Məhkəmə qərarları › İş №2(102)-7110/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7110/2019

21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7110/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli, 2(103)2835/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 30.11.2018-ci il tаrixli, 2(004)-130/2018 saylı qətnaməsi ilə iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 ilə iddiaçı “İddiaçı” ASC arasında bağlanmış 30.04.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 30.04.2014-cu il tarixli kredit müqaviləsi üzrə banka 14448.33 ABŞ dolları əsas, 3248.47 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 17746.80 ABŞ dolları məbləğində borcun (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) «İddiaçı» ASC-in xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən, 3 otaqlı, 54 kv.m ümumi, 35.2 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 46 nömrəli evin 43 nömrəli mənzilinə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 «İddiaçı» ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 75000 manat məbləğində müəyyən edilməsi, tutmanın girov predmeti olan Cavabdeh2 mülkiyyətin dəki 1 ədəd 33.8 qr. boyunbağı, 11 ədəd 41.6 qr.çəkıdə üzük, 3 cüt 19 qr.çəkidə sırğa, 4 ədəd 13.2 qr.çəkidə qolbaq, 3 ədəd 26.4 qr.çəkidə boyunbağı, 1 ədəd 16.8 qr.çəkidə saat, 1 ədəd 1.6 qr.çəkidə klon, 1 ədəd 3 qr.çəkidə lomdan ibarət qızıl-zinət əşyasına yönəldilməsi və girov əmlakının açıq hərracda satılması, girov əmlakının açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 «İddiaçı» ASC-yə olan borcu ödənilməsi, girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 2.80%-nin, yəni 85 qəpiyinin iddiaçıya aid edilməsi, qalan 97.20%-nin, yəni 29.15 manat məbləğində pul vəsaitinin cavabd ehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçı «İddiaçı» ASC-nin xeyrinə ödənilməsi, İş üzrə məhkəmə məsrəfi olan 200 manat ekspertiza xərcinin iddia qismən təmin edildiyindən, 2.80%-nin, yəni 5.63 manatının iddiaçı «İddiaçı» ASCdən, qalan 97.20%-nin, yəni 194.37 manat məbləğində pul vəsaitinin isə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq «xxxx» MMC-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 400 manat ekspertiza xərcinin iddia qismən təmin edildiyindən, 2.80%-nin, yəni 11.25 manatının iddiaçı «İddiaçı» ASC-dən, qalan 97.20%-nin, yəni 388.75 manat məbləğində pul vəsaitinin isə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq «xxxx» MM-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi o lan 50 manat ekspertiza xərcinin 2.80%nin, yəni 1.40 manatının iddiaçıdan, qalan 97.20%-nin, yəni 48.60 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesaba köçrülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) 01.07.2019-cu il tarixli, 2(103)-2835/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.11.2018-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi xərci olan 300 manatın ½ hissədə, yəni hər tərəfə 150 manat aid edilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı «İddiaçı» ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X1 və Cavabdeh3 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə 09.12.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada «İddiaçı» ASC-nin xeyrınə 30.04.2014-cu il tarixli kredit müqaviləsi üzrə banka 14448,33 ABŞ dolları əsas, 3248,47 ABŞ dolları faiz, 563,38 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 18260,18 ABŞ dolları məbləğind ə borcun və 30 manat ödənilmiş dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən, 3 otaqlı, 54 kv.m ümumi, 35.2 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 46 nömrəli evin 43 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına «İddiaçı» ASC-nə ödənilməsi, borcun əvəzinin Cavabdeh2 mülkiyyətindəki 1 ədəd 33.8 qr. boyunbağı, 11 ədəd 41.6 qr.çəkıdə üzük, 3 cüt 19 qr.çəkidə sırğa, 4 ədəd 13.2 qr.çəkidə qolbaq, 3 ədəd 26.4 qr.çəkidə boyunbağı, 1 ədəd 16.8 qr.çəkidə saat, 1 ədəd 1.6 qr.çəkidə klon, 1 ədəd 3 qr.çəkidə lomdan ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən, 3 otaqlı, 54 kv.m ümumi, 35.2 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 46 nömrəli evin 43 nömrəli mənzilinə tutma yönəldildikdə və о satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab ediməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 ilə «İddiaçı» ASC arasında bağlanmış 30.04.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddia çı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əmlakın ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində əsassız və qanunsuz olduğuna görə, iş üzrə əmlakın real dəyərinin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və müvafiq qərar qəbul edilməlidir. Belə ki, 30.04.2014-cü il tarixli ipoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən tərəflərin razılığı ilə ipoteka predmeti 55000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmənin müvafiq qətnaməsi ilə ilkin satış qiymətinin 75000 manat, yəni ipoteka müqaviləsindən xeyli fərqli müəyyən edilməsi absurddur və reallığı əks etdirmir. Bu səbəbdən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq eksper tizası təyin olunmalı və obyektiv nəticənin alınması üçün qiymətləndirilmənin keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli, 2(103)-2835/2019 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasə n, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 2014-cü il 30 aprel tarixli kredit müqaviləsinə əsasən «İddiaçı» ASC tərəfindən Cavabdeh2 illik 28%-lə 36 ay müddətinə 18500 ABŞ dolları məbləğində kredit verilmiş, 30.04.2014-cü il ta rixli ipoteka müqaviləsinə əsasən 2014-cü il 30 aprel tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminat üsulu kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən, 3 otaqlı, 54 kv.m ümumi, 35.2 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 46 nömrəli evin 43 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka predmeti qarşılıqlı razılığa əsasən 55000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, «xxxx» MMC tərəfindən verilmiş 122/E nömrəli, 12.10.2018-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən, 46 nömrəli evin 3 otaqlı 43 nömrəli mənzilinin bazar qiyməti 75000 manat müəyyən ed ilmişdir. İddiaçı təşkil apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmiş, apellyasiya baxışı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC tərəfindən təqdim olunmuş 29.05.2019-cu il tarixli rəy ilə, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən, 46 nömrəli evin 3 otaqlı 43 nömrəli mənzilinin bazar qiymətinin 81 000 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməməsi ilə bağlı qənaətə gəlmiş və qənaətini onunla əsaslandırmışdır ki, əmlakın qiymətinin 75 000 manat təşkil etməsi heç bir şübhə doğurmur və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı düzgün dəyərləndirmə aparmışdır. Məhkəmə ipoteka predmetinin qiymətini müəyyən ləşdirən zaman «xxxx» MMC tərəfindən verilmiş rəyə istinad etmişdir. Həmin rəyə əsasən mənzilin 2018-ci il oktyabr ayına olan bazar qiymətinin 75 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Qiymət fərqi ilə bağlı kollegiya qeyd etmişdir ki, əmlakın qiymətləndirilməsinin fərqli tarixlərdə aparılmasını nəzərə alsaq həmin tarixlərdə tələb və təklif arasındakı nisbətin əmlakın qiymətinə təsir etməsi anlaşılandır. Eyni zamanda ekspert rəyləri arasında mənzilin dəyəri ilə bağlı böyük fərq yoxdur. Cəmi 6000 manat fərq var ki, bu da, ipoteka ilə yüklü edilmiş mənzilə münasibətdə mühüm fərq hesab oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş mənzilin ilkin satış qiymətinin dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, işə apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən iddiaçı təşkilatın qeyd edilmiş dəlili nəzərə alınaraq məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, əldə edilmiş ekspert rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti daha yüksək məbləğdə, yəni 81000 manat məbləğində müəyyən edilmiş, buna baxmayaraq, apellyasiya kollegiyası təyin edilmiş və əldə edilmiş ekspert rəyləri arasında olan müddət fərqini nəzərə alaraq birinci instiansiya məhkəməsində baxış zamanı əldə edilmiş ekspert rəyinin dəyişdirilməməsi qənaətinə gəlmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apelly asiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdu dluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etməd ən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli, 2(103)-2835/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar