Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7108/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, X4 ibarət tərkibdə, X22 oğlunun katibliyi, Üçüncü şəxslər X2 qızının, Cavabdeh4 vəkili Vəkil3, üçüncü şəxs “xxxx” ASC-nin vəkili və nümayəndəsi X18, Cavabdeh3, onun vəkili Vəkil1 və maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Kontorunun vəkili X19 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” barədə ilkin, Cavabdeh3 İddiaç ı, üçüncü şəxs Cavabdeh4 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı “çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-325/2016 saylı, 19 yanvar 2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə və icraatı birləşdirilmiş - iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh4, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı qarşı “mübahisəli evə dair mülkiyyət hüququna hüquqi əsas olan ilkin qeydiyyat sənədlərinin və onların əsa sında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(103)-627/2019 nömrəli qətnaməsindən üçüncü şəxslər Cavabdeh4 və X2 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və onlar tərəfindən köçürülmüş digər şəxslərin, mülkiyyətində olan X2 saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılması, qətnamə çıxarılan günə fərdi yaşayış evində qanunsuz yaşadıqları üçün maddi ziyana görə hər ay 500 manat olmaqla 1 il 1 ay hesabı ilə 6000 manat və mənəvi ziyana görə 5000 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən AN-İ № ******* saylı qeydiyyat nömrə ilə qeyd edilməklə 21.08.2014-cü il tarixdə Bakı şəhəri 37 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilməklə, XXX küçəsi, 0.02425 kv/m torpaq sahəsində yerləşən yaşayış sahəsi 71,46 kv.m, yardımçı sahəsi 336,27 kv/m olan (407.73 kv/m, 3 otaq) fərdi yaşayış evinin, satıcı Cavabdeh4 ona satmış, onun mülkiyyət hüququ AR ƏMDK yanında DƏDRX ərazi İdarəsində 09.09.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 24073 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cav abdehlər könüllü olaraq evdən çıxmaqdan boyun qaçırırlar. Məhkəmə baxışı zamanı 30.12.2015-ci il tarixdə Cavabdeh3 cavabdeh İddiaçı, X8 hüquqi varisinə, Cavabdeh4, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Bakı şəhər notariusu X3, x3 qızına, X14 və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 1 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli evə dair X8 adına seriya RX N ******* saylı, 12.04.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin evin X15 tərəfindən Cavabdeh4 bağışlanması barədə Bakı şəhəri, 37 saylı Notariat Kontorunda 05 may 2014-cü il tarixli bağışlama müqaviləsinin, həmin evə dair Cavabdeh4 adına verilmiş seriya RX N 038695 saylı, ********** qeydiyyat nömrəli, 13.0 5.2014-cü il tarixdə reyestrdən çıxarışın, Cavabdeh4 ilə İddiaçı arasında 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə bağlanmış AN-İ N ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında evin İddiaçı adına qeydə alınması barədə verilmiş seriya RX N ******* saylı, ********* qeydiyyat nömrəli, 09.09.2014-cü il tarixli reyestrdən çıxarışın, İddiaçı ilə “xxxx” ASC arasında 17.04.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin və həmin müqavilə əsasında evin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan 19.01.2016-cı il tarixdə Cavabdeh3 qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh kimi yalnız İddiaçı, 3-cü şəxs kimi Cavab deh4, maraqlı şəxs kimi isə AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsini göstərməklə, tələblərini azaltmış və ünvan 1 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli evə dair X8 adına seriya RX № ******* saylı, 12.04.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin evin X15 tərəfindən Cavabdeh4 bağışlanması barədə Bakı şəhəri, 37 saylı Notariat Kontorunda 05 may 2014-cü il tarixli bağışlama müqaviləsinin, həmin evə dair Cavabdeh4 adına verilmiş seriya RX № 038695 saylı, ********** qeydiyyat nömrəli, 13.05.2014-cü il tarixdə reyestrdən çıxarışın, Cavabdeh4 ilə İddiaçı arasında 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə bağlanmış AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında evin İddiaçı a dına qeydə alınması barədə verilmiş seriya RX № ******* saylı, ********* qeydiyyat nömrəli, 09.09.2014-cü il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı boşaldılmasını tələb etdiyi ev mərhum həyat yoldaşı Cahangir Məmmədova, ona və uşaqlarına məxsusdur. Belə ki, ünvan 2 ünvanında yerləşən qeydiyyatsız ev mərhum həyat yoldaşı X7 birlikdə öz vəsaitləri hesabına XXX Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 336 saylı qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, X7 küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.metr torpaq sahəsinin 09 dekabr 2004-cü il tarixli, 189 saylı alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsində tiki lmişdir. Həmin evin tikintisi, təmiri və ev əşyalarının alınması üçün həmçinin yaşadıqları, X8 mülkiyyətində olan, Bakı şəhəri Moskva pr.78 saylı evin 24-cü mənzilinin satılmasından əldə etdikləri pulu da xərcləmişlər. C.Məmmədova ayrılmış torpaq sahəsinin situasiya planı da Binəqədi rayon bələdiyyəsi tərəfindən çəkilərək təsdiq olunmuşdur. Onlar 2008-ci ildə həmin evə köçərək hal-hazıra kimi orada yaşayırlar. 28.01.2009-cu il tarixdən Cavabdeh1, 07.07.2008-ci il tarixdən Cavabdeh3 və 15.01.2012-ci il tarixdən Cavabdeh2 həmin ünvanda daimi qeydiyyatdadırlar. 23 dekabr 2015-ci il tarixdə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsindən göndərilmiş sənədlərin surəti onlara təqdim edilənd ən sonra sənədlərlə tanış olub müəyyən etmişdir ki, X8 adına olan, ona məxsus ünvan 1 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində guya tikilmiş 2 mərtəbəli ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı, 12.04.2014-cü il tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, yardımçı sahəsi 336,27 kv.metr, yaşayış sahəsi 71,46 ev.metr, ümumi sahəsi 407,73 kv.metr olan 3 otaqlı, 2 mərtəbəli, 0,02425 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8 adına qeydə alınmışdır. Həmin ev Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi əsasında X15 tərəfindən Cavabdeh4 bağışlanmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən Cavabdeh4 adına seriya 038695 saylı, ********** qeydiyyat nömrəsi ilə 13.05.2014-cü il tarixdə reyestrdən çıxarış verilmişdir. Cavabdeh4 həmin çıxarış əsasında qeyd olunan evi 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə AN-İ N ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamaqla digər cavabdeh İddiaçı satmışdır. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən İddiaçı adına seriya RX № ******* saylı, ********* qeydiyyat nömrəsi ilə 09.09.2014-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, onun mülkiyyətində olan evin hüquqi ünvanı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi (əslində XXXcəri qəsəbəsi), X8küçəsi 143c-dir, onlar ailəlikcə yaşadıqları evin rəsmi ünvanı isə ünvan 4 mərhum həyat yoldaşının alqı-satqı müqaviləsi əsasında Binəqədi Bələdiyyəsindən 2004-cü ildə aldığı 200 kv.m. torpaq sahəsində olmaqla tamamilə başqa ünvanda yerləşir və onun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan X8küçəsi 143c saylı ünvanda yerləşən xəyali evə heç bir aidiyyətı yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) 2(001)-325/2016 saylı, 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi X8küçəsi, ev 143 c saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılması, ilkin iddianın qalan hissədə təmin edilməməməsi, həmçinin Cavabdeh3 qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov - sədrlik edən və məruzəçi, C.Səfiyeva, N.Cəfərov) 2(103)-3604/2016 saylı 24 may 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-325/2016 saylı, 19 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər V.İbayev - sədrlik edən və məruzəçi, Ə.Əhmədov, M.Əhm ədova) 2(102)-5313/2016 saylı 14 oktyabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Eyni zamanda, 02.08.2017-ci il tarixdə iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Cavabdeh4, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, 12.04.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki Pasportun, fərdi yaşayış evinin X15 tərəfindən Cavabdeh4 bağışlanması haqqında Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 05 may 2014-cü il tarixli Bağışlama müqaviləsinin, seriya RX N0386995 saylı, ********** qeydiyyat nömrəli, 13.05.2014-cü il tarixli Cavabdeh4 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki pasportun, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, 19.08.2014cü il tarixli Cavabdeh4 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın, Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 37 saylı notariat kontorunda rəsmiləşdirilmiş 21 avqust 2014-cü il tarixli, AN-İ ******* №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, seriya RX N0475340 saylı, ********* qeydiyyat nömrəli, 09.09.2014-cü il tarixli İddiaçı adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsi, bütün hüquqi və məhkəmə xərcləri və ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 2008-ci ildən hal-hazıra kimi ünvan 6 ünvanında yaşayırlar və həmin ünvanda daimi qeydiyyatdadırlar. Həmin ev onların əvvəllər yaşadığı Bakı şəhəri Moskva prospekti, 78 saylı evin 24 saylı mənzilinin satışından və mərhum həyat yoldaşı X5 birgə nikah dövründə əldə etdikləri pul vəsaiti hesabına Binəqədi bələdiyyəsi tərəfindən sonuncuya ayrılmış torpaq sahəsində tikilmişdir. Bələdiyyə tərəfindən verilmiş “X9 küçəsində fərdi yaşayış evinin tikintisi üçün C.Məmmədova təklif olunan torpaq sahəsinin (200 kv.m) situa siya planı”ndan da görünür ki, həmin torpaq sahəsi X7 küçəsində Yanğından Mühafizə İdarəsindən sağ tərəfdə yuxarıda iddiaçıların yaşadığı ünvanda yerləşir. İddiaçılar həmin ünvanda 2008-ci ildən yaşasalar da onlardan asılı olmayan səbəblər, yəni, bələdiyyə torpaqlarının özəlləşdirilməsi ilə bağlı qanunvericilikdəki boşluqlar, tələb olunan sənədlərin əldə edilməsində əngəllər, X8 xəstəliyi və ölümü, sənədləşmə üçün tələb olunan maliyyə vəsaitinin çatışmamazlığı və sair səbəblərdən həmin evə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməmişlər. Sonradan İddiaçı onlara qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, 143c saylı evdən çıxarılma və digər tələblərlə onlara qarşı iddia qaldırmışdır. Halbuki, iddiaçıların yaşadığı ev X8küçə si, 143c saylı ev ünvanında deyil, X8küçəsi 240 “v” ünvanında yerləşir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən bir qədər əvvəl iddiaçılara məlum olmuşdur ki, mübahisəli evə X8 adına olan ünvan 8 ünvanında yerləşən, mülkiyyət növü dövlətə məxsus, hüququn növü istifadə kimi göstərilən 0,02425 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli evə verilmiş reyestrdən çıxarış, texniki pasport, evin X2 tərəfindən Cavabdeh4 bağışlanması barədə 05 may 2014-cü il tarixli müqavilə ilə rəsmiləşdirilmişdir. Halbuki, X2 22 may 2013-cü il tarixdə vəfat etmiş və müqavilə onun adından 05 may 2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Yəni, həmin müqavilə X2in ölümü ilə qüvvədən düşmüş etibarnamə əsasında bağlanmışdır. Bu proseslər mərhumun qardaşı, uzun müddət torpaq alqısatqısı ilə məşğul olmuş Cava bdeh4 tərəfindən aparılmışdır. Belə ki, 22 may 2013-cü il tarixdə vəfat etmiş X2 Cavabdeh4 baldızının həyat yoldaşı olmuşdur və onun ölümündən sonuncunun məlumatı olduğu halda bu müqavilə bağlanmışdır. Bundan başqa, X2in adına rəsmiləşdirilmiş çıxarışın verilməsi üçün əsas olmuş sənədlər də təsdiq edir ki, onun adına ayrılmış torpaq sahəsi Binəqədi qəsəbəsində deyil, XXXcəri qəsəbəsi, Dəmir yol xəstəxanası və Natəvan küçəsindən sol yuxarı tərəfdə yerləşir. X2ə torpaq sahəsinin ayrılması barədə sərəncamda və torpağın cizgisində torpaq sahəsinin X7 küçəsində yerləşdiyi qeyd olunmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının XXXcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubla da müəyyən olunur ki, XXXcəri qəsəbəsinin inzibati ərazisində X8küçəsi yoxdur. Qeyd olu nan hallar onu təsdiq edir ki, iddiaçıların yaşadığı ev, X2ə deyil, X8ayrılmış torpaq sahəsində tikilmişdir. Həmçinin, Cavabdeh4 həmin ərazidə deyil, Suraxanı rayonunun ərazisində yerləşən 37 saylı notariat kontorunda bağışlama müqaviləsi bağlandıqdan sonra öz adına çıxarış və texniki pasport almış, bir müddət sonra 12 avqust 2014-cü il tarixdə ərizə verərək guya həmin sənədlərdə səhvən “M.Ə.XXX” əvəzinə “XXXcəri” qəsəbəsi yazıldığını bildirmiş və düzəlişlərin olunmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə heç bir hüquqi əsas olmadan, ilkin torpaqayırma sənədlərindən fərli olaraq həmin düzəlişləri edərək yeni çıxarış vermişdir. Sonradan Cavabdeh4 borc götürülmüş pulun əvəzində, yəni, başqa əqdi pərdələmək məqsədilə həmin evi guya 150000 manata İddiaçı satmışdır. Bu ndan başqa E.İ.Qurbanzadənin adına verilmiş texniki pasportda göstərilən məlumatlar evin faktiki ölçüləri ilə də tamam fərqlidir. Belə ki, texniki pasportda evin 3 otağının olması göstərilsə də, ev 7 otaqdan ibarətdir, 1-ci mərtəbədə anbarın olması göstərilsə də həmin mərtəbədə ümumiyyətlə anbar yoxdur. 2-ci mərtəbədə 1 sanitar qovşağı göstərilsə də, faktiki olaraq 2 sanitar qovşağı var. Bu hallar onu təsdiq edir ki, texniki pasport həmin evə məxsus deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Qasımov) 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi rayonu, XXXcəri qəsəbəsi, X7 küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X8 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, həmin evin X15 tərəfindən Cavabdeh4 bağışlanması barədə 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, XXXcəri qəsəbəsi, X8küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, 143C saylı evin Cavabdeh4 tə rəfindən İddiaçı satılması barədə 21 avqust 2014-cü il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı – satqı müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması barədə RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport etibarsız hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh4 nümayəndəsi Vəkil3, İddiaçı və maraqlı şəxs (X8 hüquqi varisi) X2 qızının nümayəndəsi-vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək cavabdehlər qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını; maraqlı şəxs isə qətnamənin X9 aid hissədə ləğv edilərək həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasi ya Məhkəməsinin 10.04.2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmiş, “xxxx” ASC iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 30 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)325/2016 saylı, 19 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, i İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs Cavabdeh4 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X8 adına ünvan 1 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli evə verilmiş seriya RX № ******* saylı, 12.04.2014-cü il tarixli reyestrdən çıxarış; həmin evin Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi əsasında X15 tərəfindən Cavabdeh4 bağışlanması müqaviləsi; həmin evə Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına verilmiş seriya RX № 038695 saylı, ********** qeydiyyat nömrəli, 13.05.2014-cü il tarixdə reyestrdən çıxarış, Cavabdeh4 həmin çıxarış əsasında qeyd olunan evi 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsi bağlamaqla İddiaçı satması müqaviləsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş seriya RX № ******* saylı, ********* qeydiyyat nömrəli, 09.09.2014-cü il tarixli reyestrdən çıxarış etibarsız hesab edilmiş, Cavabdeh4 nümayəndəsi Vəkil3, İddiaçı və maraqlı şəxs (X8 hüquqi varisi) X2 qızının nümayəndəsi-vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə üçüncü şəxslər Cavabdeh4, X2 qızı və onların nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019cu il tarixli 2(103)-627/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev X8 mülkiyyətində olub və ilkin sənədləşmə onun adına rəsmiləşdirilib, Cavabdeh3 iddia edir ki, X8 mül kiyyətində olan ev onların yaşadıqları evdən ayrı yerdə, yəni XXXcəri qəsəbəsində yerləşir. Buna baxmayaraq Nizami Quliyevin adına aparılan ilkin rəsmiləşmənin etibarsızlığını tələb edir. Belə vəziyyətdə X11 yerləşən evinin Binəqədi qəsəbəsində yaşayan Cavabdeh3 hüquqlarını poza bilməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi. Nə qədər ki, iddiaçı Cavabdeh3 evlərin ayrı-ayrı yerlərdə yerləşdiyini iddia edirsə onun Nizami Quliyevin adına olan ilkin rəsmiləşməni mübahisələndirməyə subyektiv hüququ yoxdur. Nizami Quliyevin adına çıxarış verilərkən hansı qanun pozuntusuna yol verilməsi qətnamədə göstərilməyib. Belə vəziyyətdə Nizami Quliyevin adına verilən çıxarışın etibarsız hesab edilməsi qanunsuzdur. X12 adına cəmi 2 sot torpaq olub. Hansi ki, mübahisənin predmetini həmin 2 sot torpaq s ahəsi təşkil edir. Apellyasiya məhkəməsi qətnaməsində göstərir ki, müstəqil tələb irəli sürməyən Roman Qaraşov izahatında göstərib ki, Binəqədi rayonunda X8küçəsində yerləşən 200 kv.m torpaq sahəsini Cahangir Məmmədovdan almışdır və torpağın pulunu Cavabdeh3 iştirakı ilə ödəmişdir. İş üzrə alınmış ekspertiza rəyi də Cavabdeh3 iddiasının təmin olunmasına əsas vermir. Nizami Quliyevin adına çıxarış verilməsi mübahisələndirilməyib və çıxarışın qanuniliyi məhkəmədə müzakirə olunmayıb. Məhkəməyə mübahisəli evin hüquqi rejiminə dair arayış təqdim olunmayıb və məhkəmə də öz təşəbbüsü ilə hüquqi rejiminə dair arayış tələb etməmişdir. Nizami Quliyevin adına olan çıxarışı etibarsız hesab edərkən iddia tələblərindən kənara çıxılıb. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilini müzakirə et məyib. 05.05.2014-cü ildə fərdi yaşayış evinin Cavabdeh4 bağışlanması zamanı X17 Məmmədov təmsil etmişdir. Hansı ki, Nizami Quliyev 2013cü ildə vəfat etdiyindən bağışlanma etibarsız hesab edilirsə, ev Nizami Quliyevin adında qalmalıdır. Digər tərəfdən Cahangir Məmmədov ona 50 il müddətinə etibarnamə verilməsini və evin faktiki olaraq onun sahibliyində olmasını nəzərə almışdır. Məhkəmə qətnamə çıxararkən həmin xüsusatları nəzərə almayıb. İşdəki sənədlərdən görünür ki, ünvanlar arasında fərq olsa da, mübahisə Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, 143c saylı evə aiddir. X12 məhz Nizami Quliyevə aid torpaq sahəsində tikilmiş evi bağışlama yolu ilə özgəninkiləşdirməsi bir daha onu göstərir ki, ünvanlar arasındakı fərq formal xarakter daşımışdır. Yəni ünvanlar arasındakı fərqə görə iddian ın təmin olunması tamamilə əsassızdır. İddiaçı Zeynalovalar Nizami Quliyevin vərəsələri deyillər və onun adına verilmiş çıxarışın etibarsızlığını irəli sürmək hüquqlarına malik deyillər. İddia müddətinin keçməməsi barədə məhkəmə kollegiyasının gəldiyi nəticə əsassızdır. Mübahisənin 2014-cü ildə yaranması və bu mübahisənin iddiaçılara məlum olması işin mübahisəsiz halıdır. Cinayət işi üzrə icraata xitam verilməsi barədə Nizami rayon prokurorluğunun 08.10.2015-ci il tarixli qərarının məzmunundan görünür ki, mübahısənin mövcudluğu iddiaçılara 2014-cü ildən məlum olmuşdur. Məhkəmə qətnamədə göstərir ki, Cavabdeh3 hazırkı iddia ərizəsi ilə 02.08.2017-ci ildə məhkəməyə müraciət etmişdir. Hansı ki, yuxarıda göstərildiyi kimi Cahangir Məmmədov birinci dəfə intihara cəhd etməsini iddiaçı Cavabdeh3 evdən çıxmaması ilə izah etmişdir. Göründüyü kimi nəinki bir illik iddia müddəti, hətta 3 illik iddia müddəti də ötmüşdür. Məhkəmə maddi hüquq normalarının tələblərini pozmaqla yanaşı Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.1, 88, 217, 218.3 maddələrinə əməl etməyərək qanunsuz və əsasız qətnamə çıxarmış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər R.Sadıqova və Cavabdeh4 vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə k ollegiyasının iclasında Cavabdeh3 və vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahış etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Kontorunun vəkili E.Əliyev Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında “xxxx” ASC-nin vəkili və nümayəndəsi G.Abışova kassasiya şikayətinin qarşılıqlı iddianın təmin olunması hissəsində rədd olunmasını xahiş etdi digər hissədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat ver məmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh3 qarşılıqlı iddiası üzrə üçüncü şəxslər, həmçinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh1 iddiası üzrə cavabdeh olan Cavabdeh4 və 3-cü şəxs olan X2 qızı kassasiya şikayəti verdiyindən kassasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsi və Binəqədi Rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması hissəsinin yoxlanılması təşkil edir. İlkin iddianın rədd edilməsi hissəsindən İddiaçı kassasiya şikayəti vermədiyindən qətnamə i lkin iddia hissəsində yoxlanılmır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki halları bundan ibarətdir ki, XXX bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 336 №-li qərarı ilə Binəqədi rayonu, X9 küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq 200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə 20800 manat ödəmək şərti ilə X3 mülkiyyətinə ayrılması qərara alınmışdır. 09 dekabr 2004-cü il tarixli, 189 №-li müqavilə ilə Binəqədi rayonu, X9 küçəsində yerləşən 200 kv.m torpaq sahəsi XXX bələdiyyəsi tərəfindən X1. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 9 ünvanınd a daimi qeydiyyatdadırlar. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamı ilə X9 XXXcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. 24 noyabr 2009-cu il tarixli etibarnamənin surətinə əsasən X15 Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 275 saylı, 07 aprel 1999-cu il tarixli sərəncamına əsasın onun adına verilmiş Bakı şəhəri XXXcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün olan 600 kv.m torpaq sahəsinə aid səlahiyyətləri 50 il müddətinə X5 etibar etmişdir. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən XXX küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında X8 adına qeydə alınmışdır. Ölüm haqqında ş əhadətnamənin surətindən görünür ki, X15 22 may 2013-cü il tarixdə vəfat etmişdir və bu barədə 29 may 2013-cü tarixdə ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinə əsasən X15 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, XXXcəri qəsəbəsi, X7 küçəsi, 143C saylı evi Cavabdeh4 bağışlamış, X10 24 noyabr 2009-cu il tarixli etibarnamə əsasında X6 təmsil etmişdir. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, XXXcəri qəsəbəsi, X8küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına qeydə alınmışdır. Cavabdeh4 ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müra ciət edərək ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda səhvən M.Ə.XXX qəsəbəsi əvəzinə XXXcəri qəsəbəsi yazıldığını bildirmiş və düzəliş olunmasını xahiş etmişdir. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına qeydə alınmışdır. 21 avqust 2014-cü il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, 143C saylı evi 150000 manata İddiaçı satmışdır. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən B akı şəhəri, Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.XXX qəsəbəsi, X8küçəsi, ev 143C saylı mənzil “xxxx” ASC-də ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 03 oktyabr 2018-ci il tarixli məktubundan aydın olur ki, X6 ilə bələdiyyə arasında bağlanmış 09 dekabr 2004-cü il tarixli, 189 saylı müqavilə və bələdiyyənin 10 dekabr 2004-cü il tarixli, 336 saylı qərarı əsasında torpaq və əmlak vergi ödəyicisi qismində “Bələdiyyə vergiləri və uçot sistemi” adlı məlumat bazasında qeydə alınmışdır. Bakı şəhəri, XXXc əri bələdiyyəsinin 26 oktyabr 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsi XXXcəri bələdiyyəsinin mülkiyyətinə ayrılmış ərazi daxilində olsa da, mübahisə predmeti olan fərdi yaşayış evi Binəqədi rayon bələdiyyəsinin ərazisindədir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının XXXcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubu ilə müəyyən olunur ki, XXXcəri qəsəbəsinin ərazisində X8küçəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 16.1, 16.2,, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 362.1, 365.1.7, 337.1, Azərbaycan Respublikasının Ko nstitusiyasının 13, 29-cu maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mülkiyyət hüququnu əks etdirən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamında və Cavabdeh4 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin XXXcəri qəsəbəsinin ərazisində yerləşdiyi öz əksini tapmışdır. Lakin sonradan Cavabdeh4 ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət edərək ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda səhvən M.Ə.XXX əvəzinə XXXcəri qəsəbəsi yazıldığını bildirmiş və düzəliş olunmasını xahiş etmiş və həmin idarə heç bir qanuni əsas olmadan, ilkin torpaqayırma sənədində torpaq sahəsinin XXXcəri qəsəbəsində ayrılması qeyd olunduğu halda yalnız Cavabdeh4 ərizəsini əsas götürərək düzəliş aparmış “XXXcəri qəsəbəsi” sözləri “XXX qəsəbəsi” sözləri ilə əvəz edilmişdir. Halbuki, mübahisənin predmeti olan torpaq sahəsinin və üzərində inşa edilmiş evin XXXcəri qəsəbəsinə ümumiyyətlə aidiyyətı yoxdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinin məzmununa görə texniki səhv üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərinə pozmayacağı təqdirdə aparıla XXXr. Lakin yuxarıda qeyd olunduğu kimi düzəliş yalnız ərizəçinin xahişinə əsasən, heç bir araşdırma aparılmadan, ümumiyyətlə XXXcəri qəsəbəsinin ərazisində “X7” küçəsinin mövcud olması araşdırılma dan, bu barədə müvafiq sənədlər alınmadan aparılmış və nəticədə üçüncü şəxslərin hüquqları pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə həmçinin bu nəticəyə də gəlmişdir ki, cavabdeh N.Quliyevə məxsus 600 kv.m. torpaq sahəsində 23 noyabr 2009-cu il tarixədək hər hansı tikili, o cümlədən iki mərtəbəli yaşayış evi olmamışdır və X15 22 may 2013-cü il tarixdə vəfat etdiyi halda, onun ölümündən təxminən 1 il sonra - 05 may 2014-cü il tarixdə onun mülkiyyətində olan XXX küçəsi, 143C saylı ev Cavabdeh4 bağışlanması, onu 24 noyabr 2009-cu il tarixli etibarnamə əsasında X6 təmsil etməsi, həmini müqavilənin qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, ölmüş şəxsin (sağlığında verilmiş etibarnamə ilə) ona məxsus əmlaka sərən cam verməsi qanunsuz olmaqla bərabər, absurddur. Belə nəticəyə gəlinir ki, mübahisə predmeti olan ev Cavabdeh4 bağışlanarkən X15 tərəfindən X5 verilmiş etibarnamənin hüquqi qüvvəsi olmamışdır, yəni, əqd mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmışdır və həmin müqavilənin davamı olaraq edilən hərəkətlər də - bağlanan müqavilələr də özlüyündə qanunsuz-etibarsızdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, mübahisə predmeti Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 336 №-li qərarı və 09 dekabr 2004-cü il tarixli, 189 №-li müqavilədə Binəqədi rayonu, X9 küçəsində yerləşən 200 kv.m torpaq sahəsi olduğundan və iddiaçılar müvafiq olaraq sonuncunun övladları və həyat yoldaşı olduğundan o nların iddianı irəli sürmək üçün subyektiv hüquqları vardır. Apellyasiya məhkəməsi həmçinin nəzərə almışdır ki, Cavabdeh3 və onun övladları Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, XXX qəsəbəsi, X7 küçəsi, ev 240 V-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar. Mübahisəli ev isə XXXadına hüquqi qeydiyyatdan keçmişdir. Cavabdeh3 iddiası, qarşılıqlı iddiası, apellyasiya şikayəti və vəsatətlərində iddia edir ki, onun yaşadığı 240V saylı evdir və həmin ev əri ilə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına əldə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan halların aydınlaşdırılması məqsədilə ekspertiza təyin olunsa da, məhkəmə tikinti – texniki ekspertizasının 18 iyul 2018-ci il tarixli, 5703 №-li rəyində ekspert qarşısında qoyulan sualların cavablandırılması mümkün ol mamışdır. Həmin rəydə qeyd olunmuşdur ki, ilkin torpaqayırma sənədləri əsasnamənin tələblərinə uyğun hazırlanmadığından və torpaq sahəsinin koordinatlarını sxem üzrə dəqiq müəyyən etmək mümkün olmadığından torpaq sahələrinin naturada yerini müəyyən etmək mümkün deyildir. Eyni zamanda mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı apellyasiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, icraatı birləşdirilmiş iş üzrə Cavabdeh3 iddia tələbi yalnız əqdlərin etibarsızlığından ibarət deyildir, iddianın əsasını mülkiyyət hüququna dair sənəddə düzəlişin əsassız aparılması və bunun nəticəsində iddiaçıların əmlak hüquqlarının pozulması təşkil edir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsindən verilmiş kassas iya şikayəti 11 avqust 2016cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Cavabdeh3 icraatı birləşdirilmiş iş üzrə iddia ərizəsini məhkəməyə 02 avqust 2017-ci il tarixdə təqdim etmişdir. Yəni, cavabdehin ərizəsində qeyd etdiyi kimi iddia müddətinə əqdlərin etibarsızlığı tərəfdən yanaşıldıqda belə, 1 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə və Binəqədi Rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair gəldiyi nəticələri, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə, işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə işin bu halına diqqət yetirməmişdir ki, İddiaçı ilk iddiası ilə yanaşı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs Cavabdeh4 və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsində qoyduğu tələblərlə, iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Cavabdeh4, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı X1 oğluna qarşı Binəqədi rayon məhkəməsində 02 avqust 2017-ci il tarixdə təqdim etdiyi müstəqil iddia ərizəsindəki iddia tələbləri, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, 19.08.2014-cü il tarixli Cavabdeh4 adına rəsmiləşdirilmiş r eyestrdən Çıxarışın etibarsız hesab edilməsi tələbi istisna olmaqla, eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bir icraatda həm qarşılıqlı iddianı təmin edilməsi nəticəsinə gəlməklə, həm də eyni tələblərin təmin edilməsi barədə digər məhkəmə aktını qüvvədə saxlamaqla, prossesual qənaət prinsipini pozmuş, birinci iş üzrə Cavabdeh3 qarşılıqlı iddiası mövcud olduğu halda, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixlı qərarı Bakı Apellyasiya Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş təkrar apellyasiya baxışına qaytarıldıqdan sonra işin apellyasiya icraatında olduğu dövrdə, sonuncunun ailə üzvləri ilə birlikdə eyni tələblərlə 02 avqust 2017-ci il tarixdə Binəqədi rayon məhkəməsinə müs təqil iddia ərizəsi ilə müraciət edilməsinə, həmin tələblər sırasında olan eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla olan tələblərin təkrar baxılmasının yolverilməz olduğuna zəruri qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: - 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. - 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin i craatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası bu iddia tələblərinin hüquqi əsasının fərqli olmasına dair iş materiallarında olan Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə XXXrlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsində və müstəqil iddiada irəli sürülən tələblərin bəzilərinin məhkəmə aidiyyətı məsələsinə də hüquqi qiymət verməmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsi və müstəqil iddia ərizəsində qoyulan tələ blərdən mübahisəli evin ünvan 1 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X8 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı, 12.04.2014-cü il tarixli çıxarışın, həmçinin sözügedən idarə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinin tələbləri pozulmaqla Cavabdeh4 adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “XXXcəri qəsəbəsi” sözlərinin “XXX qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair Cavabdeh4 adına verilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, 19.08.2014-cü il tarixli reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməsi mahiyyəti üzrə inzibati orqanı qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddə lərinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarda müəyyən edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, “DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MMin 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə XXXr. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola XXXr. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir.” Həmçinin həmin qərarda qeyd edilmişdir ki, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddi açı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında tələblərin (xüsusi ilə mülki tələbin iqtisadi və ya inzibati tələblə) bir icraatda birləşdirilməsinin mümkünlüyünü ətraflı şərh etmişdir. Həmin Qərarda inzibati mübahisənin hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqli olduğu göstərilmiş və qeyd edilmişdir ki, mülki tələblər inzibati icraat qaydasında iddia tələbi ilə heç bir halda birləşdirilə və birgə baxıla bilməz. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibatiiqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evinin X8 adına ilkin hüquqi qeydin aparılması və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı, 12.04.2014-cü il tarixli reyestrdən çıxarış verilməsinə əsas ona XXXcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncam olduğundan, Cavabdeh3 tərəfindən həmin qeydiyyatın düzgün aparılmadığı mübahisələndirildiyindən, həmçinin daşınm az əmlakın dövlət reyestrində qeydə düzəliş edilməsi barədə 19.08.2014-cü il tarixdə Cavabdeh4 adına verilmiş Çıxarışın qanuniliyinin mübahisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir. Eyni zamanda məhkəmə kollegiya qeyd edir ki, digər iddia predmetləri olan əqdlərin və onlar əsasında verilmiş çıxarışların etibarsızlığını mübahisələndirməyə subyektiv hüquq isə qeyd edilən inzibati mübahisəyə baxılmasının nəticəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektl ər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə XXXr. (K onstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları) Kollegiya daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna XXXr. Sübutla r sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 81-ci maddəsi nə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, qətnamədə və işin faktiki hallarında olan ziddiyyətlər belə nəticə çıxarmağa əsas verir ki, evin X8satılmış 200 kv.m. torpaq sahəsində və ya X9satılmış 600 kv.m. torpaq sahəsində tikilməsinin ekspertiza təhqiqatı ilə araşdırılması zərurəti olmuşdur. Cavabdeh3 tərəfindən belə bir vəsatət irəli sürülsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Ekspertiza keçirilməsi ilə həmin məsələyə aydınlıq gətirilməsinə dəlalət edən hallardan biri də ondan ibarətdir ki, X2 və İddiaçı adına verilmiş çıxarışlarda torpaq sahəsinin ölçüsü 0,02425 ha göstərilmişdir. Azərbaycan R espublikasının MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən prosessual pozuntulara yol verməklə yanaşı kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə də tam əməl etməmiş, məhkəmə tikinti – texniki ekspertizasının 18 iyul 2018-ci il tarixli, 5703 №-li rəyində göstərilənlərə işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmiş, rəylə razılaşıb-razılaşmamasını qətnamədə göstərməmişdir. Belə ki, rəydə göstərilmişdir ki, ilkin torpaqayırma sənədləri əsasnamənin tələblərinə uyğun hazırlanmadığından və torpaq sahəsinin koordinatlarını sxem üzrə dəqiq müəyyən etmək mümkün olmadığından torpaq sahələrinin naturada yerini müəyyən etmək mümkün deyildir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli ev yerində mövcuddur və həmin evin tikilməsi ilə bağlı işin materiallarında müvafiq sənədlər mövcuddur, həmçinin həm bələdiyyə tərəfindən X8satılmış 200 kv.m. torpaq sahəsinin, həm də Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamı əsasında X9ayrılmış 600 kv.m. torpaq sahəsinin ayrıc sənədləri, yerləşmə sxemləri iş materiallarında mövcuddur. Belə olan halda, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin kimə məxsus torpaq sahəsi olmasını müəyyən etmək, həmin evə verilmiş ünvanın, Cavabdeh3 və ailə üzvlərinin qeydiyyatda olduğu ünvanın eyni ünvan olub-olmamasını araşdırmaq mümkündür. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzr ə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə XXXr və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra XXXr. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı m üvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin Qanunun «Ekspertin vəzifələri» adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Kollegiya qeyd edir ki, mübahisəli evin yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinin kimə aid olmasının müəyyən edilməsinin hazırki iş üzrə qarşılıqlı iddiaçı tərəfin iddianı irəli sürmək üçün subyektiv hüquqlarının olub-olmamasına hüquqi qiymət verilməsi üçün zəruri dir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə yuxarıda qeyd edilən prossesual hüquq normalarının tələblərinə əsasən qiymət verərək əsaslı sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işdə olan digər sübutlarla uzlaşmayan və qanunvericiliyin tələblərinə cavab verməyən ekspert rəyinə istinad edərək, həmçinin məhkəmə aidiyyatına riayət etmədən mülki məhkəmə icraatında baxılmalı olmayan tələblərə dair qətnamə qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmas ı (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulması faktının olub-olmamasını, buna uyğun da sonuncunun hazırki iş üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər Cavabdeh4 və X2 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(103)627/2019 saylı qətnaməsi qismən- qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs Cavabdeh4 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması hissələrində l əğv edilsin və həmin hissələrdə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7108/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7108/2019
18.11.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver