Məhkəmə qərarları › İş №2(102)-7139/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7139/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7139/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyun 2019cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.07.2018-ci il tarixli qətnamə (İş № 2(004)-5906/2018) ilə iddianın təmin edilməsini, tərəflər arasında bağlan mış 05.07.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini, mübahisəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, müqavilə üzrə ödənilməmiş qalan icarə haqqının əvəzi olaraq 2.800 manat məbləğində pulun tutulmasını qət etmişdir. Apellyasiya şikayəti əsasında mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 05.11.2018-ci il tarixli qətnamə (İş № 2(103)11905/2018) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 08.02.2019-cu il tarixli qərar (İş № 2(102)-670/19) ilə kassasiya şik ayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(103)5021/2019 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.10.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşənmənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdehin üzərinə qoyulması, Tərəflər arasında bağlanmış 05.10.2017-ci il tarixli “İcarə müqaviləsi” üzrə ödənilməmiş qalan icarə haqqının əvəzi olaraq 1.880 (min səkkiz yüz səksən manat) məbləğində pul Cavabdehdən tutularaq İddiaçı ödənilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında ünvan 1 ünvanda yerləşənmənzilə (bundan sonra – mübahisəli mənzil) dair bağlanmış 05.10.2017-ci il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi, mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə bağlandığı tarixdən ləğv edilən tarixə kimi hər ay üçün 300 manat icarə haqqı hesablanmaqla, ca vabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman cavabdeh tərəf qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05.10.2017-ci il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi, mübahisəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən iddiaçıya 14 ay ərzində ödənilən icarə haqqının əvəzi olaraq 14.000 manat, mənzilin təmirinə xərclənmiş vəsaitin, vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, hazırki mübahisə üzrə məhkəmə tikinti-texniki-əmtəəşünaslıq ekspertizasının keçirilməsi və mənzilin təmirinə xərclənilmiş məbləğin müəyyən edilməsi barədə vəsatəti apellyasiya instansiyası məhkəməsi heç bir səbəb gətirmədən təmin etməmişdir. Sonradan şəxs özü həmin sənədləri məhkəməyə təqdim etsə də məhkəmə kollegiyası həmin sənədləri nəzərdən keçirməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək mülki iş üzrə yeni qərar qəbul edərək iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, Cavabdeh və onun vək ili Vəkil barışıq sazişinin təsdiq edilməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair müvafiq qərarın qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə tərəflər arasında bağlanmış 25.10.2019-cu il tarixli barışıq sazişi (razılaşma müqaviləsi) təsdiq edilərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5021/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, işin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5021/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil ka ssasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki iş üzrə yeni qərar qəbul edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə kassasiya qaydasında baxılan müddətdə Cavabdeh özün və vəkili Vəkil ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasınə müraciət edərək hazırda mübahisəni İddiaçı ilə aralarında həll etdikləri üçün Azərbaycan Respublikasının MPM-nin 410-cu maddəsinin tələblərinə əsasən kassasiya şikayətindən imtina edərək, həmin imtinanın qəbul edilməsini, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Kollegiyaya təqdim edilmiş, 12 saylı Notariat Kontorunda 25.10.2019-cu il tarixdə təsdiq edilmiş barışıq sazişindən (razılaşma müqavil əsi) görünür ki, İddiaçı Cavabdeh 05 oktyabr 2017-ci ildə aralarında bağlanmış icarə müqaviləsi və 01 dekabr 2017-ci ildə aralarında bağlanmış daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləsinə xitam verilməsi qərarına gəlmişlər. Hər iki müqaviləyə xitam verilərkən İddiaçı xüsusi mülkiyyətində olan, icarəyə verilmiş ünvan1 ünvanda Cavabdeh oraya quraşdırdığı avadanlıqları 30 oktyabr 2019-cu il tarixədək götürür və təhvil verir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5021/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsinin icrasından imtina edir və qeyd olunan qətnamədən verilən kassasiya şikayətindən də imtina edir. Müqaviləni imzalamış tərəflərin gələcəkdə heç birinin digərinə pretenziyaları olmayacaq və heç biri digərinə qarşı məhkəmədə iddia qaldıra b ilməz. Tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin məzmunu izah edildi. Həmçinin, Kollegiyaya təqdim edilmiş, 12 saylı Notariat Kontorunda 25.10.2019-cu il tarixdə təsdiq edilmiş barışıq sazişindən (razılaşma müqaviləsi) görünür ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan mənzil sahəsinin Cavabdeh icarəyə verilməsinə dair 05.10.2017-ciil tarixdə aralarında bağlanmış ********* reyestr nömrəli icarə müqaviləsini ləğv edirlər. Onlar gələcəkdə həmin müqaviləyə dair bir-birlərinə qarşı heç bir iddiaları olmayacağı barədə öhdəlik götürdülər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddi a tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi (razılaşma müqaviləsi) qanuna zidd olmadığı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilərək təsdiq edilməli, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5021/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilm əlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh arasında bağlanmış 25.10.2019-cu il tarixli barışıq sazişi (razılaşma müqaviləsi) həmin müqavilənin təsviri hissəsində göstərilən şərtlər daxilində təsdiq edilsin. İddiaçının cavabdehə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5021/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Hazırki iş üzrə mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar