Məhkəmə qərarları › İş №2(102)-711/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-711/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-711/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X1 (X7, X10 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)5352/2023 nöm rəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı1 və X2 04 aprel 2006-cı il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir.

3. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, 9A saylı ev üzərində X3 (1/6 hissədə - 13 yanvar 2022-ci il tarixdə), X6 (1/6 hissədə), X5 (1/6 hissədə) və İddiaçı2 (3/6 hissədə - 11 yanvar 2022-ci il tarixdə) paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil 1932-ci ildə inşa edilmiş, X4 məxsus olmuşdur. 11 yanvar 2022-ci il tarixdə fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh hələ İddiaçı1 ilə birgə rəsmi nikahda olduqları dövrdə sözügedən mənzilə köçürülməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Tərəflərin rəsmi nikahı məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Hazırda cavabdehin sözügedən mənzil sahəsində yaşamaq hüququnun olması iddiaçıların mülkiy yət hüququnu keçirmələrini və həmin evdən istifadə etmələrini qeyri-mümkün etmişdir. Cavabdehin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçılarla hər hansı notariat qaydasında təsdiqlənən razılaşması yoxdur. Tərəflərin qohumluq münasibətinə xitam verildiyindən, onun həmin tarixdən etibarən iddiaçının keçmiş ailə üzvü kimi mənzilə istifadə hüququ itirilmişdir.

6. Birinci instansiya məhkəməsində X7, X10 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)1638/2023 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində yerləşən 9 saylı evdən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin İddiaçı2 xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən istifadə etmək səlahiyyətinin olmadığı müəyyən edilir. Belə ki, cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçiləri ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçilərindən özünün saxlanılmasını tələb etmək hüququ mövcud deyil.

9. Digər iddiaçılar İddiaçı1 və İddiaçı3 münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə iddiaçılar İddiaçı1 və Zenfira Babayevan ın üzərində hər hansı bir hüququ tanınmayan fərdi yaşayış evi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüquqlarının olmadığı müəyyən edilir. Beləliklə, iddiaçılar İddiaçı1 və Zenfira Babayeva mübahisəli fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını tələb etməkdə haqlı deyillər.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)-1638/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5352/2023 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, N.Ş.Cəfərovun və E.C.Kazımovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)-1638/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh Bakı şəhəri Suraxan ı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə köçürüldüyü hazırkı fərdi yaşayış evi həmin vaxt qeydiyyatı olmayan əmlak olsa da, hazırda əmakın hüquqi rejimi dəyişmiş, əmlak xüsusi mülkiyyətdədir.

14. Belə ki, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 1/6 hissədə X3, 1/6 hissədə X6, 1/6 hissədə X5 və 3/6 hissədə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Həmin paylı mülkiyyətdə olan evin 3/6 hissədə mülkiyyətçisi İddiaçı2 Cavabdeh həmin evdən çıxarılmasını tələb etmişdir.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı2 ilə Cavabdeh arasında Mülki Məcəllənin 228-ci maddəsinin tələbinə uğun şəkildə, Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən notarial qaydada bağlanmış, həm də müvafiq qaydada reyestrdə qeydə alınmış müqavilə yoxdur. Eləcə də, müəyyən olunmuşdur ki, Cavabdeh evin mülkiyyətçisi İddiaçı2 ailə üzvü də deyildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

16. Belə olan halda müəyyən olunur ki, İddiaçı2 hazırkı iddia tələbi əsaslıdır, bu səbəbdən də, rayon məhkəməsi onun iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

17. Apellyasiya kollegiyası apellyasiya şikayətində çıxarışın hansı qaydada alınmasının araşdırı lmaması, cavabdehin keçmiş ərinin İddiaçı2 xeyrinə öz payından sırf Cavabdeh evdən çıxartmaq üçün imtina etməsi barədə dəlili üzrə qeyd etmişdir ki, həmin məsələnin hazırkı mübahisənin həlli üçün hər hansı əhəmiyyəti yoxdur.

18. Məhkəmə məhkəməsi apellyasiya şikayətinin əmlakın paylı mülkiyyətdə olması və digər payçıların razılığı olmadan iddiaçının hazırkı iddia tələbini vermək hüququnun olmaması, eləcə də əmlak naturada bölünmədiyindən cavabdehin əmlakın hansı hissəsindən çıxarılması məsələsinin açıq qalması barədə dəlili üzrə qeyd etmişdir ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

19. Hazırkı halda mülki iş materiallarından müəyyən olunur ki, paylı mülkiyyətçilər arasında həmin ə mlakın bölünməsi barədə razılaşma olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin 15 may 2023-cü il tarixli iclas protokolundan görünür ki, 1/6 hissədə mülkiyyətçi X10 izahatında bildirmişdir ki, həmin həyət dədə-babadan qalıb, bu yaxınlarda çıxarış alınıb, üç sot onlara, yəni 1 sot ona, 1 sot anasına, bir sot bacısına, 3 sot əmisi qızı İddiaçı2 ayrılıb, onların hazırkı tələbdə olan həyətə heç bir aidiyyəti yoxdur, çünki həyət ayrılıb, qapıları da ayrıdır. Hər halda əmisi qızı nə dəyir onu deyəcək.

20. Göründüyü kimi hazırkı paylı mülkiyyətdə olan əmlak tərəflər arasında razılaşmaya əsasən bölünmüşdür. Bu da Mülki Məcəllənin 220.1-ci maddəsinin tələblərinə uyğundur. Bununla da məlum olur ki, apellyasiya şikayətinin yuxarıda qeyd edilən paylı mülkiyyətin bölünməməsi barədə, eləcə də hazı rkı iddia tələbi ilə bağlı digər paylı mülkiyyətçilərin razılığının alınmaması barədə dəlilləri də əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5352/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 144.5, 158.1.2, 213.6, 215.1, 215.2, 215.4-cü, Mülki Prosessual Məcəllənin 88, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.

23. Belə ki, cavabdehin mübahisəli fərdi yaşayış evində istifadə hüquq vardır. O, 2006-cı ildə həmin evə köçmüşdür. İddiaçı isə ümumiyyətlə hazırd a qeyd edilən mənzildə yaşamır və uzun müddət yaşamamışdır. Bu isə onu göstərir ki, iddiaçı – cavabdehin keçmiş əri sırf cavabdehi mənzildən çıxarmaq üçün mənzilin rəsmiləşdirilməsi zamanı bacısının xeyrinə öz payından imtina etmişdir. Lakin məhkəmə bu halı araşdırmamış, fərdi yaşayış evinin rəsmiləşdirilməsinə əsas olmuş arxiv sənədlərini əldə etməmişdir. Mübahisəli fərdi yaşayış evi 4 mülkiyyətçinin ümumi paylı mülkiyyətindədir və İddiaçı2 digər mülkiyyəçilərin razılığını almamış cavabdehin ümumilikdə bütün təsərrüfatdan çıxarılması barədə iddia irəli sürmüş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Halbuki, İddiaçı2 payı naturada ayrılmamış və bu səbəbdən onun cavabdehi ümumi paylı mülkiyyətdə olan əmlakdan çıxarmaq hüququ yoxdur. O, əvvəl payının naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etməli və payları naturada ayrıldıqdan sonra cavabdeh onun mülkiyyətində olan hissədə yaşayırsa hazırki iddia ilə məhkəməyə müraciət edə bilərdi. Reyestr xidmətinin 29 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi ünvan 33 reyestr nömrəli xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə və 3M-7 nömrəli 08 yanvar 2022-ci il tarixli “Miras payının bağışlanması” müqaviləsinə əsasən İddiaçı2 adına qeydiyyata alınmışdır. Göründüyü kimi həmin əmlakdan cavabdehin keçmiş əri Mehman Hüseynovun da payı olmuş, həmin payı bacısına bağışlamışdır. Halbuki bağışlama müqaviləsi bağlanılan zaman artıq cavabdeh məhkəmə qətnaməsi əsasında mübahisəli fərdi yaşayış evinə köçürülmüş və həmi n evdə yaşamışdır. Bu isə onun mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun olmasına dəlalət edir.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara ist inad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilm ir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmay anlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyə tçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qoh umlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məc əlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasınd a yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasın da həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq ol unmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli yaşayış sahəsinə köçürülərkən, h əmin fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçının və üçüncü şəxslərin mübahisəli ev üzərində hüquqları sonradan qeydiyyata alınmışdır. 35. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsa sında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

36. Odur ki, cavabdeh mübahisələndirilən mənzilin mülkiyyətçilərinin ailə üzvü olmadığından, Mən zil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinə uyğun olaraq onun mənzildən istifadə hüququ yaranmamışdır.

37. Fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı zamanı İddiaçı1 vərəsəlik hüququndan imtina etməsinə dair dəlili həmçinin əsassızdır. Belə ki, sonuncunun ev üzərində mülkiyyət hüququnun olması fərz edilsə belə, onun cavabdehlə nikahları pozulduğu üçün qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci cümləsinə görə cavabdehin yaşayış sahəsinə istifadə hüququ saxlanılmamışdır.

38. Mübahisəli evin paylı mülkiyyətdə olması, digər mülkiyyətçilərin razılığı olmadan və ya payların naturada ayrılmadan iddiaçının bu iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasına dair dəlilinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə həmin qiymətləndirmə ilə razılaşmaqla yanaşı əlavə olaraq qeyd edir ki, cavabdeh fərdi yaşayış evin məhz iddiaçının payına düşən hissəsində yaşayır. Belə olan halda, iddiaçının bu iddianı verməyə subyektiv hüququ olmuşdur.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5352/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar