Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-72/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi 27.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-252/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı QSC ilə 08 avqust 2011-ci ildən əmək müqaviləsi bağlamaqla orada satış üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, ona etibar olunmuş, çalışdığı şirkətə məxsus ümumi dəyəri 235 437 manatlıq məişət texnikası olan malları İddiaçı QSC-dən götürmüş və bu malların ayrı-ayrı şəxslərə topdan və pərakəndə satışını həyata keçirmişdir. Cavabdeh İddiaçı QSC arasında bağlanmış 08.08.2011-ci il tarixli tam məsuliyyət haqqında müqavilə üzrə o, şirkət tərəfindən ona satılması üçün etibar olunmuş qiymətli əmlaklarla bağlı öz üzərinə tam məsuliyyət götürmüşdür.
2. Cavabdeh ilə X arasında bağlanmış 01.10.2015-ci il tarixli, 007 saylı üzləşmə aktına əsasən şirkətə 01.10.2015-ci il tarixə olan borcu 235437 manat olmuşdur.
3. Həmçinin onunla İddiaçı QSC arasında bağlanmış 01.10.2015-ci il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən şirkətə 01.10.2015-ci il tarixə olan borcu 235437 manat olmaqla borc verənin sərəncamında olan həmin məbləğdə mal-materiallarını geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 4. 01.09.2015-ci il tarixdən Cavabdeh şirkətə olan 235437 manat borcundan cəmi 475 manat ödəmiş, 21073 manatlıq malı şirkətə qaytarmışdır. Cavabdehin İddiaçı QSC-yə verdiyi 14.01.2016-cı il tarixli “yanvar ayı üçün mal-pul hesabatı”-na əsasən cavabdehin şirkətə 01.01.2016-cı il tarixə olan borcu 213889 manat olmuşdur.
5. Bundan sonra, Cavabdeh İddiaçı QSC-yə qarşı borcu n etirafı haqqında 01.10.2015-ci il tarixli müqavilələrin, 01.10.2015-ci il tarixli üzləşmə aktının və 14.01.2016cı il tarixli ödəniş cədvəlinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qanuni qüvvəyə minmiş 28 iyul 2017-ci il tarixli qətnaməsilə iddia təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 213889 manat məbləğində əmlakın dəyərinin, 10694,45 manat məbləğində faiz borcunun, 10694,45 manat məbləğində əldən çıxmış faydanın və 31 manat dövlət rüsumunun və bank xərci olmaqla, cəmi 235308,90 manat məbləğində pul vəsaitinin cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC-də 08 avqust 2011-ci ildən Məişət və Keramika Əşyaları satışı şöbəsində satış üzrə menecer vəzifəsində çalışmaqla ona etibar olunmuş, çalışdığı şirkətə məxsus ümumi dəyəri 235 437 manatlıq məişət texnikası olan malları İddiaçı QSC-dən götürmüş və həmin malların ayrı-ayrı şəxslərə topdan və pərakəndə satışını həyata keçirmişdir. Cavabdeh İddiaçı QSC arasında bağlanmış 08.08.2011-ci il tarixli tam məsuliyyət haqqında müqavilə üzrə o, şirkət tərəfindən ona satılması üçün etibar olunmuş qiymətli əmlaklarla bağlı öz üzərinə tam məsuliyyət götürmüşdür. Cavabdeh ilə “Gidromaşservis» QSC arasında bağlanmış 01.10.2015-ci il tarixli, 007 saylı üzləşmə aktına əsasən onun şirkətə 01.10.2015-ci il tarixə olan borcu 235437 manat olmuşdur. Həmçinin onunla İddiaçı QSC arasında bağlanmış 01.10.2015-ci il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən şirkətə 01.10.2015-ci il tarixə olan borcu 235.437 manat olmaqla borc verənin sərəncamında olan həmin məbləğdə mal-materiallarını geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 01.09. 2015-ci il tarixdən Cavabdeh şirkətə olan 235437 manat borcundan cəmi 475 manat ödəmiş, 21073 manatlıq malı şirkətə qaytarmışdır. Cavabdehin İddiaçı QSC-yə verdiyi 14.01.2016-cı il tarixli yanvar ayı üçün mal-pul hesabatına əsasən cavabdehin şirkətə 01.01.2016-cı il tarixə olan borcu 213889 manat olmuşdur. İddiaçı QSC Cavabdeh dəfələrlə müraciət etsə də, sonuncu şirkətə olan borcunu ödəməmişdir.
8. Şuşa Rayon Məhkəməsini n 09 iyun 2020-ci il tarixli, 2(077)-88/2020 saylı qətnaməsi ilə (hakim A.Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh 213889 manat pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əmək müqaviləsi əsasında İddiaçı QSC-də satış meneceri vəzifəsində işləmiş Cavabdeh etiraf edərək imzaladığı 14.01.2016-cı il tarixli üzləşmə aktından əsasən maddi məsul şəxs Cavabdeh İddiaçı QSC-yə ambardan alınan mal-materiallara görə əsas borcu 213.889.00 (iki yüz on üç min səkkiz yüz səksən doqquz) manat məbləğində təşkil edir.
10. Məhkəmə iddia tələbinin cavabdehdən əsas məbləğə hesablanmış 10 694,45 manat faiz borcu tutulması hissəsinə münasibətdə qeyd etmə yi zəruri hesab etmişdir ki, öhdəliyi yerinə yetirməməyə görə vurulmuş ziyana görə faiz tutulması tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilməmişdir. Ona görə də iddia tələbi bu hisssədə əsassızdır. Həmçinin iddiaçı ərizəsində əldən çıxmış faydaya görə cavabdehdən 10 694,45 manat məbləğində pulun tutulmasını tələb etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.2, 442, 445.2.1, 448.1, 1096.1, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-252/2021 nöm rəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(077)-88/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əmək müqaviləsi əsasında İddiaçı QSC-də satış meneceri vəzifəsində işləmiş Cavabdeh ambardan alınan mal-materiallara görə 213889 manat borcunun olduğunu etiraf etmiş, bu barədə 14.01.2016- cı il tarixli üzləşmə aktını imzalamışdır. Sonradan bu sənədlər Cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, son nəticədə onların etibarsızlığı barədə dəlil öz təsdiqini tapmamışdır, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Beləliklə də, iş materiallarından görünür ki, onun tərəfindən şirkətə həmin məbləğdə ziyan vurulmuş, özü isə əsassız varlanmışdır və bu ziyanın əvəzi ödənilməlidir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki halda cavabdehin hüquqdan suiistifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir.
16. Məhkəmə kollegiyasının qənaətinə görə əmək münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
17. Beləliklə də məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, cavabdeh əmək müqaviləsi nəticəsində onun tərəfindən dəymiş mad di zərərin əvəzini iddiaçıya ödəməlidir və mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, habelə qanunvericiliyin tələblərinə uyğundur.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi yekunda mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr olmaqla, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
26. Qanunun tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
28. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə mü əyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
29. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
30. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
31. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
32. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
33. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)
34. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya son ralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2)
35. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (maddə 1092.1)
36. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (maddə 1092.2) Mülki Prossesual Məcəllə
37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəf indən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-252/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.