Məhkəmə qərarları › İş №2(102)-717/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-717/2022

03.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-717/2022 03.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5196/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Bxxx qəsəbəsi, xxx küçəsində istifadədə olan 0.1091 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 5 mərtəbəli binada, 37.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 19 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu hüquq 14.11.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, mənzilin əvvəlki mülkiyyətçisi (2007- ci il tarixdə) iddiaçının həyat yoldaşı (cavabdehin qayınatası) X4 olmuş və o, 26.12.2019-cu il tarixdə vəfat etmişdir.

2. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh ilə X5 30 mart 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra xxx küçəsində istifadədə olan 0.1091 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 5 mərtəbəli binada, 37.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 19 nömrəli mən zilə köçmüşdür. Tərəflərin birgə nikahdan 23.12.2007-ci il təvəllüdlü X8 və 19.03.2012-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli qətnaməsi əsasında onlar arasında olan rəsmi nikah pozulmuşdur.

3. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh 3-4 ay mübahisə predmeti olan mənzildə yaşamış, daha sonra ailəsi ilə birlikdə 2007-ci ildə ünvan 5qayıt şəhəri xxx küçəsi 50 ünvanında olan evə köçmüşlər. 4. ünvan 1 üzrə qaz sayğacına dair abonent Cavabdehdır, sayğacın quraşdırılması tarixi 14.12.2012-ci il qeyd edilmiş, 2012-2021-ci il üzrə müxtəlif məbləğlərdə ödənişlər edilmişdir.

5. Həmçinin iş materiallarından görünür ki, uşaqlar ünvan 5qayıt şəhərində orta məktəbdə təhsil alırlar.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkə məsinin 09 noyabr 2007-ci il tarixli qətnaməsi ilə X6 xxx küçəsi 17 saylı evin 19 saylı mənzilinə yaşamaq hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir (iddianın təmin edilməsi Mülki Məcəllənin 228.5ci maddəsi ilə əsaslandırılmışdır).

7. Bundan başqa Cavabdeh ilə X5 birgə nikah dövründə xxx ərazisində fərdi yaşayış evi inşa etmişlər, bunun üçün 25000 manat xərcləmişlər. 8. 09.02.2021-ci il tarixli aktdan görünür ki, cavabdeh 12.01.2021-ci il tarixdə mübahisəli mənzilə zorla daxil olaraq orada kirayə yaşayan ailəni məcburən evdən çıxarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyy ət hüququ əsasında DƏDRX-nin 14.11.2008- ci il tarixli, ******* nömrəli çıxarış əsasında ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxx küçəsində yerləşən 17 saylı evin, 19 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir, gəlini ilə oğlu arasında qeydə alınmış rəsmi nikahları Qaradağ Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mərhum həyat yoldaşı X1 onun fəaliyyət qabiliyyəti olmamasından istifadə edərək, onun razılığı ilə sözügedən mənzilə pasport qeydiyyatına düşmüşdür. Həyat yoldaşı 1-ci qrup əlil olmuş, 2004-cü ildən ona müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh hazırda faktiki olaraq qeyd et diyi ünvanda yaşamır. O, sadəcə olaraq həmin ünvanda pasport qeydiyyatındadır. Cavabdehin faktiki olaraq harda yaşaması barədə isə heç bir məlumatı yoxdur. Cavabdehin faktiki olaraq həmin ünvanda yaşamadığı halda qeydiyyatda olması onun mülkiyyəti üzərində sərəncam verməyinə və kommunal xərclərin ödənilməsinə maneçilik törədir. Cavabdehin formal olaraq onun mülkiyyəti olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüququnun əsas elementi olan sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh faktiki olaraq könüllü olaraq köçüb başqa ünvanda yaşamağa başladığı andan mənzildən istifadə etmək hüququnu itirmişdir.

11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Əhmədova) 2(002)440/2021 saylı 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 10 manat məbləğində dövlət rüünvan 5u ididaçıya aid edilmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildə yaşamaq hüququnun tanınması və mənzilə köçürülməsi müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməsi üçün onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması halı müəyyən edildiyi halda mümkündür. Lakin məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının olmadığını, onun başqa yaşayış sahəsinə amlik olduğunu bildirsə də, həmin hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, həmin hallar a dair sübut qismində cavabdehin ünvan 3 ünvanı üzrə qazdan sitifadə olunmasına dair abonet qismində çıxış etməsinə dair məlumatlara və cavabdehin uşaqlarının ünvan 5qayıt şəhərində yerləşən müvafiq məktəbdə təhsil almalarına dair məlumatlara istinad etmişdir.

13. Məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi abonent məlumatları və uşaqların məktəbdə oxumasına dair arayış ilə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, hər iki sübut növü cavabdehin başqa yaşayış yerinə malik olması, mübahisəli mənzilə dair ehtiyacının olmaması halını birbaşa sübut edən vasitə kimi qiymətləndiirlməsinə əsas vermir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin mübahisəli mənzilə ehtiyacının olmasının aradan qaxlması halı müəyyən edilmədiyindən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.

14. Həmçinin, məhkəmə iddia tələbinin mənzildən çıxarılma hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin mənzildən çıxarılması onun həmin mənzilə diar istifadə hüququna xitam verilməsinə dair əsas tələbdən törəmə tələb olduğundan və əsas tələb təmin eidlmədiyindən, iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir..

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 82.3, 119.1, 124.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən iddiçı apellyasiya şikayəti vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5196/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə ( hakimlər: V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(002)-440/2021 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, Cavabdeh xxxx küçəsi, ev 17, 19 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzilə ehtiyacının olmasının aradan qaxlmasının müəyyən edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

19. İşin müəyyən edilmiş hallarından, cavabdehin özünün məhkəməyə verdiyi etirazdan görünür ki, o, 2007-ci ildə mübahisəli mənzilə gəlin köçərək, qısa müddət orada yaşasa da, başqa mənzilə köçərək kirayədə yaşamışlar, 2007-ci il tarixdə mübahisəli mənzilə istifadə hüququ tanınaraq, köçürülmüş, lakin əri və uşaqları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Daha sonra ünvan 5qayıt şəhəri xxxx küçəsi 50 ünvanında olan evə köçmüşlər, birgə nikah dövründə xxx ərazisində fərdi yaşayış evi inşa etmişlər, bunun üçün 25000 manat xərcləmişlər. Hazırda iddiaçının oğlu onu həmin evə, iddiaçı isə mübahisəli mənzilə köçməyə imkan vermir, ona görə də məcburiyyət qarşısında qalaraq mübahisəli mənzilə köçmüşdür.

20. İş materiallarında olan 06.12.2010-cu il tarixli arayışın məzmunundan aydın olur ki, 2007-ci il təvəllüdlü X2 rayonu 19 saylı BŞX-nin X13 müayinədən keçmişdir.

21. İş materiallarından görünür ki, X8 hə qiqətən 3-cü sinifdən ünvan 5qayıt şəhər 27 nömrəli tam orta məktəbdə təhsil alır və hazırda 7d sinfində oxuyur, X7 1-ci sinifdən ünvan 5qayıt şəhər 27 nömrəli tam orta məktəbdə təhsil alır və hazırda 3ç sinfində oxuyur.

22. İş materiallarından görünür ki, ünvan 1 üzrə qaz sayğacına dair abonent Cavabdehdır, sayğacın quraşdırılması tarixi 14.12.2012-ci il qeyd edilmiş, 2012-2021-ci il üzrə müxtəlif məbləğlərdə ödənişlər edilmişdir.

23. Göründüyü kimi cavabdeh ailəsi ilə birlikdə 2007-ci ildə ünvan 5qayıt şəhəri xxx ünvanında olan evə köçmüşlər, uşaqlar ünvan 5qayıt şəhərində orta məktəbdə təhsil alırlar.

24. İş materillarında olan iddia ərizəsinin surətindən müəyyən olunur ki, X5 (iddiaçının oğlu) Cavabdeh Qulu qızına qarşı iddia qaldıraraq, birgə nikah dövründə cavabdehin adına "xxxx" ASC -yə qoyulmuş 15.000 manat pul vəsaitinin 50 faizinin, ünvan xxx küçəsi 50 ünvanında tikilən ev üçün çəkdiyi 20.000 manat xərcin yarısının və verdiyi 4.500 manat borc məbləğinin, ümumilikdə 22.000 manat məbləğində pulun tutulması tələb etmişdir.

25. İddiaçı 08.12.2020-ci il tarixdə hazırki iddianı qaldırmış, cavabdeh bundan sonra 12.01.2021-ci il tarixdə mübahisəli mənzilə zorla daxil olaraq orada kirayə yaşayan ailəni məcburən evdən çıxarmışdır, bu barədə 09.02.2021-ci il tarixli akt tərtib edilmişdir (i.v 40).

26. Beləliklə, aydın olur ki, cavabdeh 2007-ci ildən mübahisəli mənzildən çıxmışdır, başqa ünvanda (ünvan xxx küçəsi 50 ünvanında) yaşamış, həmin evə dair qaz sayğacının abonent kodu cavabdehin adına olmaqla, 2021-ci il də daxil olmaq ödənişlər edilmiş, cavabdeh hazırki iddia qaldır ıldıqdan sonra mübahisəli evə girmişdir.

27. Bundan başqa aydın olur ki, iddiaçının oğlu ilə cavabdeh birgə nikah dövründə Tağıyev qəsəbəsi və xxx ərazisində ev tikmişlər, hazırda birinci evin tikilməsinə çəkilmiş xərcin bölünməsi ilə bağlı tərəflər arasında mübahisə vardır. Həmçinin cavabdehin depozit hesabında 15.000 manat pul vəsaiti də var ki, onun da bölünməsi həmin iş üzrə mübahisə predmetidir.

28. Cavabdehin 2007-ci ildən 2021-ci ilə qədər olan dövrdə başqa ünvanda yaşaması, bundan başqa birgə nikah dövründə əldə edilmiş digər evin (evlərin) olması kimi hallar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmışdır, yəni mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsaslar aradan qalxmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

36. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi y olu ilə xitam verilə bilər. (maddə 228.2)

37. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. (maddə 228.5) “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarı

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Mülki Prossesual Məcəllə

39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

40. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

42. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5196/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar