Məhkəmə qərarları › İş №2(102)-7151/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7151/2019

13.11.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7151/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının vəkili İlyasova Gülarə Qəzənfər qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli, 2(107)779/2019 nömrəli qərardadından İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, xidməti vəzifəsini yerinə yetirərkən əmək qabiliyyətini itirməyə səbəb olan xəsarət almasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim R.Kazımov) 23 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Rzaqulu oğlunun 12 avqust 1999-cu il tarixdə 981 saylı Hərbi Hissədə hərbi xidmətdə olan vaxt xidməti vəzifəsini yerinə yetirərkən, «Ural» markalı avtomobili təmir edərkən yıxılaraq baş nahiyəsindən əmək qabiliyyətini itirməyə səbəb olan xəsarət alması müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Baş idarəsi Mərkəzi Hərbi Həkim komissiyası apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının (hakimlər V.İ.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov) 21.02.2019-cu il tarixli, 2(107)-779/2019 nömrəli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının apellyasiya ş ikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti normalarını pozmuşdur. belə əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquq PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının vəkili İlyasova Gülarə Qəzənfər qızı kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏ LƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.02.2019-cu il tarixli qərardadı ilə iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iş üzrə icraata xitam verərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya dig ər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.11 -ci maddəsinin tələbinə görə, isə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəç i həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın 10-12-ci maddələrinə əsasən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası Azərbaycan Respublikasında Hərbi Həkim Ekspertizasına metodik rəhbərliyi həyata keçirir. MNMHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MNMHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.1-7.4-cü maddələrinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəlik lərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi-həkim komissiyalarına həvalə olunmuşdur. Göründüyü kimi İddiaçı hərbi xidməti vəzifələrini yerinə yetirərkən əmək qabiliyyətini itirməyə səbəb olan xəsarət alması faktının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməklə həmin faktı təsdiq edən sənədi ala bilmək imkanından istifadə etməmiş, nəticədə həmin işə məhkəmədə baxılmalı olmadığı halda məhkəməyə müraciət etmişdir. Lakin, birinci instansiya məhkəməsi bunları nəzərə almamış, qanunun tələblərini pozaraq, məhkəmədə baxılmalı olmayan işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 391-ci maddəsində göstərilmişdi ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli, 2(107)-779/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar