpağa mülkiyyət hüququna dair” JN-0085 saylı Dövlət aktında göstərilmiş 0085 saylı plan əsasında təyin edilmiş və torpaq sahibi kimi ona təhkim edilmişdir. İndiyədək mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən istifadə etmiş və əlavə torpaq sahəsi zəbt etməmişdir. Ona görə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinin nəticəsi ilə razı deyil və iddia tələbini əsassız hesab edir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş qonşu torpaq sahəsinin mülkiyyətçisi X10 iddiaçının bildirdiklərini təsdiq etmişdir.

7. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0 36)-1908/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar və ailə üzvlərinin mülkiyyətində olan 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bir tərəfdən X4 və ailə üzvlərinin mülkiyyətində olan 0087 saylı planda yeri təyin olunan torpaq sahəsi ilə, digər tərəfdən isə cavabdehin (X2) ailə üzvlərinin mülkiyyətində olan 0085 saylı planda yeri təyin olunan torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı1 ilə X10 arasında 2.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı yaranmış mübahisə sonuncunun xeyrinə həll edildiyi üçün, 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlüklə cavabdehin qanunsuz sahibliyindədir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülk Məcəllə) 148.2, 152.5, 157.2 və 239.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 214.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə torpaq mülkiyyətçisi olaraq, onun və ailə üzvlərinin pay torpaq sahələri üzərində qanunla qorunan və müdafiə e dilən hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də qətnamədə gəlinən nəticə ilə razı deyil. Məhkəmə onun pay torpağı üzərində mövcud olan qanuni hüquqlarını nəzərə almamışdır. Qətnamə ilə qanunsuz olaraq 1998-ci ildən indiyədək xüsusi mülkiyyətində olan 1.90 ha pay torpaq sahəsindən çıxarılmışdır. Məhkəmə iddia tələbi üzrə işin hallarını tam, ətraflı və obyektiv araşdırmamış, yalnız iddiaçı tərəfin əsassız izahatları əsasında düzgün olmayan qətnamə çıxarılmışdır.

12. İşin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspertiza üzrə Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, təqdim edilmiş dövlət aktlarına əsasən torpaq sahələrinin koordina tları müəyyən edilmişdir; JN-0086 Kod 90717018 saylı Dövlət aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2.12 ha və JN-0085 Kod 90717018 dövlət aktı ilə cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür, iddiaçıların mülkiyyətində olan 2.12 ha torpaq sahəsi faktiki olaraq bütünlüklə cavabdeh tərəfindən istifadə olunur.

13. Həmin ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 15 may 2023-cü il tarixli, 10/3429 saylı rəyində yuxarıda göstərilən mütəxəssis rəyinə qeyd olunanları öz rəyinə köçürməklə kifayətlənmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-106/2023 nömrəli, 21 iyu n 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi) Samir Həsənov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan hallarına əsasən tərəflərə islahat aparılan zaman verilmiş pay torpaqlarının döngə nöqtələrinin koordinatları üst-üstə düşmür, birgə iddiaçıların mülkiyyətində olan 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq bütövlükdə cavabdehin istifadəsindədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil Qubad qızı) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamə çıxararkən istinad etdiyi əsaslar birbaşa maddi hüquq normalarının pozması ilə nəticələnmişdir.

18. Apellyasiya icraatı zamanı cavabdeh ekspertin, mütəxəssisin sözügedən mübahisəli əraziyə baxış keçirmədiyini, keçirilibsə onun iştirakının təmin olunmadığını bildirsə də apellyasiya instansiyası məhkəməsi bunu cavabdehin formal mülahizəsi kimi qiymətləndirmişdir. Bu hal da cavabdehi n və onun ailəsinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh tərəfindən göstərilmiş iradlar yəni, döngə nöqtələrinin naturada müəyyən olunmaması, olunubsa cavabdehin iştirakının təmin olunmaması hər bir halda bu ziddiyyətli məqamların araşdırılmaması cavabdehin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Ekspertiza rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən demək olar ki, araşdırılmamış, prosessual normaların tələbləri pozulmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. b)

19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Madd ə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

22. Maddə

68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mü lkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

24. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

29. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

31. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

34. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən t am mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. İlk növbədə nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömr əli Fərmanı imzalanmışdır.

44. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir.

45. Göründüyü kimi Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluq ların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir.

46. Baxılan iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparılarkən istifadəsində olan torpaq sahəsinin qonşu mülkiyyətçinin torpaq sahəsinə daxil olduğu aşkar edilmiş və həmin ərazidən çıx arılmışdır. Bundan sonra ölçmə aparılaraq, onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin koordinatları təyin edilmiş və ərazinin cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir.

47. Cavabdeh iddianı qəbul etməyərək, heç bir torpaq sahəsini zəbt etmədiyini, ailə üzvləri ilə birlikdə islahat nəticəsində mübahisəli torpaq sahəsinin ona və ailə üzvlərinə təhkim edildiyini, həmin dövrdən hazıradək torpaq sahəsindən istifadə etdiyini bildirmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinin nəticəsi ilə razı olmadığını qeyd etmişdir.

48. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli üçün ekspertiza təyin olunmamış, mübahisə ilə bağlı dövlət orqanlarının rəyi alınmamışdır.

49. Apellyasiya baxı şı zamanı təyin edilmiş ekspertiza üzrə Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində dövlət aktlarına əsasən araşdırma aparılaraq, torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşmədiyi, iddiaçıların mülkiyyətində olan 2.12 ha torpaq sahəsinin faktiki olaraq bütünlüklə cavabdeh tərəfindən istifadə olunduğu qeyd edilmişdir.

50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3429 saylı, 15 may 2023-cü il tarixli ekspert rəyi isə yuxarıda göstərilən mütəxəssis rəyi eynilə köçürülməklə tərtib edilmişdir.

51. İş üzrə icraat təzələndikdən sonra təyin edilmiş məhkəmə iclasında cavabdeh ekspertizada iştirak etmədiyini, ola bilsin ki, ekspertin başqa yeri tədqiq etdi yini, ekspertizanın düzgün aparılmadığını, təkrar ekspertiza təyin olunmasını xahiş etmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi cavabdehin vəsatətinə mümkünlük və ya əsaslılıq baxımından münasibət bildirmədən, verilmiş rəy əsasında iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

53. Halbuki mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə d igər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir.

54. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyini qətnamədə və ya qərardadda əsaslandırmaq vəz ifəsi də vardır.

55. MPM-in 97.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edə bilər. MPM-in 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

56. Həmçinin ekspert və ya dövlət orqanları tərəfindən verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün təqdim olunmuş rəyi tədqiq etməli, zərurət yaranarsa, ekspertin izahatını və mütəxəssisin məsləhət və şərhini dinləməklə həmin məsələlərə aydınlıq gətirməlidr. MPM-in 206-cı maddəsi nə müvafiq olaraq zərurət olarsa məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.

57. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatları nəzərə alınmadan, yalnız dövlət aktının məlumatları əsasında verilmiş mütəxəssis rəyini və həmin rəyi köçürməklə tərtib olunmuş ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, alınmış rəylərlə bağlı cavabdehin dəlillərinə (etirazlarına) heç bir qiymət vermədən, yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə zidd olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə nəticəyə gəlmişdir.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, yuxarıda göstərilən pro sessual hüquq pozuntuları ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-106/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar