Məhkəmə qərarları › İş №2(102)-716/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-716/2022

25.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-716/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6873/2021 nömrəli iş üzrə 06 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 15.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, Cavabdeh, X2, X5, İddiaçı3, İddiaçı2, X6 və X1 ünvan 1 fərdi yaşayış evində qeydiyyatdadırlar. Suraxanı rayon Məhkəməsinin 30.09.2003-cü il tarixli qiyabi qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Məlik Əliməmməd oğlundan miras qalmış ünvan 1 fərdi yaşayış evinin 1/10 hissəsi üzərində X3 mülkiyyət hüququ tanınması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Osmanova (Əliməmmədova) İradə Balabəy qızı və X7 11.06.1991-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Əliməmmədov”, arvada “Əliməmmədova” soyadı verilmişdir. Azərb aycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.01.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 1 fərdi yaşayış evi X13 adına 02.08.1967-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda adınadır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05.12.2019-cu il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşamışlar. Həyat yoldaşı X7 astma xəstəsi idi və həmin xəstəlikdən dünyasını dəyişmişdir. Mübahisəli ev mərhum qayınatası Məlik Ə liməmmədova məxsus idi. Onun qaynı Cavabdeh heç bir səbəb olmadan onları evdən qovmuşdur. Onun (iddiaçının) bütün cehiz əmlakı yaşadığı evdə yerləşdirilmişdir. İş üzrə Cavabdeh onu və övladlarını evə buraxmır və qeydiyyatda olmaqla yaşadıqları evdən onları məhrum etmişdir. Həmin evdə o, həyat yoldaşı və uşaqları ilə birlikdə yaşamışlar. Bütün bu dövrlər ərzində qaynı Cavabdeh öz ailəsi ilə birlikdə həmin yaşayış evində yaşamış, onların necə və harada yaşayacaqları barədə heç düşünmədən həmin ünvanda yaşamağına imkan verməmişdir. Belə ki, yaşayış evindən məhrum olduğuna görə ailəsi də əziyyət çəkir. Bu barədə qaynına müraciət etməyinə baxmayaraq, qaynı onların qeydiyyatda olduğu ünvanda yaşamağa icazə verməmişdir. Cavabdehə qarşı məhkəmədə iddia qaldırmağı qohumluqda ona qarşı ictimai qınağ a səbəb olacağından qorxub bunu məhkəmə vasitəsi ilə həyata keçirməmiş, bunun üçün heç bir vaxt məhkəmədə iddia qaldırmamışdır. Ümüd etmişdir ki, danışıqlar yolu ilə cavabdehlər onu qeydiyyatda olduğu yaşayış yerinə köçməyinə icazə verərlər. Lakin cavabdeh onun müraciətinə heç bir vaxt əhəmiyyət verməmiş və qeydiyyatda olduğu yaşayış evində yaşamağına maneçilik törətmişdir. Onun keçmiş həyat yoldaşı miras əmlakın qəbul edilməsi və mirasdan payın natura qaydasında ayrılması tələbi ilə məhkəmyə müraciət etmiş və iddia təmin olunaraq Məlik Əliməmməd oğlundan miras qalmış ünvan 1 fərdi yaşayış evinin 1/10 hissəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Buna baxmayaraq o və qızları da cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaşayış yerindən məhrum olduqları üçün normal şəraitdə yaşaya bilm əmişlər. Ona görə də pozulmuş hüquqlarının bərpa edilərək, mübahisəli əvvəllər yaşadıqları ünvanda yaşamaq istəyirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-500/2021) iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı evin 1/10 hissəsi üzərində X3 mülkiyyət hüququ tanındığından və iddiaçıların mübahisəli mənzildən istifadə hüquqları yarandığından iddia tələbi təmin edilməli, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 fərdi yaşayış evinə köçürülməlidir. Apellyasiya inst ansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, o, 1985-ci ildə yuxarıda qeyd olunan ünvanda valideynlərinin yaşadığı mənzilə birləşik mənzil tikmişdir. Mənzilin tikintisi və bütün xərcləri onun tərəfindən qarşılanmışdır. Mərhum qardaşı ailə həyatı quran za man valideynlərinin evi qəzalı vəziyyətdə olduğu üçün İ.B.Əliməmmədov onun tərəfindən tikilmiş mənzilə gəlin köçmüşdür. Bir müddət həmin mənzildə onun icazəsi ilə yaşamışlar. Sonradan aralarında olan daxili mübahisələr əsasında onları onun tərəfindən tikilən evdən çıxarmışdır. Mübahisəsi gedən ünvanda yəni ünvan 2irləşik iki mənzil mövcuddur. Mənzillərdən biri mərhum atasının mülkiyyətində, digəri isə onun mülkiyyətindədir. Onun tərəfindən tikilən mənzilin heç bir sənədi yoxdur və dövlət reyestrində qeydiyyata alınmayıb. Bundan əlavə Suraxanı Rayon Məhkəməsinin 30.09.2003-cü il tarixli qiyabi qətnaməsi də onun tərəfindən tikilən mənzili yox məhz atasına məxsus mənzili əks olunur. Bununla yanaşı məhkəmə prosesi zamanı məhkəmə ekspertizası təyin olunmamış, sözü gedən ünvanda neçə mənzilin ol ması məsələsi aydınlaşdırılmamışdır. 2004-cü ildə qardaşı və ailəsinə çalışdığı Bakı Heydər Əliyev adına X14 tərəfindən Xətai rayonu, ünvan 3 ünvanında 2 otaqlı bütün şəraiti yaxşı olan mənzil təqdim olunmuşdur. Həmin mənzil hazırda da iddiaçıların sərəncamındadır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov, iş № 2(103)-6873/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-500/2021 saylı mülki iş üzrə qəbul etdiyi 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması haz ırkı mübahisənin predmetinə aid deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddiaçının ərinin mübahisəli evin 1/10 hissəsinə mülkiyyət hüququnun tanınması iddiaçıların həmin evə köçürülməsi üçün əsasdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli 2(103)-6873/2021 nömrəli qətnaməsi nin ləğv edilərək, işin obyektiv şəkildə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsin dən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 01 oktyabr 2009-cu il tarix ədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərin in yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinin tələblərinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçür ülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmi ş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərlə bağlı qeyd etmişdir ki, «… İddiaçı1 və onun qızları digər iddiaçılar İddiaçı3 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. İddiaçı1 B.M.Əliməmmədov ilə 11.06.1991-ci ildə rəsmi olaraq nikaha daxil olmuş və ünvan 1 fərdi yaşayış evində yaşamış və həmin mənzilə istifadə hüququ əldə etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.09.2003-cü il tarixli qiyabi qətnaməsi ilə Məlik Əliməmməd oğlundan miras qalmış ünvan 1 fərdi yaşayış evinin 1/10 hissəsi üzərində iddiaçının əri X3 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Cavabdeh apellyasiya şikayətində Bakı şəh əri Suraxanı Rayon Məhkəməsinin Məlik Əliməmməd oğlundan miras qalmış ünvan 1 fərdi yaşayış evinin 1/10 hissəsi üzərində X3 mülkiyyət hüququnun tanınması barədə 30.09.2003-cü il tarixli qiyabi qətnaməsinin mövcudluğuna toxunmasa da, məhkəmə iclasındakı özünün də mübahisəli fərdi yaşayış sahəsində istifadə hüququnun olduğunu bildirmişdir.» Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ca vabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6873/2021 nömrəli iş üzrə 06 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar