Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7116/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X5, cavabdehlərdən X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-689/2019, hakim M.Ə.Rüstəmli) İddiaçı ca vabdehlər Cavabdeh və X3 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilmiş, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “cehiz əmlakın çıxarılması” tələbinə dair iddiası təmin edilmiş,73 adda cehiz əşyasının X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Pişəvari küçəsi, 3245-ci məhəllədə yerləşən 224 saylı mənzildən çıxarılmasının cavabdeh İddiaçı həvalə ediməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(103)-8620/2019, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib onun iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş in halları: 04 sentyabr 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbini həcminin artırılması, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun azyaşlı uşağı X7 ilə birlikdə Cavabdeh yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Pişəvari küçəsi 3245-ci məhəllədə inşa edilmiş “xxxx” MTK-ya məxsus 224-cü mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 Fəridə Məmmədhüseyn qızına qarşı “cehiz əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “xxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, ünvan 1 ünvanından cavabdeh İddiaçı aid olan cehiz əmlakların cavabdeh tərəfindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərardadı ilə iddiaçıX2 cavabdeh İddiaçı qarşı “cehiz əmlakın çıxarılması” tələbinə dair iddiası üzrə mülki iş İddiaçı Cavabdeh və X3 qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işlə bir icraatda birləşdirilmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməməklə, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyas ının iclasında cavabdeh Sədaqət Bəşirov vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Pişəvari küçəsi, 3245-ci məhəllədə yerləşən 224 saylı mənzili X3 m əxsusdur. Cavabdeh ilə İddiaçı 19 iyul 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla sonuncu həmin mənzilə gəlin köçmüş, cehiz əmlakını həmin mənzildə yerləşdirmişdir. Tərəflər arasındakı nikah Salyan Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia tələbinin əsasını Sədaqət Bəşirova məxsus evə azyaşlı uşağı ilə birlikdə köçürülməsi, Sədaqət Bəşirovun iddia tələbinin əsasını isə İddiaçı məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılmasını təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus ola n yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 yanvar 2015-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edər kən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-cimaddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyə tçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7116/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7116/2019
05.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver