Məhkəmə qərarları › İş №2(102)-7139/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7139/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7139/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1340/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən veril miş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüqu qunun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, Cavabdeh4 kredit və faiz borcunun ipoteka predmeti olan, sonuncuya məxsus İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh4 banka olan borcunun ödənilməsi qət edilmişdir. Paşayev X3 rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi i lə apelyasiya şikayəti qismən təmin edilmiş, ümumi borc məbləği dəyişdirilmiş və İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsinin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 Şəki Apelyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2017-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi icra olunmuş, ipoteka qoyulmuş mənzil açıq hərracda satışa çıxarılmış və iddiaçı tərəfindən satın alınmışdır. İddiaçı İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili üzərində mülkiyyət hüququnun tan ınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 28 mart 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili Cavabdeh4 iddiaçı qarşısında öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilərkən Cavabdeh1 və Cavabdeh2 notariat kontorunda ərizə yazaraq ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilinə gələcəkdə tutma yönəldilərkən mənzili qeyd–şərtsiz tərk etmələrini öhdələrinə götürmüşlər. Hazırda İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili iddiaçının mülkiyyətində olsa d a, həmin mənzildən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birlikdə istifadə etməklə yaşayırlar. İsmayıllı rayon Məhkəməsinin 2(037)-110/2019 saylı qətnaməsi ilə iddiaçının mülkiyyətində olan mənzildən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh3 hazırda iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarına mane olur və iddiaçının mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə etməyə maneçilik törədir. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən qanunsuz olaraq istifadə etməklə mənzildən çıxmadığından hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 aprel 2021-ci il tarixli 2(037)-274/20 21 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbi təmin edilərək, İddiaçı BOKT MMC-nin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh3 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırki iddianın predmetinə aid olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehin həmin torpaq sahəsindən istifadə etməkdə davam etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi i lə nəticələndiyinə görə iddia tələbinin cavabdehin iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.3, 157.2, 385.1, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudovsədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 2(107)-1340/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(037)-274/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli kredit və sonrakı ipoteka müqaviləsi üzrə öhdəliklər Cavabdeh4 tərəfindən lazımi qaydada icra edilmədiyinə görə iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka ilə yüklü edilmiş əmlaka hərracda satılmaqla yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən cəmi 45.306 ABŞ dolları məbləğin və ödənilmiş dövlət rüsumunun ə vəzi kimi 24 manat məbləğinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 13 dekabr 2014-cü il tarixli RX seriyalı çıxarışı ilə Cavabdeh4 adına qeydə alınmış İsmayıllı şəhəri, V.Osmanov küçəsində istifadədə olan 1 nömrəli evin 22 nömrəli mənzilinə açıq hərracda satılmaqla yönəldilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən olunması qət edilmişdir. Paşayev X3 rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ümumi borc məbləği dəyişdirilmiş və İsmayıllı rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnam əsinin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 Şəki Apellyasiya Məhkəməsinin 24 may 2017ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi icra olunmuş, ipoteka qoyulmuş mənzil açıq hərracda satışa çıxarılmış və iddiaçı tərəfindən satın alınmışdır. İddiaçı İsmayıllı şəhəri, V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili üzərində mülkiyyət hüququnun tanınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 28 mart 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İsmayıllı rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(037)- 110/2019 saylı qətnaməsi ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X2 İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzildən çıxarılması və İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzilin boşaldılması qət edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin etməkdə birinci instansiya mə hkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh3 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən b axılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı şəhəri V.Osmanov küçəsi 1 nömrəli evin 22 nömrəli mənzili onun əri ilə birgə nikahı dövründə əldə edilmiş, sonradan oğlu Cavabdeh4 adına keçirilmişdir. Həmin mənzil ipotekaya qoyularkən onun razılığı alınmamışdır. Məhkəmələr isə bu halı nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh3, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələri nin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı BOKT MMC-nin nümayəndəsi X4 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatları dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edi lə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. İş materiallarından da görünür ki, hazırda istifadə hüququnun itirilməsi tələb edilən mənzil qüvvədə olan məhkəmə aktları əsasında iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdehin hazırda istinad etdiyi xüsusatlar isə iddiaçının mülkiyyət hüququnun pozulmasına əsas verə bilməz. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi mülkiyyət hüququnun qorunması, bərpası ilə ə laqədar olan iddia tələbidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1340/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar