Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-712/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı (X30 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı iş üzrə QƏRARİ İş № 2(102)-712/2025 (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X7 ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı (X30 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şə xs qismində işə cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-390/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məlumatına əsasən 28 dekabr 1998-ci il tarixdə "xxxx" X18 dövlət qeydiyyatına alınmış, təsisçisi X38 olmuşdur. Lakin, Müəssisənin qanuni təmsilçisinin təyin edilməsi barədə hüquqi şəxsin qeydiyyat qovluğunda məlumat yoxd ur. (1-ci cild, i.v. 9-10) 2. xx.xx.2000-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" X4 təsisçisi X30, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2-569/2006 nömrəli, 9 oktyabr 2006-cı il tarixli qərardadına əsasən 8 noyabr 2006-cı il tarixdən MMM-in həmtəsisçiləri X30 və X20 olmuşdur. (2-ci cild, i.v. 104 ) 3. "xxxx" MMM-in 29 aprel 2000-ci ildən 26 noyabr 2012-ci il tarixədək hüquqi şəxsin rəhbəri X13, 26 noyabr 2012-ci ildən 1 avqust 2017-ci il tarixədək X21 olmuş, xx.xx.2017ci il tarixdən isə İddiaçı MTK-nın rəhbəri X8r. (1-ci cild, i.v. 76)
4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7 iyun 2006-cı il tarixli, 146 saylı sərəncamı ilə "xxxx" MMM-yə ünvan 1 ünvanda 2 girişli, zirzəmili, 14 (+mansard) mərtəbəli yaşayış binasının inşasına icazə verilib. 5. "xxxx" MMM-in sifarişinə əsasən ünvan 1 ünvanda, 2 girişli, 14 (+mansard) mərtəbəli, sahəsi 13.258,0 kv.metr olan 104 mənzildən (yaşayış üçün istifadə olunan mansardla birlikdə), sahəsi 3.726,0 kv.metr olan qeyri-yaşayış sahələrindən (zirzəmi, 1-ci və 2-ci mərtəbə da daxil olmaqla) ibarət, ümumi sahəsi 18.156,9 kv.metr olan yaşayış binası inşa edilib. 6. 31 oktyabr 2014-cü il tarixli, 5 saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMM təsisçisi X30, ünvan 7, 1 saylı, 2 girişli yaşayış binasının 1-ci giriş, 14-cü mərtəbədə yerləşən, 3 otaqlı, sahəsi 114,33 kv.metr olan 145 saylı mənzilini 137.196 manata Cavabdeh satıb. Müqavilə, "xxxx" MMM təsisçisi X30 və Cavabdeh tərəfindən imzalanıb və "xxxx" MMM dairəvi möhürü ilə təsdiq edilib. 31 oktyabr 2014-cü il tarixdə "xxxx" MMM Baş direktoru X30 tərəfindən mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair Cavabdeh adına maliyyə arayışı verilib. (1-ci cild, i.v. 29-31) 7. 18 noyabr 2015-ci il tarixli, nömrəsiz alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMM təsisçisi X30, ünvan 7, 1 saylı, 2 girişli yaşayış binasının 2-ci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən 500 kv.metr qeyri-yaşayış sahəsini 1.250.000 manata Cavabdeh satıb. Müqavilə, "xxxx" MMM təsisçisi X30 və Cavabdeh tərəfindən imzalanıb və "xxxx" MMM dairəvi möhürü ilə təsdiq edilib. 18 noyabr 2015-ci il tarixdə "xxxx" MMM təsisçisi X30 tərəfindən qeyri-yaşayış sahəsinin pay haqqını tam məbləğdə ödəməsinə dair Cavabdeh adına maliyyə arayışı verilib. (1-ci cild, i.v. 23-25) 8. ünvan 7, “Yeni Bulvar” yaşayış kompleksinin layihəsindən görünür ki, həmin layihə xx.xx.2016-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyətini n Memarlıq və şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. (2-ci cild, i.v. 40) 9. 22 iyun 2016-cı il tarixli, nömrəsiz alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMM təsisçisi X30 ünvan 7, 1 saylı, 2 girişli yaşayış binasının 1-ci giriş, 1-ci və 2-ci mərtəbədə yerləşən 1.000 kv.metr qeyri-yaşayış sahəsini 2.500.000 manata X3. Müqavilə, "xxxx" MMM təsisçisi X30 və X22 tərəfindən imzalanıb və "xxxx" MMM dairəvi möhürü ilə təsdiq edilib. 22 iyun 2016-cı il tarixdə "xxxx" MMM təsisçisi X30 tərəfindən qeyri-yaşayış sahəsinin pay haqqını tam məbləğdə ödəməsinə dair X9 adına maliyyə arayışı verilib. (1ci cild, i.v. 20-22) 10. 28 noyabr 2017-ci il tarixli, 91 saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMM təsisçisi X30, ünvan 7, 1 saylı, 2 girişli yaşayış binasının 2-ci giriş, mansardda yerləşən, 3 otaqlı, sahəsi 117,01 kv.metr olan 295 saylı mənzili (mənzilin nömrəsinə düzəliş edilib) 140.412 manata X3. Müqavilə, "xxxx" MMM təsisçisi X30 və X22 tərəfindən imzalanıb və "xxxx" MMM dairəvi möhürü ilə təsdiq edilib. 28 noyabr 2017-ci il tarixdə "xxxx" MMM Baş direktoru X30 tərəfindən mənzilin (mənzilin nömrəsi 296 göstərilib) pay haqqını tam məbləğdə ödəməsinə dair X9 adına maliyyə arayışı verilib. (1-ci cild, i.v. 26-28) 11. 29 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin 27 noyabr 2019-cu il tarixli, 0251 saylı müsbət rəyi nəzərə alınaraq 29 noyabr 2019-cu il tarixdən sözügedən yaşayış binasının istismarına icazə verilib. (1-ci cild, i.v. 7)
12. X9 "xxxx" MMM-ə ünvanlandığı xx.xx.2020-ci il tarix li notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən adına olan, ünvan 2 ünvanda yerləşən, 1 saylı, 2 girişli yaşayış binasının 1-ci və 2-ci mərtəbədə yerləşən 730,10 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsindən, pay haqqından imtina edir və adına olan müqavilənin və pay haqqının istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etiraz etmir. Gələcəkdə "xxxx" MMM-ə qarşı heç bir maddi iradı və maddi tələbi olmayacaq. (2-ci cild, i.v. 29).
13. Cavabdeh "xxxx" MMM-ə ünvanlandığı xx.xx.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X9 adına olan, ünvan 2 ünvanda yerləşən, 1 saylı, 2 girişli yaşayış binasının 1-ci və 2-ci mərtəbədə yerləşən 730,10 kv.metr sahəsi ol an qeyri-yaşayış sahəsindən, pay haqqından imtina etməsinə və adına olan müqavilənin və pay haqqının istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etiraz etmir. Gələcəkdə "xxxx" MMM-ə qarşı heç bir maddi iradı və maddi tələbi olmayacaq. (2-ci cild, i.v. 30). 14. 7 may 2020-ci il tarixli müəssisədəki payın alğı-satqısı barədə müqaviləyə əsasən, "xxxx" MMM-in təsisçiləri X30 və X31 özlərinə aid olan paylarını X5, X26, X32, X49 və X2. (cild 2, i.v. 175)
15. İddiaçı MTK-nın xx.xx.2020-ci il tarixli təhvil-təslim akından görünür ki, MTK-nın təsisçiləri ünvan 3 ünvanda yerləşən, 1 saylı, 2 girişli, 15 mərtəbəli (1-ci və 2-ci mərtəbə qeyri-yaşayış, 13 mərtəbə yaşayış), zirzəmili binada aid olan aşağıda qeyd olunan sənədlər, qurğular və avadanlıqlar təhvil alınır: 12388 №-li inşaat paspor tu – 1 nüsxə; layihə-smeta sənədləri 2 nüsxə; alğı-satqı müqavilələri 3 qovluq; yazışmalar – 3 qovluq; nasosxana avadanlığı 1 komplekt; lift-sərnişin 2 ədəd, yük\sərnişin 2 ədəd; elektrik şiti 1 ədəd; yanğınsöndürmə və havalandırma sistemi 1 komplekt; mənzillər 104 ədəd (layihəyə uyğun sahəsi 12.381 kv.metr olan); qeyri-yaşayış sahəsi 1-ci,2-ci mərtəbəsi (layihəyə uyğun sahəsi 1.800 kv.metr olan); zirzəmi (layihəyə uyğun sahəsi 980 kv.metr olan); layihəyə uyğun yaşayış binasının ətrafındakı ərazi. 16. 10 avqust 2020-ci il tarixdə "xxxx" MMM təşkilati-hüquqi formasına görə İddiaçı Mənzil Tikinti Kooperativinə çevrilib, Nizamnaməsi dövlət qeydiyyatına alınıb və 16 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı MTK təsisçisi X32, qanuni təmsilçisi isə X15 olub. (1-ci cild, i.v. 90-91, 94-103) 17. 8 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 16 dekabr 2022-ci il tarixdən hazırkı vaxtadək İddiaçı MTK-nın təsisçiləri X5, X26, X32, X49 və Qanuni nümayəndədur. 16 dekabr 2022-ci il tarixdən hazırkı vaxtadək İddiaçı MTK qanuni təmsilçisi Qanuni nümayəndədur. (2-ci cild, i.v. 26-28)
18. X22 1 iyul 2020-ci il tarixdə Bakı şəhərində ölmüş, onun ölümündən sonra vərəsələrinin ərizəsinə əsasən 3 fevral 2021-ci il tarixdə notariat orqanında vərəsəlik işi açılıb və onun vərəsələri - arvadı Cavabdeh, övladları Nümayəndə2, X23, X24 və X33 hesab edilmişdir. (1-ci cild, i.v. 74-75). İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
19. İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra iddiaçı, yaxud MTK) Cavabdeh (bundan sonra cavabde h) qarşı iddia ərizəsi, habelə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 28 noyabr 2017-ci il tarixli, 91 saylı, 31 oktyabr 2014-cü il tarixli, 5 saylı müqavilələrin, 18 noyabr 2015-ci il tarixli və 22 iyun 2016 tarixli nömrəsiz müqavilələrin etibarsız hesab edilməsi, zəbt olunmuş ünvan 6, 1 saylı binanın, mansardda yerləşən, 3 otaqlı, sahəsi 117,01 kv.metr olan 295 saylı mənzilinin; həmin binanın mansardında yerləşən, 1 otaqlı, sahəsi 59,7 kv.metr olan 294 saylı mənzilinin; habelə həmin binanın 3 otaqlı, sahəsi 114,33 kv.metr olan 145 saylı mənzillərinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzillərin q anunsuz zəbt olunması halının araşdırılması zamanı tərəflər arasında sahəsi 500 kv.metr olan qeyriyaşayış sahəsinə, habelə iddiaçı ilə mərhum Aydın Mürvələdov arasında sahəsi 1.000 kv.metr olan qeyri-yaşayış sahəsinə dair nömrəsiz, heç bir hüquqi əsası olmayan müqavilələrin mövcud olduğu məlum olub. Aparılmış daxili araşdırma nəticəsində qeyd olunan müqavilələrin iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmadığı və binanın texniki plan sxeminə uyğun gəlməyən şəkildə tərtib olunduğu məlum olub. Sözügedən əmlaklardan yalnız sahəsi 730,1 kv.metr olan qeyri-yaşayış sahəsi Aydın Mürvələdova görülmüş podrat işlərinin əvəzinə verilib və qeyd olunan qeyri-yaşayış sahəsindən Aydın Mürvələdov 5 mart 2020-ci il tarixdə notarial qaydada yazılı ərizə verməklə iddiaçının xeyrinə imtina edib. Digər s ahəsi 1.270 kv.metr olan qeyri-yaşayış sahəsinə dair nə Aydın Mürvələdovun, nə də cavabdehin mülkiyyətlərini müəyyən edən hüquqmüəyyənedici sənədləri və ya hüquqları olmayıb. Eyni hallar sözügedən mənzillərə də aiddir və həmin mənzillərə dair müqavilələrin hansı şəkildə bağlandığı və mənşəyi iddiaçıya məlum deyil. Bu səbəbdən də qeyd olunan müqavilələr iddiaçının qanuni təmsilçisi tərəfindən rəsmiləşdirilmədiyindən etibarsız hesab edilməlidir.
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" MMM təşkilati hüquqi forması dəyişərək İddiaçı MTK çevrilib. Cavabdeh, sözügedən binada yerləşən 294 və 295 saylı mənzilləri iddiaçıdan 28 noyabr 2017-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən satın alıb. Mənzillərin və qeyri-ya şayış sahələrinin dəyəri cavabdeh tərəfindən tam məbləğdə iddiaçıya ödənilib. Cavabdeh pulu iddiaçıya ofisdə verib. Mənzillər cavabdeh tərəfindən əsaslı təmir edilib və hazırda onun faktiki istifadəsindədir. Bundan başqa cavabdeh, 31 oktyabr 2014-cü il, 18 noyabr 2015-ci il və 22 iyun 2016-cı il tarixli alğı-satqı müqavilələri üzrə daşınmaz əmlaklara Çıxarışların alınması üçün dəfələrlə iddiaçıya müraciət edərək ümumi yığıncağın protokolunu istəyib, lakin iddiaçı bundan imtina edib. İddiaçıdan imtina məktubunu aldıqdan sonra cavabdeh Bakı İnzibati Məhkəmədə iddia qaldırıb. İddiaçının hazırkı iddia tələblərini qaldırmaqda məqsədi inzibati məhkəmənin icraatında olan həmin işi ləngitməkdən ibarətdir. Cavabdehlə yanaşı digər şəxslərlə bağlanmış müqavilələri də iddiaçı təşkilatın təsisçisi imza layıb. Bununla yanaşı hazırkı iddia üzrə iddiaçı, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan müddəti də buraxıb. Belə ki, sözügedən əmlaklara sayğacların quraşdırılmasından iddiaçı məlumatlı olub və həmin sayğaclar mənzillərə müvafiq aktlar əsasında quraşdırılıb. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbləri tam əsassızdır.
22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-6366/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi təmin edilərək, 28 noyabr 2017-ci il tarixli, 91 saylı, 31 oktyabr 2014-cü il tarixli, 5 saylı, habelə 18 noyabr 2015-ci il və 22 iyun 2016 tarixli nömrəsiz müqavilələrin etibarsız hesab edilməsi, ünvan 6, 1 saylı binanın, mansardında yerləşən, 3 otaqlı, sahəsi 117,01 kv.metr olan 295 saylı; həmin binanın mansardında yerləşən, 1 otaqlı, sahəsi 59,7 kv.metr olan 294 saylı; habelə həmin binanın 3 otaqlı, sahəsi 114,33 kv.metr olan 145 saylı mənzillərinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus mübahisəli əmlaklar cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh tərəfindən iddiaçının məlumatı və icazəsi olmadan mansard mərtəbəsində layihədən kənar tikinti-quraşdırma işləri aparılıb. 294 və 295 saylı mənzillər birləşdrilərək zəbt edilib, habelə cavabdeh binanın pilləkən meydançasına müdaxilə edərək orada qeyri-qanuni quraşdırma aparıb.
24. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin qeyd olunan mənzillərə və qey ri-yaşayış sahələrinə dair mülkiyyət, sahiblik və istifadə hüququna, həmçinin həmin mənzillərə dair Elçin Ələkbərovun mülkiyyət hüququna və onun tərəfindən müqavilə bağlanmasının mümkünlüyünə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilməyib. Belə olan halda Elçin Ələkbərov mübahisəli mənzillər və qeyri-yaşayış sahələri üzrə subyektiv hüquqa malik olmadığından, onun həmin əmlaklara dair bağlamış olduğu müqavilələr də etibarlı sayıla bilməz. Ona görə də iddiaçı, hazırkı müqavilələrin etibarsız hesab edilməsi, həmin mənzillərin (qeyri-yaşayış sahələrinin) cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub.
25. Məhkəmə eyni zamanda cavabdehin iddiaçının “iddia müddətini ötürməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia çıya məxsus əmlakların alğı-satqısına dair bağlanmış müqavilələr üzrə iddiaçı tərəf olmayıb. Belə olan halda mübahisəli əmlaklara münasibətdə tərəflər arasında hər hansı bir mülki hüquqi münasibətlər yaranmadığından, cavabdeh də mülki hüquq münasibətinin subyekti olmayıb. Buna görə də cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi məhkəmə tərəfindən nəzərə alına bilməz.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.4, 18, 49.2, 52.2, 337.1, 360.1, 560.1, 560.2, 560.3.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
27. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərə k, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən müqavilələr iddiaçının rəsmi nümayəndəsi tərəfindən imzalanıb və iddiaçının möhürü ilə təsdiq edilib. Birinci instansiya məhkəməsi müqavilənin bir tərəfinin məhz hüquqi şəxs olmaqla, onlar tərəfindən bağlanan müqavilələrin xarakterik xüsusiyyətinin olmasına hüquqi qiymət verməyib. Hüquqi şəxs tərəfindən bağlanmış müqavilənin etibarlılığı həmin hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi ilə bağlıdır. Məhkəmə müqavilənin məhz möhürlə təsdiqlənməsinə heç bir münasibət bildirməyib. Hüquqi şəxs tərəfindən müqavilənin bağlanması və müqavilənin rəsmi hüquqi qüvvə alması üçün imzalanması və möhü r vurulması zəruridir. Digər tərəfdən, məhkəmə onun vicdanlı alıcı olmasına da heç bir münasibət bildirməyib. Mənzillərin iddiaçının mülkiyyətində olmadığı təqdirdə onun satılması da mümkün deyil. O, qanunla müəyyən edilmiş qaydada mübahisələndirilən mənzilləri alıb. Mülki iş materiallarında olan maliyyə arayışlarından görünür ki, mənzillərin pay haqqı tam məbləğdə ödənilib. Mənzil Tikinti Kooperativlərinə münasibətdə pay haqqı tam ödənildikdə mənzilə sahiblik və istifadə hüququ yaranır. Habelə, mülki iş materiallarında olan maliyyə arayışlarından məlum olur ki, həmin maliyyə arayışları iddiaçının möhürü ilə təsdiqlənib və imzalanıb. Mənzillər iddiaçının nümayəndəsi tərəfindən ona təhvil verilib, yəni mənzillərin açarları rəsmi qaydada cavabdehə təqdim edilib. Cavabdeh mənzilləri qəbul edə rək, mənzilləri ölçərək müqavilədə nəzərdə tutulan ölçüdə olmasını yoxlayıb. İddiaçının guya mənzilləri cavabdehə təqdim etməməsi və müqavilənin bağlanmasından xəbəri olmaması işin həqiqi hallarına qətiyyən uyğun deyil. Xüsusən qeyd edilməlidir ki, məhz iddiaçının iştirakı ilə mənzillərə sayğac qoyulub, uzun müddət onların gözü qarşısında cavabdeh tərəfindən mənzillərdə təmir işləri aparılıb. Onun mübahisələndirilən mənzilləri təmir etməyi vicdanlı alıcı olduğunu təsdiqləyən hallardan biridir, mübahisələndirilən sahələrin təmirinə külli miqdarda pul xərcləyib. Alğısatqı müqavilələrinin etibarsızlığı ilə iddiaçı müddəti də ötürüb. Sözügedən əmlaklara sayğacların quraşdırılması barədə iddiaçı məlumatlı olub. Çünki həmin sayğaclar müvafiq akt əsasında quraşdırılıb və mənzillərin kimə mənsub olduğu həmin aktda qeyd olunub.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 fevral 2023-cü il tarixli məktubundan görünür ki, qurumun arxiv sənədlərinə əsasən 2014-2017-ci illərdə "xxxx" MMM-in adından bağlanan müqavilələri təsisçi kimi Elçin Ələkbərov imzalayıb. (2-ci cild, i.v. 44) 30. "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayışa və ona əlavə olunmuş sənədlərə görə "xxxx" MMM tərəfindən inşa olunmuş sözügedən çoxmənzilli yaşayış binasında sayğaclar məhz iddiaçının 03 aprel 2018-ci il tarixli müraciəti əsasında Xətai Sukanal İdarəsi tərəfindən quraşdırılıb və plomblanıb. Həmin sayğaclara abonent kodu iddiaçının müraciəti əsasında verilib. Abonent kodu verilən zaman aktda sakinlərin siyahı üzrə adları qeyd olunub. Məktuba əlavə ed ilmiş iddiaçının aidiyyəti Xətai rayon Sukanal İdarəsinə ünvanladığı 03 aprel 2018-ci il tarixli müraciəti Baş direktor kimi Elçin Ələkbərov imzalayıb. “Sayğacların qəbulu barədə” 26 may 2018-ci il tarixli Aktda 30, 31, 45 (hazırda 145), 103 (hazırda 295) saylı mənzillərin qarşısında “Mürvələdov” soyadı, 145 saylı mənzilə verilmiş sayğacın kodu 14371845, 295 saylı mənzilə verilmiş sayğacın kodu isə 14371876 qeyd olunub. Həmçinin 102, yəni 294 saylı mənzilin sahibi kimi “Əlmanağac”, abonent kodu kimi 14371847 qeyd olunub. “Ətraflı abonent kartlarında” 145 saylı mənzilin sahibi Cavabdeh, 295 saylı mənzilin sahibi Aydın Mürvələdov, 294 saylı mənzilin sahibi isə Abdullah Əlmaaqac göstərilib. (2-ci cild, i.v. 49)
31. Bakı şəhəri, Xətai rayonu, Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən veril miş 06 fevral 2023-cü il tarixli arayışa və ona əlavə olunmuş siyahıya görə 145 saylı mənzilin sahibi Cavabdeh, 294 və 295 saylı mənzillərin sahibi isə Aydın Mürvələdov qeyd olunub (siyahını direktoru kimi Elçin Ələkbərov imzalayıb). (2-ci cild, i.v. 60)
32. Həmçinin Bakı şəhəri, Xətai rayonu, Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli arayışa və ona əlavə olunmuş siyahıya görə, 145 saylı mənzilin sahibi Cavabdeh, 294 və 295 saylı mənzillərin sahibi isə Aydın Mürvələdov qeyd olunub (siyahını direktoru kimi Elçin Ələkbərov imzalayıb).
33. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlaklara baxış keçirilməsi üçün yerli baxış təyin edilmiş və yerində müayinə zamanı "xxxx" MMMC-nin sədri X39 şahid qismində dindirilərək ifadəsində bildirmişdir ki, “hazır da binanın idarəçiliyini o, həyata keçirir. Binanın təməli 2012-ci ildə qoyulub. Sifarişçi iddiaçı, podratçı isə MAQ Şirkəti (Aydın Mürvələdov) olub. Yəni, binanı Aydın Mürvələdov tikib. O, da ilk gündən iş icraçısıprorab olub. 2019-cu ilin noyabr ayının axırlarında təhvil-təslim aktı ilə bina istismara qəbul edilib. 2021-ci il noyabr ayının axırında bina idarəçiliyə verilib və qeydiyyatdan keçib. Qeyri-yaşayış sahəsində o, oturub, göstərişləri isə Aydın Mürvələdov verib, qeyri-yaşayış sahəsinin kimə məxsus olduğunu isə bilmir. Qeyri-yaşayış sahəsinin açarı onda, həmçinin X6 Mürvələdovda olub. Həmçinin qeyri-yaşayış sahələrinin mühafizəçisi də var və sahibinin kim olduğunu bilmir. Qanuni nümayəndə görməsə də, 2-3 ay olar ki, onunla telefon əlaqələri var. Səbinə Ələkbərovadan sonra Elşən Əl əkbərov gəlib-gedib. Mənzillərin təmiri 2019-cu ildə edilib. Mübahisəli mənzillər də Aydın Mürvələdov tərəfindən təmir edilib. 295 saylı mənzil Aydın Mürvələdovundur, 294 saylı mənzil isə tanımadığı türk vətəndaşının adına olub, sonra Aydın Mürvələdov hər iki mənzili birləşdirib və ona deyib ki, mənzili türk vətəndaşından alıb, narahat olma.” (2-ci cild, i.v.172-174)
34. Yerli baxış zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında qeyd etmişdir ki, Çıxarış alınması üçün obyektlər 1.000 kv.metr və 500 kv.metr olmaqla bölünməli idi, ancaq faktiki vahid sahədir. Mübahisəli 145 saylı mənzili icarəyə verib, digər 294 və 295 saylı mənzillər isə onun üçün təmir edilirdi. 35. -Hər üç mənzil cavabdehin sahibliyindədir, ancaq baxış zamanı açarları olmadığından içərisinə baxış keçirmək mümkün olma dı. Nümayəndə2 bildirmişdir ki, yerli baxışın yalnız qeyri-yaşayış sahəsi barədə baş tutacağını zənn etdiyindən mənzillərin açarlarını özü ilə götürməyib. Alt qonşu ilə müqayisədə müəyyən edildi ki, 294 və 295 saylı mənzillərdə layihə dəyişikliyi baş verib, iki mənzil birləşdirilib və bir qapı qoyulub. Həmçinin müəyyən olundu ki, binanın yaşayış sahəsi olan hissəsinə giriş arxa tərəfdən olmaqla, 2 girişlidir. Mübahisəli 145 saylı mənzil 1-ci, 294 və 295 saylı mənzillər isə 2-ci girişdə yerləşir. Qeyri-yaşayış sahəsi isə üç girişli olmaqla binanın yola tərəf baxan ön hissəsində yerləşir. İlkin layihə üzrə hər üç girişdən vahid qeyri-yaşayış sahəsinə daxil olmaqla hər hansı bölgü aparılmayıb, qeyri-yaşayış sahəsi binanın 1-ci və 2-ci mərtəbəsini əhatə edir. İkinci mərtəbəyə pilləkən 1-ci v ə 3-cü girişlərdəndir. Sonradan 3-cü giriş tərəfdən 730 kv.metr sahə (1-ci və 2-ci mərtəbə) satılmaqla həmin hissə daş hasar çəkilərək qalan sahədən ayrılıb. Hazırda 1-ci və 2-ci girişdən daxil olduqda hər hansı bölgü olmadan vahid sahə kimi 1-ci və 2-ci mərtəbəni əhatə edən 1.500 kv.metr boş vəziyyətdə qeyri-yaşayış sahəsinin olduğu müəyyən edilir. Beləliklə, qeyri-yaşayış sahəsi ilə bağlı müəyyən edilir ki, binanın ümumilikdə təqribən 2.230 kv.metr qeyri-yaşayış sahəsi olub, 730 kv.metr satılıb, 1.500 kv.metr isə boş vəziyyətdə qalıb. (2-ci cild, i.v. 90) 36. -Qeyri-yaşayış sahəsi isə üç girişli olmaqla binanın yola tərəf baxan ön hissəsində yerləşir. İlkin layihə üzrə hər üç girişdən vahid qeyri-yaşayış sahəsinə daxil olmaqla hər hansı bölgü aparılmayıb, qeyri-yaşayış sahəsi binanın 1-c i və 2-ci mərtəbəsini əhatə edir. İkinci mərtəbəyə pilləkən 1-ci və 3-cü girişlərdəndir. Sonradan 3-cü giriş tərəfdən 730 kv.metr sahə (1-ci və 2-ci mərtəbə) satılmaqla həmin hissə daş hasar çəkilərək qalan sahədən ayrılıb. Hazırda 1-ci və 2-ci girişdən daxil olduqda hər hansı bölgü olmadan vahid sahə kimi 1-ci və 2-ci mərtəbəni əhatə edən 1.500 kv.metr boş vəziyyətdə qeyri-yaşayış sahəsinin olduğu müəyyən edilir. Beləliklə, qeyri-yaşayış sahəsi ilə bağlı müəyyən edilir ki, binanın ümumilikdə təqribən 2.230 kv.metr qeyri-yaşayış sahəsi olub, 730 kv.metr satılıb, 1.500 kv.metr isə boş vəziyyətdə qalıb.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1443/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid S adıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli 145, 294 və 295 saylı hər üç mənzil cavabdehin sahibliyindədir, ancaq yerli baxış zamanı mənzillərin açarları olmadığından onların içərisinə baxış keçirilməsi mümkün olmayıb. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirib ki, yerli baxışın yalnız qeyri-yaşayış sahəsi barədə baş tutacağını zənn etdiyindən mənzillərin açarlarını özü ilə götürməyib. Alt qonşu ilə müqayisədə müəyyən edildi ki, 294 və 295 saylı mənzillərdə layihə dəyişikliyi baş verib, hər iki mənzil birləşdirilib və bir qapı qoyulu b.
39. Həmçinin yerli baxış zamanı məhkəmə kollegiyası müəyyən etmişdir ki, binanın yaşayış sahəsi olan hissəsinə giriş arxa tərəfdən olmaqla, 2 girişlidir. 145 saylı mənzil 1-ci, 294 və 295 saylı mənzillər isə 2-ci girişdə yerləşir. Qeyri-yaşayış sahəsi isə üç girişli olmaqla binanın yola tərəf baxan ön hissəsində yerləşir. İlkin layihə üzrə hər üç girişdən vahid qeyri-yaşayış sahəsinə daxil olmaqla hər hansı bölgü aparılmayıb, qeyri-yaşayış sahəsi binanın 1-ci və 2-ci mərtəbəsini əhatə edir. İkinci mərtəbəyə pilləkən 1-ci və 3-cü girişlərdəndir. Sonradan 3-cü giriş tərəfdən 730 kv.metr sahə (1-ci və 2-ci mərtəbə) satılmaqla həmin hissə daş hasar çəkilərək qalan sahədən ayrılıb. Hazırda 1-ci və 2-ci girişdən daxil olduqda hər hansı bölgü olmadan vahid sahə kimi 1-ci və 2-ci mərtəbəni əhat ə edən 1.500 kv.metr boş vəziyyətdə qeyri-yaşayış sahəsinin olduğu müəyyən edilir.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, binanın ümumilikdə təqribən 2.230 kv.metr qeyri-yaşayış sahəsi olub, 730 kv.metr satılıb, 1.500 kv.metr isə boş vəziyyətdə qalıb. Həmçinin qeyri-yaşayış sahəsinə daxil olmaq üçün 1-ci və 2-ci girişin qapılarının açarları Nümayəndə2, binanın idarəçisi ("xxxx" MMMC-nin sədri Nofəl Arazov) və mühafizəçisində olmaqla, həmin sahələr cavabdehin faktiki sahibliyində və istifadəsindədir. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə son zamanlar həmin sahə ilə bağlı maraqlanmağa başlayıb. Bu vaxtadək heç kəs, o cümlədən iddiaçının nə əvvəlki, nə də ki sonrakı (hazırkı) təsisçiləri (qanuni təmsilçiləri) qeyri-yaşayış sahəsinə iddialarını bildirməyiblər və həmin sahə ilə heç vaxt maraqlanmayıblar.
41. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisələndirilən müqavilələr iddiaçının adından təsisçi qismində Elçin Ələkbərov tərəfindən imzalanıb və iddiaçı təşkilatın möhürü ilə təsdiq edilib. Ədliyyə Nazirliyindən verilmiş rəsmi arayışa görə, 20142017-ci illərdə bağlanmış bütün müqavilələr məhz təsisçi Elçin Ələkbərov tərəfindən imzalanıb. Digər tərəfdən, iddiaçının müraciəti əsasında mənzillərdə sayğaclar quraşdırılıb, abonent kodu verilib və mənzillərin sahiblərinin adlarını əks etdirən siyahı iddiaçı tərəfindən aidiyyəti qurumlara təqdim edilib. Ətraflı abonent kartlarında 145 saylı mənzilin sahibi kimi cavabdeh, 295 saylı mənzilin sahibi kimi isə Aydın Mürvələdov göstərilib.
42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdı rıb qeyd etmişdir ki, 145 və 295 saylı mənzillər cavabdehin faktiki sahibliyində olub, 294 saylı mənzilə münasibətdə isə, müəyyən etmişdir ki, iddiaçı tərəfindən həmin mənzil Abdullah Əlmaaqaca satılıb və həmin mənzilin sahibi sonuncu olub. Belə olan halda iddiaçının həmin mənzilə dair subyektiv hüququ olmadığından, hazırkı iddia tələbini də qaldırmağa hüququ olmayıb. Həmin yaşayış sahəsi ilə bağlı mənzili satmış şəxs, yəni Abdullah Əlmaaqac cavabdehə qarşı hazırkı iddianı qaldıra bilərdi.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, bağlanmış müqavilələr etibarlı ədq olub və həmin müqavilələrin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı tələb pozulmayıb. Qeyri-yaşayış sahələrinə münasibətdə isə müəyyən edilmişdir ki, onun ümumi sahəsi 2. 230 kv.metr olub, həmin qeyri-yaşayış sahəsinin 730 kv.metr hissəsi 2017-ci ildə satılıb, qalan 1.500 kv.metr hissəsi isə 1.000 kv.metr və 500 kv.metr olmaqla iki müqavilə əsasında Mürvələdovların sərəncamında olub. Həmin ərazi vahid sahə olduğu üçün və yaşayış binasında başqa qeyri-yaşayış sahəsi olmadığı üçün bununla bağlı əlavə çertyoj çəkilməsinə ehtiyac olmayıb. İki giriş qapısının açarları cavabdehdə, "xxxx" MMMC sədrində, həmçinin mühafizəçidə olub. Qeyri-yaşayış sahəsinə sahibliyi cavabdeh edib və hazırda da onlar sahiblik və istifadə edirlər. Bu səbəbdən də iddia əsassızdır.
44. Məhkəmə kollegiyası işin hallarına nəzərə alıb qeyd etmişdir ki, iddia əsassız olduğundan iddia müddətinin tətbiqinə də ehtiyac qalmır. Digər tərəfdən, hazırkı tələbə ümumiyyətlə iddia müddəti tətbiq oluna bilməz. Belə ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi təşkil edir və tələb əvəz edilməz əşya ilə bağlıdır. Bu tələblərə isə iddia müddəti tətbiq olunmur.
45. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1.6, 152.1, 337.1, 337.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
46. Qətnamədən iddiaçı (vəkili Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının adından bağlanmış əqdin etibarsızlığı na dair işə baxarkən, təsisçi Elçin Ələkbərovun sözügedən müqavilələri bağlamasına dair lazımi səlahiyyətə malik olub-olmadığını, əgər bu barədə etibarnamə varsa, oradakı səlahiyyətlər verilərkən təmsil olunanın niyyəti, bu niyyətin mübahisəli əmlakın özgəninkiləşdirilməsini əhatə edibetmədiyini (zəruri olduqda etibarnamədəki iradə bəyanı təfsir edilməklə), etibarnamədən təmsil olunanın, yoxsa təmsilçinin özünün mənafeyinə istifadə olunubolunmadığını, əqd bağlanarkən təmsilçinin əqdin qarşı tərəflə pis niyyətlə razılığa gəlibgəlmədiyini tam, hərtərəfli yoxlamalı və nəticəsindən asılı olaraq mübahisəni həll edilməli olduğu halda, müqavilədə adı gedən Elçin Ələkbərovu şahid və ya cavabdeh qismində dindirmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Elçin Ələkbərov özünə məxsus pay hüququ nu satmaq niyyətində olsa idi, bununla bağlı notarial qaydada payın alğı- satqısına dair müqavilə bağlamaq hüququndan istifadə edə bilərdi. Məhkəmə, təsisçilərin məhkəmə iclasında iştirakını və dindirməsini təmin etməyib, müqavilələrdəki imzaların iddiaçının təsisçisi Elçin Ələkbərova məxsus olub-olmadığını, müqavilələrdəki möhürlərin iddiaçıya məxsus olub-olmadığını, habelə müqavilə blanklarındakı əlyazmaların kimin tərəfindən icra edilməsini ümumiyyətlə araşdırmayıb. Bundan əlavə, həqiqətən iddiaçının təsisçisi Elçin Ələkbərov özünə məxsus hissəni cavabdehə və onun mərhum ərinə satmaq niyyətində olmuşdursa, onda ən azından iddiaçı təşkilatla Elçin Ələkbərov arasında ilkin alğı-satqı müqaviləsi mövcud olmalı, həmin müqavilənin bağlanılması üçün sonuncunun və onun ərinin müqavilənin adda n-ada keçirilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizələri olmalı idi. Hazırkı vəziyyətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almadan iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul edib. İddiaçının təqdim etdiyi sübutlar ümumiyyətlə araşdırılmayıb. Belə ki, sözügedən müqavilələrin tədqiqi zamanı məlum olub ki, həmin müqavilələr qanunvericiliyə əsasən iddiaçının qanuni təmsilçisi və yeganə imza hüququna malik olan səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. Daha sonra, 295 saylı mənzilə dair müqavilədə düzəliş edilərək, 296 rəqəmi 295 rəqəminə dəyişdirilib, maliyyə arayışı isə 296 saylı mənzilə aiddir. Qeyriyaşayış sahələrinə dair müqavilələrə sahənin eskiz sxemi, yerləşməsi və sərhədlərini özündə əks etdirən müvafiq texniki pasportlar əlavə edilmədiy i üçün müqavilənin predmeti mübahisə yaratmaqdadır. 2014-2017-ci illərdə iddiaçının adından bütün müqavilələr Elçin Ələkbərov tərəfindən təsisçi qismində imzalanıb. 8 noyabr 2006-cı ildən 7 may 2020-ci il tarixədək Elçin Ələkbərov və arvadı Sevinc Ələkbərova iddiaçının həmtəsisçiləri kimi qeyd edilib. Halbuki, 16 sentyabr 2006-cı ildən etibarən X29 Olqa Yuryevna ilə rəsmi nikahda olub. İddiaçı tərəfindən "xxxx" ASC hər hansı bir adlı siyahı, mənzillərin kimə məxsus olmasını təsdiq edən heç bir sənəd təqdim edilməyib. Təqdim edilən siyahı isə həmin binada podratçı qismində tikinti işlərini icra edən "xxxx" Şirkətinin rəhbəri Aydın Mürvələdov tərəfindən qanunsuz göndərilib. Belə ki, üç vərəqdən ibarət olan həmin saxta siyahını imzalayan şəxsi müəyyən etmək üçün müraciətləri üzrə verilmiş 03 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, həmin siyahının sonuncu vərəqində iddiaçının direktorunun adından başqa şəxs imza edib. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən "xxxx" MMMC qanuni təmsilçisi Nofəl Arazova ünvanlanan çoxsaylı suallar və verilən cavabların qətnamədə əks olunmaması bir daha məhkəmənin işə qeyriobyektiv baxdığını, faktları ətraflı araşdırmadığını, sübut və dəlillərin qərəzli şəkildə gizlədildiyini və Aydın Mürvələdov və onunla əlbir olan şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmədiyini göstərir. Bundan başqa, binada ümumilikdə 2.230 kv.metr qeyriyaşayış sahəsi mövcud olub, ondan 730 kv.metr sahə satılıb, 1.500 kv.metr sahə isə boş qalıb barədə məhkəmənin mövqeyi səhvdir. Halbuki, məhkəməyə təqdim edilən eskiz layihəsində binanın ümumi qeyri-yaşayış sahəsinin 1.800 kv.metr olduğu, yəni boş qalan sahənin 1.500 kv.metr deyil, cəmi 1.070 kv.metr olduğu müəyyən edilir. İddiaçı tərəfindən 294 saylı mənzilin Abdullah Əlmaaqaça, sonuncu tərəfindən isə cavabdehə satıldığı qeyd edilsə də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur.
48. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təsisçisi olmuş Elçin Ələkbərovun sözügedən müqavilələri bağlamaq səlahiyyətinin olmadığı qeyd olunsa da, işdə olan rəsmi sənədlərlə sübut olunur ki, Elçin Ələkbərov yalnız sözügedən müqavilələri deyil, digər şəxslərlə bağlanmış müqavilələri də təsisçi kimi imzalayıb və həmin müqavilələr rəsmi dövlət orqanları tərəfindən qanuni (legitim) sənəd kimi qəbul edilib. Bu hal Ədliyyə Nazirliyinin 15 fevral 2023-cü il tarixli məktubu ilə də təsdiq olunur və həmin məktubdan görünür ki, həmin dövrdə iddiaçının adından bağlanan müqavilələri Elçin Ələkbərov imzalayıb. İddiaçının təsis sənədləri hazırlanarkən, onun hazırkı rəhbərləri bütün təsis sənədləri barədə məlumatlı olub və digər müqavilələrin də təsisçi Elçin Ələkbərov tərəfindən imzalandığı onlara bəlli olub. Bundan başqa, 19 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, mübahisələndirilən 145 saylı mənzilə görə cavabdehin adından kommunal ödəniş qismində "xxxx" MMMC hesabına 50 manat pul ödənilib. Nəzərə alsaq ki, yaşayış binasındakı mənzillər bələdiyyədə fərdi qaydada d eyil, binanın mənsub olduğu qurum tərəfindən təqdim olunmuş siyahı əsasında qeydiyyatdan keçir. Mürvələdovların da daxil olduğu sakinlərin ümumi siyahısı məhz iddiaçı tərəfindən Xətai bələdiyyəsinə təqdim edilib. Kassasiya şikayətində Nofəl Arazovun izahatına istinad olunaraq, Xətai Sukanal idarəsinə təqdim edilmiş siyahının guya Aydın Mürvələdov tərəfindən təqdim edildiyi bildirilir. Halbuki, işdə olan rəsmi sənədlərlə bunun əksi təsdiq olunur. Belə ki, "xxxx" ASCnin Xətai rayon Sukanal idarəsindən əldə olunmuş 7 fevral 2023-cü il tarixli məktubdan görünür ki, sözügedən binada olan mənzillərə sayğacların quraşdırılmasına dair məktub da Elşən Ələkbərov tərəfindən imzalanıb. 3 aprel 2018-ci il tarixli müraciətdən görünür ki, sakinlərin adlı siyahısında Aydın Mürvələdov və Cavabdeh da adı ol ub və onların adlarına da abonent kodu verilib. “Ətraflı abonent kartı”ndan görünür ki, 145 saylı mənzil Cavabdeh, 295 saylı mənzil isə Aydın Mürvələdovun adınadır və həmin mənzillərə quraşdırılmış sayğaclar 16 iyul 2018-ci il tarixdən aktivdir. Aydın Mürvələdov öldükdən sonra ailə üzvləri bir çox əmlaklara aid sənədləri tapa bilməyiblər və 294 saylı mənzilə aid müqavilə itib. 295 saylı mənzilə dair müqavilədə mənzilin nömrəsinin düzəlişinə və maliyyə arayışında mənzilin nömrəsinin “296” göstərilməsi isə həmin sənədlərin tərtibi zamanı texniki səhvə yol verilməsi ilə bağlı olub. İddiaçının həmin vaxt və ondan sonra ötən xeyli müddət ərzində mübahisə açmaması onu göstərir ki, iddiaçı həmin müqavilələrin qanuni (etibarlı) olduğunu qəbul edib. Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyay a və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İddiaçının kassasiya şikayətində binanın layihə sənədlərinin 2016-cı ildə təsdiq olunduğu halda, tikintisinə rəsmi icazəsi olmayan və bilavasitə tikintisinə başlanılmayan binada yaşayış və qeyri-yaşayış sahələrinin satışı və müvafiq olaraq guya pul ödənişi edilməsini həqiqəti əks etdirməməsinə dair dəlilinin əsassızlığı ilə bağlı işdə olan, yaşayış binasının istismara verilməsinə dair 29 dekabr 2019-cu il tarixli, 231 saylı icazədən görünür ki, tikintiyə dair icazə 2016-cı ildə deyil, Bakı Şəhər İHB 7 iyun 2006-cı il tarixli, 146 saylı sərəncamı ilə verilib. Digər tərəfdən, yeni tikilmiş yaşayış binalarında mənzillərin və qeyriyaşayış sahələrinin satılması ilə bağlı formalaşmış təcrübədən o, da mə lumdur ki, tikintiyə başlamadan, artıq orada olan sahələrin satışı həyata keçirilir və bu qadağan olunmayıb. Qeyd olunan həmin icazə sənədində sözügedən binada qeyri-yaşayış sahəsinin 3.726 kv.metr olduğu qeyd edilib.
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2528/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), İspəndiyar Şəfiyev və Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi qismən, iddianın - "xxxx" MMM ilə cavabdeh arasında ünvan 7, 1 saylı binanın 2-ci giriş, 1 və 2-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 18 noyabr 2015-ci il tarixli, nömrəsiz müqavilənin, habelə "xxxx" MMM ilə cavabdeh arasında ünvan 7, 1 saylı binanın 1-ci giriş, 1 və 2-ci mərtəbəsində yerləşən sahəsi 1.000 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 22 iyun 2016-cı il tarixli, nömrəsiz müqavilənin etibarsız hesab edilməsinin rədd olunması hissələrində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
50. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı mübahisələndirilən 500 və 1.000 kv.metr qeyri-yaşayış sahələrinə aid hissədə rədd edərkən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından lazımi şəkildə araşdırmayıb.
51. Belə ki, həm 500 kv.metr qeyri-yaşayış sahəsinə dair cavabdehlə bağlanmış 18 noyabr 2015-ci il tarixli alğı-satqı müqaviləsini, həm də 1.000 kv.metr qeyri-yaşayış sahələrinə dair mərhum Aydın Mürvələdovla bağlanmış 22 iyun 2016-cı il tarixli alğı-satqı müqaviləsini satıcı qismində "xxxx" MMM (hazırda İddiaçı MTK çevrilib) qanuni təmsilçisi deyil, təsisçisi Elçin Ələkbərov imzalayıb. Halbuki, 10 avqust 2020-ci il tarixdən təşkilatihüquqi formasına görə kooperativə çevrilmiş İddiaçı MTK işə əlavə edilmiş Nizamnaməsinin 7.5-ci bəndində göstərilir ki, təsisçinin deyil, məhz qanuni təmsilçi kimi Kooperativin Sədrinin kooperativin adından müqavilələr bağlamaq; rəsmi sənədləri imzalamaq; Nizamnaməyə uyğun olaraq kooperativin əmlakı üzərində sərəncam vermək hüququ vardır.
52. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, mübahisəli qeyri-yaşayış sahələrinə dair həm cavabdehlə, həm də onun mərhum əri Aydın Mürvələdovla müqavilələr bağlanarkən "xxxx" MMM həmin vaxt qüvvədə olmuş Nizamnaməsinin surətini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, həmin Nizamnaməyə baxış keçirib "xxxx" MMM təsisçisinin həmin vaxt Müəssisənin adından alğı-satqı müqaviləsini imzalamaq, Müəssisənin əmlakı üzərində sərəncam vermək hüququnun olub-olmadığını araşdırmadan, mübahisəli qeyri-yaşayış sahələrinə münasibətdə iddiaçının qanuni təmsilçisinin alğı-satqı müqavilələrini sonradan bəyənməsinin nədə və hansı hərəkətlərində ifadə olunduğunu qətnamədə göstərmədən, başqa sözlə gəldiyi nəticəni hər hansı mötəbər yazılı sübutlarla (məsələn: iddiaçının qeyriyaşayış sahələrini cavabdehə və onun mərhum əri Aydın Mürvələdova təhvi l verməsinə dair akta; cavabdehin qeyri-yaşayış sahələrinə görə kommunal xərcləri ödəməsinə dair qəbzlərə, cavabdehin qeyri-yaşayış sahələrində təmir işləri aparmasına dair digər sübutlara və sair) əsaslandırmadan, yalnız bir şahid ifadəsinə və mübahisəli qeyri-yaşayış sahələrinə daxil olmaq üçün 1-ci və 2-ci giriş qapılarının açarlarının cavabdehin oğlu Nümayəndə2 olmasına əsaslanaraq, iddianı mübahisəli qeyri-yaşayış sahələrinə aid hissədə rədd etməsi qanuni və əsaslı sayıla bilməz. Çünki qeyd olunan hallar mübahisəli qeyri-yaşayış sahələrinin iddiaçının qanuni təmsilçisi tərəfindən cavabdehə təhvil verildiyi və iddiaçının qanuni təmsilçisinin sözügedən alğı-satqı müqavilələrini sonradan bəyənməsi anlamına gəlməyə açıq-aşkar əsas vermir.
53. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda "xxxx" MMM adından təsisçi kimi Elçin Ələkbərovun mübahisəli qeyri-yaşayış sahələrinə dair cavabdehlə və onun mərhum əri Aydın Mürvələdovla bağladığı sözügedən müqavilələr, səlahiyyətli şəxsin, yəni Müəssisənin qanuni təmsilçisinin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilməsi mülki iş materialları ilə təsdiq edilmədiyi üçün etibarlı sayıla bilməz. Çünki Mülki Məcəllənin 358-ci maddəsinin mənasına görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əqd bağlaması o, halda etibarlı sayıla bilər ki, həmin əqdin bağlanması bilavasitə səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verdiyi razılığı) ilə həyata keçirilmiş olsun və ya səlahiyyətli şəxs sonradan həmin əqdi bəyənsin.
54. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən alğı-satqı müqavil ələrinin bağlanmasına zahirən razılığı olmayan iddiaçının qanuni təmsilçisinin həmin müqavilələr barədə xəbərdar olub-olmadığı, həmin müqavilələri bəyəndiyini göstərən hərəkət və rəftarlara yol verib-vermədiyi və sair işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan, iddianın rədd edilməsi və ya iddiaçının qanuni təmsilçisinin alğısatqı müqavilələrinin bağlanmasına razılığının olması qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
55. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb belə qənaətə gəlmişdir ki, sözügedən alğı-satqı müqavilələrinin iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmaması (ona razılıq verməməsi) nəticəs ində sonradan bəyənilməsi barədə hazırkı iddiaya yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün, işin bütün müvafiq halları araşdırılmalı və yalnız bundan sonra iddianın mübahisəli qeyri-yaşayış sahələrinə aid hissədə əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
56. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahələrinə dair 18 noyabr 2015-ci il tarixli və 22 iyun 2016-cı il tarixli müqavilələr bağlanarkən "xxxx" MMM qanuni təmsilçisi Səbinə Ələkbərova olub. İddiaçı ilk gündən sözügedən müqavilələrin etibarlılığını, həmin müqavilələrin ümumiyyətlə "xxxx" MMM-in təsisçisi Elçin Ələkbərov tərəfindən imzalanmadığını, müqavilələrdəki möhürün Müəssisəyə məxsus olmadığını mübahisələndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallar üzrə heç bir araşdırma aparmadan, "xxxx" MMM qanuni təmsilçisi olmuş Səbinə Ələkbərovanın, təsisçisi olmuş Elçin Ələkbərovun hazırkı mübahisəli məsələyə münasibətlərini öyrənmədən, müqavilələrdəki imzaların, möhürün həqiqiliyini yoxlamadan, mübahisəli qeyri-yaşayış sahələrinin nə vaxt, hansı sübutla cavabdehə təhvil verildiyini, onun qeyri-yaşayış sahələrinə faktiki sahibliyinin, istifadənin nədə ifadə olunduğunu lazımi şəkildə araşdırmadan, yalnız iddiaçının nə əvvəlki, nə də sonrakı qanuni təmsilçilərinin qeyri-yaşayış sahələrinə iddialarını bildirməmələrini və həmin qeyri-yaşayış sahələri ilə maraqlanmamalarını əsas tutub, sözügedən alğı-satqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri po zmamaqla bağlandığı qənaətinə gəlib. Halbuki, iddiaçı, ilk gündən iddia edir ki, qeyri-yaşayış sahələrinə dair müqavilələrin mövcudluğu onlara yalnız mənzillərə dair araşdırma aparılarkən məlum olub.
57. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən alğı-satqı müqavilələrinin etibarlılığı üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur. Lakin hazırkı halda həmin müqavilələrin subyekt tərkibinə aid edilən şərt pozulub, yəni səlahiyyətsiz şəxs qeyri-yaşayış sahələrinə dair sərəncam verib, səlahiyyətli şəxsin isə həmin müqavilələri sonradan bəyənməsinə dair işdə heç bir sübut yoxdur. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə qeyd oluna n nöqsanlar aradan qaldırılmaqla yanaşı, sözügedən müqavilələrin etibarlılığı bir daha yoxlanılmalı, səlahiyyətli şəxsin sonradan həmin müqavilələri bəyənməsinə dair hərəkətləri araşıdırılmalı və yalnız bundan sonra iddianın qeyri-yaşayış sahələrinə aid hissədə əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.
58. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə mübahisəli qeyri-yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı heç bir araşdırma aparmayıb və qətnamədə binada ümumilikdə təqribən 2.230 kv.metr qeyri-yaşayış sahəsinin olduğunu, ondan 730 kv.metrinin satıldığını, 1.500 kv.metrinin isə boş qaldığını göstərsə də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, iddiaçının məhkəməyə təqdim etdiyi eskiz layihəsində binanın ümumi qeyri-yaşayış sahəsinin 1.80 0 kv.metr olduğu, yəni boş qalan sahənin 1.500 kv.metr deyil, cəmi 1.070 kv.metr olduğu qeyd edilib. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iş üzrə müvafiq ekspertiza keçirib sözügedən qeyriyaşayış sahəsinin texniki vəziyyətini, ümumi ölçüsünü, cavabdehə və onun mərhum əri Aydın Mürvələdovaya satılan hissəni müəyyən etməklə qeyd olunan suallara aydınlıq gətirməli idi. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
59. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2, habelə nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Həmçinin cavabdehin nümayəndəsi və vəkili Vəkil3 əlavə olaraq qeyd etmişdir ki, təqdim edilmiş müqavilə saxtadır. Binanın qeyriyaşayış sahəsinin 3 girişi var, müqavilədə 2 giriş olması qeyd olunub. İmtina ərizəsində 732 kv.m. qeyri-yaşayış sahəsindən imtina olunub. İddiaçı MTK tərəfindən tərtib edilmiş digər müqavilələrlə müqayisə zamanı aydın olur ki, təqdim edilmiş müqavilənin forması digər müqavilələrdən fərqlənir. İmzaların müqayisəsi zamanı müqavilədə qeyd olunan imzanın da Mürvələdova aid olmadığı müəyyən olunur.
60. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, əlavə olunmuş müqavilə MMM ilə Aydın Mürvələdov arasında qeyriyaşayış sahəsinin verilməsi barədə müqavilədir. Həmin müqavilədə qeyd olunan sahələr ekspert rəyi ilə də öz təsdiqini tapır. İmtina barədə ərizələr bu müqavilə üzrə əldə edilmiş sahələrə aiddir. MMM-in zamanında qeyri-yaşayış sahələri ilə bağlı bütün müqavilələr bu formada olub. Təqdim etdiyi müqavilə alğı-satqı müqaviləsi deyil, qarşı tərəfin podrat xidmətləri əvəzində qeyri-yaşayış sahəsinin verilməsini nəzərdə tutur və alğı-satqı qiymətinin podrat müqaviləsi ilə tənzimlənməsi müqavilədə qeyd olunub. 2017-ci ildə bu sahə ona podrat işlərinin əvəzində verilib. Müqaviləni MMM-in arxivindən yeni əldə etdiyi üçün bu günədək təqdim edə bilməmişdir.
61. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X16 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 2004-cü ildən Aydın Mürvələdovun sürücüsüdür. 2008-2009-cu ildən həmin bina tikilir, mənzillərdən satılanları istisna olmaqla digər bütün mənzi llər və onların açarları Aydın Mürvələdovun sərəncamında olmuşdur. Mübahisəli qeyri-yaşayış sahələri Aydın Mürvələdova məxsus olmuşdur. X35 şirkəti sifariş əsasında inşa etmişdir. Elçin Ələkbərov "xxxx" MMM-in rəhbəri idi. Elçin Ələkbərov həmin sahəni Aydın Mürvələdova vermişdi. 1-ci və 2-ci giriş Aydın Mürvələdovun arvadının mülkiyyətindədir. Aydın Mürvələdov ona 1-ci və 2-ci girişin sənədlərini həmin qeyri-yaşayış sahələrini həyat yoldaşı Cavabdeh adına özəlləşdirmək üçün verəcəyini demişdir. 1-ci və 2-ci girişin açarları binanın giriş qapıları qoyulandan sonra ondadır. Aydın Mürvələdov öləndə - təxminən 2014-cü ildən, yəni 5-6 il olardı ki, açarlar onda idi və həmin qeyriyaşayış sahəsinə maneəsiz girib-çıxırdı. Ondan başqa Nofəldə də açarlar var idi. Aydın Mürvələdovda hər 3 qapının aça rı var idi. Onda yalnız 1 və 2-ci girişin açarları var idi. Aydın Mürvələdov 3-cü qapıdan girib-çıxırdı. Həmin sahəyə o, Aydın Mürvələdov və Nofəldən başqa heç kim girib çıxmırdı. Mənzili təmir etmək lazım olanda 2-ci girişin açarlarını Nofələ verirdi ki, oraya tikinti materialları yerləşdirsin.
62. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X40 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, tikinti sahəsində işləyir. Aydın Mürvələdovu fəaliyyət göstərdiyi sahə ilə əlaqədar tanıyır. Aydın Mürvələdov sifariş əsasında tikinti işi ilə məşğul olurdu. Təxminən 2019-cu ilin mart ayında Aydın Mürvələdov ona obyektinin olduğunu demişdir. O, da həmin sahədə özünə məxsus tikinti materiallarının yerləşdirilməsinə şəraitin yaradılmasını xahiş etmişdir. Aydın Mürvələdov buna r azılıq vermiş və Elşadın ona açar verəcəyini demişdir. O, açarı Elşaddan götürüb sahəyə baxıb, daha sonra əşyaları həmin sahədə yerləşdirmişdir. Giriş qapısının və anbarın açarları onda olmuşdur. Binanın 3 girişi var idi, o, soldan 1-ci girişdən girmişdir. Girişdən sağ tərəfdə anbar var, əşyaları da ora qoymuşdur. Solda bir otaq var idi. Orada prorab otururdu. Əşyalarının orda olduğu müddətdə açar onda olmuşdur. O, Aydın Mürvələdov öləndən 2 ay sonra gedib əşyaları götürmüş və açarı Elşada təhvil vermişdir.
63. Məhkəmə kollegiyasının təşəbbüsü ilə X30 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
64. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1888 saylı ekspert rəyinə əsasən "xxxx" MMM ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsinin 2-ci vərəqində “satıcı” qrafasında aşağı hissəsində “İmza Qanuni nümayəndəB.” qrafasındakı imza, 49-cu vərəqində 18 noyabr 2015-ci il tarixli maliyyə arayışında "xxxx" MMM-in təsisçisi” qrafasında imza, 50-51-ci vər əqələrində "xxxx" MMM ilə X22 arasında bağlanmış 22 iyun 2016-cı il tarixli qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsinin 2-ci vərəqində “satıcı” qrafasında aşağı hissəsində “İmza Qanuni nümayəndəB.” qrafasındakı imza, 52-ci vərəqində 22 iyun 2016-cı il tarixli maliyyə arayışında "xxxx" MMM-in təsisçisi” qrafasında imza X30 tərəfindən icra olunmuşdur.
65. Məhkəmə kollegiyası tərəfindən həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8720 saylı ekspert rəyinə əsasən "xxxx" MMM tərəfindən ünvan 6 ünvanında inşa edilən 1 saylı, 2 girişli yaşayış binasının 1-ci girişinin 2 mərtəbəli olması, birinci mərtəbəsinin sahəsinin 320,7 kv.m., i kinci mərtəbəsinin sahəsinin 577 kv.m olmaqla ümumi sahələrinin içdən-içə 897,7 kv.m., çöldən-çölə 1.043,7 kv.m. olması, "xxxx" MMM tərəfindən ünvan 6 ünvanında inşa edilən 1 saylı, 2 girişli yaşayış binasının 2-ci girişinin ümumi sahəsinin içdən-içə 248,9 kv.m., çöldən-çölə 392,4 kv.m. olması, "xxxx" MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsində göstərilən 500 kv.metr qeyri-yaşayış sahəsinin mövcud olmadığı, təqdim edilmiş layihə sənədlərində göstərilən ölçülərə əsasən aparılmış hesablamalar nəticəsində 2-ci girişdə yerləşən qeyriyaşayış sahəsinin ümumi sahəsinin 392,4 kv.m. təşkil etməsi, "xxxx" MMM ilə X22 adlı şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsi”ndə göstərilən 1.0 00 kv.m. qeyri-yaşayış sahəsinin mövcud olmadığı, layihə sənədlərində göstərilən ölçülərə əsasən aparılmış hesablamalar nəticəsində 1-ci girişin 1ci, 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 1.043,7 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.
66. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-390/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsi ilə (X54 (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, məhkəmə ekspertizası tədqiqatının ümumi dəyərini təşkil edən 188 manat məbləğində pul vəsa itinin 50 manatının cavabdehdən, 138 manatının isə iddiaçı MTK-dan tutulması qət edilmişdir.
67. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMM (hazırda İddiaçı MTK) ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Qeyri-yaşayış sahəsinin alğı-satqı” müqaviləsinə əsasən satıcı ünvan 7 ünvanında yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2-ci girişdə, birinci, ikinci mərtəbədə, sahəsi 500 kv.m. olan qeyriyaşayış sahəsini tikib karkas şəklində alıcıya təhvil verməyi, alıcı isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMM ilə cavabdehin əri olmuş, mərhum Aydın Mürvələdovla xx.xx.2016-cı il tarixdə bağlanmış “Qeyri-yaşayış sahəsinin alğı-satqı” müqaviləsinə əsasən sonuncuya eyni binada 1 girişdə, birinci, ikinci mərtəbədə, sahəsi 1.000 kv.m. olan qeyri-ya şayış sahəsi eyni qaydada təhvil verilməli idi.
68. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hər iki müqaviləni satıcının adından X30 imzalamışdır. Müqavilələrdə olan imzaların ona məxsus olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1888 saylı ekspert rəyi ilə öz təsdiqini tapır. Lakin bu şəxs müqavilələr imzalanan tarixdə satıcı qismində çıxış edən cəmiyyətin qanuni təmsilçisi deyil, təsisçisi olmuş və bu baxımdan həmin müqavilələri imzalamaq səlahiyyətinə malik olmamışdır (tərəflər ümumiyyətlə bu halı mübahisələndirmir). Belə ki, cəmiyyətin nizamnaməsinə əsasən cəmiyyətin adından əqdlər bağlamaq səlahiyyəti məhz qanuni təmsilçilik funksiyasına malik olan direktora verilmişdir. Müqavilələrin bağlandığı dövrü də əhatə etmə klə xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək cəmiyyətin rəhbəri X21 olmuş və onun tərəfindən də X25 belə bir səlahiyyətin verildiyi müəyyən edilmir (məhkəmə kollegiyası təklif etməsinə baxmayaraq, X11 şahid qismində iştirakı təmin edilməmiş, lakin sonuncu məhkəməyə ünvanladığı ərizədə cəmiyyətin direktoru olduğu dövrdə qeyd edilən şəxslərin adına hər hansı müqavilənin olmadığını bildirmişdir). Həmin dövrdə X30 tərəfindən binada yerləşən hər hansı digər yaşayış sahələrinin alğı-satqısına dair müqavilələr imzalaması da onun mübahisəli qeyri-yaşayış sahələri üzərində sərəncam vermək və onların alğısatqısına dair müqavilələr imzalamaq hüququnun olmasını təsdiq etmir. Bununla belə, qeyd edilən müqavilələr satıcının adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
69. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, müqavilələr 2015-ci və 2016cı illərdə bağlanmasına baxmayaraq, sonrakı dövrdə həmin müqavilələrdə göstərilən müvafiq olaraq 500 kv.m. və 1.000 kv.m. qeyri-yaşayış sahələrinin cavabdehə və sağlığında (ölümündən sonra vərəsələrinə, o cümlədən cavabdehə) Aydın Mürvələdova təhvil verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Ötən dövr ərzində bu şəxslərin həmin əmlaklara sahiblik etməsi də müəyyən edilmir. Qeyri-yaşayış sahələri təmirsizdir, hazırda, hətta əvvəl həmin yerdə müxtəlif tikinti materialları saxlanılmış, iş icraçısı üçün otaq ayrılmışdır.
70. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, həmin sahələrin açarlarının cavabdehin (həmçinin, Aydın Mürvələdovun) oğlu Nümayəndə2 olması isə bu sahələrin onlara təhvil verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qeyri-yaşayış sahələrinin yerləşdiyi bina ümumilikdə məhz Aydın Mürvələdov (onun rəhbəri olduğu “MAQ” şirkəti) tərəfindən inşa edilmiş, yəni bu şəxs baş podratçı olmuşdur. Bu baxımdan nəinki qeyriyaşayış sahələrinin, hətta binada yerləşən bütün mənzillərin açarları onda olmuş və o, bütün yaşayış və qeyri-yaşayış sahələrinə sərbəst şəkildə girib-çıxmaq imkanına və səlahiyyətinə malik olmuşdur. Bu halı şahid qismində ifadəsi alınmış və vaxtı ilə onun sürücüsü olmuş X16 da təsdiq etmişdir. Onun ifadəsinə əsasən binada olan və satılanlar istisna olmaqla digər bütün mənzillər və onların açarları Aydın Mürvələdovun sərəncamında olmuşdur. Mübahisəli qeyri-yaşayış sahələrinin də açarları təxminən 2014cü ildən onda idi və həmin qeyri-yaşayış sahəsinə maneəsiz girib-çıxırdı. Ondan başqa X27 da (Aydın Mürəvələdovun şirkətində işləmiş, iş icraçısı olmuş, habelə binada komendant kimi fəaliyyət göstərmiş, hazırda da idarə olunmasında iştirak edir) açarlar var idi. Aydın Mürvələdovda hər 3 qapının açarı var idi. Onda yalnız 1 və 2-ci girişin açarları var idi. Aydın Mürvələdov 3-cü qapıdan girib-çıxırdı. Həmin sahəyə o, Aydın Mürvələdov və Nofəldən başqa heç kim girib çıxmırdı. Mənzili təmir etmək lazım olanda 2-ci girişin açarlarını Nofələ verirdi ki, oraya tikinti materialları yerləşdirsin.
71. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, işin birinci apellyasiya instansiyadakı icraatında məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı şahid qismində ifadəsi alınmış X41 da bildirmişdir ki, binanın təməli 2012-ci ildə qoyulmuş, ilk gündən o, binada iş icraşısı olmuş və qeyri-yaşayış sahəsində oturmuşdur. Qeyri-yaşayış sahələrinin hansı şəxsə məxsus olmasını bilmir. Qeyri-yaşayış sahələrinin açarları onda, X6 Mürvələdovda və mühafizəçidə var. Bu baxımdan qeyri-yaşayış sahəsinin sahibi məhz giriş qapısının açarlarının sahibi əsas götürülməklə müəyyən edildikdə, belə çıxır ki, X41, hətta mühafizəçi də qeyri-yaşayış sahələrinin sahibidir. Bu səbəbdən məhkəmə kollegiyası açarların X6 Mürvələdovda olmasını qeyri-yaşayış sahələrinin onlara məxsus olması qənaətinə gəlmək üçün əsas hesab etmir.
72. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, beləliklə qeyri-yaşayış sahələrinin binanın baş icraçısı olaraq Aydın Mürvələdovun istifadəsində olduğunu, həmin sahələrin ona və cavabdehə təhvil verilmədiyini, ümumiyyətlə onu n və cavabdehin həmin qeyri-yaşayış sahələrinə xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələrdən irəli gələn hər hansı fiziki və hüquqi bağlılığının olmadığını, qeyri-yaşayış sahələri ilə onun əlaqəsinin məhz baş podratçı (binanı inşa edən) olmasından irəli gəldiyini, açarların da onun oğlunda bu əsasla olduğunu təsdiq edir. Qeyri-yaşayış sahələrində mənzillərin təmiri zamanı tikinti materiallarının yerləşdirilməsi, binanın iş icraçısı (prorabı) üçün qeyri-yaşayış sahəsində iş otağının ayrılması və onun orada oturması da qeyri-yaşayış sahələrinin məhz cəmiyyətə (kooperativə) məxsus olmasının əyani sübutudur. Aydın Mürvələdovun ölümündən 2 ay sonra şahid X28 özünə məxsus əşyaları könüllü şəkildə qeyri-yaşayış sahəsində çıxartması da bunu təsdiq edir. Əks halda, açarların o na etibar edilməsi səviyyəsində Mürvələdovlarla yaxın münasibətdə olan bu şəxs həmin sahənin Aydın Mürvələdova məxsus olduğunu bilsə idi (ona məxsus olsa idi), onun ölümündən qısa müddət sonra əşyalarını götürməzdi. Hər halda, cavabdeh və onun oğlu Nümayəndə2 ona qarşı belə bir tələb irəli sürməmişdir.
73. Məhkəmə kollegiyası müqavilələrlə bağlı o halı da vurğulamışdır ki, xx.xx.2015-ci il tarixli müqavilə bağlanarkən həmin müqaviləni imzalayan X30 ilə Cavabdeh arasında razılaşma da bağlanmışdır. Razılaşmanın məzmununa əsasən müqavilədə göstərilən 500 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi pay bölgüsü olaraq X25 verilmiş (onun payına düşən hissədir) və bu sahənin dəyəri olan 1.250.000 manat X25 ödənilmişdir. Halbuki, binada olan əmlakın (payın) hər hansı formada bölüşdürülməsini təsdiq edən süb ut mövcud deyil. Hər bir halda, belə bir sənəd olsa idi, həmin sənəd də bu razılaşmaya əlavə edilmiş olardı. Bu da öz növbəsində X17 bu müqaviləni qanuni təmsilçinin (cəmiyyətin) razılığı olmadan (ümumiyyətlə belə bir razılığın alınması niyyəti olmadan), həmin əmlaka öz payına düşən əmlak kimi yanaşmaqla, öz iradəsinə uyğun olaraq bağladığını təsdiq edir. Eyni zamanda, belə bir razılaşmanın tərtib edilməsi X17 özünün də müqaviləni imzalamaq üçün səlahiyyətinin olmamasını bilməsi və bu razılaşma ilə öz imzasına hüquqi qüvvə verməsi anlamına gəlir. Həmçinin, X17 bu mövqeyindən belə qənaətə gəlmək olur ki, xx.xx.2016-cı il tarixli müqavilədə göstərilən sahə heç sübuta yetirilməyən bölgü üzrə də onun payına düşən sahə deyil. Bu müqaviləyə hər hansı razılaşma əlavə etməməklə X30 bu halla razı laşır. Lakin bütün bunlara baxmayaraq, xx.xx.2016-cı il tarixli müqaviləni belə bir səlahiyyətə malik olmasını təsdiq edən hər hansı sənəd əlavə etmədən imzalayır. Qeyd edilənlər həmin müqavilələrin qanuni təmsilçinin (cəmiyyətin) razılığı olmadan imzalandığını birmənalı şəkildə təsdiq edir.
74. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Aydın Mürvələdovla "xxxx" MMM arasında həmin ünvanda yerləşən və ümumi ölçüsü 730,10 kv.m. olan qeyri-yaşayış sahəsi ilə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. Bu hal tərəflərin izahatları ilə yanaşı, Aydın Mürvələdovun və onun arvadının (cavabdeh) xx.xx.2020-ci il tarixdə "xxxx" MMM-ə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizə ilə də sübuta yetir. Həmin ərizələrə əsasən Aydın Mürvələdov binanın 1-ci və 2-ci mərtəbəsində 730,10 kv.m. sahəsi ola n qeyri-yaşayış sahəsindən (pay haqqından) imtina etmiş, onun istənilən şəxsə satılmasına və rəsmiləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə hər hansı tələbinin olmayacağını göstərmiş, cavabdeh də bu məsələyə öz razılığını bildirmişdir. Cavabdeh tərəf həmin müqavilənin 3 girişdə olan qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı olduğunu və məhz ondan imtina edildiyini iddia edir. Halbuki, ərizələrdə imtina olunan sahənin hansı girişdə yerləşdiyi qeyd edilməmiş, yalnız 2 mərtəbəli və 730,10 kv.m ölçüdə olduğu göstərilmişdir. Bununla belə, həmin ərizələrdən (onların məzmunundan) Aydın Mürvələdovun məhz cavabdehin istinad etdiyi kimi, 3-cü girişin sahəsindən imtina etdiyi sübuta yetmir.
75. Məhkəmə kollegiyası həmin ərizəyə istinadən müqavilələrdə göstərilən sahələrin texniki vəziyyəti ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, ərizədə dəqiq şəkildə 1-ci və 2-ci mərtəbənin 730,10 kv.m. ölçüdə olduğu göstərildiyi bir halda, müqavilələrdə 1-ci girişdə olan 1-ci və 2-ci mərtəbənin 1.000 kv.m, 2-ci girişdə olan 1-ci və 2-ci mərtəbənin 500 kv.m. olduğu göstərilmişdir. Halbuki, 2-ci girişin ümumiyyətlə ikinci mərtəbəyə sərbəst çıxışı yoxdur, 2-ci girişin 2-ci mərtəbəsinə qalxmaq üçün ya birinci, ya da ki, 3-cü girişin piləkənindən istifadə etmək lazımdır. Digər tərəfdən həmin sahələrin real ölçüsü müqavilələrdə göstərilən ölçülərdən azdır. Bu hal, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə eksperti 1-ci girişin 1-ci (320,7 kv.m.) və 2-ci (577 kv.m.) mərtəbə sinin ümumi sahəsinin içdən-içə 897,7 kv.m, çöldən-çölə isə 1.043,7 kv.m, 2-ci girişin ümumi sahəsinin içdən-içə 248,9 kv.m., çöldən-çölə isə 392,4 kv.m. olduğunu müəyyən etmiş və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8720 saylı ekspert rəyi verilmişdir. Halbuki, binanın baş podratçısı olan və layihə, o cümlədən ölçülər barədə tam məlumatlı olan Aydın Mürvələdov həmin müqavilələr üzrə (digər müqavilənin tərəfi də onun arvadı olmuşdur) sahələri bu qaydada müəyyən etməli deyildi. Bununla belə, hüquqi nəticə etibarı ilə müqavilədə Aydın Mürvələdov üçün aydın şəkildə mövcud olmayan sahələr göstərilmişdir. Bunun üçün real imkanlar olmasına baxmayaraq, sonrakı dövrdə də müqaviləyə sahələrlə bağlı hər hansı dəyişik lik edilməmişdir.
76. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlmişdir ki, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli alğı-satqı müqavilələri X30 tərəfindən imzalanmış, lakin həmin vaxt o, cəmiyyətin qanuni təmsilçisi deyil, təsisçilərindən biri olmuş, bu baxımdan bu müqavilələri imzalamaq səlahiyyətinə malik olmamışdır. Bu müqavilələrin imzalanmasına nəinki qanuni təmsilçi tərəfindən razılıq verilməmiş, ümumiyyətlə qanuni təmsilçinin bu barədə hər hansı məlumatı olmamışdır. Sonrakı dövrdə də qanuni təmsilçinin (ümumilikdə cəmiyyətin) bu müqavilələrlə razılaşdığını və bəyəndiyini təsdiq edən hər hansı hərəkət edilməmiş, belə bir rəftara yol verilməmiş, müqavilələrdə göstərilən qeyri-yaşayış sahələri ölçü etibarı ilə reallıqda olmamaqla yanaşı, hər hansı bir hissəd ə də cavabdehə və Aydın Mürvələdova təhvil verilməmiş, bununla bağlı hər hansı rəsmiləşdirmə aparılmamış, Aydın Mürvələdov bu sahələrdən baş podratçı statusundan irəli gələrək istifadə etmişdir. Hüquqi nəticə etibarı ilə həmin müqavilələr Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər (əqdin etibarlılığına dair şərtlər) pozulmalqa bağlanmışdır. Bu da öz növbəsində həmin müqavilələrin etibarsız olmasını təsdiq edir.
77. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 324.6, 329.4, 337.1, 337.2, 337.3, 337.4, 355.1, 355.2, 357, 358.1, 358.2, 360.1, 360.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının A zərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
78. Qətnamədən Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd ddilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
79. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarını düzgün qiymətləndirməyərək, qənaətə gəlmişdir. Məhkəmənin qənaətinin yanlış olması ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə iş in düzgün və ədalətli həlli baxımından, iddianın həm mübahisələndirilən müqavilələrin bağlanmasından uzun müddət (6-7 il) sonra, həm də Aydın Mürvələdovun sağlığında deyil, ölümündən sonra qaldırılması səbəbinə və bu zaman iddiaçı hüquqi şəxsin (əvvəl MMM, sonra isə MTK-nın) sahiblərinin (təsisçilərinin) kimlər olmasına, iddiaçının nümayəndəsinin məhkəmədə yanlış təsəvvür yaratmağa yönəlmiş hərəkətlərinə, hətta saxta sənəd təqdim etməsinə əhəmiyyət verməmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi "xxxx" MMM (qətnamədə səhvən MMC kimi göstərilmişdir) 1998-ci ildə təsis olunmuş, xx.xx.2020-ci il tarixədək təsisçiləri X30 və onun həyat yoldaşı X20 olmuşdur. Habelə, MMM-in qanuni təmsilçisi 26 noyabr 2012-ci ildən 01 avqust 2017-ci il tarixədək X21 (təsiçil ərin qızı) olmuşdur. Başqa sözlə, ailə şirkəti olmuşdur. xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, MMMdəki təsis payları başqa şəxslərə satılmış və təsisçilərin tərkibi tamamilə yenilənərək, MMM-in sahibləri (rəhbərliyi) yeni şəxslər olmuşdur. 10 avqust 2020-ci il tarixdə "xxxx" MMM təşkilati-hüquqi formasına görə İddiaçı Mənzil Tikinti Kooperativinə çevrilmişdir. 08 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 16 dekabr 2022-ci il tarixdən hazırkı vaxtadək İddiaçı MTK təsisçiləri X5, X26, X32, X49 və Qanuni nümayəndədur. Göründüyü kimi, İddiaçı MTK-nin təsisçiləri və rəhbərliyi 2020-ci ildə tam şəkildə yenilənmiş, hətta təşkilati-hüquqi forması dəyişmişdir. Məlum olduğu kimi, istər hüquqi şəxsin tərkibi yenilənərkən, istərsə də təşkilati-hüquqi forması dəyişərkə n, təhvil-təslim işləri həyata keçirilir və hüquqi şəxsin balansında olan əmlak (satılmamış qalan) rəsmi sənəd (Akt) əsasında yeni mülkiyyətçilərə təhvil verilir. Bu baxımdan, iddiaçı mübahisələndirilən əmlakların MMM-in balansında qalmasını və onların yeni mülkiyyətçilərə (təsisçilərə və MTK-ya) təhvil verildiyini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Deməli, həqiqətən də mübahisələndirilən yaşayış və qeyri-yaşayış sahələri təhvil-təslimə qədər satılmış və cavabdehin mülkiyyətində olmuşdur. Məntiqi düşüncəyə əsasən, əgər kifayət qədər yüksək dəyəri olan həmin qeyri-yaşayış sahələri MMM-in mülkiyyətində olmuş olsaydı, yeni rəhbərlik dərhal buna sahiblənərdi və ya satmağa cəhd edərdi. Lakin, belə bir hal olmamışdır. Əksinə, yeni rəhbərlik hələ o zaman mübahisələndirilən sahələri n cavabdehin ailəsinin sahibliyində və istifadəsində olduğunu bilmiş, lakin heç bir etiraz bildirməmişdir.
80. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, iddia niyə məhz, Aydın Mürvələdovun sağlığında deyil, onun ölümündən sonra qaldırılmışdır. Bütün bunlar onu təsdiq edir ki, MTK-nin yeni rəhbərliyi Aydın Mürvələdovun ölümündən istifadə edərək, hazırkı məhkəmə mübahisəsini açmaqla, qərəzli, qanunsuz və əsassız olaraq sözügedən əmlakları nə yolla olur-olsun onun ailəsinin (cavabdehin) əlindən almaq məqsədi güdmüşdür. İddiaçının subyektiv mülahizəsini əsas götürən məhkəmə kollegiyası hesab etmişdir ki, təsisçi olmuş Elçin Ələkbərovun müqavilə bağlamaq (imzalamaq) səlahiyyəti olmamışdır. Lakin işdə olan rəsmi sənədlərlə birmənalı olaraq sübut olunur ki, Elçin Ələkbərov təkcə Mürvələdovlar la bağlanmış müqavilələri deyil, onlarla yanaşı digər şəxslərlə bağlanmış müqavilələri də təsisçi qismində imzalamış və həmin müqavilələr rəsmi dövlət orqanlarında qanuni (legitim) sənəd olaraq qəbul edilmişdir. O cümlədən, mübahisələndirilən yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ünvanda inşa olunmuş yaşayış binasında mənzil əldə etmiş bir qrup şəxs tərəfindən 2021-ci ildə təsis olunaraq, fəaliyyət göstərən "xxxx" MMMC adlı qurumun üzvlərinin (təsisçilərinin) adına olan müqavilələrin, xüsusən də, Mürvələdovlara aid müqavilələrin bağlandığı dövrü əhatə edən 2014-2017-ci illərdə bağlanmış müqavilələrin "xxxx" MMM-in adından hansı vəzifəli şəxsin (təsisçi direktor və s.) bağladığının aydınlaşdırılması məqsədi ilə verilmiş vəkil sorğusuna ƏN-nin Qeyri-hökumət təşkilatları ilə iş idar əsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-131172/2/2023 saylı cavab məktubdan görünür ki, həmin dövrdə "xxxx" MMM-in adından bağlanan müqavilələri Elçin Ələkbərov təsisçi qismində imzalamışdır”. Eləcə də, iddiaçının ƏN-dən əldə etdiyi arayışda "xxxx" MMMC-nin üzvlərinin adına olan müqavilələrin bir qisminin (2017-ci ildən sonra bağlanmış müqavilələrin) direktor Elşən Ələkbərov tərəfindən imzalandığının qeyd olunması onu təsdiq edir ki, hələ 2021-ci ildə həmin Cəmiyyətin təsis sənədləri hazırlanarkən, İddiaçı MTK-nin hazırkı rəhbərliyinin digər qisim müqavilələrin təsisçi Elçin Ələkbərov tərəfindən imzalandığı da onlara bəlli olmuşdur. Məhkəmənin “təsisçi Elçin Ələkbərovun müqavilə bağlamaq səlahiyyətinin olmaması” məntiqinə əsaslanılsa, belə çıxır ki, qeyd olunan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis sənədlərində olan Elçin Ələkbərovun imzalayaraq bağladığı müqavilələrin də hüquqi qüvvəsi yoxdur və buna görə də həmin cəmiyyətin təsis sənədləri etibarsız olduğundan fəaliyyəti qanunsuzdur. Halbuki, yuxarıda qeyd olunduğu kimi sözügedən cəmiyyət təsis olunub Ədliyyə Nazirliyində qeydiyyatdan keçərkən, təsisçi Elçin Ələkbərov tərəfindən imzalanaraq digər şəxslərlə yaşayış sahəsinin alğı-satqısına dair bağlanmış bütün müqavilələr qanuni sənəd olaraq qəbul edilmiş və heç kim tərəfindən, o cümlədən, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Deməli, göstərilənlər, yəni eyni bir şəxsin- ailə şirkətinin təsisçisi Elçin Ələkbərovun eyni hüquqi qüvvəyə malik olan müqavilələri imzalaması, ona həmin vaxt direktor olan qızı Səbinə Ələkbərova tərəfindən müqavilələri imza lamağa, o cümlədən Mürvələdovlara aid olan müqavilələri imzalamağa səlahiyyət verildiyini (təmsilçiliəyə dair etibarnamə olduğunu) təsdiq edir. Digər tərəfdən, mübahisələndirilən müqavilələrin və maliyyə arayışlarının MMM-in möhürü ilə möhürlənməsi də təsdiq edir ki, Elçin Ələkbərov ailə şirkətinin təsisçisi olmasına baxmayaraq, direktor olan qızının verdiyi səlahiyyət (razılıq) əsasında MMM-in təmsilçilik funksiyalarını da yerinə yetirmişdir. Sadəcə, hüquqi şəxsin bütün sənədlərini özündə saxlayan iddiaçı qəsdən həmin etibarnaməni gizlədərək, məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidr ki, bundan əvvəlki icraatlarda iddiaçının nümayəndəsi müqavilədə olan imzaların və möhürün saxtalaşdırıldığını iddia edirdi. Lakin iş üzrə keçirilmiş ekspertizanın xx.xx.2024-cü il tarixli, 4/1888 saylı ek spert rəyi ilə onun bu iddiaları təkzib olundu. Bu fakt bir daha təsdiq edir ki, Mürvələdovlara aid müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması adı ilə mübahislənədirilməsi qərəzlidir və məqsədyönlü şəkildə həmin əmlakların qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir.
81. Digər tərəfdən, hətta hesab olunsa ki, Elçin Ələkbərovun cavabdehə aid olan müqavilələri imzalamaq səlahiyyəti olmamışdır, yenə də aşağıda göstərilənlər mübahisələndirilən müqavilələrin etibarlı olduğunu təsdiq edir. Belə ki, araşdırma zamanı tədqiq olunan sübutlarla (şahid ifadələri, yerli baxış və s.) kifayət qədər təsdiq olunmuşdur ki, mübahisləndirilən qeyri-yaşayış sahələri uzun müddətdir fasiləsiz olaraq cavabdeh tərəfin sahibliyində və istifadəsindədir. Həmin sahələrə qapılar quraşdırıldığı il k gündən açarları Mürvələdovlar ailəsində olmuş, hətta onlar həmin sahəni müvəqqəti olaraq başqasının da istifadəsinə vermişlər və bütün bunlar MMM-in istər əvvəlki, istərsə də sonrakı təsisçilərinin və direktorlarının gözləri qarşısında olmuş, 2022-ci ilin ortalarına qədər lakin heç bir etiraz edilməmiş, mübahisə açılmamışdır. Göstərilən hallar, sözügedən qeyri-yaşayış sahəsinə dair müqavilələrin mülki qanunvericiliyin istər əvvəlcədən verilmiş razılıq, istərsə də sonradan bəyənilmə institutlarına dair normalarının tələbləri baxımından MMM-in rəhbərliyi tərəfindən qəbul edildiyini və etibarlı əqd olduğunu təsdiq edir. Hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir”. Bu baxımdan, direktorun deyil, təsisçinin müqavilələri imzaladığına görə işdə olan sübutları düzgün qiymətləndirmədən formal və subyektiv mülahizələr əsasında həmin əqdlərin etibarsız hesab olunması “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli qərarında ifadə etdiyi kimi, mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Şərh olunanlardan göründüyü kimi işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, mübahisələndirilən əqdləri qanunsuz və əsassız olaraq etibarsız hesab etmişdir.
82. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi sübutların təmin olunmasından əsassız olaraq imtina etmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, sübutların saxtalaşdırılması faktına əhəmiyyət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin “Aydın Mürvələdov bu sahələrdən Baş podratçı statusundan irəli gələrək istifadə etmişdir”, qiymətləndirməsinin (qənaətinin) yanlış olması ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə nəzərə almamışdır ki, 29 noyabr 2019-cu il tarixdə Azərbay can Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin 27 noyabr 2019-cu il tarixli, 0251 saylı müsbət rəyi nəzərə alınaraq 29 noyabr 2019-cu il tarixdən sözügedən yaşayış binasının istismarına icazə verilmişdir. Bu baxımdan, Aydın Mürvlədov Baş podratçı kimi binanı tikib təhvil verdiyindən, onun statusuna da göstərilən tarixdən xitam verilmiş və əgər, doğrudan da yalnız baş podratçı kimi mübahisələndirilən sahələrdən istifadə edirdisə, qeyd olunan vaxtdan sonra onun həmin sahələri də təhvil verib çıxmalı idi. Lakin müəyyən edildiyi kimi, bina istismara təhvil verildikdən sonra da mübahisələndirilən sahələr vəfat etdiyi günədək Aydın Mürvələdovun, ölümündən sonra isə ailəsinin sahibliyi və istifadəsində olmuşdur. Deməli, Aydın Mürvələdov və onun ailəsi heç də Baş podratçı qismində deyil, həqiqi mülkiyyətçi qismində sözügedən sahələrdən istifadə etmişdir. Eləcə də, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qeyri-yaşayış sahələrinin giriş qapılarının açarlarının cavabdeh tərəfdə olmasına münasibətdə hesab etmişdir ki, bu hal həmin sahələrinin onlara məxsus olması qənaətinə gəlmək üçün əsas vermir. Məhkəmə kollegiyasının bu yanaşması ilə bağlı qeyd etmişdir ki, giriş qapılarının açarlarının kimdə olmasına qiymət verilərkən, məhkəmə açarların ən azı bir nüsxəsinin özünü mülkiyyətçi hesab edən iddiaçı (onun nümayəndəsi) tərəfdə ümumiyyətlə olmadığına əhəmiyyət verməmişdir. Sadə məntiqi düşüncəyə əsasən, yeni tikilmiş yaşayış binasında satılmamış mənzil və qeyri-yaşayış sahələrinin açarlarının binanın sahibində olmalı ol duğundan, sözügedən sahələr də satılmamış olsaydı, açarları da iddiaçı tərəfdə olardı. Lakin göründüyü kimi, belə olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının nümayəndəsi (direktoru) Qanuni nümayəndə məhkəmədə yanlış təsəvvür yaratmaq üçün məhkəməyə saxtalığı açıq-aşkar görünən sənədləri təqdim etməsinə əhəmiyyət verməmiş, nümayəndənin məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görməmişdir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, qeyri-yaşayış sahələrinin yerləşdiyi bina 2 girişli olmuş, lakin binanın birinci və ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi binanın arxa tərəfinə baxmaqla 3 girişli olmuşdur, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli müqavilələrlə 1-ci və 2-ci girişdə olan ümumilikdə 1.500 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi, xx.xx.2017-ci il t arixdə isə 3-cü girişdə olan 730,10 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Mürvələdovlar ailəsinə satılmış, lakin sonradan xx.xx.2020-ci il tarixdə Mürvələdovlar 3-cü girişdə olan sahədən imtina etmişlər və müqaviləni MMM-ə qaytarmışlar. Həmçinin qeyd olunmalıdır ki, 2022-ci ildən iddiaçı tərəfindən başlanan və indiyədək davam edən məhkəmə prosesi ərzində dəfələrlə iddiaçının nümayəndəsinə təklif olunmuşdur ki, xx.xx.2017-ci il tarixli müqaviləni məhkəməyə təqdim etsinlər, lakin müqavilə təqdim edilməmişdir. Yeni apellyasiya baxışı zamanı, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Elektron məhkəmə sisteminə “digər sənədlər” başlığı altında həqiqiliyi açıq-aşkar şübhə doğuran, tarixi 03 oktyabr 2017-ci il kimi göstərilən “Qeyri-yaşayış sahəsinin alğı-satqısı müqaviləsi” və Maliyyə arayışı yerləşdirilmişdir. Qeyd olunan müqavilənin predmeti kimi hazırkı iş üzrə mübahisə predmetini təşkil edən, ünvan 8 ünvanında yerləşən 1 saylı, 2 girişli yaşayış binasının 1-ci giriş birinci və ikinci mərtəbəsindəki qeyri-yaşayış sahəsi göstərilmişdir. Halbuki, sözügedən qeyri-yaşayış sahəsinə dair Aydın Mürvələdovla "xxxx" MMM-in arasında 22 iyun 2016-cı il tarixli müqavilə bağlanmışdır. İddiaçının təqdim etdiyi müqavilə və maliyyə arayışı struktur və məzmun baxımından "xxxx" MMM-in 2014/19-cu illərdə istər yaşayış, istərsə də qeyri-yaşayış sahələrinin alğı-satqısına dair bağladığı müqavilələrdən və alıcılara verilmiş maliyyə arayışlarından kəskin şəkildə fərqlənir. Habelə, müqavilədə Aydın Mürvələdovun adı qarşısındakı imza da onun imzasından fərqli şəkildə icra olunmuşdur. Qeyd olunan hal lar iddiaçının təqdim etdiyi həmin müqavilənin iddia qaldırıldıqdan sonra arxa tarixə tərtib olunmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin (sübutları saxtalaşdırma) törədilməsini deməyə əsas verir. Odur ki, göstərilən xüsusatın ekspertiza təyin olunaraq araşdırılması üçün vəsatət verilmiş, lakin məhkəmə əsassız olaraq, vəsatəti təmin etməkdən imtina etmişdir. Halbuki məhkəməyə lazım gəlirdi ki, vəsatəti təmin edərək, iddiaçı tərəfin məhkəməni aldatmağa cəhd etməsi faktını aşkara çıxarsın və sübutu saxtalaşdıran şəxs(lər)in cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq qərar qəbul etsin. Bundan başqa, məhkəmə iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyi də məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmə kollegiyası yenə də iddiaçının şəxsi subyektiv mülahizələrini əsas götürərək guya, mübahisələndirilən müqavilələrdə göstərilən ölçüdə qeyri-yaşayış sahəsinin olmadığı qənaətinə gəlmişdir. Bununla bağlı qeyd edilməlidir ki, mübahisələndirilən əmlakın ümumi sahəsi 1.500 kv.m-dir. məlum olduğu kimi yeni tikilən binalarda müqavilə bağlanarkən, iç divarların (arakəsmələrin) ölçüləri nəzərə alınmadan, yəni ümumi sahədən çıxılmadan sahənin ölçüsü çöldən-çölə götürülməklə hesablanır. Ekspert tədqiqatı zamanı da müəyyən edilmişdir ki, 1-ci və 2-ci girişdə olan qeyri-yaşayış sahələrini ümumilikdə ölçüsü 1.500 kv.m-dən bir qədər az – 1.436,1 kv.m-dir. Məhkəmə bu fakta da düzgün qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
83. İddiaçı MTK-nın sədri Qanuni nümayəndə cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
84. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
85. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
86. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
87. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məz munu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
88. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
89. Maddə 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.
90. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
91. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
92. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
93. Maddə 337.4. Etibarsız əqd onu n etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
94. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
95. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
96. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
97. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
98. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
99. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
100. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
101. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar i stisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nə zərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
102. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəz ərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
103. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə m üvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
104. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
105. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
106. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsl ərin izahatları ilə müəyyən edilir.
107. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
108. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
109. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
110. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
111. Maddə 416.1. Ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
112. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
113. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
114. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
115. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
116. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
117. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
118. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
119. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
120. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtl ər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
121. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanı n şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
122. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
123. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" X12 28 dekabr 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi X38 olmuşdur. xx.xx.2000-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən MMM-in təsisçisi X30, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2-569/2006 nömrəli, 9 oktyabr 2006-cı il tarixli qərardadına əsasən isə 8 noyabr 2006-cı il tarixdən MMM-in həmtəsisçiləri X30 və X20 olmuşdur. Həmçinin 26 noyabr 2012-ci ildən 1 avqust 2017-ci il tarixədək MMM-in rəhbəri X21 olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7 iyun 2006-cı il tarixli, 146 saylı sərəncamı ilə MMM-yə ünvan 1 ünvanda 2 girişli, zirzəmili, 14 (+mansard) mərtəbəli yaşayış binasının inşasına icazə verilmişdir. MMM-in sifarişinə əsasən qeyd olunan ünvanda, 2 girişli, 14 (+mansard) mərtəbəli, sahəsi 13.258,0 kv.metr olan 104 mənzildən (yaşayış üçün istifadə olunan mansardla birlikdə), sahəsi 3.726,0 kv.metr olan qeyriyaşayış sahələrindən (zirzəmi, 1-ci və 2-ci mərtəbə da daxil olmaqla) ibarət, ümumi sahəsi 18.156,9 kv.metr olan yaşayış binası inşa edilmişdir. MMM-in təsisçisi X30 ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, 5 saylı alğı-satqı müqaviləsinə əsasən binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən, 3 otaqlı, sahəsi 114,33 kv.metr olan 145 saylı mənzil 137.196 manata; təsisçi X30 ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli, nömrəsiz alğı-satqı müqaviləsinə əsasən binanın 2-ci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən 500 kv.metr qeyri-yaşayış sahəsi 1.250.000 manata; təsisçi X30 ilə X22 arasında bağlanmış 22 iyun 2016-cı il tarixli, nömrəsiz alğı-satqı müqaviləsinə əsasən binanın 1-ci giriş, 1-ci və 2-ci mərtəbədə yerləşən 1.000 kv.metr qeyri-yaşayış sahəsi 2.500.000 manata; təsisçi X30 ilə X22 arasında bağlanmış 28 noyabr 2017-ci il tarixli, 91 saylı alğı-satqı müqaviləsinə əsasən binanın 2-ci giriş, mansardda yerləşən, 3 otaqlı, sahəsi 117,01 kv.metr olan 295 saylı mənzili 140.412 manata onlara satılmışdır. ünvan 7, “Yeni Bulvar” yaşayış kompleksinin layihəsindən görünür ki, həmin layihə xx.xx.2016-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsal ma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin 27 noyabr 2019-cu il tarixli, 0251 saylı müsbət rəyi nəzərə alınaraq 29 noyabr 2019-cu il tarixdən sözügedən yaşayış binasının istismarına icazə verilmişdir. X22 xx.xx.2020-ci il tarixdə MMM-ə ünvanlandığı ərizəsində, xx.xx.2017ci il tarixli müqaviləyə əsasən adına olan, mübahisəli ünvandakı binanın 1-ci və 2-ci mərtəbədə yerləşən 730,10 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsindən, pay haqqından imtina etdiyini və adına olan müqavilənin və pay haqqının istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etiraz etmədiyini göstərmişdir. Həmin tarixdə Cavabdeh da MMM-ə eyni məzmunlu ərizə vermişdir. 7 may 2020-ci il tarixli müəssisədəki payın alğı-satqısı barədə müqaviləyə əsasən, MMM-in payları yeni təsisçilər X5, X26, X32, X49 və X1. 10 avqust 2020-ci il tarixdə "xxxx" MMM təşkilati-hüquqi formasına görə İddiaçı Mənzil Tikinti Kooperativinə çevrilmiş, Nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. 16 dekabr 2022-ci il tarixdən hazırkı vaxtadək İddiaçı MTK-nın təsisçiləri X5, X26, X32, X49 və Qanuni nümayəndədur. 16 dekabr 2022-ci il tarixdən hazırkı vaxtadək İddiaçı MTK qanuni təmsilçisi Qanuni nümayəndədur. xx.xx.2020-ci il tarixli təhvil-təslim akına əsasən MTK-nın təsisçiləri mübahisəli ünvanda yerləşən, 1 saylı, 2 girişli, 15 mərtəbəli (1-ci və 2-ci mərtəbə qeyri-yaşayış, 13 mərtəbə yaşayış), zirzəmili binada aid olan sənədlər, qurğular və avadanlıqları, o cümlədən layihəyə uyğun olaraq 104 ədəd mənzilləri (layihəyə uyğun sahəsi 12.381 kv.metr olan); 1-ci, 2-ci mərtəbədə qeyri-yaşayış sahələrini (lay ihəyə uyğun sahəsi 1.800 kv.metr olan) və zirzəmini (layihəyə uyğun sahəsi 980 kv.metr olan) və yaşayış binasının ətrafındakı ərazini qəbul etmişlər. X22 1 iyul 2020-ci il tarixdə Bakı şəhərində ölmüş, onun ölümündən sonra vərəsələrinin ərizəsinə əsasən 3 fevral 2021-ci il tarixdə notariat orqanında vərəsəlik işi açılıb və onun vərəsələri - arvadı Cavabdeh, övladları Nümayəndə2, X23, X24 və X33 hesab edilmişdir.
124. Həmçinin müəyyən edilmişdir ki, cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin adından əqdlər bağlamaq səlahiyyəti məhz qanuni təmsilçilik funksiyasına malik olan direktora verildiyi halda, 2014-2017-ci illərdə "xxxx" MMM-in adından qeyd olunan ünvana aid mənzil və qeyri-yaşayış sahələrinə aid bağlanan müqavilələri təsisçi kimi Elçin Ələkbərov imzalamışdır. Bundan başqa MMM-in dir ektoru kimi Elçin Ələkbərov tərfindən imzalanaraq təqdim edilmiş siyahıya əsasən, inşa olunmuş sözügedən çoxmənzilli yaşayış binasında Cavabdeh aid 145 saylı mənzil və Aydın Mürvələdova aid 294 və 295 saylı mənzillərə su sayğacları Xətai Sukanal İdarəsi tərəfindən quraşdırılmış və plomblanmışdır.
125. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8720 saylı ekspert rəyi ilə, mübahisəli ünvanda yerləşən binasının 1-ci girişinin 2 mərtəbəli olması, birinci mərtəbəsinin sahəsinin 320,7 kv.m., ikinci mərtəbəsinin sahəsinin 577 kv.m olmaqla ümumi sahələrinin içdən-içə 897,7 kv.m., çöldən-çölə 1.043,7 kv.m. olması, qeyd olunan ünvanda inşa edilən 1 saylı, 2 girişli yaşayış binasının 2-ci girişinin ümumi sahəsinin içd ən-içə 248,9 kv.m., çöldən-çölə 392,4 kv.m. olması, MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli qeyriyaşayış sahəsinin alğı-satqı müqaviləsində göstərilən 500 kv.metr qeyri-yaşayış sahəsinin mövcud olmadığı, təqdim edilmiş layihə sənədlərində göstərilən ölçülərə əsasən aparılmış hesablamalar nəticəsində 2-ci girişdə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 392,4 kv.m. təşkil etməsi, MMM ilə Aydın Mürvələdov adlı şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsi”ndə göstərilən 1.000 kv.m. qeyri-yaşayış sahəsinin mövcud olmadığı, layihə sənədlərində göstərilən ölçülərə əsasən aparılmış hesablamalar nəticəsində 1-ci girişin 1-ci, 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 1.043,7 kv.m. təşkil etdi yi müəyyən edilmişdir.
126. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh 500 kv.metr qeyri-yaşayış sahəsinin satılmasına dair MMM ilə bağlanmış 18 noyabr 2015-ci il tarixli, nömrəsiz alğısatqı müqaviləsinin və onun mərhum əri Aydın Mürvələdova 1.000 kv.metr qeyri-yaşayış sahəsinin satılmasına dair MMM ilə bağlanmış 22 iyun 2016-cı il tarixli, nömrəsiz alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin hissədə qətnaməni həmin hissədə dəyişdirilmədən saxlayarkən gəldiyi nəticəni hazırkı qərarın 67-76-cı paraqraflarında əsaslandırmışdır.
127. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb h esab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
128. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə əlavə kimi onu da qeyd edir ki, Cavabdeh 500 kv.metr qeyri-yaşayış sahəsinin satılmasına dair MMM ilə bağlanmış 18 noyabr 2015-ci il tarixli, nömrəsiz alğı-satqı müqaviləsi və onun mərhum əri Aydın Mürvələdova 1.000 kv.metr qeyri-yaşayış sahəsinin satılmasına dair MMM ilə bağlanmış 22 iyun 2016-cı il tarixli, nömrəsiz alğı-satqı müqaviləsi, MMM-in adından həmin müqavilələri bağlamaq səlahiyyəti olmayan şəxs, təsisçi Elçin Ələkbərov tərəfindən imzaladığından, hüquqi nəticə etibarı ilə Mülki Məcəllənin 337.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri (əqdin etibarlılığına dair şərtlər) pozmaqla bağlandığından etibarsızdır.
129. Bundan başqa göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8720 saylı ekspert rəyi ilə, binanın 1ci girişin 1-ci (320,7 kv.m.) və 2-ci (577 kv.m.) mərtəbəsinin ümumi sahəsinin içdən-içə 897,7 kv.m, çöldən-çölə isə 1.043,7 kv.m, 2-ci girişin ümumi sahəsinin içdən-içə 248,9 kv.m., çöldən-çölə isə 392,4 kv.m. olduğunu müəyyən edildiyindən, binanın qeyd olunan mərtəbələrində ümumilikdə 1.500 kv.m. qeyri-yaşayış sahəsinin mövcud olmadığı təsdiqini tapdığından, binanın razılaşdırılmış texniki plan sexminə uyğun gəlməyən, yəni binanın dəqi q eskiz layihəsi təsdiq olunana kimi, daha əvvəlki tarixlərdə, yəni 18 noyabr 2015-ci il tarixdə bağlanmış müqavilədə Cavabdeh 500 kv.m. və 22 iyun 2016-cı il tarixdə bağlaınmış müqavilədə Aydın Mürvələdova 1.000 kv.m. qeyri-yaşayış sahəsinin verilməsi barədə müqavilələr üzrə, dəqiq eskiz layihəsi təsdiq olunandan sonra eyni yerlə bağlı Aydın Mürvələdova binanın 1-ci və 2-ci mərtəbədə yerləşən 730,10 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin verilməsi barədə MMM ilə xx.xx.2017-ci il tarixli müqavilənin bağlanması müəyyən olunur. İşin hallarından göründüyü kimi isə Aydın Mürvələdov və onun arvadı (cavabdeh) xx.xx.2020-ci il tarixdə MMM-ə ünvanladıqları notarial qaydada təsdiq edilmiş ərizə ilə binanın 1-ci və 2-ci mərtəbədə yerləşən 730,10 kv.metr sahədən (pay haqqından) MMM-in xeyri nə imtina etmiş, onun istənilən şəxsə satılmasına və rəsmiləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə hər hansı tələbinin olmayacağını göstərmiş, cavabdeh də bu məsələyə öz razılığını bildirmişdir.
130. Məhkəmə kollegiyası işə əvvəl baxmış Ali Məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq onu da qeyd edir ki, cavabdehə və onun əri Aydın Mürvələdova verilmiş mənzillərə dair müqavilələr də MMM-in adından həmin müqavilələri bağlamaq səlahiyyəti olmayan şəxs, təsisçi Elçin Ələkbərov tərəfindən imzalanmaqla bağlansa da, MMM tərəfindən həmin mənzillər onlara təhvil verilərək su sayğaclarının quraşdırılması barədə siyahıya salınmaları icra edilməklə, təmir edilərək faktiki istifadələrində olan mənzillərin cavabdehə və Aydın Mürvələdova verilməsi MMM-in qanuni t əmsilçisi tərəfindən Mülki Məcəllənin 358.2-ci maddəsinə uyğun olaraq bəyənildiyinə görə etibarlı olduğundan, mənzillərə və qeyri-yaşayış sahələrinə münasibətdə məhkəmələrin fərqli hüquqi dəyərləndirmə aparmaları qanuni və əsaslıdır.
131. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, cavabdehin ona aid olması təsdiqini tapmayan qeyri-yaşayış sahələri barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırdıqdan sonra iddiaçının hazırkı iddianı qaldırması, mübahisəli ünvanda mövcud olmayan qeyri-yaşayış sahələrini cavabdehə təhvil verə bilməyəcəyi halda, zərərin əvəzini ödəmək kimi yarana biləcək öhdəlikdən müdafiə olunması məqsədi qaşıdığından qanuni və əsaslı olmuşdur.
132. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətini n dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlill əri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 133. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
134. İzah olunmalıdır ki, m əhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
135. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
136. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
137. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
138. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-390/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.