Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-715/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, İsmayıllı rayonu Qalacıq bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, vindikasiya iddiası, ekspert rəyi, tələbin sübuta yetməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, İsmayıllı rayonu Qalacıq bələdiyyəsi və Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-331/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-252B KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən 0.26 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair JN-252F KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən 0.24 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
3. DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində olan 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 152 kv.metr yaşayış, 155.4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 12 aprel 2007-ci il tarixdə qeydə alınmışdır.
4. DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən, 0.20 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 29 iyul 2017-ci il tarixdə qeydə alınmışdır.
5. İsmayıllı rayonu Qalacıq Bələdiyyəsinin sədri Zöhrə Şalbuzova, ƏMDK-nın Qəbələ ərazi şöbəsinin nümayəndəsi Asim İmaməliyev, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin nümayəndəsi Nurlan İsgəndərov, Şəki LTİ-nin Qəbələ rayon şöbəsinin nümayəndəsi Urfan Qədirov və İddiaçı adından 7E-8916 nömrəli etibarnamə ilə çıxış edən Qaçay Şahbazov tərəfindən təsdiq edilmiş 21 dekabr 2018-ci il tarixli Akta əsasən xx.xx.2017-ci il tarixli **********01 reyestr nömrəli çıxarış və texniki pasporta uyğun olaraq İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinin m ülkiyyətçisi İddiaçı nümayəndəsi X3 0.20 hektar torpaq sahəsinin yerini və sərhədlərinin göstərilməsi ilə bağlı DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli müraciəti əsasında həmin əraziyə baxış keçirilmiş, kameral işlər zamanı DWJ baza məlumatlarını naturadakı mövcud vəziyyətə gətirərək əldə edilmiş faktiki koordinatları GPS aparatına yığıb AZPOS şəbəkəsinə qoşularaq naturada 0.20 hektar torpaq sahəsinin yeri və sərhədləri müəyyən edilmiş, mərz nişanları qoyulmuş, **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən 0.20 hektar torpaq sahəsi naturada bir başqa vətəndaşın istifadəsində olduğu, hər tərəfdən sərhəd daxilində olduğu, JN-252F və JN253F nömrəli şəhadətnamələr faktiki göstərilən torpaq sahəsindən şimal tərəfdə yerləşdiyi və göstərilən 0.20 hektar torpaq sahəsi ilə üst-üstə düşmə faktının aşkar edilmədiyi müəyyən olunmuşdur.
6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-395/2021 nömrəli, 2 mart 2021-ci il tarixli qərarı ilə iddiaçılar Cavabdeh1 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs İddiaçı qarşı İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı adına DƏDRX- in 9 saylı Ərazi İdarəsi tərəfindən 29 iyul 2017-ci il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33-cü səhifəsində **********01 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi öhdəliyinin ca vabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən DƏDRX-in 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin Qalacıq kənd sakini Cavabdeh1 tərəfindən zəbt olunmasına son qoyulmaqla cavabdehin həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən 0.20 hektar torpaq sahəsi alıb, həmin torpaq sahəsinin daşınmaz əmlakın d övlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-in 9 saylı Ərazi İdarəsinə müraciət edib. Müraciətinə əsasən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən, 0.20 hektar torpaq sahəsi DƏDRX-in 9 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədində şərti işarələrlə qeyd edilən sərhədlər daxilində daşınmaz əmlakın dövlət reyestrində **********01 reyestr nömrəsi ilə iddiaçının adına qeydə alınaraq 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsi Qalacıq kənd sakini Cavabdeh1 tərəfindən özününkü hesab edilərək, zəbt edilmişdir.
9. İddiaçı zəbt edilmiş ərazinin mülkiyyətində olmasını Cavabdeh1 bildirsə də, ancaq sonuncu həmin ərazinin özünün mülkiyyət ində olmasını bildirmişdir.
10. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün xx.xx.2018-ci il tarixdə DƏDRX-in 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün əraziyə baxış keçirilmiş və baxış zamanı həmin ərazinin onun xüsusi mülkiyyətində olması təsdiq edilərək 21 dekabr 2018-ci il tarixli akt tərtib olunmuşdur. Mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsi davam etdiyi üçün ərizə ilə İsmayıllı Rayon Prokurorluğuna müraciət etmişdir. İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı əməldə cinayət tərkibi olmadığı üçün iddiaçıya mülki iş kimi məhkəməyə müraciət etmək məsləhət görülmüşdür.
11. Cavabdeh1 heç bir əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək özünün mülkiyyətində olduğunu iddia edərək iddiaçıya həmin torpaq sahəsindən istifadə etməyə icazə vermir. İddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157-ci maddəisnə istinad etmişdir.
13. Cavabdeh1 iddiaya etiraz olaraq birinci instansiya məhkəməsində göstərib ki, mülkiyyətində olan torpaq sahəsi İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə yerləşir. Torpaq sahəsi 1998-ci ildən ona verilmişdir. İddiaçıya məxsus torpaq sahəsi ona məxsus torpaq sahəsindən 100 metr məsafədə yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin əməkdaşları gəlmiş, ərazidə ölçmə işləri aparmış və mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərini müəyyən etmişlər. Ona məxsus torpaq sahəsi ümumilikdə 72 sot olmuşdur. Mülkiyyətində olan torpaq sahəsini dövlət qeydiyyatına aldırmış və DƏDRX-in 9 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair çıxarış sənədi və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi ona məxsus torpaq sahəsində yerləşməmişdir. O, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir.
14. Cavabdeh İsmayıllı rayon Qalacıq bələdiyyəsinin nümayəndəsi X2 göstərib ki, o, İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində Cavabdeh1 məxsus torpaq sahəsinin yerləşdiyi ə razidə yerləşir. xx.xx.2017-ci il tarixli **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının nümayəndəsi Qaçay Şahbazovun 0.20 hektar torpaq sahəsinin yerinin və sərhədlərinin göstərilməsi ilə bağlı DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli müraciəti əsasında həmin əraziyə baxış keçirilmiş, kameral işlər zamanı DWJ baza məlumatlarını naturadakı mövcud vəziyyətə gətirilərək əldə etdikləri faktiki koordinatları GPS aparatına yığıb AZPOS şəbəkəsinə qoşularaq naturada 0.20 hektar torpaq sahəsinin yeri və sərhədləri müəyyən edilmiş və mərz nişanları qoyulmuş, **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən 0.20 hektar torpaq sahəsi naturada bi r başqa vətəndaşın istifadəsində olduğu və hər tərəfdən sərhəd daxilində olduğu, JN-252F və JN253F nömrəli şəhadətnamələr faktiki göstərilən torpaq sahəsindən şimal tərəfdə yerləşdiyi və göstərilən 0.20 hektar torpaq sahəsi ilə üst-üstə düşmə faktının aşkar edilmədiyi müəyyən olunmuş və aparılmış araşdırmanın nəticəsi olaraq 21 dekabr 2018-ci il tarixli Akt tərtib olunmuşdur.
15. Cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
16. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-3/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, 29 iyul 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması qət edilmişdir. (hakim Rafayel Şirinov)
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 iddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsini, özünün mülkiyyətində olan torpaq sahəsindən 100 metr aralıda yerləşdiyini iddia edərək zəbt etməsi və iddiaçının zəbt edilmiş torpaq sahəsindən istifadə etməsinə icazə verməməsi, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələndiyindən, Cavabdeh1 iddiaçının mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.20 hektar torpaq sahəsindən çıxarılmalıdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 146.2, 152, 157.2, 165.1, 239.2-ci, Torpaq Məcəlləsinin 67.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələr i ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh torpaq sahəsini qanun əsasında əldə etmişdir. Torpaq sahəsi cavabdehə Aqrar İslahat Komissiyasını qərarı əsasında ayrılıb; - cavabdehin barəsində “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsi pozulub; - iddiaçının torpaq sahəsi cavabdehin torpaq sahəsindən 100 metr aralıda yerləşir; - birinci instansiya məhkəməsi ekspertiza keçirmədən, qanunla müəyyən edilmiş qaydada araşdırma aparmadan bələdiyyənin arayışı əsasında qərar qəbul edib.
21. Apellyasiya instansiyası məhkəməsi tərəflərə məxsus torpaq sahələrinin koordinatlarını müəy yən edilməsi, torpaq sahələrinin üst-üstə düşüb-düşməmə və zəbt faktının müəyyən edilməsi üçün 10 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4671 nömrəli, 22 avqust 2022-ci il tarixli ekspert rəyi: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilərək yerquruluş u planında göstərilmişdir; - iddiaçının adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsindən faktiki istifadə olmadığı üçün naturada ölçülərini müəyyən etmək mümkün olmayıb; - 0.26 hektar torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsinə dair tərtib edilmiş JN-252B nömrəli şəhadətnamə haqqında mərkəzin elektron (DVJ) bazasında məlumat olmadığı üçün torpaq sahəsinin koordinatlarının müəyyənləşdirmək mümkün olmayıb; - cavabdehin adına tərtib edilmiş JN-253F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.25 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir (sxem əlavə edilib); - Sənəd üzrə koordinatlar müəyyən edildikdən sonra cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələrinin sənəddə göstərilmiş koordinatları daxilində torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir (sxem əlavə edilib); - iddiaçının adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür; - RX ******* saylı çıxarış ilə iddiaçının mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsinin 0.1947 ha hissəsi cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi ilə üst-üstə düşür.
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-331/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edi lmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmiş, ekspertiza xərci iddiaçıdan tutulmuşdur. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Rövşən Rəfiyev)
24. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0.20 hektar torpaq sahəsi almış, DƏDRX-nin 9 Saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü sənədində şərti işarələrlə qeyd edilən sərhədlər daxilində daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********01 reyestr nömrəsi ilə qeydə alınan 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Torpaq sahəsinin planı v ə ölçüsü sənədi verilmişdir. Cavabdehə də X6 Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarı ilə İsmayıllı rayon Qalacıq kəndində yerləşən JN -252B KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 026 hektar və JN 252F KOD 40711018 nomrəli şəhadətnaməyə əsasən 0,24 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bundan əlavə, cavabdehə DƏDRX-in 9 saylı Ərazi idarəsi tərəfindən İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş, 6 otaqlı, 152 kv, metr yaşayış, 155,4 kv, metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə bağlı 12 aprel 2007-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayiş evinin texniki pasportu verilmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi İs mayıllı rayonu, Qalacıq kəndi ərazisində iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidədir.
25. Apellyasiya instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinadən belə nəticəyə gəlib ki, sənəd üzrə iddiaçıya məxsus torpaq sahəsini cavabdeh zəbt etməmişdir. Belə ki, rəyə əsasən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsi deyil, başqa torpaq sahəsi olmuşdur. Yəni iddiaçının istifadə etdiyi torpaq sahəsi sənəd üzrə özünə məxsus olan torpaq sahəsi olmamış, iddiaçının adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. 2
6. Apellyasiya instansiya məhkəməsi son olaraq belə qənaətə gəlib ki, iddiaçının cavabdehin faktiki istifadəsinə olan torpaq sahəsi üzrə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-152.4, və 157.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət belə əsaslandırılıb: - birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etdiyi halda, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini heç bi r əsas olmadan təmin etməklə Mülki Məcəllənin 146.1, 146.2, 152.1-152.4, 157.2, 165.1, 239.2-ci maddələrinin tələblərini pozmuşdur; - məhkəmə ekspert rəyində qeyd olunanlara istinad etmiş, lakin daha sonra rəydə göstərilənləri təhrif edərək, yalnış qənaətə gələrək, qətnamədə göstərmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsi yox, başqa torpaq sahəsi olmuşdur. Yəni iddiaçının istifadə etdiyi torpaq sahəsi sənəd üzrə özünə məxsus olan torpaq sahəsi olmamışdır; - iş materiallarında olan ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0,20 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilərək, yerquruluşu p lanında göstərilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsindən faktiki istifadə etməməsi ona məxsus torpaq sahəsinin başqası tərəfindən zəbt olunmasına əsas verə bilməz; - eyni zamanda iddiaçının torpaq sahəsi rəsmi sənədlərdə öz əksini tapdığı və mütəxəssislər tərəfindən müəyyən edildiyi halda, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini faktiki istifadə etməsi onun haqlı olmasına səbəb ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyinin həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda,gəlir, artım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddaratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiy i halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelly asiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
36. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
37. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən edil hallarından görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsi deyil, başqa torpaq sahəsi olmuşdur. Yəni iddiaçının istifadə etdiyi torpaq sahəsi sənəd üzrə özünə məxsus olan torpaq sahəsi olmamış, iddiaçının adına ve rilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
38. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan 0,20 hektar torpaq sahəsinin hər hansı hissəsinin cavabdehin qanunsuz sahibliyində olması halı işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin tədqiq etdiyi sübutlarla müəyyən edilməyib.
40. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
42. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini – birinci instansiya məhkəməsinin haqlı olaraq iddianı təmin etdiyi halda, apellyasiya instansiyası məhkəməsinin cavabdehin apellyasiya şikayətini heç bir əsas olmadan təmin etməklə Mülki Məcəllənin 146.1, 146.2, 152.1-152.4, 157.2, 165.1, 239.2-ci maddələrinin tələblərini po zması – əsassız sayır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı ekspert rəyi olmadan təmin etmişdir. Halbuki analoji mübahisələrdə torpaq sahələrinin koordinatlarının və zəbt faktının müəyyən edilməsi kimi sualların aydınlaşdırılması xüsusi bilik tələb edən ekspertizanın (ekspertin) fəaliyyət sferasıdır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
43. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməli olması barədə gəldiyi nəticə isə ekspert rəyinə əsaslanmışdır. Buna görə də qeyd edilən dəlil əsaslı sayıla bilməz.
44. İddiaçının torpaq sahəsi rəsmi sən ədlərdə öz əksini tapdığı və mütəxəssislər tərəfindən müəyyən edildiyi halda, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini faktiki istifadə etməsinin onun haqlı olmasına səbəb ola bilməməsi barədə kassasia şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlərdə ona məxsus torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üstüstə düşməməsi ekspert rəyi ilə təsdiq edilib. Nəzərə alınsa ki, iddiaçı yalnız qeydə alınmış hüququ barəsində həmin hüququn müdafiəsi ilə bağlı mübahisə aça bilər və iddiaçının torpaq sahəsinə hüququ başqa yer üzrə qeydə alınıb, belə olan halda, bu dəlil də əsaslı deyil.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-331/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.