Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7169/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2577/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarı ilə X1 ayrılmış və sonuncunun razılığı əsasında həmin torpaq sahəsi Bələdiyyənin 03 iyun 2004-cü il tarixli qərarı ilə Cavabdeh1 adına keçirilmişdir. 03 iyun 2004-cü il tarixdə Bələdiyyə ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bələdiyyənin həmin qərarına əsasən Cavabdeh1 0,7755 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və 27 iyul 2017-ci il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 28 avqust 2017-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 satmı ş və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla onun adına 15 noyabr 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2008-ci il tarixli 166 saylı qərarı ilə İddiaçı Tapdıq oğlunun istifadəsinə Binəqədi qəsəbəsi ərazisində 94.000 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış və bununla əlaqədar onların arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin fevral ayında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və 3-cü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək Binəqədi qəsəbəsini n ərazisində yerləşən 94.000 kv.metr ölçüdə torpaq sahəsinin Bələdiyyənin 14 iyul 2008-ci il tarixli qərarı ilə onun sahibliyinə və istifadəsinə verilməsinə baxmayaraq Cavabdeh1 ona məxsus torpaq sahəsinə saxta sənədlər əsasında mülkiyyət hüququ əldə edib həmin torpaq sahəsini digər Cavabdeh2 satmasını əsas göstərməklə həmin cavabdehlərin adlarına verilmiş dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsində aparılmış tikinti işlərinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1845/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.N.Quliyev) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icr aat İş üzrə İddiaçı qətnaməni qanunsuz və əsassız hesab edərək onun ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsi barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11745/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1845/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsi İddiaçı saxlanılmışdır. münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmas ına dair qərar qəbul edilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1869/19 saylı, 18 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və S.F.Hacıyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7184/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Mə hkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4607/20 saylı, 12 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat İşə üçüncü dəfə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2577/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və V.Ə.İbayev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışında qalmış hissədə, yəni mübahisəli torpaq sahəsində aparılmış tikilinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə tələblərin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı Tapdıq oğlunun hazırkı iş üzrə cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbinin iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinə dair Binəqədi qəsəbə Bələdiyyəsinin adından hazırlanmış saxta sənədlər əsasında özəlləşdirilərək Cavabdeh1 adına, daha sonra isə digər Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 15 noyabr 2017-ci il tarixli Çıxarışın və həmin torpaq sahəsinə dair verilmiş “Eskiz planı”nın etibarsız hesab edilməsi barədə” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi, İddiaçı eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilməsi izah edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, mə hkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 417.1.7 Kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qətnamədən verilmiş kassasiya şikayəti üzrə qətnamənin qanuniliyinin yoxlanılması üçün prosessual əsaslar olmadığından, kollegiya hesab edir ki, həmin şikayətə baxılmamalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, qətnamədən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılmasına dair qərar qəbul edilməlidir. İşdən göründüyü kimi, mübahisəli torpaq sahəsində tikilmiş tikilinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarına dair hissədə iddia tələbi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər Mübahisələndirilən məhkəmə qətnaməsi ilə Cavabdeh2 qarşı yönəlmiş tələb rədd olunduğundan, eləcə də onun tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən kollegiya hesab edir ki, qətna mədən verilmiş kassasiya şikayətinə baxılması üçün prosessual əsaslar yoxdur və bu səbəbdən MPM-nin 417.1.7-ci maddəsinin tələbinə əsasən Cavabdeh2 şikayəti kassasiya baxışından çıxarılmalıdır. MPM-nin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 403,408-ci maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2577/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 23 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 iyun 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və şikayət işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7169/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7169/2021
22.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver