Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7148/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cuiltarixli 2(103)-6446/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ü.Şükürova) 04.03.2019-cu il tarixli 2(009)845/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının cavabdehdən tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və ödənilmiş 30 manat dövlət rüsumununun 20 manat hissəsinin cavabdehdən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) 22.05.2019-cu il tarixli 2(103)-6446/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli 2(009)-845/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli 2(103)-6446/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 10.01.2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, 8 ay ödənilməmiş 7200 manat məbləğində icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Məmmədova Nərminə Rəşid qızı kass asiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyasının qənaəti işin həqiqi halları və qanunvericiliyin tələbləri ilə təkzib olunur. İlkin olaraq apellyasiya kollegiyası cavabdehin iştirakı olmadan, cavabdehin apellyasiya şikayətinin əsaslarını təşkil edən sübutları və qarşı tərəfin dəlillərinin həqiqətə uyğun olmamasını təsdiq edən sübutları cavabdehin təqdim edə bilməsi hüququnu pozmuş, bununla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Bundan əlavə, cavabdeh iddiaçıdan Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 12 saylı evin mülkiyyətçisi olduğu ½ hissəsini aralarında bağlanmış 10.01.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarədardan bir il müddətinə icarəyə götürmüşdür. İcarə müqaviləsində icarə haqqı olaraq aylıq ödənilməli olan vəsait 900 manat gös tərilmiş olsa da faktiki olaraq icarədar ona aylıq 6000 manat ödəmək şərti ilə icarəyə vermiş və o hər ay iddiaçıya 6000 manat icarə haqqı ödəmişdir. 2018-ci ilin avqust ayında icarədar ona icarə haqqını artırmaq niyyətində olduğunu, lakin ona 30.000 -40.000 manat məbləğində bir ilin icarə haqqı pulunu qabaqcadan versə o, icarə haqqını artırmayacağını bildirmişdir. Cavabdeh çıxılmaz vəziyyətdə qaldığından təxminən 2019-cu ilin yanvar ayınadək borc pul tapmaqla iddiaçıya şahidlərin və tanışlarının yanında hissə-hissə 36.000 manat icarə haqqı ödəmişdir. Buna baxmayaraq icarədar həmin pulu aldıqdan sonra 2019-cu ilin yanvar ayında cavabdehə qarşı hazırki iddianı qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmədə iştirak edə bilmək hüququnu təmin etmədiyindən o, bu barədə sü butlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli, 2(103)-6446/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və vəkili Məmmədova Nərminə Rəşid qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçıməhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM- in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. İddiaçı məhkəməyə kassasiya şikayətinə etiraz ərizəsi ünvanlayaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzilin mülkiyyət hüququ İddiaçı adına dövlət qeydiyyatına alınmış və bu barədə ona 16 dekabr 2004-cü il tarixli qeydiyyat vəsiqə verilmişdir. İddiaçı ilə Cavabdeh arasında 10.01.2014-cü il tarixdə həmin mənzilə dair icarə müqaviləsi ba ğlanmışdır və müqavilə Bakı şəhəri 1 saylı Notariat Kontorunda təsdiq edilmişdir. İcarə müqaviləsinin 1.2-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 1 il təşkil etmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə müddəti başa çatdıqda icarəyə verənin tələbi ilə icarəçi 3 gün ərzində müqavilə predmentini təhvil verməyə borcludur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 900 manat məbləğində müəyyən olunmuşdur. 10.01.2014-cü il tarixli icarə müqaviləsinin müddəti 10.01.2015-ci il tarixində qurtarmış, lakin müddət qurtardıqdan sonra müqaviləyə xitam vermək və ya onu dəyişdirmək barədə tərəflərin hər hansı ərizəsi olmamış və müqavilə onda nəzərdə tutulmuş eyni şərtlərlə davam etdirilmişdir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri lazım ı qaydada icra etməyərək müəyyən olunmuş icarə haqqını 2018-ci ilin iyun ayından etibarən ödəməkdən imtina etmişdir, Odur ki, apellyasiya kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə və Azərbaycan Respublikası “İcarə haqqında” Qanunun 1, 7 və 13-cü maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti əsassız hesab edilməlidir və apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri cavabdehin mübahisə predmeti barədə mülkiyyət və ya istifadə hüququna əsas yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdaf iə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası “İcarə haqqında” Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bundan isti fadə etməkdir. Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanun 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və xitam verilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin “məhkəmə iclasının vaxtı barədə cavabdehə məlumat verilməmiş, cavabdeh bu səbəbdən şikayətinin dəlilləri və iddianın əsassızlığı barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir” dəlili ilə bağlı qeyd eidlməlidir ki, iş mater iallarında olan xəbərdarlıqdan (səh 70) görünür ki, 22.05.2019-cu il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə cavabdeh xəbərdar edilmiş və o, bu barədə xəbərdarlığa imza etmişdir. Odur ki, qeyd edilən dəlil əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli, 2(103)6446/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7148/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7148/2019
07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver