Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-717/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 yanvar 2019-cu il İş № 2(102)-717/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Ağamoğlanov Əlövsət Hüseyn oğlunun iştirakı ilə, cavabdehlər x2, x3 və x4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2( 005)1148/2018 saylı qətnaməsi ilə (hakim F.Abdıyev) iddianın qismən təmin edilməsi, cavabdehlər x2, x3 və x4 iddiaçının mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(103)-9115/2018 saylı qətnaməsi ilə (hakimlər: İ.Vəliyev, X.Mərdanova və E.Həsənov) Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(005)-1148/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər x2, x3 və x4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(103)-9115/2018 saylı qətnaməs inin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı x1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən cavabdeh x2 və x1-nin razılığı olmadan istifadə edən şəxslərin məcburi çıxarılması, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən cavabdeh x2 qeydiyyatdan çıxarılması və həmin mənzilə istifadə hüququnun itirilməsi, sözügedən daşınmaz əmlakın boşaldılaraq x1-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10,00 manat məbləğində dövlət rüsumunun cavabdeh x2ndan tutularaq iddiaçı x1-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehl ər x2, x3 və x4 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(103)-9115/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Ağamoğlanov Əlövsət Hüseyn oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(017)-463/2016 saylı, 14.06.2016-cl il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı x1-nin cavabdehlər x5-yə, x6, x3na və x2na qarşı kredit müqavilələri üzrə əsas borcun, ona hesablanmış faizlərin, cərimənin tutulması və borcun ipoteka predmetlərinə yönəldilməsinə dair iddia ərizəsi təmin edilərək, 07 may 2013-cü il tarixli, K0758 saylı kredit müqaviləsi üzrə cavabdehlər x5-dən əsas borc üzrə 3.500.000,00 manat, faiz borcu üzrə 181.927,09 manat, cərimə faizi üzrə 11.84 8,97 manat, cəmi - 3.693.776,06 manat məbləğində pulun tutularaq, iddiaçı x1-nin xeyrinə ödənilməsi, 31 iyul 2014-cü il tarixli, Kİ 171 saylı kredit üzrə cavabdehlər x5-dən və x6 əsas borc üzrə 1.499.062,89 manat, faiz borcu üzrə 190.981,49 manat, cərimə faizi üzrə 10.685,42 manat, cəmi -1.700.729,80 manat məbləğində pulun tutularaq, iddiaçı x1-nin xeyrinə ödənilməsi; 30 dekabr 2012-ci il tarixli, K0689 saylı kredit üzrə cavabdeh x6 əsas borc üzrə 54.248,18 manat, faiz borcu üzrə 4.818,96 manat, cərimə faizi üzrə 5.992,78 manat, cəmi - 65.059,92 manat məbləğində pulun tutularaq, iddiaçı x1-nin xeyrinə ödənilməsi; 30 dekabr 2014-cü il tarixli, Kİ398 saylı kredit üzrə cavabdeh x6 əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 8.885,45 manat, cərimə faizi üzrə 11.047,03 manat, cəmi - 119.93 2,48 manat məbləğində pulun tutularaq iddiaçı x1-nin xeyrinə ödənilməsi; tutmanın 07 may 2013-cü il tarixli, K0758 saylı kredit üzrə 07 may 2013-cü il tarixli, İS0413 saylı; 07 may 2013-cü il tarixli, İS0466 saylı sonrakı ipoteka müqavilələrinə əsasən müvafiq olaraq iddiaçı x1-nin xeyrinə yüklü edilmiş cavabdeh x3 mülkiyyətində olan ünvan 2 və cavabdeh x2 mülkiyyətində olan ünvan 1 saylı mənzil sahələrinə yönəldilməsi; tutmanın 07 mart 2015-ci il tarixli, İl 105 saylı ipoteka müqaviləsinə əsasən iddiaçı x1-nin xeyrinə yüklü edilmiş cavabdeh x6 mülkiyyətində olan Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisində yerləşən ümumi sahəsi 6.9799 ha olan torpaq sahəsinə yönəldilməsi; qeyd olunan ipoteka predmetlərinin, yəni cavabdeh x3 mülkiyyətində olan ünvan 2 mənzilinin ilkin satış qiyməti 180.000,00 manat; cavabdeh x2 mülkiyyətində olan ünvan 1 saylı mənzilinin ilkin satış qiyməti 92.000,00 manat və cavabdeh x6 mülkiyyətində olan Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisində yerləşən ümumi sahəsi 6.9799 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 360.000,00 manat olmaqla açıq hərracda satılması və ipoteka predmetlərinin satışından əldə olunan vəsait 07 may 2013-cü il tarixli, K0758 saylı; 31 iyul 2014-cü il tarixli, Kİ 171 saylı; 30 dekabr 2012-ci il tarixli, K0689 saylı; 30 dekabr 2014-cü il tarixli, Kİ398 saylı kreditlər üzrə cavabdehlər x5-nin və x6 iddiaçı x1 olan kredit borclarına ödənilməsi, satışdan əldə olunan məbləğin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin həmin kredit müqavilələri üzrə cavabdehlər x5-dən və x6 tutularaq, iddiaçı x1-nin xeyrinə ödənilməsi; cavabdeh x3ndan ipoteka müqaviləsinə əsasən yüklü edilmiş yaşayış sahəsinin sığorta edilməsi üçün ödənilmiş 413,10 manat məbləğində sığorta haqqının tutularaq iddiaçı x1-nin xeyrinə ödənilməsi; cavabdehlər x5-dən və x6 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,00 manat pulun, ipoteka predmetinə tutmanın ödənilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40,00 manat pulun, xidmət haqqı üçün ödənilmiş 140,00 manat pulun və ipoteka predmetlərinin qiymətlərinin ödənilməsi üçün ödənilmiş 900,00 manat; cəmi 1.110,00 manat məbləğində pulun tutularaq iddiaçı x1-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan x7-nin hərracın yekunları barədə Y-451 nömrəli, 18 avqust 2017-ci il tarixli protokolun surətinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 2(017)-463/2016 saylı, 14.06.20 16-cı il tarixli icra vərəqəsinin və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 17/69N25078-5 nömrəli, 20.04.2017-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmış və x2 mülkiyyətində olan ünvan 1 saylı mənzili açıq hərracda 58.650,00 manata tələbkar x1-yə satılmışdır. İşdə olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18.08.2017-ci il tarixli müqavilənin surətinə əsasən x2 mülkiyyətində olan ünvan 1 saylı mənzili "Hərracı keçirən" ixtisaslaşdırılmış təşkilat x7 tərəfindən tələbkar x1-yə (etibarnamə əsasında nümayəndəsi x8) 58.650,00 manata satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli ç ıxarışın surətinin notarial qaydada təsdiq edilmiş ünvan 1 saylı mənzili mülkiyyət hüququ üzrə x1-nin adına 04.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1927 nömrəli reyestr kitabının, 177773 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan "Elektron notariat" Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışa əsasən, 02.07.1992-ci il təvəllüdlü x4, 01.02.1987-ci il təvəllüdlü x3 və 24.08.1962-ci il təvəllüdlü x2 ünvan 1 saylı mənzilində pasport qeydiyyatdadırlar. İşdə olan 06 dekabr 2017-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün x1 tərəfindən 10,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun "Mülkiyyətin müdafiəsi" haqqında 1-ci maddəsinin, birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. "Loizidu Türkiyəyə qarşı" iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi, mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da, "İnsan hüquqlarmm və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Mülki Məcəllənin 152.1-ci maddə sinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1, 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyə t hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 228.1, 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verm əsi yolu ilə xitam verilə bilər. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh x2 kredit öhdəliklərinin təminatı olaraq öz əmlakını iddiaçı qarşısında ipoteka ilə yüklü etməklə öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə əmlaka olan mülkiyyət və digər hüquqlarının, o cümlədən istifadə hüququnun itirilməsinin mümkünlüyü ilə razılaşmış və nəticə etibarı ilə həmin mənzilə olan bütün hüquqlarını itirmişdir. Mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra isə cavabdehlərin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hazırda cavabdehlərin həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamı şdır. Onların mənzilə olan pasport qeydiyyatları isə formal xarakter daşıyır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər x2, x3 və x4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 39/4 saylı evin, 32 saylı mənzilindən istifadə hüquqları itirilməlidir. Həmçinin kollegiya iddia tələbinin "cavabdehlərin mənzildən məcburi çıxarılması" hissəsi ilə bağlı qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış, həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, qanunun mənasına görə iddiaçı - mülkiyyətçi x1 ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması lazım deyildir. Lakin mübahisəli mənzil iddiaçının mülkiyyətində olmasına baxmayaraq, iddiaçı bu mənzildən öz istəyinə uyğun olaraq istifadə edə bilmir və mənzilə sahiblik edə bilmir. Mənzil hələ də cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin h ərəkətləri nəticəsində, iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər ünvan 1 saylı mənzilindən məcburi çıxarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin "mənzilin boşaldılması və təhvil verilməsi" hissəsi ilə bağlı qeyd edir ki, mənzilin boşaldılması özündə həm həmin əmlakda yaşayan şəxslərin, həm də onların bütün əmlaklarının (onlara məxsus olan və ya olmayan, lakin mənzildə olan əşyalarını çıxarılmasını özündə ehtiva edir. Başqa sözlə, bu tələbi irəli sürməklə iddiaçı mənzildə olan və hansı şəxsə m əxsus olmasından asılı olmayaraq, nəticə etibarı ilə ona məxsus olmayan bütün əşyaların da mənzildən məcburi çıxarılmasını və mənzilin bütün əşyalardan azad şəkildə ona təhvil verilməsini xahiş edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, ünvan 1 saylı mənzili boşaldılaraq (mənzildə olan bütün əşyalar çıxarılaraq) x1-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin ed ilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2, x3 və x4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-717/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-717/2019
31.01.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver