Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-712/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: payların naturada müəyyən edilməsi, sübutun araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X14 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8 və Cavabdeh2 qarşı “birgə mülkiyyətdə olan torpaq sahələrinin bölünərək payların naturada müəyyən edilməsi və onlara aid hissədən cavabdehlərin çıxarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107 )-961/2022 nömrəli iş üzrə 4 oktyabr 2022 qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə X4, 2/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı2 məxsusdur.
2. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə X4, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə İddiaçı2 məxsusdur.
3. Zaqatala rayonu Yuxarı Tala kəndin də yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə X2, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə İddiaçı2 məxsusdur.
4. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə X4, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə İddiaçı2 məxsusdur.
5. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə X4, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə İddiaçı2 məxsusdur.
6. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,3816 ha kənd təsərrüfatı tə yinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə X4, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə İddiaçı2 məxsusdur.
7. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən üzərində yerləşən ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi olan 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə İddiaçı1, 2/8 hissədə X4, 2/8 hissədə Cavabdeh2 və 1/8 hissədə İddiaçı2 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi, sonradan iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək yuxarıda qeyd olunmuş paylı mülkiyyətdə olan 0,2666 ha torpaq sahəsinin, 0,2 524 ha torpaq sahəsinin, 0,1016 ha torpaq sahəsinin, 0,3816 ha torpaq sahəsinin, 0,2340 ha torpaq sahəsinin, 0,2718 ha torpaq sahəsinin, 0,1227 ha torpaq sahəsinin onların birgə mülkiyyətlərinə aid olan 4/8 hissəsinin cavabdehlərə məxsus 4/8 hissəsindən naturada ayrılmasına və onlara aid hissəsindən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
9. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, İddiaçı1 1997-ci ildə X10 ilə nikaha daxil olmuşdur. Həmin vaxt onlar mərhum qaynatası X6 təsərrüfatına daxil olmuşlar. Əri ilə birlikdə yaşadıqları müddətdə qızları İddiaçı2 anadan olmuşdur və qızı hal hazırda iddiaçı ilə birlikdə yaşayır. Ailələri mərhum qaynatasının təsərrüfatında olmaqla təsərrüfatda cəmi beş nəfər olmuşd ur. Təsərrüfatda o, əri, qaynatası, qaynanası X17 və qızları İddiaçı2 olmuşdur. Kənddə torpaq islahatı həyata keçirilərkən təsərrüfatda olan dörd nəfər ailə üzvlərinin mülkiyyətinə cəmi 1,56 ha torpaq sahəsi verilmişdir. Qızlarının torpaq almaq hüququ olmadığı üçün ona torpaq payı verilməmişdir. X7 03 dekabr 1997-ci il tarixdə, qaynatası X9 08 mart 1999-cu il tarixdə, qaynanası X17 isə 04 fevral 2013-cü il tarixdə vəfat etmişlər və bundan sonra təsərrüfatda o və qızı İddiaçı2 qalmışdır. Onların təsərrüfatlarında 0.20 ha həyətyanı torpaq sahəsi olmuşdur. Hal-hazıradək həmin təsərrüfatda o və qızı vardır. Lakin cavabdeh qaynı X1 RİHB-nin Yuxarı Tala kəndi üzrə ərazi nümayəndəliyi ilə əlaqəyə girərək saxtakarlıq edərək mövcud vəziyyəti gizlətmək yolu ilə sənədləri saxtalaşdırmış və təsərrüf atlarına məxsus torpağı ələ keçirilmişdir. Bu İddiaçı1 2018-ci ilin mart ayında məlum olmuşdur. Mərhum əri vəfat etdikdən iki il sonra həmin təsərrüfatda olmağına baxmayaraq o qızını da götürərək həmin evdən müvəqqəti olaraq başqa evə köçmüş və hal hazırda da orada yaşayır. Lakin cavabdeh kənd ərazi nümayəndəliyi ilə əlaqə yaratmış və saxta sənədlərlə qanun üzrə vərəsəlik alaraq qanuni onların mülkiyyətlərində olan əmlakı ələ keçirmişdir. Belə ki, Zaqatala RİHBnin Yuxarı Tala kəndi üzrə ərazi nümayəndəliyi guya ki, qaynanasının ölümündən sonra təsərrüfatın bağlanmasını bəhanə edərək, qaynananın təsərrüfatında X3 və Cavabdeh2 olması da göstərilmişdir. Halbuki onların hər ikisinin ayrıca təsərrüfatları mövcud olmuşdur. Bu saxta sənədlərlə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda qan un üzrə vərəsəlik açılmış və təsərrüfatları kənar şəxslər tərəfindən ələ keçirilmişdir və həmin şəxslər də bununla əlaqədar qeydiyyat vəsiqəsi də almışlar
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin keçirilmiş yerində müayinə ilə əlaqədar məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara düşən hər sahə üzrə 4/8 hissədən ibarət payın naturada bölündüyü halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada bölgüs ünün mümkün olmadığı qeyd olunmuşdur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2019-cu il tarixli rəyində tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara düşən hər sahə üzrə 4/8 hissədən ibarət payın naturada bölünməsinin mümkün olmadığı qeyd olunmuşdur.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində tərəflərin paylı mülkiyyətində olan torpaq sahələrindən 4/8 payın naturada ayrılması texniki cəhətdən mümkün olduğu qeyd olunmuşdur. Bunun üçün 0,2524 ha torpaq sahəsi orta hissədən uzununa doğru iki sahəyə (hər iki tərəfə 1 cərgə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,2666 ha tor paq sahəsi tən orta hissədən uzununa doğru iki sahəyə ayrılaraq, tərəflərin hər birinin istifadəsinə boş torpaq sahəsi verilə bilər. 0,1227 ha torpaq sahəsində 1 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən, yəni başlanğıc sərhəddən təqribən 89 metr aralı hissədən eninə istiqamətdə iki sahəyə (hər iki tərəfə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,3816 ha torpaq sahəsində 6 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən uzununa doğru iki sahəyə (hər iki tərəfə 3 cərgə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,1016 ha torpaq sahəsinin boş sahədən ibarət olduğunu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 508 kv.metr sahə ayrılar aq 4/8 payın mülkiyyətçisinə verilə bilər. 0,2718 ha torpaq sahəsinin boş sahədən ibarət olduğunu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 1359,0 kv.metr sahə ayrılaraq 4/8 payın mülkiyyətçisinə verilə bilər. 0,2340 ha torpaq sahəsinin iki tərəfindən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 1170,0 kv. metr sahə ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər.
13. X13 Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 aprel 2022-ci il tarixli 618 nömrəli mütəxəssis rəyinə əsasən, aparılmış tədqiqatlar nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021- ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçıların və cavabdehlərin payları naturada ayrılmış, ölçüləri, sərhədləri ve bölgü koordinatlar ı naturada müəyyən edilmişdir (bölgü sxemləri əlavə edilməklə) Tədqiqatı aparılan torpaq sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan bölgü planlarında aydın şəkildə göstərilmişdir.
14. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən, X13 MMC-nin 8 aprel 2022-ci il tarixli rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli rəyini sübut növü kimi qiymətləndirmişdir.
16. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahələrinin başqa torpaq sahələri ilə əvəzləşdirilməsi, eyni zamanda naturada ayrılmalı olan t orpaq sahəsində tikilinin olması və yenidən ekspertiza təyin olunması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki vəziyyətdə iddiaçının öz mülkiyyətində olan torpaq payının naturada ayrılmasına mane olan qanunsuz tikililərin olması və iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar.
17. Bundan başqa, torpaq sahələrinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan başqa torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 198 saylı Zaqata la Ərazi İdarəsinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla verilib. Nə qədər ki, həmin çıxarışlar qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz.
18. Eyni zamanda cavabdeh tərəfin 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ayrılması əvəzinə ona başqa torpaq sahəsi verilməklə qətnamə çıxarılması barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı iddiaçı tərəfin razılığı yoxdur və onun razılığı olmadan torpaq sahələrinin əvəzləşdirilməsi onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına əsas verir. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas ola bilməz.
19. Birinci instansiya məhkəməsi y ekun olaraq qeyd etmişdir ki, cavabdehlərin torpaq sahələrinin iddiaçılara məxsus hissəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçılarının mülkiyyətində olan torpaq sahələrinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçılar mülkiyyətçi kimi mülkiyyətlərinə qəsd edən cavabdehlərin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətlərində olan torpaq sahələrinin onlara aid hissələrindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdırlar.
20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 140, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 21 5.4, 220.1, 220.2 və 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə, 65-ci maddəsinin 5-ci hissəsinə, 65ci maddəsinin 7-ci hissəsinə, 65-ci maddəsinin 9-cu hissəsinə, 111.1 və 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 64.1-64.2, 76.1, 76.2, 77.1, 89, 107, 115.0 və 115.0.1-ci, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdehlər tərəfindən apellyasiya şikаyəti verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, paylı mülkiyyətdə olan 0,2340 ha həyətyanı və paylı mülkiyyətdə olan 0,1227 ha pay torpaq sahələrindən iddiaçı və cavabdehlərin paylarının AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2 021-ci il tarixli rəyi və "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə uyğun naturada bölünməsi, iddia tələbinin “torpaq sahəsindən çıxarılma” hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 4 oktyabr 2022-ci il tarixli, 2(107)-961/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudovun sədrliyi və məruzəsi ilə Ələddin Məcidov və Mahir Əsədlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işin faktiki halları tam, hərtərəfli və o byektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehlər kassasiya şikayəti verərək (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən 0,1227 ha pay torpaq sahəsinin naturada ayrılmasını əks etdirən "xxxx" MMC tərəfindən təqdim edilmiş sxem ekspert rəyinə uyğun olmamış, ekspe rt rəyinin əksinə bölgü aparılmış, torpaq sahəsində 1 cərgədə əkilmiş fındıq ağacları tam ortadan bölünmüş, nəticədə torpağın və fındıq ağaclarının təyinatına uyğun istifadəsi mümkünsüz olmuş, təsərrüfat sahəsi yararsız hala düşmüş bununla da cavabdehlərin mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bununla yanaşı, 0,2340 ha həyətyanı torpaq sahəsinin mütəxəsis rəyi əsasında təqdim olunmuş sxemdə qeyd olunan bölgü planı yalnız bir yola münasibətdə aparılmış, digər yol nəzərə alınmamışdır. Halbuki, ekspert tərəfindən həyətyanı torpaq sahəsinin hər iki yol nəzərə alınmaqla bölünməsinin mümkün olduğu müəyyən edilmişdir.
26. Kassatorlar onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi həyətyanı torpaq sahəsində iki fərdi yaşayış evinin olmasına, həmin fərdi yaşayış evinin mərhum Əfs ələddin Şabanova, digərinin isə Abdulbaqi Şabanova məxsus olmasına əhəmiyyət verməmiş, mübahisəli torpaq sahəsinə baxış keçirməklə qeyd olunan halı araşdırmadan iddianı təmin etmiş, cavabdehlərin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və əlçatan vasitələrlə təmin etməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsini apararkən ziddiyyət təşkil edən sübutları qəbul etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxemi 0,2340 ha həyətyanı torpqa sahəsi və 0,1227 ha pay torpaq sahəsinə münasibətdə ekspert rəyi ilə ziddiyyət təşkil etməsinə əhəmiyyət verməmiş, həmin ziddiyyətlər araşdırılmadan mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun bölgünün aparılması ilə razılaşmışdır. Bununla yanaşı, Məhkəmə Ekspertiza Xidmətlər Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 iyun 2022-ci il tarixli xx-xx/2022 nömrəli mütəxəssis rəyi sübut kimi qiymətləndirilməmiş, həmin sübutla hansı səbəbli razılaşmamasını öz qətnaməsində əsaslandırmamış, bununla da Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 9.3, 77 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
28. Məhkəmə araşdırması zamanı ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, mübahisəli həyətyanı torpaq sahəsində iki fərdi yaşayış evi yerləşir. Həmin evlərdən digəri 2016-cı ildə cavabdeh Şabanov AbdulbağıƏfsələddin oğlu tərəfindən onun öz şəxsi vəsaiti hesabına inşa edilmiş, yaşayış üçün tam yararlı hala gətirilmişdir. X18rşı 18 iyun 2002-ci il tarixli qərarında Avropa məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət hüququnu təsdiq edən sənədlərin olm aması vurulmuş ziyanı qiymətləndirməkdə həlledici amil deyil.” Göründüyü kimi, Avropa Məhkəməsi Önər Yıldızın bələdiyyə ərazisində inşa etdiyi gecəkondunu onun mülkiyyəti kimi qəbul etmişdir. Sözügedən fərdi yaşayış evi paylımülkiyyətçi X3 payına münasib hissədə şəxsi vəsaiti hesabına inşa edildiyindən onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququ yaranmışdır.Torpaq sahələri naturada bölündükdən sonra onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasın ıməhkəmədən tələb etmək hüquna malikdir. İşə baxan birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, həmin fərdi yaşayış evinin taleyi məhkəmə tərəfindən həll edilməmiş, ümumiyyətlə torpaq sahələri naturada ayrılarkən fərdi yaşayış evlərinin birinin cavabdehlərə, digərinin isə iddiaçılara veriləcəyi nəzərə alınmamış, nəticəd ə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan RespublikasıMülki Məcəlləsinin 180.1180.4-cü maddələrinin tələbləri pozulmuşdur
29. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 127ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3, 180.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 9.3, 77, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
31. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29, İİİ hissə.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olun ur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə
140. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 152.1.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüquq unun tanınmasını tələb etmək ixtiyarı vardır.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
40. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
41. Maddə 220.1. Paylı m ülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
42. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
43. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
44. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mül kiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
45. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulun un ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
53. Hazırki kassasiya şikayətində apellyasiya məhkəməsinin aktı tam mübahisələndirildiyi üçün həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq norm alarının pozuntusuna yol verilmişdir.
55. Belə ki, iş üzrə cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətlərində qeyd etmişlər ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən 0,1227 ha pay torpaq sahəsinin naturada ayrılmasını əks etdirən mütəxəssis tərəfindən təqdim edilmiş sxem ekspert rəyinə uyğun olmamış, ekspert rəyinin əksinə bölgü aparılmışdır.Torpaq sahəsində 1 cərgədə əkilmiş fındıq ağacları tam ortadan bölünmüş, nəticədə torpağın və fındıq ağaclarının təyinatına uyğun istifadəsi mümkünsüz olmuş, təsərrüfat sahəsi yararsız hala düşmüş, bununla da cavabdehlərin mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bununla yanaşı, 0,2340 ha həyətyanı torpaq sahəsinin mütəxəsis rəyi əsasında təqdim olunmuş sxemdə qeyd olunan bölgü planı ya lnız bir yola münasibətdə aparılmış, digər köməkçi yol nəzərə alınmamışdır.
56. İş üzrə cavabdehlər apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli xx-xx/2022 nömrəli mütəxəssis rəyini təqdim etmişlər.Həmin rəyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçıların və cavabdehlərin paylarının naturada ayrılması, ölçülərinin, sərhədlərinin və koordinatlarının müəyyən edilməsi RX seriyalı ******* saylı çıxarışa əsasən paylı mkülkiyyətdə olan 0,2340 ha həyətyanı torpaq sahəsindən və RX seriyalı ******* saylı çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,1227 ha pay torpağından başqa digər paylı mülkiyyətdə olan torpaq sahələrinin bölgüsü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun aparılmışdır (bölgü sxemi vardır).
57. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində qeyd olunmuşdur ki, 0Ş1227 ha torpaq sahəsində 1 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən, yəni başlanğıc sərhəddən təqribən 89 metr aralı hissədən eninə istiqamətdə iki sahəyə (hər iki tərəfə fındıq ağacları düşmək şərtilə) ayrılaraq tərəflərin istifadəsinə verilə bilər. “X13” MMC-nin 08 aprel 2022-ci il tarixli 618 saylı rəyi əsasında təqdim olunmuş sxemdə sözü gedən 0,1227 ha torpaq sahəsi eninə istiqamətdə deyil,uzununa istiqamətdə 2 hissəyə bölünmüş, n əticədə aparılmış bölgü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyinə uyğun olmamışdır.
58. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində qeyd olunmuşdur ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1170 kv. metr sahə ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər.”X13” MMC-nin 08 aprel 2022-ci il tarixli 618 nömrəli rəyi əsasında təqdim olunmuş sxemdə bölgü planı yalnız bir yola münasibətdə aparılmış, digər köməkçi yol nəzərə alınmamış, nəticədə aparılmış bölgü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021 -ci il tarixli 10/1718 nömrəli rəyinə uyğun olmamışdır.Hazırda mübahisənin torpaq sahəsinin naturada ayrılması olduğunu nəzərə alaraq təqdim edilmiş sxemdən də göründüyü kimi 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iki tərəfindən əhatə olunmuş yol nəzərə alındığı halda həmin sahədən 1179,0 kv.metr sahə ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər(bax səhifə 4-də bölgü planı).
59. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində apellyatorların həmin məhkəməyə "xxxx" MMC-nin 14 iyun 2022-ci il tarixli xx-xx/2022 nömrəli mütəxəssis rəyini təqdim etdiklərini göstərsə də, həmin mütəxəssis rəyində göstərilənlərin hüquqi qiymətləndirməsini aparmamış, həmin mütəxəssis rəyi ilə ”X13” MMC-nin 08 aprel 2022-ci il tarixli 618 nömrəli rəyi arasındakı iş üzrə əhəmiyyət li olan ziddiyyətli məqamlar aydınlaşdırılmamışdır.Halbuki Azərbaycan Respublikasının MPM-in 380.1-ci maddəsi də apellyasiya instansiyası məhkəməsinin üzərinə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırma öhdəliyi qoyur.
60. Göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli 2(107)-961/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən çəkişmə prinsipinə əməl edilməklə iş üzrə ziddiyyətli hallar ətraflı araşdırılmalı, sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbləri ba xımından qiymət verilməklə, mübahisələndirilən torpaq sahələrinin naturada bögüsünün mümkün olubolmadığını və natutrada bölgü mümkündürsə bölgünün hansı şəkildə olmasını müəyyənləşdirməklə maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
61. Mübahisə həll edilərkən paylı mülkiyyətin hər bir iştirakçısının qanuni mənafeləri nəzərə alınmalı,həmin mənafelər arasında ədalətli balans yaradılmalıdır.
62. Qeyd olunur ki, o halda qəbul edilmiş qətnamə qanuni və əsaslı, o cümlədən maddi hüquq normaları düzgün tətbiq edilmiş hesab edilir ki, sübutlar prosessual hüquq normalarının tələblərinə uyğun olaraq araşdırılaraq onlara hüquqi qiymət verilsin və bunun nəticəsində iş üzrə müəyyən edilmiş hallara tərəflər arasındakı hüquq münasibətinin xarakterin ə uyğun maddi hüquq normaları tətbiq edilsin.
63. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
65. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
66. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahi d ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli,araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
67. Kassasiya şikayətinin paylı mülkiyyətdə olan torpaq sahəsində olan fərdi yaşayış evinə X3 mülkiyyət hüququnu yarandığı, fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasını məhkəmədən tələb etmək hüququna malik olduğu,apelyasiya instansiyası məhkəməsinin bu halı nəzərə almadığı, həmin fərdi yaşayış evinin taleyinin məhkəmə tərəfindən həll edilmədiyi ilə əlaqədar dəlilinə müvafiq olaraq məhkəmə kollegiyası qeyd edir ki, müvafiq fərdi yaşayış evinin taleyinin müəyyənləşdirilməsi (mülkiyyət hüququnun tanınması) hazır ki iş üzrə iddianın predmeti olmamışdır.Azərbaycan Respubliasının MPMin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.X8 müvafiq fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması məqsədilə müvafiq inzibati orqana, əsaslar olduqda isə ayrıca ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416,417 və 419-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X8 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli 2(107)-961/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi and