Məhkəmə qərarları › İş №2(102)-713/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-713/2024

04.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-713/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5720/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli 1(101)- 91/2014 nömrəli Hökmü ilə Kazım-zadə Kazım Ələsgər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1. və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məh kum edilmişdir. Cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış zərər çəkmiş şəxs İddiaçı Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 13-cü mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan mənzil və ya 26125 manat məbləğində məbləğində pul vəsaitinin ödənilməsi "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-yə həvalə edilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6130/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və X2 qarşı – xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilinə dair istifadə hüququnun tanınması. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilindən X1 çıxarılması, xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilin ona təhvil verilərək mənzilə köçürülməsi, xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında tikilən yaşayış binasının 1-ci blok, sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzili binanın 13cü mərtəbəsində deyil, 12-ci mərtəbəsində yerləşir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məhz qeyd edilən (hazırkı mübahisənin predmeti olan) mənzilin cavabdeh Samir Zeynalova təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Hazırda mənzil Samir Zeynalovun sahiblik və istifadəsindədir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2019-cu il tarixli, 2(102)-8187/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümum i sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil "xxxx" şirkəti tərəfindən Cavabdeh1 satılmış və sonuncu mənzilin tam dəyərini 18 fevral 2014-cü il tarixli, 406 nömrəli Maliyyə Arayışına əsasən tam ödəmişdir. Daha sonra həmin mənzil Cavabdeh1 20 may 2016-cı il tarixli ərizəsinə əsasən Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil Cavabdeh2 verilmişdir. Cavabdeh1 qeyd edilən ərizədə müqavilənin Cavabdeh2 adına rəsmiləşdirilməsinə razı olduğunu ifadə etmişdir. Yəni, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 faktiki olaraq satılmış, mənzil onun sahibliyi və istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış 244- saylı müqaviləyə əssən 13-cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv. metr sahəyə malik 78b saylı mənzildən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması, 13-cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv.m. sahəyə malik 78b saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə arasında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prosp ekti 2935 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsində 60,18 kv.m. olan 2 otaqdan ibarət mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Belə ki, iddiaçı həmin mənzilin dəyəri olan 26.125,94 manat məbləğində pul vəsaitini tam olaraq ödəmişdir. Bu barədə iddiaçıya qəbzlər də təqdim edilmişdr. "xxxx" MMC-nin rəhbər şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-94/2014 nömrəli hökmü ilə dələduzluq cinayətini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmişlər. Həmin hökmə görə yanlış verilmiş mənzillərin qanuni sahiblərinə qaytarılması, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsində 60,18 kv.m. olan 2 otaqdan ibarət mənzilin iddiaçıya qaytarılması öhdəliyi "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-nə həvalə edilmişdir. Lakin həmin vaxtdan etibarən sözü gedən mənzil iddiaçının mülkiyyətində olduğu halda onun istifadəsinə verilməmişdir. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək mənzilin ona təhvil verilməsi və mənzilə köçürülməsi barədə qətnamənin qəbul edilməsini tələb etmişdir. Lakin həmin zaman cavabdeh qismində Zeynalov Samir göstərilmişdir. İddiaçı, mübahisə üzrə iddiaçıya məxsus olmuş mənzilin Zeynalov Samir tərəfindən özgəninkiləşdirildiyini zənn etsə də, məhkəmə gedişatında müəyyən edilmişdir ki, məhkəmə ekspertizası keçirilmiş, ekspert rəyi ilə iddiaçıya satılan mənzil ilə inşa olunan yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində satılan mənzil ayrı-ayrı mərtəbələrdə yerləşdiyi üçün eyni mənzillər olmadığı göstərilmişdir. Belə ki, həm in bina 2 girişli, zirzəmi +kürsü +12 mərtəbədən ibarət olduğundan mənzillər alıcılara bölüşdürülən zaman düzgün təhvil verilməmişdir. Belə olan təqdirdə müqavilə üzrə iddiaçıya verilməli olan mənzil Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. Mənzil hal-hazırda cavabdeh olan şəxslərin istifadəsində olduğuna görə iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Eyni, zamanda, iddia ərizəsinə əlavə edilmiş Çıxarış, maliyyə arayışından da aydın olduğu kimi cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 60,18 kv.m. olan 2 otaqlı mənzilin deyil də, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 12B mərtəbəsindəki 60,18 kv.m. olan 1 otaqlı mənzilin mülkiyyətçisidir. Bütün bunlar cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulm asını bir daha təsdiq edir. Odur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 13-cü mərtəbəsindəki 60,18 kv.m. olan 2 otaqlı mənzildən Cavabdeh1 çıxarılmaqla iddiaçının pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa edilməlidir.

7. Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6431 nömrəli rəyə görə baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının mənzillərin yerləşmə planı mülki iş materiallarında olmadığı üçün İddiaçı və Cavabdeh1 satılmış mənzillərin eyni mənzillər olub-olmamasına dair tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, baxış zamanı təqdim olunan mənzil faktiki olaraq Cavabdeh2 tərəfindən istifadə olunmaqla, yaşayış binasının 14-cü mərtəbəsində (0 nöqtəsindən) yerləşir. xx.xx.2008-ci il tarixli 244 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində mənzil satılmışdır. Tədqiqat obyektinə keçirilən baxış zamanı çoxmərtəbəli yaşayış binasının faktiki olaraq ümumilikdə 16 mərtəbədən ibarət olduğu, bunların 2 mərtəbəsinin qeyri-yaşayış mərtəbəsi, 14 mərtəbəsinin isə yaşayış mərtəbəsi olduğu, “Eskiz layihəsi”nə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin 2 qeyriyaşayış mərtəbəsindən sonra, yəni 0 nöqtəsindən başladığı müəyyən olundu. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında yerləşən çox mərtəbəli binanın 13-cü mərtəbəsindən yuxarı 14-cü mərtəbənin mövcud olduğu müəyyən olundu.

9. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında yerləşən çox mərtəbəli binanın 2 qeyri-yaşayış mərtəbəsindən və 14 yaşayış mərtəbəsindən ibarət olduğu müəyyən edilmişdir. Cavabdeh2 yaşadığı mənzil binanın sonuncu yaşayış mərtəbəsində, yəni 14-cü mərtəbəsində yerləşir. Mənzil sonuncu tərəfindən təmir edilmiş və zəruri avadanlıq və mebel ilə təchiz edilmişdir. Mənzildə hal-hazırda Cavabdeh2 qızı ilə birlikdə yaşayır.

10. Xətai Rayon Məhkəməsinin 2(011)- 21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia tələbi təmin edilməmişdir

11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə edilən mənzilin iddiaçıya məxsus olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

12. Məhkəmə mövqeyini Mülki Məcəllənin 157.2. və 157.8.-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2. və 77.1.-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində qeyd edilmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Məhkəmə işi tam araşdırmış olsaydı görərdi ki, sözü gedən mənzili Quliyev X4 Nailə Alı qızına satmamış həmin əmlaka dair etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Qanunvericiliyin etibarnaməyə verdiyi anlayışdan da göründüyü kimi etibarnamənin verilməsi hələ mənzilin satılması demək deyildir. Bundan savayı etibarnamənin verilməsi şəxsin özünə deyil üçüncü şəxslər qarşısında öhdəliyin yaradılmasını özündə əks etdirir. Həmin əqd əsasında bəlkə də Cavabdeh1 Cavabdeh2 üçüncü şəxslərə sözü gedən mənzilin satılması və hər hansı bir digər hərəkətlərin edilməsi üçün verilmişdir. Məhkəmə isə bütün bunlara düzgün hüquqi qiymət verməmiş, mülki qanunvericiliyə uy ğun olaraq etibarnaməni səciyyələndirən halları nəzərə almamış və mülki etibarnaməni əmlakın alqı-satqısı kimi qiymətləndirmişdir. Məhkəmə yalnızca Cavabdeh2 tərəfindən irəli sürülmüş heç bir hüquqa əsaslanmayan ifadələri qəbul etmiş, məhz bununla bağlı olaraq şəxsin iddiaçıya məxsus mənzildə qanunsuz yaşamasına hüquqi qiymət verməyərək, tam əksinə ona məxsus əmlakda qanunsuz yaşamağa icazə vermişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə Cavabdeh1 Bakı şəhəri, Gəncə prospekti 60,18 kv.m olan 2 otaqlı mənzilin deyil də, Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 12B mərtəsində ümumi sahəsi 60,18 kv.m olan 1 otaqlı mənzilin satıldığı ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, "xxxx" MMC-yə Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının inşasına zirzəmi, kürsülü, 12+ texniki mərtəbəyə icazə verilmişdir, 13-cü mərtəbə binanın layihəsində, sərəncamında və İnşaat Pasportunda nəzərdə tutulmamışdır, 12-ci mərtəbənin üstündə olan mərtəbə qeyri-qanuni layihələndirilmədən və aidiyyəti orqanlarda razılaşdırılmadan "xxxx" MMC tərəfindən 20122015-ci illərdə qanunsuz tikilərək, həmin tikdiyi mərtəbən 12B mərtəbə kimi adlandırmışdır. Rayon məhkəməsi sözü gedən faktı qeyd etsə də nədənsə Cavabdeh2 13-cü mərtəbədə yerləşməsini qəbul etmişdir. Məhkəmə iddiaçıya məxsus mənzilin qanunsuz tikilmiş olmasını qeyd edərək iddiaçının iddia tələbini rədd etsə də sonrakı abzaslarda Cavabdeh2 mənzilinin 13-cü mərtəbədə yerləşməsini etiraf etmiş, bu mövqedən yanaşaraq iddianı təmin etməmişdir. Məhkəmə qətnaməsi beləliklə bir-birinə zidd olan halları qeyd edərək bir hissədə binanın 13-cü mərtəbəsinin mövcud olmasını, həmin mənzilin guya Cavabdeh2 faktiki satılmasını qəbul edir, iddiaçıya münasibətdə isə sözü gedən binanın 13-cü mərtəbəsinin olmamasını və "xxxx" MMC-yə Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının inşasına zirzəmi, kürsülü, 12+ texniki mərtəbəyə icazə verilmişdir, 13-cü mərtəbə binanın layihəsində, sərəncamında və İnşaat Pasportunda nəzərdə tutulmamışdır, 12-ci mərtəbənin üstündə olan mərtəbə qeyri-qanuni layihələndirilmədən və aidiyyəti orqanlarda razılaşdırılmadan "xxxx" MMC tərəfindən 20122015-ci illərdə qanunsuz tikilərək, həmin tikdiyi mərtəbəni 12B mərtəbə kimi adlandırılmasını qeyd etmişdir. Hesab olunsa ki, binanın 13 -cü mərtəbəsi yoxdur, bəs o zaman nə üçün məhkəmə Cavabdeh2 qanunla mövcud olmayan hüquqlarını qorumaqdadır. Bundan öncəki məhkəmə qətnamələri, məhkəmə gedişatında verilmiş ekspertiza rəyləri sözü gedən binanın 13-cü mərtəbəsinin olmasını müəyyən etdiyi halda, eyni zamanda iddiaçı tərəfindən də 13-cü mərtəbənin olması qəbul edildiyi, sözü gedən məhkəmə prosesi zamanı yerli baxış keçirilən zaman məhkəmənin özündə aşkar etdiyi kimi mübahisəli binanın 13-cü mərtəbəsi mövcud olduğu halda məhkəmə onu necə kürsü və ya texniki mərtəbə kimi qiymətləndirib Cavabdeh2 hüquqlarını tanıyır? Bütün bu faktlar mülki işin tam araşdırılmamasının bariz nümunəsidir. Bundan savayı, "xxxx" MMC-nin hüquqi varisi olmamış, "xxxx"MMC-nin direktoru "xxxx" MMC-yə etibarnamə vermiş, tikinti işlərinin davam etdirilməsi həvalə edilmişdir. Həmin etibarnamədə MMC adından müqavilə bağlamaq, imza etmək səlahiyyətləri ötürülməmişdir. Həmin etibarnamə də bütün məhkəmə instansiyalarında öz təsdiqini tapmışdır. Belə olan halda heç bir hüququ olmayan "xxxx" MMC-nin Cavabdeh1lə bağladığı müqaviləni məhkəmə hüquqi hesab edərək Cavabdeh2 orada yaşamasını, onun binanın 13-cü mərtəbəsində yerləşdirilməsi səbəbindən iddianı rədd etmiş, cavabdehin xeyrinə qətnamə çıxarılmışdir. Məhkəmə Cavabdeh2 ümumiyyətlə subyektiv hüququnun olub-olmamasını da müəyyənləşdirməmişdir. İlk növbədə məhkəmə onun subyektiv hüququnu müəyyən etməli, daha sonra onun mülkiyyət hüququnun yaranıbyaranmamasını araşdırmalı idi.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5720/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Apellyasiya şikayətinin dəlili olaraq iddiaçı qeyd edir ki, məhkəmə cavabdeh N,Əhmədovaya mənzilin etibarnamə ilə verildiyinə, etibarnamənin isə alqı-satqı müqaviləsini əvəz et məməsinə qiymət verməmiş, Cavabdeh2 həmin mənzildə qanunsuz yaşamasına münasibət bildirməmişdir.

18. Kollegiya həmin dəlillə bağlı bildirmişdir ki, ekspert rəyi, eləcə də yerli baxış nəticəsində Cavabdeh2 istifadəsində olan mənzilin iddiaçıya məxsus mənzil olmadığı müəyyən edilmişdir. Belə olan halda Cavabdeh2 yaşadığı mənzilin iddiaçıya aiddiyyəti olmadığından, yəni iddiaçının iddia etdiyi mənzil Cavabdeh2 yaşadığı mənzil olmadığından Cavabdeh2 həmin məzildə hansı əsasla, qanuni və ya qanunsuz yaşamasını iddiaçı mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil.

19. Apellyasiya şikayətinin digər dəlili, yəni rayon məhkəməsinin yerli baxış keçirilən zaman özünün də aşkar etdiyi kimi mübahisəli binanın 13-cü mərtəbəsi mövcud olduğu halda məhkəmə onu necə kürsü və ya texniki mərtəbə kimi q iymətləndirib Cavabdeh2 hüquqlarını tanıması ilə bağlıdır.

20. Kollegiya bununla bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6431 nömrəli rəyə görə baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının mənzillərin yerləşmə planı mülki iş materiallarında olmadığı üçün İddiaçı və Cavabdeh1 satılmış mənzillərin eyni mənzillər olubolmamasına dair tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, baxış zamanı təqdim olunan mənzil faktiki olaraq Cavabdeh2 tərəfindən istifadə olunmaqla, yaşayış binasının 14-cü mərtəbəsində (0 nöqtəsindən) yerləşir. xx.xx.2008-ci il tarixli 244 saylı müqaviləyə əsasən "x xxx" MMC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində mənzil satılmışdır. Tədqiqat obyektinə keçirilən baxış zamanı çoxmərtəbəli yaşayış binasının faktiki olaraq ümumilikdə 16 mərtəbədən ibarət olduğu, bunların 2 mərtəbəsinin qeyri-yaşayış mərtəbəsi, 14 mərtəbəsinin isə yaşayış mərtəbəsi olduğu, “Eskiz layihəsi”nə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin 2 qeyriyaşayış mərtəbəsindən sonra, yəni 0 nöqtəsindən başladığı müəyyən olundu. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında yerləşən çox mərtəbəli binanın 13cü mərtəbəsindən yuxarı 14-cü mərtəbənin mövcud olduğu müəyyən olundu.

21. Ekspert rəyindən də göründüyü kimi, İddiaçı yaşayış binasının 13-cü mə rtəbəsində olan mənzil satılmış, başqa sözlə, həmin mənzilin Cavabdeh1 və Cavabdeh2 satılmış mənzilə heç bir aidiyyəti yoxdur. Belə ki, cavabdeh tərəfin, yəni Cavabdeh2 və nümayəndəsinin iştirakı ilə ekspert tərəfindən baxış zamanı binanın 13-cü mərtəbəsindən yuxarıda 14-cü mərtəbənin mövcud olduğu, həmçinin baxış zamanı tədqiq olunan mənzilin faktiki olaraq Cavabdeh2 tərəfindən istifadə olunmaqla, yaşayış binasının 14-cü mərtəbəsində (0 nöqtəsindən) yerləşdiyi müəyyən olunmuşdur.

22. Beləliklə, iddaçıya satılan mənzilin Cavabdeh2 yaşadığı mənzil olmadığı, eləcə də Cavabdeh2 yaşdığı mənzilin 14-cü mərtəbədə yerləşdiyi müəyyən edildiyindən hazırkı mübahisənin həlli baxımından binanın 13-cü mərtəbəsi mövcud olduğu halda məhkəmənin onu kürsü və ya texniki mərtəbə adlandırmasının hazırkı mübah isənin həlli baxımından əhəmiyyəti yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 157.2., 157.8.-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə iddiaçı tərəfindən iddianın təmin edilməsinə yönələn bütün zəruri sübutların təqdim edilməsini, Cavabdeh1 məhkəmə prosesində iştirak etməyərə k hər hansı bir etiraz təqdim etməməsini, digər Cavabdeh2 isə etirazının əsasını təşkil edən halları təsdiq etməmişdir. Məhkəmə sadəcə şifahi mülahizələr qeyd etməsini nəzərə almamış, ədalətsiz yekun akt çıxarmışdır. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçı tikintisi layihələndilməmiş mərtəbədən mənzilin satılması nəzərdə tutulmuşdur. Bunun nəticəsidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cu il tarixli 1(101)-91/2014 nömrəli Hökmü ilə "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-yə İddiaçı Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 1ci blok, 13-cü mərtəbəsində ümumi sahəsi 60,18 kv.m olan mənzilin təhvil verilməsi öhdəliyi ilə yanaşı, alternativ olaraq 26.125 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi də müəyyən edilmişdir. Buna münasibətdə qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş hökmlərə məhkəmə diqqət yetirməmiş, sadəcə hökm etdi hissəsinə nəzər yetirmişdir. Həmin cinayət işi üzrə 125 zərərçəkmiş şəxs mövcud olmuşdur. Həmin hökmün icra olunması üçün "xxxx" MMC tərəfindən 1 mənzilin bir neçə şəxsə satılması müəyyən edildiyindən bu hala münasibətdə ümumi hökm çıxarıldığından “və ya” müəyyən edilmişdir. Bundan savayı "xxxx" MMC-nin hüquqi varisi olmamış, "xxxx" MMC-nin direktoru "xxxx" MMC-ə etibarnamə vermiş, tikinti işlərinin davam etdirilməsi həvalə edilmişdir. Həmin etibarnamədə MMC adından müqavilə bağlamaq, imza etmək səlahiyyətləri ötürülməmişdir. Həmin etibarnamə də bütün məhkəmə instansiyalarında öz təsdiqini tapmışdır. Belə olan halda heç bir hüququ olmayan "xxxx" MMC-nin Cavabdeh1lə bağladığı müq aviləni məhkəmə necə hüquqi hesab edərək Cavabdeh2 orada yaşamasını, onun binanın 13-cü mərtəbəsində yerləşdirilməsi səbəbindən iddianı rədd etmiş, cavabdehin xeyrinə qətnamə çıxarılmışdir. Məhkəmə Cavabdeh2 ümumiyyətlə subyektiv hüququnun olub-olmamasını da müəyyənləşdirməmişdir. İlk növbədə məhkəmə onun subyektiv hüququnu müəyyən etməli, daha sonra onun mülkiyyət hüququnun yaranıb-yaranmamasını araşdırmalı idi. Məhkəmə ziddiyyətli mövqedən yanaşaraq qəbul etmədiyi, qanunsuz tikili kimi qiymətləndirdiyi mənzili daha sonra Cavabdeh2 xeyrinə 13-cü mərtəbədə faktiki olaraq sahibliyində olmasını, istifadə etməsini, hətta satılması kimi qiymətləndirərək onun mənzili olmasını müəyyən etmişdir. Məhkəmə 12-ci mərtəbənin Samir Zeynalova məxsus olduğunu qəbul edilmiş yekun aktında öz təsdiqini tapm ışdır. Belə ki, 2(011)-214/2014 saylı, xx.xx.2016-cı il tarixli qətnaməyə əsasən Bakı şəhəri, Gəncə prospekti, 2935A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun, 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 60.18 kv.metr olan mənzil X2 təhvil verilməsi qət edilmişdir. Sözü gedən məsələ isə iddiaçı tərəfindən S.Zeynalova qarşı iddia qaldırılan zaman məlum olmuşdur. Həmin mülki iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında Samir Zeynalovun mülkiyyətində olan mənzilin üst mərtəbəsində mənzilin mənə məxsus olması öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə tərəfindən prosessual hüquq norması kobud surətdə pozularaq işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışdır. Belə ki, sözü gedən mülki iş üzrə hakim İkram Şirinov tərəfindən həmin mübahisə ilə əlaqədar ba şqa məhkəmə iclasında məhkəmə tərkibi qismində iştirak etmiş və bu cür halları təsdiq etmişdir. Yəni alt mərt6əbələr dair ardıcıllıqla məhkəmə qətnamələri mövcuddur. Buna baxmayaraq İkram Şirinov hakim eynidən hazırki mübahisə üzrə məhkəmə tərkib qismində işə baxmış, özünə etiraz etməli olduğu halda bunu etməmişdir. Məhz buna görə də, iş obyektiv araşdırılmamış, bundan öncəki mövqeyi rəhbər tutulmuş, nəticə etibarı ilə araşdırılması zəruri olan məsələlər araşdırılmayaraq sadəcə prosedur qayda olaraq işə baxılmışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Sözü gedən norma məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, mülki iş üzrə mübahisə tam, hərtərəli araşdırılmaqla həyata keçirilməli olduğu halda, heç bir hüquqi tədbir görməmiş, iddiaçı tərəfin şifahi mülahizələrinə əsaslanmışdır. Məhkəmə tərəflərin bərabərliyinə əsaslanmalı olduğu halda, heç bir hüquqa əsaslanmadan yalnızca cavabdehin şifahi mülazilərinə söykənən qənaətə gəlmişdir. Bununla da qanunvericiliyin tələbi üzrə məhkəmənin faktlar əsasında keçirilməsi prinsipinə riayət olunmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin formal mülahizələrə əsaslandığından təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5720/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 157.2. Mü lkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yax ud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəmə sinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətlə ndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5720/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar