Məhkəmə qərarları › İş №2(102)-7123/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7123/2019

20.11.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7123/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli 2(103)8069/2019 saylı qətnaməsindən cavabdeh Hüseynova Vüsalə İlham qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.R.Abbasova, iş № 2(011)-2477/2019) İddiaçı cavabdeh N qızına qarşı mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehə məxsus 128 adda əşyaların iddiaçının mülkiyyətində olan N saylı mənzilindən çıxarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. 2018-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Nın onun gəlini olmasını və onu müvəqqəti yaşamaq üçün mənzilə buraxmasını, münasibətlərinin pozulması ilə əlaqədar dəfələrlə tələb etməsinə b axmayaraq cavabdehin mənzili boşaltmaqdan imtina etməsini əsas göstərməklə cavabdehin ona məxsus əşyaları ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh N qızı kassasiya şikayəti verərək çıxarılması tələb olunan əşyaların yerləşdirilməsi üçün başqa yerinin olmamasını, həmin əşyaların daşınması barədə xərcin iddiaçının üzərinə qoyulmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi, həmin əşyaların qızıl-zinət əşyaları ilə birlikdə çıxarılmaqla onların daşınma xərcinin iddiaçının üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin t ələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiy a instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh N iddiaçının oğlu ilə rəsmi nikahda olduğu üçün mülkiyyətçinin razılığı ilə ona məxsus mənzilə köçmüş, əri ilə münasibətlərinin pozulması ilə əlaqədar mənzildən getmiş, lakin ona məxsus əşyalar iddiaçının mənzilində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsləri n hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mübahisəli mənzil iddiaçının mülkiyyəti olmaqla cavabdehə məxsus çoxsaylı əşyaların həmin mənzildə qalması onun mənzildən istədiyi kimi istifadə etmək hüququnu pozduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar