Məhkəmə qərarları › İş №2(102)-715/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-715/2021

31.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-715/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” VM Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-715/21 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” VM Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1063/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh “xxxx” VM Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, onunla “xxxx” VM MMC arasında bağlanmış müqaviləyə əsasən işə bərpa olunması, “xxxx” VM MMC tərəfindən ona vurulmuş 4000 manat maddi və 2000 manat mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı xx xxx xxx 2015-ci il tarixdə Cavabdeh-yə xadimə vəzifəsinə qəbul olunmuşdur. Sözügüdən şirkətdə işlədiyi dövr ərzində iddiaçı ona təhkim olunmuş bütün işləri vaxtı-vaxtında və lazımı qaydada icra etmişdir.

3. İddiaçı xx.xx.2019-cu il tarixdə səhər saat 09-da işə gəldiyi zaman Cavabdeh-nin rəhbəri iddiaçını işə qoymamış və bu barədə hər hansı bir qaydada xəbərdarlıq etməmişdir. İddiaçı işdən xaric olduğundan xəbəri olmamışdır. Həmçinin iddiaçı işdən azad olunması barədə ərizə yazmamışdır.

4. İşə götürən tərəfindən iddiaçıya qarşı qərəzli mövqe nümayiş olduğundan və xəbəri olmadan işdən azad olduğundan cavabdehə bir neçə dəfə müraciət etməsinə baxamayarq cavabdeh tərəfindən iddiaçıya heç bir cavab verməmişdir.

5. Bundan əlavə, əmək müqaviləsinə qanunsuz olaraq birtərəfli qaydada xitam verilməsi və işdən azad edilməsinin nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. İşə götürən əmək müqaviləsinin ləğv etməzdən iki ay əvvəl işçini rəsmi xəbərdarlıq etməlidir və yaxud da qanunla müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə iki aylıq əmək haqqını birdəfəyə ödəməlidir.

6. İşə götürən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarını kobud sürətdə pozmuşdur. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə isə 2000 manat ödənilməlidir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 77 və 300-cü maddələrinə istinad etmişdir.

8. Cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, iddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh-də xadimə kimi çalışmış və rəhbə rlik tərəfindən əmək müqaviləsinə uyğun şəkildə normal iş şəraiti ilə təmin olunmuşdur.

9. Müəyyən müddətdən sonra iddiaçı işçilərlə yola getməmişdir və buna görə də iddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir.

10. Bununla belə, iddiaçının yaşını və ailə vəziyyətini nəzərə alaraq hər kəsdən iddiaçıya qarşı daha da humanist və diqqətli yanaşılması xahiş edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə iddiaçı yenə işçilərlə mübahisə etmiş və iş yerini icazəsiz tərk edib, getmişdir. Həmin gündən sonra dəfələrlə iddiaçı ilə mobil telefonu vasitəsilə əlaqə saxlanılıb işə qayıtmalı olduğu və iş saatı ərzində iş yerində olmalı olduğu bildirilsə də, iddiaçı müxtəlif bəhanələrlə işə çıxmamışdır.

11. Eyni zamanda işə nə vaxt çıxacağı, iş buraxmasının səbəbləri və əgər belə bir üzrlü səbəb varsa, ona dair məlumat verməsi üçün cavabdeh tərəfindən iddiaçıya məktub ünvanlanmışdır.

12. Sonradan iddiaçı cavabdeh şirkətin ofisinə yaxınlaşaraq normal qaydada işə davam edəcəyini düşünmüşdür. İddiaçıdan buraxdığı iş günləri ilə bağlı izahat tələb olunduqda, iddiaçı izahat verməkdən imtina etmişdir.

13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman əmək müqaviləsi işəgötürən tərəfindən hələ də ləğv edilməmişdi. Lakin buraxdığı iş günlərinin üzrsüz olması və buna dair hər hansı açıqlama verməkdən imtina edərək ofisi tərk etdiyi üçün sonradan əmək qanunvericiliyinə uyğun şəkildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilmişdir.

14. Yasamal rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(004)-5539/2019 saylı qətnaməsi ilə iddia təmin olunmamışdur. (hakim Orxan Məmmədli)

15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə «xxxx» VM MMC-də xadimə vəzifəsində işə qəbul edilmiş, lakin sonradan iddiaçının işçilərlə mübahisəsi düşmüş, iddiaçı xx.xx.2019-cu il tarixdə xəbərdarlıq etmədən icazəsiz iş yerini tərk etmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə mobil telefonu vasitəsilə əlaqə saxlanılıb işə qayıtmalı olduğu və iş saatı ərzində iş yerində olmalı olduğu bildirilsə də, iddiaçı müxtəlif bəhanələrlə işə çıxmamışdır. İddiaçı «xxxx» VM MMC-də xadimə vəzifəsində işlədiyi müddətdə mütəmadi olaraq nizam-intizam qaydalarını pozmuş, iş şəraitini pozmuş, işçilərlə kobud rəftar etmiş, onları təhqir etmiş, şərəf və ləyaqəti alçaldan ifadələr işl ətmişdir

16. Birinci instansiya məhkəməsi habelə müəyyən etmişdir ki, İddiaçı «xxxx» VM MMC-yə qarşı işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt «xxxx» VM MMC tərəfindən mübahisələndirilən əmək müqaviləsi hələ ləğv edilməmişdi.

17. Cavabdeh firmasının xx.xx.2019-cu il tarixli 26 saylı əmrinə əsasən, iddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərinə əsasən xx.xx.2019-cu il tarixdən xitam verilmişdir.

18. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, İddiaçı “xxxx” VM MMC-nin rəhbərliyi tərəfindən işə buraxılmadığını bildirsə də, bunu sübut edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməm işdir.

19. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən hesab edib ki, İddiaçı qanunvericilikdə istisna olunmuş hallardan əlavə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə cəza tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunauyğun və əsaslı olmuşdur.

20. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 10, 68 (İ hissə), 70 (“ç” bəndi), 71 (İİ hissə), 72 (“a” bəndi), Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılıb, şikayətdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusun a istinda edilib.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1063/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-5539/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Elşad Şamayev)

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin tətbiq etdiyi normalardan əlavə, Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılmasını xahiş edib.

27. Kassasiya şikayəti də apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə işin faktiki hallarına, maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

28. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının i clasında İddiaçı, onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdilər.

30. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh “xxxx” VM Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyi üçün məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10. əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri; a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç ) işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işə götürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 71. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə

72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 186. (2-ci hissə) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək m üqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.

34. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

35. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

36. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyiniə istinad etmişdir.

37. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı məhkəməyə hazırki iddianı verəndə onunla əmək müqaviləsinə hələ xitam verilməmişdi, iddiaçı ilə əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu il tarixdə xitam verilmişdir.

39. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə mobil telefonu vasitəsilə əlaqə saxlanılıb işə qayıtmalı olduğu və iş saatı ərzində iş yerində olmalı olduğu bildirilsə də, iddiaçı müxtəlif bəhanələrlə işə çıxmamış, həmçinin İddiaçı “xxxx” VM MMC-nin rəhbərliyi tərəfindən işə buraxılmadığını bildirsə də, bunu sübut edəcək hər hansı bir sübutu işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməmişdir.

40. Bununla da müəyyən edilib ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunauyğun və əsaslı olmuşdur.

41. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şər tləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.

42. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

43. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

44. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1063/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar