Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-716/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1106/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu, Alıcanlı kəndində hər biri 0,42, 0,48 və 2,87 ha, cəmi 3.77 ha torpaq sahəsi ayrılmış, bununla əlaqədar torpağa mülkiyyət hüququna dair Dövlət aktı (JN-0061 Kod ********) tərtib edilmişdir.
2. Zərdab rayonu, Alıcanlı kəndində 2,87 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə iddiaçı və ailə üzvlərinin adına birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Zərdab Rayon Məhkəməsinin 2(035)-01/2014 nömrəli, 14 yanvar 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı “torpaqdan istifadəyə dair yaradılan maneənin aradan qaldır ılması və maddi ziyan” tələbinə dair iddiası təmin edilməmişdir.
4. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə Zərdab rayonu, Alıcanlı ərazi dairəsində yerləşən 2,86 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Zərdab rayonu, Alıcanlı kəndində “Qaraxan” adlanan sahədə yerləşən zəbt etdiyi 2.24 ha torpaq sahəsindən çıxarılması və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödədiyi 326,20 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsinin 2.86 ha hissəsini 23 ildir ki, qanunsuz olaraq zəbt etməklə taxıl və yonca əkərək istifadə edir. Bununla da, cavabdeh sözügedən torpaq sahəsini zəbt edərək onun torpaq sahəsindən istifadəsinə imkan vermir. Dəfələrlə bu barədə cavabdehə iradlarını bildirsələr də, cavabdeh torpaq sahəsindən çıxmamışdır. Onun torpaq sahəsi Kadastr və Yer Quruluşu Layihə X1 LTİ-nin Ucar sahəsinin mütəxəssisləri tərəfindən ona və cavabdehə tanıdılaraq akt tərtib edilmişdir. Müxtəlif orqanlara çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdeh qanunsuz əməllərindən əl çəkməmişdir.
7. Cavabdeh iddi a tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun həm yeznəsi, həm də qaynıdır. O, iddiaçıya məxsus olan Zərdab rayonu, Alıcanlı kəndində yerləşən hər hansı bir torpaq sahəsini zəbt etməmişdir, iddia əsassız və qanunsuzdur.
8. Məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2022-ci il tarixli, 10/2271 nömrəli ekspert rəyinə əsasən, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,86 ha torpaq sahəsinin 2,24 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edildiyi müəyyən edilmişdir.
9. Zərdab Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(035)-01/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Tahir Qubadov) ilə iddia təmin edilm işdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, haqqında mübahisə qaldırılan torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğundan, o, hazırkı iddianı verməkdə haqlı olmuşdur.
11. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh öz etirazını əsaslandıra bilməmiş və iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin etirazı iddiaçının izahatı ilə yanaşı, məhkəmə tikinti-texniki ekspertizasının 23 may 2022-ci il tarixli rəyi ilə də tam təkzib edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan sözügedən torpaq sahəsinin 2.24 ha hissəsinin iddiaçı və onun ailə üzvlərinin iradəsinə zidd olaraq cavabdeh tərəfindən istifa də olunmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, bu, iddiaçının mülkiyyət hüququnun pozuntusudur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İİ, 60-cı maddəsinin İ hissələrinə, 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 213.1, 213.2, 213.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 76.1, 76.2, 101.3, 106.1, 119.1, 124.1, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 20 sentyabr 2022-ci il tarixli, 2(107)-1106/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Günay Cavadova (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətindən istifadəsinə maneçilik yaradılmışdır. Bu maneənin aradan qaldırılması üçün cavabdeh zəbt etdiyi sahədən çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin iddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma barədə irəli sürdüyü tələbin t əmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.
17. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin qəbul edilməsi cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi anlamına gəlmir, çünki zəbt etmə mövcuddur. Bu, hal hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 23 may 2021-ci il tarixli rəy ilə təsdiq olunur.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 213.1, 213.2, 213.6-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2-ci, MPM-in 14.2, 77.1, 119.1, 217, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a ) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının pozuntusunun bariz göstəricisi hüquq pozuntusu törətmədiyi halda barəsində şikayət verdiyi məhkəmə aktı ilə 2,24 ha torpaq sahəsindən çıxarılması, 30,40 manat məbləğində dövlət rüsumu, 326,20 manat məbləğində vəsaitin iddiaçıya, 50 manat məbləğində pulun isə Dövlət Xəzinədarlığı hesabına ödənilməsinə məcbur edilməsidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işin hallarının ətraflı araşdırmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı onun qonşusudur, hər iki tərəf Zərdab r ayon Aqrar İslahatı komissiyasının qərarı ilə torpaq sahəsi almışlar. Aqrar islahatlardan keçən 25 il ərzində tərəflər arasında torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisəyə məhkəmədə baxılmış, iş üzrə tərtib edilmiş ekspert rəylərində mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğu təsdiqlənmiş, bu səbəbdən də iddia rədd edilmişdir. Hazırda torpaq sahələrinin mülkiyyətçisi barədə ekspertizanın bir-birini təkzib edən iki rəyi vardır və eyni məhkəmənin hansı səbəbdən həmin rəyin sonuncusunu mötəbər sübut kimi qəbul etməsi anlaşılan deyil.
21. Kassator şikayətini “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı, MPM-in 76-cı mad dələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşula rın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bi lər.
29. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
30. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
31. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı icraat üzrə apellyasiya məhkəməsinin aktı cavabdeh in kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
43. Nəzərə alınmalıdır ki, eyni tərəflərin iştirak etdiyi mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün hazırkı iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəsatəti məhkəmələr tərəfindən təmin edilməmiş və bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən ayrıca akt şəklində əsaslandırılmış qərardad çıxarılmışdır. Məhkəmələr hesab etmişdir ki, iddiaçı və cavabdeh həmin işdə iştirak etsə də, iddia tələblərinin əsasları və predmeti eyni olmamışdır. Eyni zamanda həmin mülki iş üzrə hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb edən hallar da müəyyən edilməmişdir.
44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1106/2022 nömrəli mülki iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.