Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7190/2021 07.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh3 hüquqi varisi X1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şəmşəddin oğluna və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cəmi 113323,46 ABŞ dolları məbləğində borcun (əsas borc 76524,75 ABŞ dolları, faiz borcu 36498,71 ABŞ dolları, dəbbə borcu 300 ABŞ dolları) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, Cavabdeh2 cəmi 112192,87 ABŞ dolları məbləğində borcun (əsas borc 79258,44 ABŞ dolları, faiz borcu 32634,43 ABŞ dolları, dəbbə borcu 300 ABŞ dolları) tutularaq ona ödənilməsi, tələblərin Cavabdeh3 Şəmşəddin oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, 19 saylı bağ evinə və Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 mənzil 155-ə yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakların açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına ona ümumilikdə 225516,33 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 20 19-cu il tarixli 2(004)201/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 04 avqust 2015-ci il tarixli 5000 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 76524,75 ABŞ dolları əsas, 36498,71 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 113323,46 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, İddiaçı ASC-yə ödənilməsi; 04 avqust 2015-ci il tarixli, 5001 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 77540,13 ABŞ dolları əsas, 27706,22 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 105546,35 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan m anatı ilə) tutularaq, İddiaçı ASC-yə ödənilməsi; tələb üzrə tutmanın Cavabdeh3 Şəmşəddin oğlunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ evinə və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 155 saylı mənzilə yönəldilməsi; Cavabdeh3 Şəmşəddin oğlunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ evinin ilkin satış qiymətinin 110000 manat, digər Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 155 saylı mənzilin ilkin satış qiymətinin 105500 manat müəyyən edilməsi; həmin bağ evi və mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi; ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASCyə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin müvafiq olaraq cavabdehlər Cavabdeh3 Şəmşəddin oğluna və Cavabdeh4 qaytarılması; bağ evi və mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(103)-792/2021 nömrəli qətnaməsi ilə (hakimlər İ.Kərimli, A.İsgəndərov, E.Kazımov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(004)-201/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh3 Şəmşəddin oğlunun və Cavabdeh4 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 hüquqi varisi X2 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan R espublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti 18.10.2021-ci il tarixdə elektron kabinet vasitəsilə imzalanmışdır. Lakin, kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şik ayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. MPM-nin 408.1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab e dir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1, 408.1.7, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh3 hüquqi varisi X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-792/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7190/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7190/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver