Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-106/2023 03.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli e-2-2(119)-374/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 “iş üzrə icraatın dayandırılması” barədə şifahi vəsatətlə məhkəməyə müraciət edib, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakla əlaqədar iddiaçı X2 tərəfindən cavabdehlər Cavabdeh və İddiaçınə qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edildiyini bildirib, həmin iddia ərizəsinə dair e-2(027)157/2023 nömrəli mülki iş üzrə Quba Rayon Məhkəməsi tərəfindən 17 aprel 2023-cü il tarixli e2(027)-157/2023 nömrəli qətnamə qəbul olunsa da, qətnamədən cavabdeh İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verildiyinə və həmin qətnamə qanuni qüvvəsini almadığına görə hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli e-2-2(119)-374/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 tərəfindən cavabdehlər Cavabdeh və İddiaçınə qarşı verilmiş "icarə müqaviləsinin etibarsız hesab edilməsi" tələbi barədə iddia ərizəsinə dair e-2(027)-157/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-374/2023 nömrəli kommersiya işi üzrə icraat dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda iddia tələbi cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərlə əlaqədardır. Müqavilənin etibarlı olub-olmamısından asılı olmayaraq çəkilən xərclər və dəymiş zərərlər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-374/2023 nömrəli 13 iyun 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli İcarə müqaviləsi üzrə müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin Cavabdeh tutulub, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X2 cavabdehlər Cavabdeh və İddiaçınə qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsi" tələbi barədə iddia ərizəsi ilə (e-2(027)-157/2023 nömrəli mülki iş) Quba Rayon Məhkəməsinə müraciət edərək, "cavabdehlər X1 ilə İddiaçı MMC arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 08 iyul 2021-ci il tarixli “Quba rayonu Tofiq Əhmədov küçəsi-1” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilənin etibarsız hesab edilməsi, obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və iddiaçının ½ hissədə paylı mülkiyyətində olan **********83-12301 reyestr nömrəsi ilə dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakın cavabdeh İddiaçı MMC tərəfindən boşaldılması, oranın cavabdeh İddiaçı MMC-nin qanunsuz sahibliyindən götürülməsi və həmin daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. “İcarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair həmin mübahisə üzrə Quba Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2(027)-157/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, X1 ilə İddiaçı MMC arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli “Quba rayonu Tofiq Əhmədov küçəsi-1” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilənin etibarsız hesab edilməsi, iddiaçının ½ hissədə paylı mülkiyyətində olan **********83-12301 reyestr nömrəsi ilə dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakın cavabdeh İddiaçı MMC tərəfindən boşaldılması, oranın cavabdeh İddiaçı MMC-nin qanunsuz sahibliyindən götürülməsi və iddiaçının həmin daşınmaz əmlaka paylı mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş və qətnamənin qanuni qüvvəsini alması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Göründüyü kimi, hazırki kommersiya mübahisəsinin predmetini 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə dəymiş maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin ödənilməsi, mülki iş üzrə mübahisənin predmetini isə həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin icraatında olan e- 2(027)-157/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəsini alanadək, hazırkı işin mahiyyəti üzrə baxılması və ədalətli həlli mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatın dayandırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Kollegiya hesab edir ki, hazırki kommersiya işi və Quba Rayon Məhkəməsinin icraatında olan e-2(027)-157/2023 nömrəli mülki iş üzrə iddia tələbləri eyni mübahisə pedmeti olan daşınmaz əmlakla əlaqədar bağlanmış 08 iyul 2021-ci il tarixli İcarə müqaviləsi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli e-2-2(119)-374/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-106/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-106/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver