Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7136/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi vəkili Vəkil və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)9520/2019 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini n (hakim S.Mustafayeva) 03.05.2019-cu il tarixli, 2(006)-2037/2019 nömrəli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində fasiləsiz olaraq daimi yaşaması faktının təsdiq edilməsi” barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) 29.07.2019-cu il tarixli, 2(103)-9520/2019 nömrəli qərardadı ilə Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2019cu il tarixli, 2(006)-2037/2019 saylı qətnaməsinin ləğv edilməsi, Ərizəçi heç bir dövlətin vətə ndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində fasiləsiz olaraq daimi yaşaması faktının təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ərizəçi İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası ərazisində fasiləsiz olaraq daimi yaşaması faktının təsdiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onun 2008-ci ildən hal-hazırkı vaxtadək Azərbaycan Respublikası ərazisində fasiləsiz olaraq daimi yaşaması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin vəkili tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək Ərizəçi 2009-cu il tarixdən heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Ərizəçi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Ərizəçi birinci instiansiya məhkəməsində mülki iş üzrə icraat zamanı onun Gürcüstan Respublikası vətəndaşlığına 2009-cu il tarixdən xitam verilməsi səbəbi ilə iddia tələbini dəqiqləşdirərək 2009cu ildən hazıradək Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya kollegiyas ı isə qəbul etdiyi qərardadda göstərmişdir ki, Ərizəçi məhkəməyə ünvanlandığı ərizəsində 2008-ci ildən Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsini xahiş etmişdir. 2008-ci ildə Qazax RPŞ tərəfindən ona şəxsiyyət vəsiqəsi verilərkən o, Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. Bundan əlavə həmin dövrə onun etibarlı sənədləri olmuşdur. Digər tərəfdən apellyasiya kollegiyası öz qərardadında belə fikir formalaşdırmışdır ki, şəxsin heç bir dövlət vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktı o zaman məhkəmə qaydasında baxılmalıdır ki, şəxs Azərbaycan Respublikasına gələn zaman heç bir dövlət vətəndaşı olmasın. Lakin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda belə bir məhdudiyyət nəzərdə tutulmamışdı r. Əgər belə hal olsa idi, həmin Qanunun 14-cü maddəsinin 4cü hissəsinin sonunda “Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir” cümləsi olmazdı. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-9520/2019 nömrəli qərardadının ləğv eidlərək işə yenidən baxılması üçünb Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi məh kəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası ərizənin təmin edilməməsi barədə birinci instiansiya məhkəməsinin qəbul etdiyi qətnaməni ləğv edərək, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olm aması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılması üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması zəruridir:
1. Şəxs Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamalıdır. 2.Heç bir dövlətin vətəndaşlığına mənsub olmamalıdır. 3.Şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmalıdır. Yalnız bu şərtlərin birlikdə mövcudluğu qeyd olunan kateqoriyadan olan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işə məhkəmə tərəfindən baxılması üçün əsas ola bilər. Qalan hallarda bu kateqoriyadan olan hüquqi əhəmiyyətli faktlar məhkəmə tərəfindən müəyyən edilə və həmin işlərə məhkəmə tərəfindən baxıla bilməz. Göründüyü kimi, Ərizəçi ərizəsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələblərinə cavab vermir. Buna görə də onun ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərin də göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cii maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Ə rizəçi ərizəsində qeyd etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün geniş imkanlara malikdir. Ərizəçi ərizəsinin məzmunundan görünür ki, qeyd olunan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsində məqsəd Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsidir.İşin faktiki hallarından görünür ki, 30 sentyabr 1998-ci tarixli' “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikası vətəndaşlığını əldə etməyin prosedur qaydaları müəyyən edilməsinə baxmayaraq, Ərizəçi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmək üçün müvafiq icra hakimiyyəti orqanına yox, Qazax Rayon Polis Şöbəsinə müraciət etmiş, beləliklə, qanunsuz yolla vətəndaşlıq əldə etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığını əldə et diyinə görə 30 iyul 2009-cu il tarixdə onun Gürcüstan ^Respublikasının vətəndaşlığına xitam verilmişdir. Bundan bir neçə il sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti yoxlama zamanı ona şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun qanunsuz verilməsi müəyyən edilmiş, həmin vəsiqə və pasport ləğv edilmişdir. Beləliklə, Ərizəçi əvvəllər Gürcüstan Respublikasının vətəndaşı olmuş, daha sonra Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdiyinə görə onun Gürcüstan vətəndaşlığına xitam verilmişdir. Daha sonra onun Azərbaycan Respublikasının vətəndaşlığını da qanunsuz əldə etdiyi aşkar edildiyinə görə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədlər fəaliyyətsizləşdirilmişdir. Hal-hazırda Ərizəçi Gürcüstan Respublikas ının vətəndaşı olmaması barədə arayış almaq üçün həmin ölkənin daxili işlər, miqrasiya orqanlarına, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə, habelə Gürcüstan Respublikası Prezidenti Administrasiyasının vətəndaşlıq məsələlərinə baxan şöbəsinə müraciət edə bilər. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmaması barədə arayış almaq üçün yenə eyni qaydada Azərbaycan Respublikasının daxili işlər və miqrasiya orqanlarına, habelə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının vətəndaşlıq məsələlərinə baxan müvafiq şöbəsinə ərizə ilə müraciət edə bilər. Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi üçün isə o, müvəqqəti qeydə alındığı yerin daxili işlər, habelə yerli icra və bələdiyyə orqanlarına, habelə miqrasiya orqanlarına müraciət edə bilər. Beləlik lə, Ərizəçi hüquqi əhəmiyyətli fakt kimi müəyyən etmək istədiyi faktların məhkəmədənkənar qaydada müəyyən olunması üçün geniş imkanlar mövcuddur. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, apellyasiya kollegiyası mülki iş üzrə icraata xitam verməklə işə məhkəmədən baxılmalı olmadığı qənaətinə gəlməkdə haqlı olmuş, hətta ərizəçiyə məsələnin məhkəmədən həlli qaydasının mümkünlüyünü də geniş formada izah etmişdir. Apellyasiya kollegiyasının qəbul etdiyi qərardad maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qəbul edilm işdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)9520/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.