Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7121/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili V1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli, 2(103)7390/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 13.03.2019-cu il tarixli, 2(005)-1385/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Vladimirovnanın Cavabdeh-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) 24.06.2019-cu il tarixli, 2(103)-7390/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Vladimirovna tərəfindən apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli, 2(005)-1385/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilərək, İddiaçı1 Cavabdeh-yə xəzinədar vəzifəsinə işə bərpa olunması, ona işdən çıxarıldığı gündən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün itirdiyi əmək haqqı hesablanmaqla Cavabdeh-dən tutularaq ona ödənilməsi, İddiaçı2 Cavabdeh-yə mağaza müdiri vəzifəsinə işə bərpa olunması, ona işdən çıxarıldığı gündən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün itirdiyi əmək haqqı hesablanmaqla Cavabdeh-dən tutularaq ona ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin əvəzinin, habelə apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şika yəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Vladimirovna Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhəməyə müraciət edərək, İddiaçı1 Cavabdeh-yə xəzinədar vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxmağa görə itirdiyi əmək haqqının və vurulmuş mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, İddiaçı2 Cavabdeh-yə mağaza müdiri vəzifəsinə işə bərpa olunması, məcburi işburaxmağa görə itirdiyi əmək haqqının və vurulmuş mənəvi ziyana görə 10000 mamat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh-nin vəkili X2 şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların hər ikisinin əmək müqav ilələrinə öz təşəbbüsləri ilə xitam verilməsinə dair 01.09.2019-cu il tarixli və 03.01.2019-cu il tarixli şəxsən yazdıqları ərizələri mülki iş materiallarına əlavə edilmişdir. İddiaçılar tərəfindən işdən azad olma barədə ərizələrinə gəlincə 2018-ci il tarixdə iddiaçıların işlədikləri dükanda yoxlama aparılması və nəticədə çatışmamazlıqların aşkar olunması baxımında yazılmış ərizələr iddiaçıların özlərini sığortalama məqsədi daşıyırdı. Belə ki, yoxlamanın aparılmasına məqsəd iddiaçıların işdə dəfələrlə ciddi pozuntuların aşkar edilməsi faktı idi. Həmin faktlar iş materiallarına əlavə edilmişdir. Bu səbəbdən də Cavabdeh-nin 10 yanvar 2019-cu il tarixli “şirkətin işçiləri tərəfindən nizam-intizam qaydalarının və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozduqları barədə” akt tərtib edilmişdir. “MİNİS dekabr 2019-cu il tarixli 03 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən aparılmış araşdırma nəticəsində Cavabdeh şirkətində xəzinədar vəzifəsində çalışan İddiaçı1 və mağaza müdiri vəzifəsində çalışan İddiaçı2 mütəşəkkil şəkildə dəfələrlə nizam-intizam qaydalarını və Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini, əmək müqaviləsinin şərtlərini ciddi şəkildə pozduqları, işəgötürənin və şirkətin nüfuzuna və mənafeyinə ciddi xələl gətirdikləri aşkar edilmişdir. Bu barədə kifayət qədər faktlar aşkarlanmışdır. Buna kamera görüntüləri, işçilərin izahatı, inventarizasiya zamanı malların çatışmamazlığı, özbaşına rəhbərliyin xəbəri olmadan kənardan işçinin cəlb edilməsi faktlarının mövcud olmasıdır. Bu halların təstiq edilməsi iş materiallarına əlavə ed ilib. Bu hallara 1-ci instansiya məhkəməsi qiymət versə də Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimli nədənsə bu faktın iddiaçıların əleyhinə olması qorxusundan çəkinərək münasibət bildirməmişdir. Qətnamənin 3-cü səhifəsinin 9-cu abzasında maraq çəkən hallardan biri də işin faktiki halları ilə iddiaçıların əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmələri, yaxud əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmələri öz təsdiqini tapmamışdır. İddiaçılar əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilmiş, lakin onlardan qanunvericiliyin tələblərinə əsasən yazılı izah at tələb edilməmişdir. Qeyd etmək istəyirəm ki, iddiaçıların nizam-intizam qaydalarının pozulmasına dair aktın tərtib edilməsi, iddiaçıların işdə verdiyi ciddi pozuntuların etirafina dair ərizələri buna əyani sübutdur. Həmin ərizə və akt iş materiallarında var. Nədənsə hakim iş materialları ilə tanış olarkən həmin sənədlərin oxunmasından yayınıb. İddiaçıların işə götürənin mənafeyinə ciddi xələl gətirməsinə gəlincə isə işə götürən tərəfindən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi ilə əlaqədar tutduqları vəzifədən azad edilməsi məqsədə u yğun hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin 4-cü səhifəsinin 2-ci abzasında məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, yoxlama zamanı hansı malların və hansı miqdarda çatışmazlığın, habelə çatışmazlıq olduğu təqdirdə kimin təqsiri üzündən həmin çatışmazlığın yaranması tərtib olunmuş aktda və digər sənədlərdə qeyd olunmamışdır. Lakin bildirilməlidir ki, cavabdeh şirkət 24 dekabr dekabr 2019-cu il tarixdə 03 nömrəli əmrlə mağazada pul vəsaitlərinin və satış üçün nəzərdə tutulmuş məhsulların satışmamazlığı ilə əlaqədar baş vermiş hadisənin araşdırılması ilə əlaqədar daxili yoxlama qrupunun yaradılması, dəymiş ziyan və səbəbkarların aşkar olunması, mağaza inventarizasiyasının aparılması və mal qalığının yoxlanılması, daxili yoxlam a aparılması üçün komissiya yaradılması əmr edilmiş və bu əmrə əsasən yaradılmış komissiya tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıların yuxarıda qeyd edilən əməlləri aşkar edilmiş və akt tərtib edilmişdir. Apellyasiya kollegiyası isə iş materialları ilə tanış olmamış və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli, 2(103)-7390/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və Nərimanov rayon məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh-nin vəkili X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, X1 və onların vəkili V1 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli, 2(103)-7390/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarında n görünür ki,İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci tarixli əmək müqaviləsinə əsasən İddiaçı1 həmin tarixdən 1 il müddətinə hər ay 250 manat əmək haqqı ödənilməklə “xxxx” MMC-yə xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2018-ci il tarixli əmək müqaviləsinə əsasən o, həmin tarixdən 1 il müddətinə hər ay 400 manat əmək haqqı ödənilməklə Cavabdeh-yə mağaza müdiri vəzifəsinə işə qəbul edilmişdir. Bu barədə məlumatlar müvafiq olaraq 11 sentyabr 2018-ci il və 21 iyun 2018-ci il tarixlərdə bildirişlə elektron informasiya stemində qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh-nin 24.12.2018-ci il tarixli 03 nömrəli əmri ilə Cavabdeh-yə məxsus mağazaların birində pul vəsaitlərinin və satış üçün nəzərdə tutulmuş məhsulların çatış mamazlığı ilə əlaqədar baş vermiş hadisənin araşdırılması ilə əlaqədar daxili yoxlama qrupunun yaradılması, dəymiş ziyan və səbəbkarların aşkar olunması, mağazanın inventarizasiyasının aparılması və mal qalığının yoxlanılması, daxili yoxlama aparılması üçün komissiya yaradılması əmr edilmişdir. Bu əmrə əsasən yadılmış komissiya tərəfindən aparılmış araşdırma nəticəsində Cavabdeh şirkətində xəzinədar vəzifəsində çalışan İddiaçı1 və mağaza müdiri vəzifəsində çalışan İddiaçı2 dəfələrlə nizam-intizam qaydalarını və Azərbaycan Respublikasının əmək qunvericiliyini, əmək müqaviləsinin şərtlərini ciddi şəkildə pozduqları, işəgötürənin və şirkətin nüfuzuna və mənafeyinə ciddi xələl gətirdikləri aktda qeyd edilmişdir. Bundan sonra Cavabdeh-nin 11 yanvar 2019-cu il tarixli, 57-X saylı əmrinə əsasən İ ddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində öşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə tutduğu vəzifədən azad edilmələri qeyd edilərək əmək müqavilələrinə xitam verilmişdir. Bu barədə məlumat əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Apellyasiya kollegiyası iddianın qismən təmin edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə iddiaçıların əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmələri, yaxud əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmələri öz təsdiqini tapmamışdır. İddiaçılar əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilmiş, lakin onlardan qanunvericiliyin tələblərinə əsasən yazılı izahat tələb edilməmişdir. Cavabdeh müəssisə tərəfindən məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə olunmuş adı və soyadı göstərilməyən kadrlar üzrə mütəxəssisin 20 noyabr 2018-ci il tarixli izahatında İddiaçı2 işdən 50 dəqiqə tez çıxması, 30 dekabr 2018-ci il tarixli izahatında İddiaçı2 işdən 40 dəqiqə tez çıxması, 04 dekabr 2018-ci il tarixli izahatında İddiaçı2 işdən 30 dəqiqə tez çıxması, 23 dekabr 2018-ci il tarixli ızahatında İddiaçı2 işdən 14 dəqiqə tez ç ıxması, 20 dekabr 2018-ci il tarixli izahatında İddiaçı2 işdən 30 dəqiqə tez çıxması, 08 dekabr 2018-ci il tarixli izahatında İddiaçı2 işdən 1 saat tez çıxması, 29 noyabr 2018-ci il tarixli izahatında İddiaçı1 işdən 50 dəqiqə tez çıxması, 15 dekabr 2018-ci il izahatında İddiaçı1 işdən 55 dəqiqə tez nası, 21 dekabr 2018-ci il izahatında İddiaçı1 işdən 1 saat 52 dəqiqə tez çıxması, 29 dekabr 2018-ci il tarixli izahatında İddiaçı1 işdən 2 saat 10 dəqiqə tez çıxması qeyd olunsa da, həmin tarixlərdə işdən tez çıxmağın səbəbləri barədə nə İddiaçı1, nə də İddiaçı2 izahat alınmamışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, yoxlama zamanı hansı malların və hansı miqdarda çatışmazlığı, habelə çatışmazlıq olduğu təqdirdə kimin təqsiri üzündən həmin çatışmazlığın yaranması tərtib olunmuş aktda və digər sənədlərdə qeyd olunmamışdır. Həmçinin apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçıların işdən azad olunmaları barədə əmrin məzmunu qanunvericiliyin tələblərinə cavab vermir. Əmrdə müəssisənin hüquqi ünvanı, işçinin vəzifəsinin adı qeyd edilməmişdir. Hər iki şəxs barəsində əmək müqaviləsinə xitam verilməsi bir əmrdə təsbit edilmişdir. Əmrdə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi mülkiyyətçinin daxili əmri qeyd edilsə də, həmin daxili əmrin nədən ibarət olması məlum deyildir. Bir sözlə, iddiaçılarla bağlanmış əmək müqavilələrinin ləğv edilməsi barədə əmr nə məzmun, nə də əsaslandırma baxımından qanunun tələblərinə cavab vermir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötür əni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxarmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşdən məlum olduğu kimi iddiaçıların hər ikisinin əmək müqaviləsinə öz təşəbbüsü ilə ləğv edilməsi barədə 01 və 03 yanvar 2019-cu il tarixli ərizələrinə cavabdeh şirkət münasibət bildirməyə borclu olduğu halda, həmin ərizələrə heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hal larda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi götürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 1--ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafıq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin onunayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər ha nsı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən alınmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlid ir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəg ötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsi ni həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Apellyasiya kollegiyası iddianın mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, işçilərin öz işlərinə bərpa olunması məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi onlara dəymiş mənəvi ziyanin əvəzi kimi də qiymətləndirilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daş ıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həminin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi zıyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə üzrə yoxlama aparılarkən müəyyən edilmişdir ki, iddiaçıların əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmələri, yaxud əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmələri öz təsdiqini tapmamışdır. Bundan əlavə iddiaçıların işdən azad olunmaları barədə əmrin məzmunu qanunvericiliyin tələblərinə cavab vermir. Əmrdə müəssisənin hüquqi ünvanı, işçinin vəzifəsinin adı qeyd edilməmişdir. Hər iki şəxs barəsində əmək müqaviləsinə xitam verilməsi bir əmrdə təsbit edilmişdir. Əmrdə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi mülkiyyətçinin daxili əmri qeyd edilsə də, həmin daxili əmrin nədən ibarət olması məlum deyildir. Bir sözlə, iddiaçılarla bağlanmış əmək müqavilələrinin ləğv edilməsi barədə əmr nə məzmun, nə də əsaslandırma baxımından qanunun tələblərinə cavab vermir. Buradan da aydın olur ki, apellyasiya kollegiyası işin faktiki halları üzrə ətraflı araşdırma aparmış və düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərar dadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli, 2(103)7390/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7121/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7121/2019
25.11.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver