Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7115/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili X5, Cavabdeh nümayəndəsi X3, vəkili X1 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8276/2019 nömrəli iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi tələbinə dair” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 yanvar 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunması ilə bağlı Cavabdeh 01 oktyabr 2018-ci il tarixli BMİ-1527 ş/h saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi i ş buraxma müddəti üçün orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30.01.2006-ci il tarixdən Daxili İşlər Nazirliyi Cavabdeh nəzdində Suraxanı rayon Mühafizə Şöbəsinə mühafizəçi vəzifəsinə təyin olunmuşdur. 28.04.2009-cu il tarixdən Qaradağ Rayon Mühafizə Şöbəsinə mühafizəçi vəzifəsinə keçirilmişdir. Baş Mühafizəİdarəsinin BMİ-854 ş/h saylı 05.07 2012-ci il tarixli əmri ilə Səbail rayon Mühafizə İdarəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin olunmuşdur. Əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi nəzərdə tutulub, işlədiyi dövrdəəmək kollektivində böyük nüfuz qazanıb. Heç vaxt hər hansı tənbeh tədbiri almayıb. 2018-ci il sentyabr ayının 19-u saat 9-dan İçəri Şəhərdəki postda sutkalıq xidmətdə olub. Xidmət zamanı gündüz saat 12-13 arası İtaliya səfirinin sürücüsü ona yaxınlaşaraq bildirib ki, Ekologiya və Təbii Sərvətlər Naziri X2 səfirlə görüşə gələcək, həmin zaman şlaqbaumu açar. Saat 15 radələrində nazir X4 gələn zaman şlaqbaumun pultu xarab olduğundan vaxtında qaldırılmayıb. Buna görə nazir təxminən 50 metrlik məsafəni piyada getməli olub. Buna görə İtaliya səfirinin sürücüsü soruşduqda o, pultun xarab olmasını ona izah edib. Bundan sonra o, xidmətini davam etdirib. Sentyabrın 19-dan 20-nə keçən gecə saat 00:30 dəqiqədə onun telefonuna zəng gəlib. Zəng zamanı telefonda dini musiqi səsi olub. Bu zaman yaxınlıqda olan Səbail Rayon Mühafizə İdarəsinin polkovniki X1 buna görə ona irad bildirib. Geçə saat 04:05 dəqiqədə isə Səbail RMİ-nin polk ovnik-leytenantı X3 növbətçi olmadığı halda xidməti yoxlama aparıb. Ayağında corab olmadığını ona irad bildirib. Sutkalıq xidmət aparanlara əl-ayağı yumağa icazə verildiyini əsas gətirərən o, X5yə bunu sutkalıq xidmətdə olması, ayağını indicə yuması ilə izah edib. Sentyabr ayının 20-də təxminən saat 11 radələrində o, Səbail Rayon Mühafizə İdarəsinə çağırılıb, ondan ötən sutka ərzində xidmət zamanı baş verənlər barədə izahat alınıb. Sentyabr ayının 21-də Səbail Rayon Mühafizə İdarəsində yoldaşlıq məhkəməsi olub, iclasda iştirak edən 18 nəfərə yaxın mühafizəçi onun müsbət xüsusiyyətlərini qeyd edərək onun işdə saxlanılmasının tərəfdarı olub. Bundan sonra o, sentyabrın 22-i, 23-ü və 24də Dövlət Dəniz Admistrasiyasında 8 saatlıq xidmətlərdə olub. Sentyabrın 25-də istirahət günü olduğundan evdə olub təxminən saat 21:30-da manqa komandiri X6 055 *** ** ** nömrəli mobil telefondan ona məxsus 055 *** ** ** nömrəli möbil nömrəyə zəng edərək bildirib ki, 26-da işə gəlməsin artıq o işdən azad olunub. O, növbəti günlərdə Səbail Rayon Mühafizə İdarəsində olaraq işdən çıxma səbəblərinin izah olunmasını, bunun üçün əmrin surətinin verilməsini istəyib. Lakin bu barədə ona dəqiq məlumat verilməyib. Oktyabr ayının 4-də ona Əmək Kitabçısı təqdim olunub. Lakin işdən çıxarılma barədə əmr təqdim olunmayıb. Onun əmək müqaviləsinə xitam verilməsi haqqında əmək kitabçasındakı qeyddə bildirilir: AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə) tutduğu vəzifədən azad edilsin. BMİ- 1527 ş/h saylı 01.10.2018- ci il tarixli əmrin 01.10.2018-ci il tarixdə verilməsi əmək kitabçasındakı qeyddən görünür. İşdən azad olunma əmri elan olunsa da, son haqq hesab ödənilməyib, 2018-ci ilin yanvar və mart ayından əmək haqqına artımlar ödənilməyib. Bundan əlavə onun 5 il müddətinə işlədiyi dövrdə 20-yə yaxın pul mükafatı depozit adı ilə saxlanılıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessu al hüquq normalarının tələblərini pozmuşdur. Onunla əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 72-ci maddəsində sadalalan pozuntulardan heç birinə yol verməmişdir. İşə baxan 1-ci instansiya məhkəməsi və apelyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan, qanunsuz və əsassız olaraq, yalnız cavabdehin formal mülahizələrinə əsalanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 oktyabr 2018-ci il tarixli, BMİ-1527 ş/h saylı əmri qanuni hesab edərək iddianı rədd etmişlər. Hər iki məhkəmə bu cür nəticəyə gələn zaman iş materiallarında olan Səbail rayon Mühafizə İdarəsinin Həmkarlar Komitəsinin 21 sentyabr 2018-ci il tarixli iclasının 2 saylı protokolundan çıxarışına əsaslanmışlar. Halbuki həmin çıxarışdan da görünür ki, yuxarıda göstərilən iclasda çıxış ed ən X7, X8, X9 iddiaçıya töhmət və ya şiddətli töhmət verilməsi ilə onun işdən çıxarılması barədə fikir bildirməmişlər. Qrup rəhbəri X10 daha ciddi intizam tənbehinin verilməsini qeyd etsə də, əmək müqaviləsinə xitam verilməsi barədə fikir bildirməmişdir. İclasda çıxış edən 18 nəfər mühafizəçi isə birmənalı olaraq İddiaçı işdə saxlanılmasının tərəfdadı olduqlarını bildirmişlər. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, və ya düzgün tətbiq edilməmiş, iddiaçı tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır və məhkəmə tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdir. Cavabdeh İdarə məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X6 və vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı 30.01.2006-ci il tarixdən Daxili İşlər Nazirliyi Cavabdeh nəzdində Suraxanı rayon Mühafizə Şöbəsinə mühafizəçi vəzifəsinə təyin olunmuşdur. 28.04.2009-cu il tarixdən Qaradağ rayon Mühafizə Şöbəsinə mühafizəçi vəzifəsinə keçirilmişdir. Cavabdeh BMİ-854 ş/h saylı 05.07 2012-ci il tarixli əmri ilə Səbail rayon Mühafizə İdarəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin olunmuşdur. İddiaçı gücləndirilmiş iş rejimi dövründə xidmət vaxtı mobil telefonu yüksək səslə dinləyərək yoxlayıcının gəlməsinə reaksiya verməməklə sayıqlığını itirdiyinə və geyim forması nın daşıma qaydalarını pozduğuna, həmçinin xidmətdə mənfi xarakterizə olunduğuna, bununla da “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın tələbini və əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə hissənin Həmkarlar Komitəsinin yığıncağının qərarı da nəzərə alınaraq, Səbail rayon Mühafizə İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçılə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilmişdir. İddiaçı hazırda həmin əmri mübahisləndirir. Səbail rayon Mühafizə İdarəsinin Həmkarlar Komitəsinin 21 sentyabr 2018-ci il tarixli iclasının protokolundan görünür ki, şəxsi heyətinin 2018-ci ilin sentyabr ayının 19-dan 21-dək gücləndirilmiş iş rejiminə keçirilməsinə baxmayaraq təyin olunduğu postda mobil telefonu yüksək səslə dinləyərək yoxlayıcının gəlməsinə reaksiya verməməklə sayıqlığını itirdiyinə, ayaqqabısını corabsız geyinərək xüsusi geyim formasının daşıma qaydalarını, DİN-in 14.04.2015-ci il tarixli “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın təsdiq edilməsi barədə Q10-001-15 nömrəli qərarının tələblərini kobud şəkildə pozduğuna görə MMX üzrə mühafizəçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilməsi barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikl ərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mə nafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ilkin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, qeyd olunan bu halın cavabdeh müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçi nin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işə götürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq və sadalanan normalara istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbin rədd etməkdə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normaları düzgün tədbiq edilmiş, məhkəmə mübahisəni tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətindəki dəlilləri əsassızdır. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Həmkarlar İttifaqının iclasda çıxış edən X12, X13, X14 iddiaçıya töhmət və ya şiddətli töhmət verilməsi ilə onun işdən çıxarılması barədə fikir bildirməmişlər. Qrup rəhbəri X11 daha ciddi intizam tənbehinin verilməsini qeyd etsə də, əmək müqaviləsinə xitam verilməsi barədə fikir bildirməmişdir. İclasda çıxış edən 18 nəfər mühafizəçi isə birmənalı olaraq İddiaçı işdə saxlanılmasının tərəfdarı olduqlarını bildirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı al ınmaqla ləğv edilir. İş materiallarına əlavə edilmiş Səbail rayon Mühafizə İdarəsi Həmkarlar Komitəsinin 21 sentyabr 2018-ci il tarixli iclasın protokolundan görünür ki, şəxsi heyət 2018-ci ilin sentyabr ayının 19-dan 21-dək gücləndirilmiş iş rejiminə keçirilməsinə baxmayaraq təyin olunduğu postda mobil telefonu yüksək səslə dinləyərək yoxlayıcının gəlməsinə reaksiya verməməklə sayıqlığını itirdiyinə, ayaqqabısını corabsız geyinərək xüsusi geyim formasının daşıma qaydalarını, DİN-in 14.04.2015-ci il tarixli “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın təsdiq edilməsi barədə Q10-001-15 nömrəli qərarının tələblərini kobud şəkildə pozduğuna görə MMX üzrə mühafizəçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə ə sasən ləğv edilməsi barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Göründüyü kimi. iclasında yekununda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə qərara gəlinmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8276/2019 nömrəli iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7115/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7115/2019
21.11.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver