Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7120/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli 2(103)8382/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə(hakim S.X.Bəhrəmzadə, iş № 2(003)-627/2019) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair idd iası təmin edilərək Cavabdeh N küçəsi, 4 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə(hakimlər: Z.Ə.Əliyev, R.Ə.Eyvazov və R.Ə.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N küçəsi, 4 saylı evin 22 saylı mənzili 07 mart 1973-cü il tarixli orderə əsasən X3 cəmi 5 nəfərdən ibarət olan ailəsinin köçməsi üçün verilmişdir. X5 mənzilin kirayəçisi tanınmışdır. 15 mart 2000-ci il tarixdə N vəfat etdikdən sonra mənzilə kirayə müqaviləsi onun həyat yoldaşı İddiaçı ilə bağlanmışdır. 04 oktyabr 2002-ci il tarixdə İddiaçı oğlu X6 Cavabdeh ilə rəsmi nikaha d axil olmuş və sonuncu həmin mənzilə köçürülmüşdür. Birgə nikahdan onların iki uşaqları olmuşdur. 21 yanvar 2008-ci il tarixdə onların nikahı pozulmuşdur. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon məhkəməsinin 25 iyun 2009-cu il tarixli qətnaməsi ilə X1 iddiası qismən təmin edilərək onun mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. 2018-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə köçürülməsi qət olunsa da onun həmin mənzilə köçüb yaşamamasını əsas göstərməklə onun mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qanuni qü vvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə köçürülsə də iddiaçının hədə-qorxu gələrək onun mənzilə köçməsinə mane olmasını və onun həmin vaxtdan müxtəlif ünvanlarda kirayədə yaşamasını, lakin məhkəmənin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarını pozmaqla işə baxaraq onun mənzildən istifadə hüququna xitam verməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını a raşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmasını qanuni sayarkən cavabdehin məhkəmə qətnaməsi ilə mənzilə köçürülsə də orada yaşamamasını, mənzildən istifadə etməməsini, öz iradəsi ilə daimi olaraq başqa yerdə yaşamasını, mənzilə köçməsinə iddiaçının mane olması barədə məhkəməyə heç bir sübut təqdim etməməsini əsas göstərmiş, maddi hüquq norması kimi Mülki Məcəllənin 262.2, 228.5-ci maddələrinə istin ad etmişdir. Kollegiya hesab edir ki, mübahisə işdə olan sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə həll edildiyindən qətnamə qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına əsaslanaraq hesab etmişdir ki, hüququn kompensasiya edilmədən xitamın Mülki Məcəllənin servituta xitam verməsinin əsaslarını müəyyən edən 262-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 262-ci maddəsinə görəyüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.(262.2) Əg ər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya tamamilə əvəz edilə bilər.(262.6) Apellyasiya instansiyası məhkəməsi cavabdehin uzun müddət ərzində və davamlı olaraq mübahisəli mənzildən könüllü olaraq istifadə etməməsini əsas göstərməklə hesab etmişdir ki, cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Apellyasiya instansiyası məhkəməsi işi göstərilən qaydada həll edərkən mülkiyyətçi ilə ona məxsus əmlakın istifadəçisi arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarına əsaslanmışdır. Lakin məhkəmə kollegiyası bu zaman nəzərə almamışdır ki, mübahisəli mənzil mülkiyyət hüququnun subyekti deyil və yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla hazırkı mübahisə mənzilin kirayəçisi ilə istifadəçisi arasında yaranmışdır. İstər Mülki Məcəllənin 228.5-ci maddəsinin, istərsə də Həmin Məcəllənin 262-ci maddəsinin qüvvəsi yalnız mülkiyyət hüququnun subyektinə aid olan əmlaklara münasibətdə tətbiq oluna bilər. Belə olduqda kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni tətbiq edilməli olmayan qanunun normaları baxımından həll etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. İşdən göründüyü kimi cavabdehin yaşayış sahəsindən istifadə hüququ 2005-ci ildə Mülki Məcəlləyə əlavə edilmiş 228.5-ci maddəyə əsasən deyil, məhkəmənin qanuni qüvvəyə minmiş 25 iyun 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi 2002-ci ildə iddiaçının gəlini kimi (oğlunun arvadı) onların razılığı ilə köçdüyü vaxtdan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Göstərilən vəziyyətdə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun qalıbqalmaması məsələsi Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul edilmiş) 87-ci maddəsinin müddəaları baxımından həll edilə bilərdi. Cavabdehin iddia etməsinə görə o, iddiaçının buna imkan verməməsi səbəbindən mübahisəli mənzildə yaşamamış, mənzildən getdiyi vaxtdan müxtəlif ünvanlarda kirayədə yaşamış və ona məxsus əmlaklar mübahisəli mənzildə olmaqla həmin mənzilə qeydiyyatı indiyə kimi saxlanılır. Cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi bar ədə nəticəyə gələn məhkəmə qətnaməsini mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 07 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7120/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7120/2019
05.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver