Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-718/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının, onun vəkili Vəkil və cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9580/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli q ətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(006)-3313/2018) iddia qismən təmin edilmiş, cavabdeh X1-ndan 7000 manat əmanət məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov, iş № 2(103)9580/2018) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3313/2018 saylı iş üzrə 07 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh X1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh X1na qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi nə müraciət edərək, 7000 manat məbləğində əmanətin, həmin məbləğə hesablanmış illik 14.2 faiz məbləğində pul vəsaitinin ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 14 oktyabr 2016-cı il tarixdə N 70371656-17 №-li Bank əmanəti (Göy əmanət) müqaviləsi bağlanmışdır. Əmanət 14 oktyabr 2016-cı il tarixindən 14 oktyabr 2017-ci il tarixinədək, 12 ay müddətinə, illik 14,2 %-lə qoyulmuşdur. Bank tərəfindən qəbul edilmiş əmanətin məbləği 7000 manat təşkil etmişdir. Sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanət "Əmanətlərin sığortalanması haqqında " qanuna əsa sən qorunan əmanət hesab edilərək Fond tərəfindən sığortalanmışdır. Həmin müqavilənin 5.2ci bəndinə əsasən müqavilənin 1.4-cü bəndi ilə müəyyən edilən müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Sözügedən bank əmanəti müqaviləsinin başa çatdığı 24.20.2017-ci il tarixdə əmanət geri götürülməmişdir. Buna görə də həmin müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Hazırda iddiaçının nağd pula ehtiyacı vardır. Həmçinin bankın öhdəliklərini yerinə yetirə bilməməsi Mərkəzi Bank tərəfindən təsdiq olunmuşdur. Bununla da sığorta hadisəsi baş vermişdir. Odu r ki, iddiaçı həmin vəsaitin ona qaytarılması üçün 02.02.2018-ci il tarixdə ərizə ilə cavabdeh Fonda müraciət etmiş, ona 15.03.2018-ci il tarixdə rəsmi bildirilmişdir ki, banka qoyduğu pul vəsaiti "Banklar haqqında" qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik daxilində ödəniləcəkdir. Lakin sonradan ona şifahi olaraq bildirilmişdir ki, onun müqaviləsi bir il müddətinə 16 faizlə prolanqasiya olunmuş, yəni ƏSF tərəfindən sığortasız uzadılmışdır. Buna görə də bank əmanəti müqaviləsi ilə banka qoyduğu pul vəsaitinin ona qaytarılmasından faktiki imtina edilmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh X1nun nümayəndəsi X3 və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayəti verərək apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 405, 421.1, 947.4, 948.3, 944, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3, 4.1, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 1, 8.1.20, "Banklar haqında" Qanunun 72, 76.1, 77.1, 77.8, MPM-in 88, 261.0.1-ci maddələrinin tələblərinə ri ayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9580/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda kassasiya şikayətinə etiraz etməklə, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)9580/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublik ası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ -hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatorun vəkilini, iddiaçını və onun vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuş dur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 14 oktyabr 2016-cı il tarixli 70371656-17 №-li Bank əmanəti (Göy əmanət) müqaviləsinə əsasən İddiaçı tərəfindən sözügedən bankda onun adına açılmış hesaba illik 14,2 faiz dərəcəsi olmaqla 12 ay müddətinə, yəni 14 oktyabr 2016-cı il tarixindən 14 oktyabr 2017-ci il tarixinədək 7000 manat məbləğində əmanət yerləşdirilmişdir. Bank 30 iyul 2007-ci il tarixdən X1nun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən banklar fiziki şəxslərin ə manətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir. Məcəllənin 950.3-cü maddəsinin tələbinə görə bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçıya ba nkda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X1nun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin qanunun 5.1-ci maddəsinin tələbinə görə X1nun iştirakçı banklarında sığorta hadisəsi baş verdi kdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 3cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X1 01.03.2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (protokol nömrə 66) əsasən 01.03.2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz müəyyən edilmişdir. 02.03.2016-cı il tarixdən etibarən banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada isə 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Qorunan əmanətçilərin 02.03.2016-cı il tarixə bank fəailəyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcəsi X1nun Himayəçilik Şurasının qəbul etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyiş ikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Göründüyü kimi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 14.10.2016-cı il tarixli 7037165617 saylı Bank əmanəti (Göy əmanət) müqaviləsinə əsasən milli valyutada olan həmin əmanət üzrə illik faiz dərəcəsi 14,2 faiz müəyyən olunduğundan və həmin müqavilənin şərtlərinə, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla X1 01.03.2016-cı il tarixli növbədənkənar iclasının qərarına (protokol 66) əsasən qeyd edilən əmanət məbləği tam sığortalandığından 7000 manat əmanət məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərini əsassız sayır və qeyd edir ki, Bank əmanəti müqaviləsinin müddəti uzadılarkən əmanət üzrə illik faiz dərəcəsinin artması sözügedən əmanətin sığortalanmaması kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən Bank əmanəti müqaviləsi bağlandığı dövrdə qüvvədə olan «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq X1nun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfind ən 3 (üç) il müddətində tam sığortalanır. Göründüyü kimi, müqavilə bağlanarkən artıq sözügedən əmanət üç il müddətinə X1 tərəfindən sığortalanmışdır. Kassasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icraata xitam verilməsi üçün əsas yoxdur, yəni işə bankı müflis elan edən məhkəmə tərəfindən baxılmalı deyil. Belə ki, hazırki iddia ləğv edilən banka və ya onun ləğvedicisinə qarşı deyil, X1na qarşı qaldırılmışdır, yəni hazırki tələb məhz cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə əlaqədardır. Mövcud qanunvericiliyə görə belə halda ümumi məhkəməyə müraciət edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalar ının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9580/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-718/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-718/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver