Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-711/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X13 Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri 24 saylı Notariat ofisinə (Abbasov X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı, Cavabdeh1 “X13 Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı bir icraatda birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əhəmiyyətsiz əqd, əsassız varlanma, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmm əd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı “X13 Turizm” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC və Bakı şəhəri 24 saylı Notariat ofisinə (Abbasov X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “icarə obyektinin iddiaçıya təhvil verilməsi və s.” tələblərinə dair, Cavabdeh1 “X13 Turizm” MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4964/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı “X13 Turizm” MMC-nin kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 564,7 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 14.06.2**6-cı il tarixdə qeydə alınmışdır. 2. "xxxx" MMC xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Təsisçiləri 23,5 faiz payla Cavabdeh2, 6,5 faiz payla Abbasov X11, 70 faiz payla Cavabdeh1dur. 3. “X13 Turizm” MMC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, təsisçisi və qanuni təmsilçisi Alyar Muratdır. 4. “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında sadə yazılı qaydada bağlanmış 2 iyun 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1 (icarəyə verən), DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “X13 Turiz m” MMC-yə otel kimi icarəyə verir. Aylıq icarə haqqı 65**0 manat müəyyən edilmişdir. Həmin müqavilənin tələblərinə görə, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 2****** manat cərimə ödəməyi öhdəsinə götürmüşdür.
5. Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında 4 iyun 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh1 (icarəyə verən), DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “X13 Turizm” MMC-yə otel kimi icarəyə verir. Aylıq icarə haqqı 1**** manat müəyyən edilmişdir. Həmin müqavilənin tələblərinə görə, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədar vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 2****** manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. 6. “X13 Turizm” MMC ilə Cavabdeh1 (icarəyə verən) arasında 12 sentyabr 2017-ci il tarixdə sadə yazılı qaydada bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ü nvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini otel kimi icarəyə vermiş, aylıq icarə haqqı 13**** manat müəyyən edilmişdir. İcarə müqaviləsinin şərtlərinə (icarədarın hüquq və öhdəlikləri) əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 5**** manat məbləğində pul vəsaiti icarədar tərəfindən icarəyə verənə ödənilməlidir. Bu ödənişlər sonradan icarə haqqından çıxılacaqdır. Həmin müqavilənin tələblərinə görə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 4****** manat cərimə ödəməyi öhdəsinə götürmüşdür.
7. Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “X13 Turizm” MMC (icarədar) ilə Cavabdeh1 (icarəyə verən) arasında 12 sentyabr 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini otel kimi icarəyə vermiş, aylıq icarə haqqı 13**** manat müəyyən edilmişdir. İcarə müqaviləsinin şərtlərinə əsasən təmir-bərpa işlərinin surətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 5**** manat məbləğində pul vəsaiti icarədar tərəfindən icarəyə verənə ödənilməlidir. Bu ödənişlər sonradan icarə haq qından çıxılacaqdır. Həmin müqavilənin tələblərinə görə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 4****** manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. 8. ünvan 2 ünvanında yerləşən 15964,9 kv metr ümumi sahəsi olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında "xxxx" MMC-nin adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.
9. Cavabdeh1 tərəfindən “X13 "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubunda müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün 5 iş günü müddətində vaxt verildiyi, əks təqdirdə müqavilənin şərtlərinə əməl olunmad ığına görə müqavilədə göstərilən təzminatların və təmir-bərpa işləri üçün ödənilməli olan vəsaitin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 10. ünvan 3 ünvanında yerləşən 18058,9 kv metr ümumi sahəsi olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 (4243,84 kv metr), Abbasov X8 (1173,82 kv metr) və Cavabdeh1 (12641,24 kv metr) adına 21 sentyabr 2019-cu il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı “X13 Turizm” MMC cavabdehlər X4, Cavabdeh2, "xxxx" MMC-yə və 24 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə bağlanmış xx.xx.2017-ci il (qeyri-notarial), xx.xx.2017-ci i l və xx.xx.2017-ci il tarixli (notarial) müqavilələrin ləğv edilməsi, xx.xx.2017-cil tarixli qeyri-notarial müqavilənin qismən etibarsız hesab edilməklə, icarəyə verən kimi - “Pallant Group" MMC-nin tanınması, “Pallant Group" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX № 1190478, qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli çıxarış) icarə obyekti kimi istismara hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli qeyri-notarial icarə müqaviləsi öhdəliyini pozduğuna görə 1****** (bir milyon) manat dəymiş ziyan, təmir bərpa işlərinə görə ödənilmiş 36**** manat, əldən çıxmış faydaya görə dəymiş maddi ziyana g örə 24**** manat olmaqla cəmi 16****0 (bir milyon altı yüz min) manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixdə 2 müqavilə olmaqla 4 icarə müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli icarə müqavilələri notarial bağlanmışdır. xx.xx.2017-ci il tarixli müqavilə şərtləri üzrə iddiaçı tərəfindən 9 dəfəyə cəmi 36**** manat icarəyəverənə təmir bərpa işlərinin sürətləndirilməsi üçün pul ödənilmişdir. Sonuncu 34**0 manat ödəniş xx.xx.2018-ci il tarixdə edilmişdir. Bu müddət ərzində dəfələrlə cavabdeh X1 müqavilə şərtlərinə əməl edərək, obyektin istismar üçün iddiaçıya təhvil verilməsini tələb etsələr də, cavabdeh öhdəli klərini yerinə yetirməmişdir. Sonuncu dəfə şirkətin nümayəndələri, qeyd olunan ərazidə təmir işlərinə baxmaq istəsələr də, cavabdehin nümayəndələri tərəfindən obyektə buraxılmamışlar. Hazırda isə onlara məlum olmuşdur ki, onlarla notarial icarə müqaviləsi olmasına baxmayaraq, cavabdeh başqa icarəçi ilə danışıqlar apararaq obyekti onlara icarəyə vermək istəyir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində şirkətlərinə külli miqdarda maddi ziyan dəymişdir. xx.xx.2017-ci il tarixli reyestr nömrəsi 3M-302 olan 2-ci notarial icarə müqaviləsi bağlanan zaman Notarius tərəfindən yüklülük barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış üçün sorğu verilməmiş və həmin arayış notariat işində mövcud olmamışdır. Bu onunla əlaqəli olmuşdur ki, həmin vaxt artıq cava bdeh X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 14.06.2**6-cı il tarixli çıxarışda qeyd olunmuş daşınmaz əmlak "xxxx" MMC-yə satılmışdır. Yəni, cavabdeh X4 mövcud olmayan daşınmaz əmlakı icarəyə vermiş və notarius isə daşınmaz əmlakın yüklülüyü ilə bağlı müvafiq orqana heç bir sorğu vermədən həmin icarə müqaviləsini təsdiq etmişdir. Notariusun təlimatdan kənara çıxması etibarsız icarə müqaviləsinin bağlanması ilə nəticələnmişdir ki, nəticədə iddiaçıya küllü miqdarda maddi ziyan dəymişdir. Cavabdeh1 və Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsini etibarsız icarə müqaviləsi bağlanan ərəfədə xx.xx.2017-ci il tarixdə “Pallant Group" MMC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından keçirməklə RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişlər. “Pallant Group" MMC barədə məhkəməyə təqdim edilmiş Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur: “Pallant Group" MMC-nin tələb olunan məlumatlarını sizə təqdim edirik: Cəmiyyətin dövlət qeydiyyatına alındığı tarix-xx.xx.2011-ci il -Cəmiyyətin təsisçiləri Cavabdeh1- 50%, Abbasov X11-21,4% və Cavabdeh2- 28,6% - Cəmiyyətin qanuni təmsilçisi Cavabdeh2. Bu halda cavabdehlər tərəfindən bağlanmış icarə müqaviləsinin faktiki tərəfi, yəni icarəyə verən "xxxx" MMC olduğundan xx.xx.2017-ci il tarixli icarə müqaviləsi qismən etibarsız hesab edilməklə icarəyə verən kimi “Pallant Group" MMC hesab edilməlidir. Cavabdehlər tərəfindən icarə müqavilələri üzrə əhəmiyyətli pozuntu nəticəsində heç bir öhdəlik yerinə yetir ilməmişdir. Belə ki, İcarə obyekti təhvil-təslim aktı əsasında icarədara təhvil verilməli idi (müqavilənin 2-ci bəndi). Müqavilənin qüvvəyə minməsi təhvil-təslim aktının imzalanması ilə şərtləndirilmişdir ki, bu halda da icarəyə verən tərəfindən icarə obyekti razılaşdırılmış 6 aylıq müddətdə (2018-ci ilin aprelin 20-dək) təhvil verilməmişdir (xx.xx.2017-ci il tarixli müqavilənin 2-ci səhifəsi). Bunun əksi olaraq iddiaçı tərəfindən 6 aylıq 5**** manat icarə haqqı ödənişi etmək öhdəliyi yerinə yetirilmişdir. Bütün bu hallar onu sübut etmişdir ki, cavabdehlər tərəfindən icarə müqaviləsinin bağlanması zamanı ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 il müddətinə iddiaçıya icarəyə verməsi niyyəti olmuşdursa da, bu da ancaq həmin əmlakın hazırkı mülkiyyətçisi olan icarəyə verən kimi “Pallant Group" MMC ilə rəsmiləşdirilməli idi.
13. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, “X13 Turizm” MMC aralarında bağlanmış xx.xx.2017 və xx.xx.2017-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq, müqavilənin ləğv edilməsi üçün təklif göndərdikdən və onun imtinasını aldıqdan sonra məhkəməyə müraciət edə bilərdi. Lakin, iddiaçı tərəfindən ona belə bir müraciət daxil olmamışdır. Bundan başqa, əgər elə bir müraciət olmuş olsaydı belə, iddia ərizəsində göstərilən əsaslara görə həmin icarə müqavilələri ləğv və ya etibarsız hesab edilə bilməz. İcarə müqaviləsi bağlanan vaxt otel kimi icarəyə verdiyi bina faktiki olaraq mövcud olmuş, lakin çıxarışda 1 mərtəbəli qeyri-yaşayış sahəsi göstə rilmişdir, iddiaçı qabaqcadan bilmişdir ki, həmin ünvanda yerləşən onun və ortaqlarının vəsaiti hesabına inşa olunmuş hündürmərtəbəli binaya yeni çıxarış alınacaqdır. Həmin qeyri-yaşayış binasının ilkin 4 mərtəbəsinin təmir-bərpa işləri üçün şəxsi vəsaiti və gəlirləri hesabına əlavə vəsait sərf etmişdir. Buna baxmayaraq, binanın təmir-bərpa işlərinə daha çox vəsait tələb olunduğu üçün Badamdar qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 2 torpaq sahəsini və 3 qeyri-yaşayış sahələrini 2017-ci ilin avqust ayında 14 saylı notariat kontorunda bağlanmış 5 alqı-satqı müqavilələri əsasında sataraq oradan gələn gəliri binanın təmirinə yönəltmişdir. Təmir-bərpa işləri tamamlanmamış artıq qeyri-yaşayış sahəsinin ilkin 4 mərtəbəsi üçün ümumilikdə 25****0 manat sərf edilmişdir. Bundan sonra, “X13 T urizm” MMC-nin təsisçisi və direktoru Murat Alyar onunla görüşərək binanın qalan digər mərtəbələrini də icarəyə götürmək istədiyini bildirmiş, o isə binanın ilkin 4 mərtəbəsinin təmir-bərpa işlərinə xərclənmiş vəsaitin böyük miqdarda olduğunu bildiyi üçün ona demişdir ki, digər mərtəbələrin təmiri üçün yetərli vəsaiti olmamışdır. Bu zaman “X13 Turizm” MMC-nin təsisçisi və direktoru Murat Alyar təklif etmişdir ki, daha əvvəl aralarında bağlanmış müqavilələrə uyğun olaraq yenidən 2 müqavilə imzalanacaq, birinci müqavilədə 6 ay müddətinə aylıq 5**** manat olmaq şərtilə, digər müqavilə üzrə isə qeyri-yaşayış sahəsi təhvil verilənə kimi hər ay 5**** manat təmir-bərpa işlərinin sürətləndirilməsi üçün ödəniş etməyi öhdəsinə götürmüş, razılaşmaya əsasən, qeyri-yaşayış sahəsi təhvil verildikdən s onra isə təmir-bərpa işləri üçün iddiaçının verdiyi vəsait icarə haqqından çıxılacaqdı. xx.xx.2017-ci ildə müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən 2017-ci ilin sentyabr və dekabr, 2018-ci ilin may və iyun aylarında cəmi 36**** manat ödəniş etmişdir, iddiaçı müqavilələr üzrə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyərək, hər ay ardıcıl ödəniş etməmiş, bu da işin ləngiməsi və təmir-bərpa işlərinin dayanması ilə nəticələnmişdir. Bununla bağlı Murat Alyarla dəfələrə görüşlər keçirilmiş, 2018-ci ilin mart ayında Murat Alyar öz əlyazması ilə qeyd etmişdir ki, xx.xx.2018-ci ildə 5****, xx.xx.2018-ci ildə 5****, xx.xx.2018-ci ildə 15****, xx.xx.2018-ci ildə 15**** manat və qalan vaxtları da müntəzəm olaraq müqavilə şərtlərinə əsasən qrafikə uyğun olaraq ödəniş edəcəkdir. B una baxmayaraq, 2018-ci ilin iyun ayından sonra Murat Alyarla heç bir əlaqə saxlaya bilməmişlər. Sonradan iddiaçı ona qarşı mövcud tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı «X13 Turizm» MMC-nin təsisçisi və direktoru Murat Alyar iddia ərizəsinə əlavədə göstərmişdir ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanan zaman ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına dair verilmiş MH seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarış ləğv edilmişdir və buna görə də hesab edir ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi qismən etibarsız hesab edilməli, digər müqavilələr isə ləğv edilməlidir. Bununla bağlı isə bildirilmişdir ki, yuxarıda da qeyd etdiyi kimi, iddiaçı ilə aralarında olan danışığa əsasən ona məlum idi ki, MH seriyalı, **18161 sayl ı. 14.06.2**6-cı il tarixli Çıxarış yenisi ilə əvəz olunacaq. Belə ki, həmin ünvanda yerləşən torpaq sahəsi Bakı şəhər icra Hakimiyyətinin müvafiq sərəncamı ilə "Pallant Group” MMC-yə ayrılmışdır. Buna görə də, onun təsisçisi və 70 faiz pay sahibi olduğu “Pallant Group" MMC-nin adına AR ƏMDK yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir (qeydiyyat tarixi xx.xx.2017, qeydiyyat nömrəsi **********. payı tam). Bütün bunlar iddiaçıya əvvəldən məlum idi. Bundan sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3187/2019 saylı Qərarı ilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının onun, Cavabdeh2 və Abbasov X8 adına paylı mülkiyyət hüququ üzrə qeydə alına raq, ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu ildə çıxarış verilmişdir. Eyni zamanda həmin qərarla məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış binası təsisçilərin vəsaiti hesabına inşa edilmişdir və təsisçilərin tikintiyə qoyduqları xərclərə uyğun olaraq onların payları müəyyən olunaraq naturada ayrılaraq təhvil verilmişdir. Buna görə də hesab edir ki, iddiaçının xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanan zaman ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına dair verilmiş MH seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarışın ləğv olunması ilə bağlı göstərdiyi halın heç bir əsası yoxdur və formal mülahizələrə əsaslanır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, qeyri-yaş ayış binasının o və ortaqlarının birgə vəsaiti hesabına tikilməsinə baxmayaraq, iddiaçı ilə xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində və xx.xx.2017-ci il tarixdə icarə müqavilələri bağlanarkən həmin qeyri-yaşayış binasına dair çıxarış onun adına olduğuna görə, digər ortaqların razılığı və imzası tələb olunmamışdır. Şifahi olaraq digər ortaqlarının icarə müqaviləsinin bağlanmasına dair razılıqları olmuşdur. Hazırda iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olunacağı təqdirdə (dəymiş zərər ödənilməsi şərtilə) o və ortaqları Cavabdeh2, Abbasov X8 iddiaçı ilə icarə münasibətlərinin davam etdirilməsinə etirazları yoxdur. İcarə müqavilələrinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-ci maddəsində nəzərdə tutulmuş əsaslar isə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Göstərilən normalara əsasən hesab edir ki, iddiaçı “X13 Turizm" MMC-nin təsisçisi və direktoru Murat Alyar ilə xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci illərdə bağlanmış icarə müqavilələrinin mühüm şərtləri barəsində razılığa gələrək həmin müqavilələri bağlamışlar, iddia ərizəsində göstərilən hallar isə həmin müqavilələrin ləğv və ya etibarsız hesab edilməsi üçün əsas ola bilməz. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanan zaman ü nvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh1 deyil, “Pallant Group" MMC-nin mülkiyyətində olmasını təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
14. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, iddiaçı “X13 Turizm” MMC konkret olaraq onun tərəfindən hansı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, ümumiyyətlə onun iddiaçı qarşısında hər hansı öhdəliyinin olub-olmaması, eləcə də, cəmi 36**** manat məbləğində pul vəsaitinin onun hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ödəməli olduğu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. 15. "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hazırda "Pallant Group” M MC-nin adında hər hansı yaşayış və qeyri-yaşayış sahəsi qeydə alınmamışdır. Eyni zamanda, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanan zaman ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olmuşdur. İddiaçı iddia ərizəsində həmin qeyri-yaşayış sahəsinin "Pallant Group” MMC-yə satıldığını, Cavabdeh1 mövcud olmayan daşınmaz əmlakı icarəyə verdiyini bildirsə də, iddiasının əsası kimi həmin halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçının istinad etdiyi hallar ərizəyə əlavə edilmiş sənədlərlə təkzib olunmuşdur. Buna görə də xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin icarəyə verən kimi "xxxx" MMC ilə rəsmiləşdirilməsinə dair iddiaçının gətirdiyi dəlillər əsassız və formal mülahizələrə əsaslanmışdır. Hə mçinin, qeyri-yaşayış binasının Cavabdeh2, Abbasov X8 və Cavabdeh1 birgə vəsaiti hesabına tikilməsinə baxmayaraq, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017 və xx.xx.2017-ci il tarixində və xx.xx.2017-ci il tarixdə icarə müqavilələri bağlanarkən həmin qeyri-yaşayış binasına dair çıxarış Cavabdeh1 adına olduğuna görə, digər ortaqların razılığı və imzası tələb olunmamışdır. Şifahi olaraq isə onların icarə müqavilələrindən məlumatları olmuş və icarə müqavilələrinin bağlanmasına razılıqları olmuşdur. Hazırda iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olunacağı təqdirdə (dəymiş zərər ödənilməsi şərtilə) Cavabdeh1 ilə ortaqlarının iddiaçı arasında icarə münasibətlərinin davam etdirilməsinə etirazı olmamışdır. Buna görə də, icarə müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublika sının Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. İddiaçı “X10" MMC ilə xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci illərdə bağlanmış icarə müqavilələrinin mühüm şərtləri barəsində razılığa gələrək həmin müqavilələri bağlamışlar. İddia ərizəsində göstərilən hallar isə həmin müqavilələrin ləğv və ya etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
16. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Abbasov X11 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binası onun, Cavabdeh2 və Cavabdeh1 vəsaiti hesabına tikilmişdir. 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3187/2019 saylı Qərarı ilə ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış binasının onun, Cavabdeh2 və Abbasov X8 adına paylı mülkiyyət hüququ üzrə qeydə alınaraq, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu ildə çıxarış verilmişdir. Eyni zamanda, həmin qərarla məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin torpaq sahəsində inşa olunmuş qeyriyaşayış binası təsisçilərin vəsaiti hesabına inşa edilmişdir və təsisçilərin tikintiyə qoyduqları xərclərə uyğun olaraq onların payları müəyyən olunaraq naturada ayrılaraq təhvil verilmişdir. Buna görə də hesab etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanan zaman ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına dair verilmiş MH seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarışın ləğv olunması ilə bağlı dəlillərinin heç bir əsası olmamış və formal mülahizələrə əsasla nmışdır. Qeyri-yaşayış binasının onun və digər ortaqlarının birgə vəsaiti hesabına tikilməsinə baxmayaraq, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində və xx.xx.2017-ci il tarixdə icarə müqavilələri bağlanarkən həmin qeyri-yaşayış binasına dair çıxarış Cavabdeh1 adına olduğuna görə, onların razılıqları və imzaları tələb olunmamışdır. Şifahi olaraq isə onların icarə müqavilələrindən məlumatları olmuş və icarə müqavilələrinin bağlanmasına razılıqları olmuşdur. Hazırda iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olunacağı təqdirdə (dəymiş zərər ödənilməsi şərtilə) onun və ortaqları Cavabdeh1 ilə iddiaçı arasında icarə münasibətlərinin davam etdirilməsinə etirazı olmamışdır.
17. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə “X13 Turizm” MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Caspian Hotel ve Turizm" MMC-dən təmir-bərpa işlərinin aparılmasının sürətləndirilməsinə görə ödənilməmiş ******* manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 275**** (iki milyon yeddi yüz əlli min) manat əldən çıxmış fayda, icarədarın hərəkətsizliyi nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 6 **0 **0 (altı milyon) manat cərimə 50 **0 (əlli min manat) mənəvi zərər olmaqla, cəmi 9717180.66 (doqquz milyon yeddi yüz on yeddi min yüz səksən manat altmış altı qəpik) manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh1 vəsatəti əsasında Bakı şəhə ri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi qeri qaytarılmışdır. 19. 25.06.2019-cu il tarixdə Cavabdeh1 yenidən “X13 Turizm” MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlanana kimi verilmədiyindən qeri qaytarılmışdır.
21. İddiaçı Cavabdeh1 8 iyul 2019-cu il tarixdə cavabdeh “X13 Turizm” MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Caspian Hotel ve Turizm" MMC-dən təmir-bər pa işlərinin aparılmasının sürətləndirilməsinə görə ödənilməmiş 917180,66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 275**** (iki milyon yeddi yüz əlli min) manat əldən çıxmış fayda, icarədarın hərəkətsizliyi nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 6****** (altı milyon) manat cərimə və 5**** (əlli min manat) mənəvi zərər olmaqla, cəmi 9717180,66 (doqquz milyon yeddi yüz on yeddi min yüz səksən manat altmış altı qəpik) manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh1 iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Murat Alyar adlı türk vətəndaşı ilə ilk tanışlıqları 2017-ci ilin yay aylarına təsadüf edir. Murat Alyar uzun illər otel işlətməsi ilə məşğul olduğunu və "X13 T urizm" MMC-nin direktoru olaraq Azərbaycanda bir çox otelləri icarəyə götürərək işlətdiyini və bu sahədə böyük təcrübəyə malik olduğunu bildirmişdir. Cavabdeh ona məxsus Bakı şəhəri, B.Səfəroğlu 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsini otel kimi işlətməyi təklif etmişdir. Həmin təklif onu maraqlandırmış, lakin ona bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin otel kimi fəaliyyət göstərməsi üçün təmir tikinti aparılmalıdır. Murat ona qeyri-yaşayış sahəsini təmir edərək otel səviyyəsinə çatdırmaq üçün tələb olunan vəsaiti hissə-hissə verə biləcəyini və gələcəkdə otel fəaliyyətə başladıqdan sonra təmir üçün qoyacağı pulu hissə-hissə icarədən çıxa biləcəyini demişdir. Razılaşmalarına əsasən binanın ilk dörd mərtəbəsinin icarə haqqısı 75 **0 manat təşkil edirdi. X12 istəyinə əsasən iki müqavilə imzalanmalı, yəni ki, öz aralarında bağlanan müqavilədə icarə haqqı olaraq 65**0 manat göstərilməli, notarial müqavilədə isə 10 **0 manat göstərilməli idi. Cavabdehlə aralarında 02 iyun 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinin tələblərinə əsasən, icarəyə verən, yəni o, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Ml İ seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (icarədara) cavabdehə otel kimi icarəyə vermişdir. xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində bağlanmış icarə müqavilələri ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilk 4 mərtəbəsinin icarəyə verilməsi məqsədilə bağlanmışdır. Cavabdehin təklifi ilə iki ayrı müqavilə imzalanmışdır. Bu müqaviləl ərin hər ikisi eyni hüquqi qüvvəyə malikdir, yalnız icarə haqları fərqlidir. Cavabdehlə aralarında 2 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, aylıq icarə haqqı 65**0 manat təşkil edir və hər ayın 10-na kimi nağd şəkildə ödənilməli idi. Bundan başqa, cavabdehlə 4 iyun 2017-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən ********** nömrəli sorğu verilərək Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış alınaraq, 3M-107N reyestr nömrəli notarial müqavilə imzalanmışdır. İcarə Müqaviləsinin tələblərinə əsasən, aylıq icarə haqqı 10.**0 (on min) manat təşkil edir və icarə haqqı hər ayın 10-na qədər köçürmə yolu ilə ödənilməli idi. O, xüsusi mülkiyyətində olan ünvan 5 ünva nında yerləşən qeyri-yaşayış sahəsini otel kimi icarəyə vermişdir. Cavabdeh hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin şərtlərinə əsasən, icarə müddəti tərəflər bu müqaviləni imzaladığı tarixdən 10 il təşkil edir. Müqavilənin şərtlərinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda icarədar icarə verənə aşağıdakı kimi cərimə verməyi öhdəsinə götürmüşdür: İcarənin birinci ilində xitam verildiyi təqdirdə 2 **0 **0 (iki milyon) manat cərimə ödənilməlidir. Daha sonra, cavabdeh həmin qeyri-yaşayış sahəsinin digər mərtəbələrinin də ona icarəyə verilməsi arzusunu bildirmişdir. Cavabdehlə aralarında olan danışıqlara əsasən, icarə obyektinin təmir-bərpa işlərinin aparılması üçün yetərli vəsaitinin olmadığını bildirmiş və icarə haqqı barədə danışıqları olmuşdur. Həmçinin, icarədə olan əmlaklarını təmir-bərpa işlərinin aparılması üçün Badamdar qəsəbəsində yerləşən iki torpaq sahəsini və üç qeyriyaşayış sahəsini 2017-ci ilin avqust ayında 14 saylı notariat kontorunda AN-İ.Yg 0632! 70, **32161, 0632/62, ******* və ******* nömrəli beş alqı-satqı müqaviləsi əsasında sataraq oradan gələn 1 228 203 (bir milyon iki yüz iyirmi səkkiz min iki yüz üç) manat vəsaiti binanın təmirinə yönəltmişdir. Danışıqlarının sonunda Murat Alyar təmir-bərpa işlərinin sürətləndirilməsi üçün müəyyən ödənişlər edəcəyini və bu barədə müqavilədə də üzərinə öhdəlik götürəcəyini bildirmişdir. Razılığa əsasən təmir-tikinti iş lərinin sürətləndirilməsi üçün müqavilə ilə nəzərdə tutulan vəsaiti Murat otel təhvil verilənə qədər ona ödəməli idi. Həmçinin razılığa gəlmişlər ki, otel fəaliyyətə başladığı gündən ona məxsus "xxxx" MMC tərəfindən onlara aylıq icarə haqqı olaraq 250 **0 manat pul ödəniləcəkdir. Lakin ilkin olaraq təmir üçün onun tərəfindən sərf olunacaq məbləğ icarə haqqından çıxılacaqdır. Görüşlərinin sonunda təmir-bərpa işlərinin sürətləndirilməsi üçün cavabdeh ödənişlər edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdehin tələbi ilə aralarında 12 sentyabr 2017-ci il tarixində qeyri-yaşayış sahəsinin digər mərtəbələrinin də ona icarəyə verilməsi ilə bağlı razılaşmışlar. Danışıqlarımız nəticəsində qarşılıqlı razılaşma əsasında 12 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunda aylıq icarə haqqı 15**0 manat olan (Reyestr nömrəsi 3M-302) və həmin tarixdə aralarında bağlanmış və notariat kontorunda təsdiqlənmiş (Reyestr nömrəsi İS-2866) aylıq icarə haqqı 13**** manat təşkil edən 2 müqavilə imzalanmışdır. Öz aralarında bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq olunmuş (Reyestrdə 1S-2866 N ilə qeyd edilmiş) müqavilənin şərtlərinə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən (aprelin 20-nə qədər, 6 aylıq) hər ayın 20-si 5**** manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. 12 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış (aylıq icarə haqqı 15**0 manat), reyestrdə 3M-302 nömrə ilə qeydə alınmış İcarə Müqaviləsinin şərtlərinə (İcarədarın hüquq və öhdəlikləri) görə, cavab deh təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 5**** manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Müqavilələrin şərtlərinə əsasən icarə müqaviləsinin müddəti tərəflər bu müqavilələri imzaladığı andan 10 il təşkil edir. Müqavilənin tələblərinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda icarədar icarə verənə aşağıdakı kimi cərimə verməyi öhdəsinə götürmüşdür: İcarənin birinci ilində xitam verildiyi təqdirdə 4 **0 **0 (dörd milyon) manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, həmin qeyri-yaşayış sahəsinin -1.-2 və l-ci mərtəbələri də cavabdehə icarəyə verilmiş, ca vabdeh isə bunun müqabilində xx.xx.2018-ci il tarixindən otel binası təhvil verilənə kimi təmir-bərpa işlərinin sürətləndirilməsi üçün hər ay 3**** manat (otuz min) ödəyəcəyi barədə öhdəlik götürmüşdür. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütün mərtəbələrinin aylıq icarə haqqı 250.**0 manat (iki yüz əlli min) təşkil etmişdir. Belə ki, cavabdehlə aralarında 02 iyun 2017-ci il tarixdə bağlanmış İcarə müqaviləsinə görə cavabdeh aylıq 1**** (on min) manat, xx.xx.2017-ci il tarixdə bağlanmış İcarə müqaviləsinə görə aylıq 65**0 (altmış beş min) manat, 12 sentyabr 2017-ci il tarixdə imzalanan l-ci müqaviləyə görə aylıq 15**0 (on beş min) manat, həmin tarixdə bağlanmış digər müqaviləyə görə aylıq 13**** (bir yüz otuz min) manat və aralarında olan şifahi razılaşmaya görə həmin qeyri- yaşayış sahəsinin -1,-2 və l-ci mərtəbələrinə görə aylıq 30 **0 (otuz min) manat olmaqla, icarə haqqı 25**** manat ödəməyi öhdəsinə götürmüşdür. 12 sentyabr 2017-ci il tarixdə bağlanmış İcarə müqavilələrinin şənlərinə əsasən, cavabdeh təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən otel təhvil verilənə qədər hər ayın 20-ə kimi 50.**0 (əlli min) manat olmaqla 01 may 2019-cu il tarixinə kimi 916666.66 manat (xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək 18 ay 10 gün) ödəniş etməli olsa da, bu müqavilə üzrə heç bir ödəniş etməmişdir. 12 sentyabr 2017-ci il tarixdə cavabdehin təkidi ilə öz aralarında bağlanmış icarə müqaviləsinə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixindən 6 ay müddətində hər ayın 20-ə kimi 5**** (əlli min) manat, 6 ay ərzin də cəmi 3****0 manat ödəməli olsa da, cavabdeh yalnız 299486 (iki yüz doxsan doqquz min dörd yüz səksən altı min) manat ödəniş etmişdir. Bundan əlavə, binanın -1.-2 və l-ci mərtəbələrinin icarəsi barədə aralarında olan razılığa əsasən, xx.xx.2018-ci il tarixdən bu günə kimi aylıq icarə haqqı olaraq 3**** (otuz min) manat olmaqla, 01 may 2019-cu il tarixinə kimi (11 ay üçün) cəmi 33**** (üç yüz otuz min) manat ödəməli olduğu halda, cavabdeh tərəfindən cəmi 3**** (otuz min) manat ödəniş edilmişdir. Cavabdehin İcarə Müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi həmin qeyri-yaşayış binasının təmir-bərpa işlərinin bitməməsinə səbəb olmuşdur. Bu da öz növbəsində 275**** (iki milyon yeddi yüz əlli min) manat əldən çıxmış fayda edir. Belə ki, əgər cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhd əlikləri vaxtında icra etmiş olsa idi, otel binasının təmir-bərpa işləri 2018-ci ilin iyun ayında bitmiş olacaqdı. Cavabdehin təqsiri üzündən otelin təmir-bərpa işləri vaxtında bitmədiyindən Ötən 11 ay müddətində (1 aylıq icarə haqqı 25**** manat) ümumi 275**** (iki milyon yeddi yüz əlli min) manat əldən çıxmış fayda edir. Aralarında olan son görüşlər zamanı onlar bu barədə cavabdehlə dəfələrlə söhbət edərək ona vurduğu ziyan barədə bildirmişlər. Həmin görüşlərin birində cavabdeh özü tərəfindən öz xətti ilə "Para makbuzu" yazaraq xx.xx.2018-ci il tarixdə 50 **0 manat, xx.xx.2018-ci il tarixdə 50 **0 manat, xx.xx.2018-ci il tarixdə 150 **0 manat, xx.xx.2018-ci il tarixdə isə 150 **0 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin yazılı öhdəlik götürməsinə baxmayaraq həmin puldan heç bir məbləğ ö dəməmişdir. Cavabdehlə dəfələrlə icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməsinə dair şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən maqavilənin icrası istiqamətində hər hansı hərəkət edilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhz cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində gəlirindən məhrum olmuş, bunun da nəticəsində başqa şəxslər qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilmədiyindən işgüzar nüfuzuna da zərər dəymişdir. Bir sözlə, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə vardır.
23. Daha sonra, Cavabdeh1 tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “Caspian Hotel ve Turizm" MMC-dən təmir-bərpa işlərinin aparılmasının sürətləndirilməsinə görə ödənilməmiş 917180.66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 275**** (iki milyon yeddi yüz əlli min) manat əldən çıxmış fayda, icarədarın hərəkətsizliyi nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə onunla “Caspian Hotel ve Turizm" MMC-nin təsisçisi və direktoru Murat Alyar arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2****** manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə isə 4****** manat olmaqla, cəmi 6****** (altı milyon) manat cərimə, 50 **0 (əlli min manat) mənəvi zərər olmaqla, cəmi 9717180.66 (doqquz milyon yeddi yüz on yeddi min yüz s əksən manat altmış altı qəpik) manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, “Caspian Hotel ve Turizm" MMC-nin təsisçisi və direktoru Murat Alyarla onun arasında bağlanmış icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh1 vəsatəti əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
25. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 4 iyun 2019-cu il tarixli məktuba əsasən, ünvan 13 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi sökülüb və yerində hündür mərtəbəli bina tikilib.
26. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərb aycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 qeydiyyatı idarəsi tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixli məktuba əsasən "xxxx" MMC xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Təsisçiləri 28,6 faiz payla Cavabdeh2, 21.4 faiz payla Abbasov X11, 50 faiz payla Cavabdeh1dur.
27. Məhkəmə sorğusu əsasında əldə edilmiş ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1 avqust 2019-cu il tarixli məktuba əsasən ünvan 13 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası 14.06.2**6-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. ünvan 13 nömrəli ünvanda yerləşən qeyriyaşayış binası xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin adına ünvan 10 ünvanda yerləşən bir neçə qeyri-yaşayış birləşərək 123 nömrəli ünvan altında qeydiyyata alınmışdır) qeyriyaşayış binası kimi qeydiyyatdan keçmişdir.
28. Məhkəmə sorğusu əsasında əldə edilmiş ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 7 avqust 2019-cu il tarixli məktuba əsasən Cavabdeh1 ("xxxx" MMC-nin təsisçisi) aşağıda adları sadalanan yaşayış və qeyri-yaşayış sahələrinə dair çıxarışları təqdim edərək (ümumi sahəsi 15964.9 kv.m) xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin adına RX seriyalı ******* nömrəli çıxarış almışdır. Sözügedən ünvanlar aşağıdakılardır: ünvan 11erləşən (yaşayış sahəsi 31.5 kv.m) 2A nömrəli; ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 19 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 8 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 30 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 19 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 2 3 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 20 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 21 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 38.5 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 61 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 28.9 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 14 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 20 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 24 kv.m); ünvan 14 nömrəli ünvanda (yaşayış sahəsi 9.5 kv.m) yerləşən mənzillər; ünvan 14 nömrəli ünvanda (ümumi sahəsi 18.9 kv.m) və ünvan 13 nömrəli ünvanda (ümumi sahəsi 564.7 kv.m) yerləşən qeyriyaşayış binaları. ünvan 14 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binasının sahəsində cari dəyişikliklər edilərək "xxxx" MMC-nin adına ********** nömrəli xx.xx.2019-cu il tarixli yeni (ümumi sahəsi 18058,9 kv metr) çıxarış verilmişdir.
29. Məhkəmə sorğusu əsasında əldə edilmiş ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21 avqust 2019-cu il tarixli məktuba əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 571 saylı xx.xx.2011-ci il tarixli sərəncamına əsasən ünvan 12 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri məhv olunaraq yeni qeyri-yaşayış binası inşa edilmişdir. Daha sonra Cavabdeh1 ərizəsi əsasında ünvan 12 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatı ləğv edilərək ünvan 14 nömrəli ünvana dair xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin adına çıxarış verilmişdir.
30. Cavabdeh "xxxx" MMC-də tərəfindən təqdim edilmiş AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfind ən verilmiş 26 sentyabr 2019-cu il tarixli məktuba əsasən "xxxx" MMC-nin adına hazırda Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat aşkar edilməmişdir.
31. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba əsasən xx.xx.2017-ci il tarixində "xxxx" MMC-nin adına qeydiyyatdan keçmiş ünvan 14 nömrəli ünvanında yerləşən daşınmaz əmlaka dair hər hansı müqavilə aşkar olunmamışdır.
32. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(**4)-3253/2019 nömrəli iş üzrə 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) ilkin iddianın Cavabdeh1 münasibətdə qismən təmin edilməsi, “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360.**0 (üç yüz altmış min) manat pulun Cavabdeh1 alınaraq, “X13 Turizm” MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə “X13 Turizm” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2.**0.**0 manat və xx.xx.2017-ci il tarixli müqavilə üzrə 4.**0.**0 manat cərimə olmaqla, cəmi 6.**0.**0 (altı milyon) manat pulun “X13 Turizm” MMC-dən tutularaq, Cavabdeh1 ödənilməsi, “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2017-ci il və ayrı-ayrılıqda bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, ilkin iddian ın qalan hissədə və digər cavabdehlərə münasibətdə, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
33. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia üzrə iddiaçı “X13 Turizm” MMC özünün risk dairəsinə daxil olan öhdəliyini, yəni icarə müqaviləsi üzrə ödənişləri vaxtında və ardıcıl qaydada aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də tərəflər arasında bağlanmış icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi barədə ilkin və qarşılıqlı iddia tələbi həmin hissədə əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı “X13 Turizm” MMC-nin iddia tələbi xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli (notarial qaydada təsdiqlənmiş) ic arə müqavilələrinin ləğv edilməsi hissəsində əsaslı hesab edilsə də, ilk iddia tələbi icarə obyektinin istismara hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi hissəsində təmin edilə bilməz.
34. Məhkəmə eyni zamanda ilk iddia tələbinin tərəflər arasında xx.xx.2017-ci il tarixli qeyri-notarial müqavilənin qismən etibarsız hesab edilməklə icarədar kimi "xxxx" MMC-nin tanınması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, ilk iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi icarə müqaviləsi bağlanan zaman ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisinin "xxxx" MMC olduğuna istinad etsə də, iş materiallarında MH seriyalı, **18161 saylı, 14.06.2**6-cı il tarixli Çıxarışa əsasən həmin qeyri-yaşayış binasının mülkiyyətçisinin Cavabde h1 olduğu müəyyən edilmişdir. İşin müəyyən edilmiş faktiki halları baxımından həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hüquqi əsas mövcud olmamışdır.
35. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli qeyri-notarial icarə müqaviləsi öhdəliyini pozduğuna görə 1****** manat dəymiş ziyanın və təmir-bərpa işlərinə görə ödənilmiş 36**** manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 24**** manat olmaqla cəmi 16**** manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli iki müqavilədə icarə obyektində təmir-bərpa işlərinin sürətləndirilməsi məsələsi də öz əksini tapmış və tərəflər qeyd olunan ödə nişin həmin müqavilə üzrə ödənildiyini mübahisələndirmirlər. Lakin həmin müqavilələrdən ilkində tərəflərin razılaşmasına əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixindən otel təhvil verilənə qədər hər ayın 20-si 5**** manat icarədar tərəfindən icarəyə verənə verilməli olduğu, ikincisində isə xx.xx.2017ci il tarixdən otel təhvil verilənə qədər (aprelin 20-ə qədər 6 aylıq, hər ayın 20-si 5**** manat) icarədar tərəfindən icarəyə verənə ödənilməli olduğu göstərilmişdir. “X13 Turizm” MMC müqavilədə müəyyənləşdirilmiş məbləği hər ay ardıcıl olaraq ödədiyini sübuta yetirə bilməmiş, Cavabdeh1 da yazılı etirazında “X13 Turizm” MMC-nin 2017-ci ilin sentyabr və dekabr, 2018-ci ilin may və iyun aylarında cəmi 36**** manat ödəniş etdiyini bildirmişdir. Yəni, “X13 Turizm ” MMC ödənişlərdə gecikdirməyə yol verməklə, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, təmir-bərpa işləri vaxtında başa çatdırılmamışdır. Bu da Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməməsinə gətirib çıxarmış, icarə obyekti müqavilədə müəyyənləşdirilmiş vaxtda “X13 Turizm” MMC-yə təhvil verilməmiş, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmışdır. İlkin iddia üzrə iddiaçı tərəfindən konkret olaraq Cavabdeh2 xx.xx.2017-ci il tarixli İcarə müqaviləsi üzrə üzərinə hər hansı öhdəlik götürməsi və bu öhdəliyin yerinə yetirilməməsi, ümumiyyətlə onun iddiaçı qarşısında hər hansı öhdəliyinin olub-olmaması, eləcə də, cəmi 36**** manat məbləğində pul vəsaitinin onun hər hansı hərəkəti və ya hərəkətsiz liyi nəticəsində iddiaçıya ödəməli olduğu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, ilkin iddia həmin hissədə yalnız Cavabdeh1 münasibətdə təmin edilməli, “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 36**** manat pul vəsaiti Cavabdeh1 alınaraq, “X13 Turizm” MMC-yə ödənilməlidir. Bundan əlavə, “X13 Turizm” MMC xx.xx.2017-ci il tarixli qeyri-notarial icarə müqaviləsi öhdəliyini pozduğuna görə 1****** manat dəymiş ziyanın və əldən çıxmış faydaya görə 24**** manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb etsə də, həmin maddi ziyanın və əldən çıxmış faydanın nədən ibarət olması və hansı əsaslara görə yaranmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, i lkin iddia həmin hissələrdə də əsassız olduğu üçün təmin edilə bilməz.
36. Məhkəmə qarşılıqlı iddia tələbinin təmir-bərpa işlərinin sürətləndirilməsinə görə ödənilməmiş 917180.66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 275**** manat əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissələrdə qarşılıqlı iddia təmin edilməməlidir.
37. Məhkəmə qarşılıqlı iddia tələbinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr üzrə cəmi 6****** (altı milyon) manat məbləğində pul vəsaitinin “X10” MMCdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. B elə ki, “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında 4 iyun 2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş İcarə müqaviləsinə görə, (icarənin müddəti), müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 2****** manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflə arasında 12 sentyabr 2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş İcarə müqaviləsinə görə, (icarənin müddəti), müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hə rəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 4****** manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, məhz icarədar “X13 Turizm” MMC tərəfindən icarə müqavilələri üzrə müəyyən edilmiş ödənişlər vaxtında və lazımi qaydada icra edilmədiyindən, eləcə də, icarədar tərəfindən icarə müqaviləsinin 1-ci ilində müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən həmin icarə müqavilələrinə vaxtından əvvəl xitam verildiyindən, müqavilələrdə nəzərdə tutulmuş qaydada xx.xx.2017-ci il tarixli icarə müqaviləsi üzrə 2****** manat, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi üzrə isə 4****** manat olmaqla, cəmi 6****** manat cərimə “X10” MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X3 verilməlidir. “X13 Turizm” MMC təmir-bərpa işlərinin sürətləndirilməsi üçün müəyyən olunmuş məbləği şərtləşdirilmiş vaxtda və ardıcıl qaydada ödəmədiyindən icarə obyektində təmir-bərpa işləri vaxtında başa çatdırılmamış və beləliklə, icarə obyekti vaxtında istismara verilə bilməmişdir. “X13 Turizm” MMC təmir-bərpa ilə bağlı pulu vaxtında ödəməyərək həm icarə obyektində təmir-bərpa işlərinin vaxtında başa çatdırılmamasına səbəb olmuş, həm də icarə obyekti vaxtında istismara hazır vəziyyətdə olmadığı üçün icarə müqavilələri faktiki icra edilməmiş qalmış, bununla da, müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur.
38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337.1337.5, 38 5.1, 386.1, 389.1, 399.1, 404, 424.2, 424.3, 425.1, 442 və 7**-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2**2-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2**8-ci il tarixli 7 №-li Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 39. “X13 Turizm” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, il kin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3865/2020 nömrəli, 2 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, “X13 Turizm” MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsinin iddiaçı “X13 Turizm” MMC-dən Cavabdeh1 xeyrinə tutulmalı olan cərimə pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, iddiaçı “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında bağlanmış 4 iyun 2017ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimənin azaldılaraq 1.**0.**0 (bir milyon) manat, 12 sentyabr 2017-ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimənin azaldılaraq 2.**0.**0 (iki milyon) manat müəyyən edilməsi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi 19 dekabr 2019-cu il tarixli qətnaməsinin (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə xx.xx.2019-cu il tarixli qərardad nəzərə alınmaqla) qalan hissədə, yəni “iddiaçı MMC-nin iddiasının Cavabdeh1 münasibətdə qismən təmin edilməsi, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360.**0 manat pulun Cavabdeh1 alınaraq iddiaçı MMC-yə ödənilməsi; Cavabdeh1 iddiasının qismən təmin edilməsi, Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr üzrə cərimə məbləğinin MMC-dən tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 3 0 manat dövlət rüsumunun 40%-nin onun özünə, 60%-nin MMC-yə aid edilməklə, MMCdən 18 manat pulun Cavabdeh1 xeyrinə tutulması, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2017-ci il və ayrı-ayrılıqda bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, hər iki iddianın qalan hissələrdə təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılması, iddiaçı “X13 Turizm” MMC və Cavabdeh1 bir-birinin xeyrinə tutulmalı olan məbləğlərin əvəzləşdirilməsi və son nəticədə, iddiaçı “X13 Turizm” MMC-dən 264**** (iki milyon altı yüz qırx min) manatın tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir.
42. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı MMC-nin iddiasında göstərilmiş dəlil, yəni MMC-nin Cavabdeh1 tərəfindən aldadılaraq müqavilələrin bağlanması barədə dəlil əsassızdır və nəzərə alınmamalıdır. Çünki iddiaçı MMC ilə Cavabdeh1 arasında müqavilələrin bağlanması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi sonuncunun özü olmuş, qeyri-yaşayış sahəsinin sonrakı mülkiyyətçisi olmuş cavabdeh Şirkət isə iddiaçı MMC tərəfindən həmin “İcarə müqavilələrin” şərtlərinə əməl olunacağı təqdirdə icarə münasibətlərinin davam etdirilməsinə etiraz etməmişdir. Lakin, işin hallarından və iddiaçı MMC-nin mövqeyindən müəyyən edilmişdir ki, o, qeyd edilən müqavilələr üzrə Cavabdeh1 ödəməli olan məbləğləri ödəmək niyyətində olmamışdır.
43. Məhkəmə kollegiyası MMC-nin iddiasının qeyri-notarial müqavilənin qismən etibarsız hesab edilməsi hissəsi ilə bağlı göstərmişdir ki, MMC icarə müqaviləsi bağlanan zaman q eyri-yaşayış sahəsinin mülkiyyətçisinin cavabdeh Şirkətin olduğuna istinad etsə də, yuxarıda artıq qeyd edildiyi kimi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Sözügedən müqavilənin etibarsızlığına səbəb olan hər hansı hüquqi əsas müəyyən edilmədiyindən həmin hissədə də MMC-nin iddiasının əsassız olması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
44. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri məhz iddiaçı MMC tərəfindən pozulmuşdur. Belə ki, o, xx.xx.2017, xx.xx.2017 və iki ədəd xx.xx.2017-ci il tarixli müqavilələr üzrə ödənilməli olan məbləğləri ödəməmişdir. Bunun nəticəsində isə mübahisəli qeyri-yaşayış sahəsində təmirbərpa işlərinin vaxtında həyata keçirilməsi və müqavilənin tam olaraq icra sının təmin edilməsi mümkün olmamışdır. Bununla da, iddiaçı MMC ödənişlərin həyata keçirilməsi ilə bağlı öhdəliklərini lazımınca icra etmədiyinə görə, Cavabdeh1 özündən asılı olmayan səbəblərə görə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, təmir-bərpa işləri vaxtında başa çatdırmamışdır.
45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı MMC özünün risk dairəsinə daxil olan öhdəliyini, yəni icarə müqaviləsi üzrə ödənişləri vaxtında və ardıcıl qaydada aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də tərəflər arasında bağlanmış icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi barədə hər iki iddianın deyil, yalnız Cavabdeh1 iddiası həmin hissədə əsaslı və qanuni olduğu üçün qeyd olunan iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi nəzərindən düzgün olmuşdur.
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə vaxtından əvvəl ləğv olunduğuna görə iddiaçı MMC-nin Cavabdeh1 ödədiyi 360.**0 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən qaytarılmaması Mülki Məcəllənin 1091.2-ci maddəsində göstərilən “sonralar aradan qalxmış əsas” kimi əsassız varlanmaya səbəb olmuşdur. Ona görə də, iddiaçı MMC Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən həmin məbləğdə pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360.**0 manat pul vəsaiti Cavabdeh1 tutularaq, MMC-yə ödənilməlidir və bu barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyəti üzrə düzgün olmuşdur.
47. İddiaçı MMC tərəfindən irəli sürülmüş xx.xx.2017-ci il tarixli qeyri-notarial icarə müqaviləsi öhdəliyini pozduğuna görə 1****** manat dəymiş ziyanın və əldən çıxmış faydaya görə 24**** manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması tələbinə dair qeyd olunmuşdur ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqd a cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilməmişdir. Çünki məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən öhdəliklər pozulmamışdır. Ona görə də, iddiaçı MMC tərəfindən zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülməsi əsassız olmuşdur.
48. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 iddiasını təmir-bərpa işlərinin sürətləndirilməsinə görə ödənilməmiş 917180,66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 275**** manat əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi hissədə sübuta yetməməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası Cavabdeh1 xeyrinə iddiaçı MMC-dən cərimənin tutulması barədə birinci instansiya məhk əməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşsa da, bu cərimənin məbləğinin müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə qismən razılaşmış, Mülki Məcəllənin 467-ci maddəsinə tələblərini və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, hazırkı işdə də həmin maddə tətbiq edilməli və dəbbə pulunun məbləği azaldılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə görə cərimənin tutulması barədə işlərə baxan məhkəmələr tutulmalı olan cərimə məbləğini əsas borcun məbləğinin 10 faizi miqdarında müəyyən edirlər. Hazırki apellyasiya baxışının predmeti olan işdə əsas borc olmamış, cərimə borcunun məbləği isə yuxarıda qeyd edilən müqavilələrdə konkret olaraq nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edilən dəbbə pulunun məbləğini, müqavilələrin 10 il müddətinə bağlanmasını, müqavilələrin iddiaçı MMC-nin hərəkətlərinə görə vaxtından əvvəl ləğv edildiyini və bu baxımdan kreditorun mənafeyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, dəbbə pulunun məbləği yarıbayarı azaldılmalı, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1.**0.**0 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə isə 2****** manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır.
50. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337.1337.5, 385.1, 386.1, 389.1, 399.1, 404, 421.2, 424.2, 424.3, 425.1, 442, 467, 7**, 1091.2 və 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin 31.05.2**2-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2**8-ci il tarixli 7 №-li Qərarları ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 51. “X13 Turizm” MMC (Vəkil) kassasiya şikayəti və daha sonra kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
52. X4 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “X13 Turizm” MMC-nin iddiasının qismən təmin edilməsi hissəsində ləğv, həmin hissədə iddianın rədd, qətnamənin Cavabdeh 1 münasibətdə iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)2205/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qərarı ilə “X13 Turizm” MMC-nin və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılmışdır.
54. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəflərin razılaşdığı əmlakın Cavabdeh1 məxsus olan əmlak olubolmaması, onu (16 mərtəbəli binanı) icarəyə verməyə səlahiyəti olub-olmaması ilə bağlı heç bir dəyərləndirmə aparmamışdır. Halbuki məhkəmə mübahisəni həll etmək üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilələrin etibarlı icarə müqav ilələri olması halına qiymət verilməli idi. Bunun üçün icarəyə verənin hansı əşyanı icarəyə verməsi, həmin əşyanı icarəyə verməyə onun hüququnun olub-olmaması, bağlanmış müqavilələrin analoji əqdləri (icarə müqavilələrini) tənzimləyən normaların tələblərinə uyğun bağlanıbbağlanmaması, əqdlərin forma və məzmununa riayət edilib-edilməməsini yoxlamalı idilər. Belə yoxlamadan sonra müqavilələrin etibarlılığı təsdiq olunuğu təqdirdə müqavilədən irəli gələn öhdəliklərin kimin tərəfindən pozulması halına qiymət verilə bilərdi.
55. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri etibarlı müqavilələr olmamışdır. Belə ki, məhkəmələr mübahisəni həll edərkən hər dəfə qərarlarında onu vurğulamışlar ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən qeyri- yaşayış sahəsini iddiaçıya icarəyə vermiş və onlar arasında icarə münasibətləri mövcud olmuşdur. Əvvəla, tərəflər ünvan 13 ünvanında yerləşən 16 mərtəbəli qeyri-yaşayış sahəsinin hotel kimi istifadə olunması ilə bağlı razılığa gəlmişlər. Məhkəmələrin istinad etdiyi və icarə müqavilələrində göstərilən əmlak həmin əmlak olmamışdır. Məhkəmələr müəyyən etmişlər ki, 14.06.2**6-cı il tarixli, **18161 nömrəli Çıxarışla (müqavilələr bağlanarkən təqdim edilmiş çıxarış) Cavabdeh1 məxsus olan ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarə müqaviləsinin predmetini təşkil edən əmlak deyil. Cavabdeh1 iddia ərizəsində ətraflı olaraq öz adına olan çıxarışda qeyd edilən əmlakı deyil, 16 mərtəbəli binanın müxtəlif mərtəbələrini hotel kimi istifadə üçün icarəyə verdiyini şərh etmişdir. Müqavilələri n bağlanması zamanı təqdim edilən həmin çıxarışda nəzərdə tutulan əmlak məhv olmuşdur. Çıxarışda qeyd olunan əmlakın cəmi sahəsi 567.4. kv.m təşkil edir (mülki iş 1-ci cild 276-cı səhifə) və bir mərtəbədən ibarət olmuşdur. Həmin əmlak bir neçə il əvvəl məhv edilərək yerində 16 mərtəbəli bina inşa edilmişdir. İcarə müqavilələri bağlananda Çıxarışda qeyd olunan əmlak mövcud olmamışdır.
56. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin razılığa gəldiyi əmlak hal-hazırda “Pallant Group" MMC-nin mülkiyyətindədir və sahəsi 15964,9 kv metr təşkil edir. Həmin əmlak tərəflər arasında icarə müqaviləsi bağlandıqdan iki ay sonra şirkətin mülkiyyətinə keçmişdir. Özü də Cavabdeh1 ona məxsus olan əmlakın məhv olması barədə ərizəsi əsasında əmlak bütövlükdə şirkətin mülkiyyətinə keçmişdir. Ona g örə icarə müqavilələri əhəmiyyətsiz əqd olaraq heç bir hüquq və nəticələr yaratmamışdır. Həmin müqavilələrin şərtlərini rəhbər tutaraq hansısa cərimə məbləği hesablanması, müqavilə öhdəliyinin kimin tərəfindən pozulması halının yoxlanılması üçün əsaslar olmamışdır.
57. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi əslində ilk iddiaçının vermiş olduğu (təmirə görə) pulun qaytarılması iddiasını təmin edərkən zidiyyətli mövqe nümayiş etdirmiş, bir tərəfdən maddi hüquq normasını düzgün tətbiq etməyən birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə qüvvəsində saxlamış, digər tərəfdən yenə də müqavilələrin ilk iddiaçının təqsiri üzündən pozulması halına istinad etmişdir. Həmin hallar bir-birini təkzib etmişdir. Apellyasiya məhkəməsi həmin məbləğin qaytarılmasının maddi hü quqi əsası kimi əsassız varlanmadan irəli gələn normaları tətbiq edirdisə, onda qətnamənin əsaslanması fərqli olaraq dəyişməli idi. Bu zaman ilk iddiaçının müqavilə şərtlərini pozması halına, müqavilələrin etibarlı müqavilə olması və ləğvi ilə bağlı əsaslandırmadan kənarlaşmalı, əqdlərin etibarsızlığı ilə bağlı normaları tətbiq etməli idi.
58. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf mübahisə başlayan vaxtdan dəfələrlə vəsatət verərək icarəyə verilən əmlakın kimə məxsus olmasına dair sənədlərin tələb olunaraq götürülməsini xahiş etmiş, icarəyə verənin mülkiyyətçi olmamasını bildirsə də, məhkəmələr buna diqqət yetirməmiş, zəruri sənədləri reyestr xidmətindən tələb edib götürməmiş, sonradan həmin idarədən daxil olan məlumatlarla əmlakın mülkiyyətçisinin icarəyə verən olmaması təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yenə də sorğuya cavabı tam verməmiş, Cavabdeh1 ona məxsus olan əmlakın məhv olması barədə ərizəni həmin xidmətə nə vaxt təqdim etməsi ilə bağlı məlumatı göstərməmişdir. Lakin, hər bir halda həmin ərazidə 16 mərtəbəli bina inşa edilib başa çatmışdırsa, deməli Cavabdeh1 məxsus olmuş bir mərtəbəli qeyri-yaşayış sahəsi icarə müqaviləsi bağlanandan xeyil müddət (bir neçə il) əvvəl məhv olmuşdur. Cavabdeh1 icarəyə verilməsi nəzərdə tutulan əmlaka yuxarıda qeyd olunan hüquqlardan hər-hansına sahib olmadığından həmin əmlakı (16 mərtəbəli qeyri-yaşayış sahəsini) icarəyə verməyə səlahiyyətli olmamışdır.
59. Məhkəmə vurğulamışdır ki, apellyasiya məhkəməsi etibarlı müqavilə kimi qəbul etdiyi əqdləri müqavilə hüquq münasibətlərini niz ama salan maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğunu yoxlamamışdır. İlk növbədə, yuxarıda qeyd edildiyi kimi əmlakın ona səlahiyyəti olmayan şəxs tərəfindən verilməsi məsələsi və eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərinin qeyri-müəyyənliyi məsələsi.
60. Məhkəmə kollegiyası qeyd etmişdir ki, icarə müqaviləsinə xas olan əsas şərtlər «İcarə haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin qanuna görə (7-ci maddə) icarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlak ı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi və sair nəzərdə tutulmalıdır. Tərəflər arasında bağlanmış icarə müqavilələrində qeyd olunan əsas şərtlərin əksəriyyəti barədə qeyd olmamışdır. Məsələn; təkcə obyektin icarəyə götürənə təhvil verilməsi tarixinin konkretləşdirilməməsi həmin müqavilənin etibarlı olmamasına dəlalət etmişdir. Müqavilədəki anlaşılmaz şərtlərin nəticəsidir ki, cavabdeh tərəf iddia etmişdir ki, obyektin nə vaxt təhvil verilməsinin göstərilməməsinə baxmayaraq iddiaçı tərəf obyekt təmir olunub qurtarana qədər hər ay ona 5**** manat pul ödəməlidir. Amma, ob yektin təmirini nə vaxt başa çatacağını bildirilməmişdir.
61. Kassasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun müddəalarına əsasən (Maddə 19.1.) daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İddiaçı qeyd olunan icarə müqaviləsi üçün özünün icarə hüquqlarını dövlət qeydiyyatına aldıra bilməzdi. Ona görə onun icarə müqaviləsi bağladığı əmlak mövcud olmamışdır. Çünki qeyd olunan Qanuna görə (Maddə 19.3.) binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) ha qqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. İcarəyə götürən həmin müqavilələrlə özünün icarə hüquqlarını dövlət qeydiyyatına aldırmaq imkanından da məhrum olmuşdur.
62. Məhkəmə kollegiyası bir məsələyə də qiymət verməyi zəruri hesab etmişdir ki, apellyasiya məhkəməsi “Pallant Group" MMC-nin və onun səhmdarının Cavabdeh1 bağlamış olduğu müqavilənin şərtlərinə qarşı tərəfin əməl edəcəyi halda müqaviləni bəyənərək davam etdirməyə hazır olmaları barədə izahatlarına da istinad etmişdir. Lakin hazırkı halda müqavilə bağlamağa səlahiyyəti olan şəxslərin bağlanmış müqaviləni bəyənməsindən söhbət gedə bilməz. Həmin müqavilələri tərəflərin nəzərdə tutduğu qaydada bərpası mümkün deyil. Əvvəla, ilk iddiaçının tələblərindən biri cavabdeh X4 ilə bağl anmış xx.xx.2017-cil tarixli qeyri-notarial müqavilənin qismən etibarsız hesab edilməklə, icarədar kimi - “Pallant Group" MMC-nin tanınması, “Pallant Group" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX № 1190478, qeydiyyat nömrəsi-********** olan xx.xx.2017-ci il tarixli çıxarış) icarə obyekti kimi istismara hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi barədədir və qarşı tərəf iddianı qəbul etməmişdir. Qarşı tərəf icarə münasibətlərini o şərtlə davam etdirmək istəmişdir ki, müqavilədə nəzərdə tutulan qeyrimüəyyən şərtlər onların xeyrinə şərh edilsin (məs: obyekt hazır olan vaxta qədər hər ay 50.**0 manat pul ödənilsin). Digər tə rəfdən qeyri-müəyyən şərtlərlə bağlanmış müqavilə əsasında icarə münasibətlərinin davam etdirilməsi istisnadır, tərəflər bunu ancaq yeni müqavilə bağlamaq yolu ilə aradan qaldıra bilərlər və bu müqavilənin “Pallant Group" MMC-nin səlahiyyətli nümayəndəsi həyata keçirə bilər.
63. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 351.1, 405.1, 675 və 7**.1-7**.3-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
64. Vəkil sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli məktuba əsasən ünvan 13 ünv anında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi 28 saylı DNKnın 4Ə-1-155 və 4Ə-1-156 nömrəli 26.05.2**6-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir (14.06.2**6-cı il tarixdə ********* qeydiyyat nömrəli, MH seriyalı **18161 nömrəli çıxarış verilmişdir) və xx.xx.2017-ci il tarixədək onun mülkiyyətində olmuşdur. X3 məxsus ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binası məhv olduğundan onun xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən sözügedən binaya dair dövlət reyestrində aparılmış qeydiyyat xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir və X2 ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərindəki mülkiyyət hüququna xitam verilmişdir.
65. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6280/2021 nömrəli, 2 noyabr 2021-ci il tarixli qətnaməs i ilə iddiaçı “X13 Turizm” MMC-nin və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı “X13 Turizm” MMC-nin iddia tələbinin qismən təmin olunması, iddiaçı “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 36**** (üç yüz altmış min) manat və ödənilmiş dövlət rüsumuna görə 6,75 (altı manat yetmiş beş qəpik) manat pul vəsaitinin Cavabdeh1 alınaraq “X13 Turizm” MMC-yə ödənilməsi, həmin iddia tələbinin qalan hissədə təmin olunmaması, Cavabdeh1 cavabdeh “X13 Turizm” MMC-yə qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” iddia tələbinin təmin olunmaması qət edilmişdir.
66. Kassasiya instansiyası məhkəməsinin mövqey i ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə qeyd edilən əqdlər əhəmiyyətsiz olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Həmin müqavilələrin şərtlərini rəhbər tutaraq hansısa cərimə məbləği hesablanması, müqavilə öhdəliyinin kimin tərəfindən pozulması halının yoxlanılması üçün əsaslar olmamışdır.
67. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 351.1, 405.1, 1091.1v ə 1092.1-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.3-cü maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
68. Cavabdeh1 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, “X13 Turizm” MMC-nin iddiasının tam rədd edilməsi, Cavabdeh1 iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
69. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən icarə müqavilələri şərtlər və öhdəliklər müəyyən edilməklə bağlanmışdır. Cavabdeh1 və "xxxx" MMC Bakı şəhəri, B.Səfəroğlu, 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsini həmin MMC-yə Mülki Məcəllənin 7** və 701-ci maddələrinin tələblərinə əməl etməklə otel kimi icarəyə vermişdir. Lakin məhkəmə qətnaməsində qeyd edilən maddi hüquq normasının t ələbinə Cavabdeh1 və "xxxx" MMC tərəfindən əməl olunmasına düzgün hüquqi qiymət verməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri məhz iddiaçı MMC tərəfindən pozulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı MMC ödənişlərin həyata keçirilməsi ilə bağlı öhdəliklərini lazımınca icra etmədiyinə görə, Cavabdeh1 özündən asılı olmayan səbəblərə görə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, təmir-bərpa işləri vaxtında başa çatdırmamışdır.
70. Kassasiya şikayətində mənəvi zərərin tələb olunması ilə bağlı qeyd edilmişdir ki, iddia tələbi zərərin əvəzinin ödənilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və cərimə tələbi ilə bağlı olmuşdur. Mülki Məcəllənin 21 və 1096.1-ci maddələri Cavabdeh1 iddiasını təmir-bərpa işlərinin sürət ləndirilməsinə görə ödənilməmiş 917180,66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 275**** manat əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi hissəsində təmin olunmalı olduğunu deməyə əsas vermişdir. Lakin Məhkəmə kollegiyası öz qətnaməsində əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi məsələsinə düzgün hüquqi qiymət verməmişdir.
71. Cavabdeh1 şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337.1337.5, 385.1, 386.1, 389.1, 399.1, 404, 424.2, 424.3, 425.1, 442, 7**, 1096.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 217, 392.1.5-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2**8-ci il tarixli 7 №-li Qərarl arına istinad edərək əsaslandırmışdır.
72. Kassasiya instansiyası məhkəməsinin 2(102)-2632/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 2(103)-6280/2021 nömrəli, 2 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
73. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslara söykənir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
75. Cavabdeh1 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
76. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 351.1, 405, 1091.1, 1092.1-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 407. 2, 416.1, 417.1.1-ci maddələrinə "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. f) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat
77. Cavabdeh1 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək kassasiya instansiyası məhkəməsinin 2(102)-2632/2022 nömrəli 18 iyul 2022-ci il tarixli qərarının qismən - 2017-ci il 12 sentyabr tarixli müqavilələr üzrə təmirbərpa işlərinə görə ödənilmiş pul vəsaitinin “X13 Turizm” MMC-nin xeyrinə tutulması hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417-ci maddəsinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-ci il tarixli qərarı ilə “X13 Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə kassasiya instansiyası məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarı Cavabdeh1 “X13 Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə yalnız 12 sentyabr 2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş pul vəsaitinin tutulması hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.2-ci maddələrinə uy ğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. g) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat
79. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 13(102)-1(k)/2023 saylı qərarı ilə kassasiya instansiyası məhkəməsinin 2(102)2632/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin 2(103)-6280/2021 nömrəli, 2 noyabr 2021-ci il tarixli qətnaməsi qismən“Cavabdeh1 “X13 Turizm” MMC-nin xeyrinə yalnız 2017-ci il 12 sentyabr tarixli müqavilələrin ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində və həmin müqavilələr üzrə təmir bərpa işlərinə görə ödənilmiş pul vəsaitinin tutulması hissəsində” ləğv edilmiş, mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəməyə göndərilmişdir.
80. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun mövqeyi belə olmuşdur: - mülki qanunvericilikdə icarə müqaviləsinin etibarlı olması üçün müqavilə bağlanarkən icarə obyektinin mövcudluğu, icarəyə verənin mülkiyyətində olması kimi şərtlər nəzərdə tutulmamışdır. Eləcə də, müqavilə bağlanan zaman hər iki tərəfə icarə obyektinin müqavilədə göstərildiyi kimi 50 kv.m sahəsi olan qeyri-yaşayış binası olduğu deyil, məhz 16 mərtəbəli bina olduğu məlum olmuşdur. Lakin məhkəmələr tərəfindən əqdlərin etibarsızlığı və məzmununun təfsiri ilə bağlı qanunvericiliyin normaları və Konst itusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri nəzərə alınmayaraq icarə müqavilələri etibarsız hesab edilmişdir; - eyni zamanda nəzərə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı): - kassasiya kollegiyası işə baxarkən müqavilə tərəflərinin müqavilə bağlananadək mövcud münasibətlərini (danışıqlarının məzmunu), bağlanmış müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icrasına başlamasını və müəyyən müddət davam etdirm əsini, “X13 Turizm” MMC-nin tələblərindən birinin icarə müqaviləsi üzrə məhz əmlakın yeni mülkiyyətçisi "xxxx" MMC-nin icarəyə verən qismində tanınması ilə bağlı olmasını nəzərə almamış və tərəflər arasında bağlanmış bütün müqavilələri əhəmiyyətsiz hesab etmişdir; - nəzərə alınmalıdır ki, ilk iddiaçı məhz 3 müqavilənin (02 və 04 iyun 2017-ci il və xx.xx.2017-ci il (notariat qaydasında rəsmləşdirilmiş) ləğvini, xx.xx.2017 tarixli sadə yazılı formada bağlanmış müqavilənin isə qismən etibarsızılığını tələb etmişdir. Etibarsızılığı tələb olunan hissə faktiki olaraq icarəyə verən kimi fiziki şəxs olan M.Şükürlünün deyil, MMC-nin tanınması ilə bağlı olmuşdur (halbuki məhkəmələr tərəfindən işə baxılarkən MMC-nin təsisçiləri arasında mübahisəli qeyri-yaşayış sahəsi MMC-də olan paylara uyğun bölünm üş, o cümlədən M.Şükürlünün mülkiyyət hüquqları qeydə alınmışdır); - birinci kassasiya icraatında ilk iddia tələbinin 3 müqavilənin ləğv edilməsi, 4-cü yəni xx.xx.2017-ci il tarixli sadə yazılı formada bağlanmış müqavilənin yalnız qismən etibarsızlığı ilə bağlı tələbin olması nəzərə alınmamışdır. Həmin müqavilənin etibarsız hesab olunması tələb olunan hissə istisna olmaqla digər hissələrə dair iddia tələbi (müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi) mövcud olmamış, lakin işə baxan məhkəmələr tərəflər arasında bağlanmış bütün müqavilələrin əhəmiyyətsiz müqavilə olması nəticəsinə gəlməklə faktiki olaraq müstəsna əsaslar olmadığı halda iddia tələbindən kənara çıxmışlar. Məhkəmələrin müəyyən etdiyi işin hallarından görünür ki, ilk iddia ərizəsində tələb olunan 360.**0 manat sonu ncu müqavilələrin icrası nəticəsində digər tərəfə verilmişdir; - bu baxımdan sonuncu müqavilələrin ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi və həmin müqavilələr üzrə ödənilmiş 36**0 manat məbləğində pulun geri ödənilməsi hissələrində kassasiya məhkəməsinin qərarı, həmin hissələr üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq məhz həmin hissələr üzrə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır; - beləliklə işə baxan məhkəmələr iddiaçının öz öhdəliyini yerinə yetirməməsi, bununla da tərəflər arasındakı mübahisənin bu əsasla yaranması və məntiqi davamı olaraq əqdin etibarsız hesab edilməsindən sui-istifadə edilməsinə düzgün hüquqi qiymət verməyərək yuxarıda qeyd olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun b ununla bağlı ifadə etdiyi hüquqi mövqelərinə uyğun olmayan nəticəyə gəlmişlər; - işə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan pozuntularla bağlı istinad edilən hallar, həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlar, irəli sürülən dəlillərlə bağlı əsaslandırılmış hüquqi dəyərləndirmə aparmalı, gəldiyi nəticəni əsaslandırmalıdır h) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
81. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4964/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(**4)-3253/2019 nömrəli qətnaməsi “ilkin iddiaçı “X13 Turizm” MMC ilə ilkin iddia üzrə Cavabdeh1 arasında bağl anmış xx.xx.2017-ci il tarixli müqavilələrin ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində və həmin müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360.**0 (üç yüz altmış min) manat pulun Cavabdeh1 alınaraq, “X13 Turizm” MMC-yə ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı “X13 Turizm” MMC-nin iddia tələbinin xx.xx.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 36**** (üç yüz altmış min) manat pul vəsaitinin Cavabdeh1 alınaraq “X13 Turizm” MMC-yə ödənilməsi hissəsi təmin edilməmiş, Cavabdeh1 iddia tələbi qismən təmin edilməklə “X13 Turizm” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrin ləğv edilməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Emin Ə liyev, Fuad Talışinski)
82. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına görə 2 iyun və 4 iyun 2017-ci il tarixlərində bağlanmış icarə müqavilələrinə əsasən, icarəyə verən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini otel kimi icarəyə verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarəçinin hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu, yaxud icarəçi vaxtından əvvəl bu müqaviləyə xitam verdiyi hallarda o, icarəyə verənə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin hər iki tərəf müqavilə bağlayarkən qeyd olunan ünvanda 16 mərtəbəli qeyri-yaşayış sahəsinin otel kimi istifadə edilməsi üçün icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər.
83. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, mülki qanunvericilikdə icarə müqaviləsinin etibarlı olması üçün müqavilə bağlanarkən icarə obyektinin mövcudluğu, icarəyə verənin mülkiyyətində olması kimi şərtlər nəzərdə tutulmamışdır. Eləcə də, işin müəyyən olunan hallarından görünür ki, müqavilə bağlanan zaman hər iki tərəfə icarə obyektinin müqavilədə göstərildiyi kimi 50 m2 sahəsi olan qeyri-yaşayış binası olduğu deyil, məhz 16 mərtəbəli bina olduğu məlum olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən əqdlərin etibarsızlığı və məzmununun təfsiri ilə bağlı qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri nəzərə alınmayaraq icarə müqavilələri etibarsız hesab edilmişdir.
84. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissəsi ilə razılaşmamış v ə Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında əks edilən hüquqi mövqeyə istinad edərək qeyd etmişdir ki, hazırkı iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla (ödənişlərə dair qəbzlər) müəyyən olunur
85. Belə ki, tərəflər arasında 2017-ci ilin iyun və se ntyabr aylarında müqavilələr bağlanarkən “X13 Turizm” MMC-yə artıq icarəyə götürməsinə razılaşdığı qeyri-yaşayış sahəsinin birmərtəbəli tikili deyil, yeni tikilmiş çoxmərtəbəli binanın (567 kv.m) olması məlum idi. Məhz bu faktın icarəyə götürənə bəlli olması əsasında binanın otel təyinatı üzrə təmir edilməsinin sürətləndirilməsi məqsədilə tərəflər 2017-ci ilin sentyabr ayından 2018-ci ilin 20 aprel tarixinədək razılaşdırılmış pul vəsaitinin aylıq şəkildə ödənilməsinə dair razılıq əldə etmişlər. “X13 Turizm” MMC də öz növbəsində müqavilə şərtini icra edərək hər ay müxtəlif məbləğlərdə 2018-ci ilin may ayınadək mübahisələndirilən pul vəsaitini ödədiyini təsdiq və etiraf etmişdir. Digər tərəfdən, “X13 Turizm” MMC-nin iddia tələbinin 12 sentyabr 2017-ci il tarixli müqavilənin dəyişdirilərək, icarəyə verən qismində Cavabdeh1 deyil, binanın mülkiyyətçisi kimi "xxxx" MMC-nin tanınmasına dair qətnamə çıxarılmasını tələb etməsi iddiaçının müqavilənin tamamilə etibarsız hesab edilməsi niyyətində deyil, əksinə, icarə obyektinin reyestrdə qeydə alınmış yeni mülkiyyətçisi olan "xxxx" MMC-nin müqavilə tərəfi kimi tanınması və icarə münasibətlərinin məhz sonuncu ilə davam etdirilməsi istəyinə dəlalət edir. Lakin birinci instansiya məhkəməsi icarə müqavilələrinin ləğv olması nəticəsinə gələrkən, müqavilə tərəflərinin müqavilə bağlananadək mövcud münasibətlərini (danışıqlarının məzmunu), bağlanmış müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icrasına başlamasını və müəyyən müddət davam etdirməsini, “X13 Turizm” MMC-nin tələblərindən birinin icarə müqaviləsi üzrə məhz əmlakın yeni mülkiyyətç isi "xxxx" MMC-nin icarəyə verən qismində tanınması ilə bağlı olmasını nəzərə almamışdır.
86. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə haqdan (subyektiv hüquqdan) bu cür, onun məqsədi və təyinatı ilə bağlı olmayan şəkildə istifadə edilməsi (əgər həqiqətən müqavilələrin etibarsızlığı müəyyən olunarsa) haqdan sui-istifadə və estoppel prinsipinin pozulması kimi qiymətləndirilə bilər.
87. Apellyasiya instansiyası məhkəməsi diqqəti Konstitusiya Məhkəməsinin Plenumunun bir mövqeyinə də diqqəti yönəltmişdir ki, Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtl ərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, işə baxan məhkəmələr iddiaçının öz öhdəliyini yerinə yetirməməsi, bununla da tərəflər arasındakı mübahisənin bu əsasla yaranması və məntiqi davamı olaraq əqdin etibarsız hesab edilməsindən sui-istifadə edilməsinə düzgün hüquqi qiymət verməyərək yuxarıda qeyd olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi mövqelərinə uyğun olmayan nəticəyə gəlmişlər.
88. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə istinadən göstərmişdir ki, 12 sentyabr 2017-ci il tarixli müqavilələrin şərtləri “X13 Turizm” MMC tərəfindən yerinə yetirilmədiyindən Cavabdeh1 həmin müqavilələrin ləğv edilməsini tələb etməkdə haqlı olmuş, ilk iddia üzrə iddiaçı isə məhz onun tərəfindən şərtləri pozulmuş müqavilələr üzrə ödənilmiş 36**** manat məbləğində pulun Cavabdeh1 geri tələb etməkdə haqlı olmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
89. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-c ı, Mülki Məcəllənin 5.3, 6, 16.1, 324, 337.1, 337.3, 351.1, 351.2, 351.3, 390.1, 404.1, 405, 560.2, 560.3, 1091.1, 1092.1-ci, “İcarə haqqında” Qanunun 4 və 7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1 və 19.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 384.0.2, 385, 420-ci maddələrinə və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
90. İddiaçı “X13 Turizm” MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
91. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 konstitusiya şikayəti və bununla bağlı verilmiş müvafiq yuxarı instansiya məhkəmə qərarları əsasında Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2632/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6280/2021 nömrəli mülki iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsi qismən - “Cavabdeh1 “X13 Turizm” MMC-nin xeyrinə yalnız 2017-ci il 12 sentyabr tarixli müqavilələrin ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində və həmin müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş pul vəsaitinin tutulması hissəsində” ləğv edilmiş, qalan hissədə isə qüvvədə qalmışdır. İstər Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2632/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarının, istərsə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6280/2021 nömrəli mülki iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsinin qüvvədə olan hissəsi məhz tərəflər arasında bağlanmış icarə müqavilələrinin etibarsız əqd olmasına əsaslanır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6280/2021 nömrəli mülki iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsinin qüvvədə olan əsaslandırıcı hissəsində kassasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə qeyd edilən əqdlər əhəmiyyətsiz olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Bu baxımdan, istinad olunan məhkəmə qərarlarının qüvvədə olan və mübahisələndirilməmiş, habe lə ləğv edilməmiş hissələri məhz sözügedən əqdlərin etibarsızlığına və əhəmiyyətsizliyinə əsaslanır. Bu baxımdan cavabdeh əhəmiyyətsiz əqd üzrə aldıqlarını, o cümlədən təmir-bərpa işlərinə görə ödənilmiş 36**** (üç yüz altmış min) manat vəsaiti iddiaçıya qaytarmalı idi. Başqa sözlə, istər Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2632/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarının, istərsə də BakıApellyasiya Məhkəməsinin 2(103)-6280/2021 nömrəli mülki iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsinin qüvvədə olan, mübahisələndirilməmiş, qüvvəyə minmiş, Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun müvafiq qərarları ilə ləğv edilməmiş hissələrində sözügedən icarə müqavilələri məhz etibarsız əqd kimi xarakterizə edilmiş, buna görə də tərəfin iddiaları qeyd olunan əsas la rədd edilmişdir. Odur ki, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2632/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarının, istərsə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6280/2021 nömrəli mülki iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minmiş hissələri tərəflər üçün preyudisial əhəmiyyət daşıdığından, onların hansısa formada yenidən mübahisələndirilməsi mümkün olmadığından, həmin hissələrdə sözügedən əqdlər məhz etibarsız əqd kimi xarakterizə edildiyindən onların əsasında əldə edilmiş bütün əmlak, yəni 360 min manat təmir-bərpa xərcləri qismində ödənilən məbləğ də geri qaytarılmalı idi. Lakin, apellyasiya instansiyası məhkəməsi preyudisiya institutunun tələblərini, habelə bununla bağlı Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
92. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə if adəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahis ə etmək hüququnu itirir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə
405. Müqavilə o halda bağlanmış hesab olunur ki, tərəflər onun əsas şərtləri barədə razılığa gəlmiş olsunlar. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «İcarə haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə
4. Əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Maddə
7. İcarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. və.s. nəzərdə tutulmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikasının Qanunu Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İddiaçı qeyd olunan icarə müqaviləsi üçün özünün icarə hüquqlarını dövlət qeydiyyatına aldıra bilməzdi. Ona görə ki, onun icarə müqaviləsi bağladığı əmlak mövcud olmamışdır. Maddə 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şər h edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarı Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2**4-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının i ki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əs ası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi iş ə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
93. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
94. Kassasiya şikayətində iddiaçı (cavabdeh) “X13 Turizm” MMC-apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsini qətnaməsi birinci instansiya məhkəməsinin qətna məsinin “Cavabdeh1 “X13 Turizm” MMC-nin xeyrinə yalnız 2017-ci il 12 sentyabr tarixli müqavilələrin ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində və həmin müqavilələr üzrə təmir bərpa işlərinə görə ödənilmiş pul vəsaitinin tutulması hissəsi” üzrə olmuşdur. Buna görə də qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.
95. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
97. İş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
98. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi ilə bağlı hazırki qərarın 82-88-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
99. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən iddia tələbi və apellyasiya şikayəti üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gə lmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında əks edilən hüquqi mövqelər baxımından qanuni və əsaslı qətnamə qəbul edilmişdir. 1**. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
101. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər “X13 Turizm” MMC-nin iddia ərizəsinin və apellyasiya şikayətinin də dəlilləri olub, məhz həmin dəlillərə qiymət verməklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxşının predmeti olan hissədə iddianı təmin etməy ib. Üstəlik, bu dəlillər hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarında əks edilən hüquqi mövqelər baxımından da əsaslı sayıla bilməz.
102. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
103. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (cavabdeh) “X13 Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4964/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qə