Məhkəmə qərarları › İş №2(102)-711/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-711/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-711/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-711/2023 (Açar sözlər: paylı mülkiyyətçinin mülkiyyətdə olan fərdi yaşayış evinə köçürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2148/2022 nömrəli iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 1996-cı ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2016-cı il tarixdə məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1ində bələdiyyə mülkiyyətdə olan 0,24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzərində xx.xx.2010-cu il tarixdə Cavabdeh, 1/2 hissəsi üzərində isə xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin azaldılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə ½ (ikidə bir) pay hüquq u ilə sahib olduqları ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evinin naturada böllünərək payının ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan fərdi yaşayış evinə girmək cavabdehin qanunsuz hərəkəti nəticəsində mümkün deyil.

5. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, həmin evdə iddiaçı ilə birgə yaşamaq mümkün olmadığından iddianın rədd edilməsini xahiş etmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə ekspertiza mərkəzinin 28 fevral 2022-ci il tarixli, 10/5022 nömrəli ekspert rəyində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş qeydiyyat nömrəsi № **********, qeydiyyat tarixi xx.xx.2010-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilmiş ünvan 1ində 0.24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin payların olduğu sahənin 24 kv.metr təşkil edərək bir otaqdan ibarət olmasını, evin ətrafında yeni tikililərin inşa edilməsini, o cümlədən həyətyanı torpaq sahəsində yardımçı tikililərin olmasını, fərdi yaşayış evinin çıxarışda göstərilən sahəsi ilə faktiki vəziyyətinin uyğun olmamasını nəzərə alaraq, sözügedən mübahisəli tikili və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun olaraq hər birinin 1/2 hissəyə bölü nməsi texniki cəhətdən mümkün olmadığı göstərilmişdir.

7. İddiaçı iddia tələbini azaldara, onun cavabdehlə ½ (ikidə bir) pay hüququ ilə sahib olduqları ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ağdam Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(013)-901/2022 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia təmin edilərək, İddiaçı Cavabdeh ilə ½ (ikidə bir) pay hüququ ilə mülkiyyətində olan ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1ində bələdiyyə mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ müdafiə olunmalı və mülkiyyətindən istifadə etmək hü ququ təmin olunmalı, fərdi yaşayış evinə köçürülməlidir. 10.Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152.5 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırda ailəlidir, sonrakı nikahından da bir övladı vardır və mübahisəli evdə 5 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı onunla birgə nikahlarından olan övladlarına qarşı da qərəzlidir. İddiaçı 2017-ci ildən Bakı şəhərində olan mənzildə yaşamasına baxmayaraq Ağdam rayonunda yerləşən evə köçürülməklə, yeni mübahisələr yaratmaq istəyir. Onların idd iaçı ilə eyni evdə yaşamaları mümkün deyildir. Məhkəmə qətnamədə iddiaçının hansı pay hüququndan istifadə etməklə mənzilin hansı hissəsinə köçürülməsini qeyd etməli olduğu halda bunu etməmişdir və iddiaçının payını ümumilikdə ünvan 1ində yerləşən evin ½ hissəsi kimi göstərmişdir. Lakin ünvan 1ində yerləşən evin həyətyanı torpaq sahəsinə və evin sonradan inşa edilmiş hissəsinə İddiaçı payı müəyyən edilməmiş və buna görə də həyətyanı torpaq sahəsinin və evin əlavə hissəsinin naturada ½ hissəyə ayrılmasını tələb etmək hüququ yoxdur. 13.Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) 08 sentyabr 2022-ci il tarixli, 2(104)-2148/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təm in edilməmiş, Ağdam Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(013)901/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin 1/2 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ vardır və cavabdehin İddiaçı həmin hüququndan istifadəsinə mane olması sonuncunun mülkiyyət hüququna qanunsuz müdaxiləni özündə ehtiva edir. İddiaçının öz mülkiyyətindən müəyyən olunmuş hədlərdə sərbəst istifadə hüququ olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 15.Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. 16.Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 18.Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (İ hissə). 19.Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə bi rlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (İ-İV hissələr). Azərbaycan Respublikasının Mülki Məcəlləsi 20.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 21.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst su rətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 22.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 23.Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam v ermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 27.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. 28.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 29.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 30.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 31.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 32.Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq müna sibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırd ıqları dəlillərə ətraflı qiymət verilmişdir. 35.Kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, həin dəlillər iddiaçının mülkiyyət hüququna sahib oluduğu mübahisəli evdə yaşamasına maneə yaratmır. 36.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2148/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar