Məhkəmə qərarları › İş №2(102)-712/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-712/2019

25.01.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-712/2019 25.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 yanvar 2019-cu il İş№ 2(102)-712/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Rəhmanov Şaiq Rahid oğlunun iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın qismən; iş üzrə keçirilmiş audit rəyinin xərci – 2000 (iki min) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulması hissəsində dəyişdirilərək iş üzrə keçirilmiş audit xərci olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq sərbəst auditor X1 müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin və ödənilməmiş ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Məmmədov, iş2(011)-2639/2017) iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş№2(103)-248/2018) audit yoxlaması təyin olunaraq, aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmiş və 17 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst auditor X1 X9 instansiyası məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinə 21 avqust 2018-ci il tarixdə İddiaçı tərəfindən iddiadan imtina b arədə ərizəsi daxil olmuşdur. İddiaçı 26 oktyabr 2018-ci il tarixdə məhkəmə iclasında bildirmişdir ki, audit tərəfindən cavabdeh təşkilatda yoxlama aparılarkən onu çağırıb 2000 (iki min) manat ödədilər və iddiadan imtina barədə ərizə yazmasını xahiş etdilər. Audit rəyində həqiqətən də onun haqlı olduğu təsdiq olunur. Lakin, cavabdeh uzun müddət onun haqlı tələbinə məhəl qoymamışdır. Buna baxmayaraq, iddiadan imtinaya etiraz etməmiş və ərizəni özünün imzaladığını bildirmiş və buna görə də iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş№2(103)248/2018) İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin və ödənilməmiş ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddiası üzrə İddiaçı iddiadan imtinası qəbul edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi 25 oktyabr 2017-ci il tarixli qətnamə ləğv edilmiş, iş üzrə keçirilmiş audit rəyinin xərci – 2000 (iki min) manat cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq sərbəst auditor X1 hesabına köçürülməsi qərara alınmış, mülki iş üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci iltarixli qərardadının qismən dəyişdirilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Rəhmanov Şaiq Rahid oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2018-ci iltarixli qətnaməsinin lqismən dəyişdirilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin və ödənilməmiş ezamiyyə xərcininödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərardadı ilə audit yoxlaması təyin olunaraq, aparılması Azərbay can Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmiş və 17 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst auditor X1 apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinə 21 avqust 2018-ci il tarixdə İddiaçı tərəfindən iddiadan imtina barədə ərizəsi daxil olmuşdur. İddiaçı 26 oktyabr 2018-ci il tarixdə məhkəmə iclasında bildirmişdir ki, audit tərəfindən cavabdeh təşkilatda yoxlama aparılarkən onu çağırıb 2000 (iki min) manat ödədilər və iddiadan imtina barədə ərizə yazmasını xahiş etdilər. Audit rəyində həqiqətən də onun haqlı olduğu təsdiq olunur. Lakin, cavabdeh uzun müddət onun haqlı tələbinə məhəl qoymamışdır. Buna baxmayaraq, iddiadan imtinaya etiraz etməmiş və ərizəni özünün imzaladığını bildirmiş və buna görə də iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddiaçının iddiadan imtinasının məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən, iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyy ən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “müqayisəli qaydada nəzərə aldıqda Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən oxşar məhkəmə mübahisələri ilə əlaqədar ekspert rəyləri verilərkən ekspert xərci kimi ən yüksək həddi olaraq 150-200 manat məbləğində müəyyənləşdirildiyi halda Auditor Palatası tərəfindən əsas göstərilmədən oxşar məhkəmə mübahisəsi üzrə 2000 (iki min) manat audit xərcinin müəyyənləşdirilməsi ağlabatan və məntiqli deyildir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin qe yd olunan dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi audit xərci kimi 2000 manat pulun tutulmasını qərardadında əsaslandırmış, kassator isə dəlillərini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci iltarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci iltarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar