Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-72/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzilə köçürülmə) 17.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)721/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, 29 sentyabr 2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X6 adına qeydə alınıb. 03 avqust 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X10 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili qızı Cavabdeh1 bağışlayıb. 14 avqust 2013-cü il tarixli Çıxarışa əsasən Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Azərbaycan Respublikası DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 12 mart 202 1-ci il tarixli arayışına əsasən İddiaçı xx xxx 2001-ci il tarixdə anadan olub və o, 08 avqust 2005-ci il tarixdən Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzildə daimi qeydiyyatdıdır. 25 may 2021-ci il tarixdə qonşuların tərtib edib imzaladıqları və 5 saylı MİS-nin dairəvi möhürü ilə təsdiq edilmiş akta əsasən XX8 şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzilində yaşamayıb. 07 iyun 2001-ci il tarixli “Nikah haqqında” Şəhadətnaməyə əsasən X7 xx xxx 2001-ci il tarixdə doğulub, onun atası Cavabdeh2, anası Cavabdeh1 olub. 10 avqust 2019-cu il tarixdə X4 ərizəsinə əsasən onun soyadı, ata adı öz arzusu ilə X3 İddiaçı dəyişdirilib və bu barədə onun adına “Adın, Ata adının və soyad ının dəyişdirilməsi haqqında” 17 avqust 2019-cu il tarixli Şəhadətnamə verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, xx xxx 2001-ci il tarixdə anadan olub və doğulduqdan sonra valideynləri onu saxlamaq üçün dayısı X və arvadı X himayəsinə veriblər. O, dayısının ailəsi və nənəsi X ilə birlikdə sonuncunun mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov prospekti 03 saylı evin 21 saylı mənzilində ya şayıb. Nənəsinin mülkiyyətində olan həmin mənzilə qeydiyyata düşüb. 2012-ci ilin avqust ayında nənəsi mülkiyyətində olan mənzili onun doğma anası, hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 bağışlayıb. Bundan sonra da o, həmin mənzildə yaşayıb. 2017-ci ildə o, orta məktəbi bitirdikdən sonra Ali məktəbə daxil olur və ali təhsil alması üçün dayısı və dayısının arvadı ilə birlikdə Bakı şəhərinə köçüb və kirayəyə götürdükləri mənzildə yaşayıblar. Lakin, sonradan cavabdehlə münasibətləri pozulduğu üçün, onu əvvəlki mülkiyyətçinin razılığı ilə köçdüyü, qeydiyyatda olduğu və uşaq yaşlarından mülkiyyətçinin ailə üzvü kimi yaşadığı mənzilə köçüb yaşamasına imkan verməyib. Ona görə də hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edib. Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətna məsi ilə (hakim M.K.Kərimova) iddia təmin edilərək, iddiaçının Mingəçevir şəhəri, N.Nərimanov prospekti 03 saylı evin 21 saylı mənzilinə köçürülməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli mənzil iddiaçının nənəsi, cavabdehin anası X mülkiyyətində olub və sonuncu həmin mənzili qızı Cavabdeh1 bağışlayıb. İddiaçı, 08 avqust 2005-ci il tarixdən mənzildə qeydiyyatda olub və doğulduqdan sonra valideynləri onu saxlamaq üçün dayısı X və arvadıx himayəsinə veriblər. İddiaçı dayısının ailəsi və nənəsi ilə birlikdə sonuncunun mülkiyyətində olan sözügedən mənzildə yaşayıblar. Nənəsi mülkiyyətində olan mənzili iddiaçının doğma anası Cavabdeh1 bağışlayıb və bundan sonra da iddiaçı həmin mənzildə yaşayıb. 2017-ci ildə iddiaçı Ali məktəbə daxil oluduğu üçün dayısının ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb və kirayədə yaşamağa başlayıblar. Lakin, sonradan münasibətləri pozulduğu üçün cavabdeh iddiaçını əvvəlki mülkiyyətçinin razılığı ilə köçüb yaşadığı, qeydiyyatda olduğu mənzilə köçüb yaşamasına imkan verməyib. İddiaçının özünə məxsus başqa yaşayış sahəsi də yoxdur. Mübahisəli mənzildə yaşadığı vaxt mənzilin keçmiş mülkiyyətçisi olan nənəsi tərəfindən mənzilə qeydiyyata alınması da onun həmin mənzildən istifadə hüququnun yaranmasına əsas verir. Mənzilin mülkiyyətçinin dəyişməsi də iddiaçının mənzilə istifadə hüququnu həyata keçirməsini mane olmağa və yaxud onun mənzilə köçürülməsinə mane ola bilməz. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 158.4, 228.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırıb ki, iddiaçı mübahisəli mənzildə nə nənəsi X sağlığında, nə də onun ölümündən sonra bir gündə olsun orada yaşamayıb. İddiaçının həmin mənzildə yaşamamasını təsdiq edən yetərincə şahidlər vardır. İddiaçı ilə mənzilin əvvəlki mülkiyyətçisi X arasında etibarlı ailə əlaqələri olmayıb. İddiaçının mənzildən istifadə hüququnun yaranması və əsasın aradan qalxması onun 18 yaşına satan kimi soyadını və atasının adını dəyişməsi ilə təsdiq olunur. Onunla iddaçı arasın da hər hansı bağlılıq olmayıb, sonuncunun özünün də təsdiq etdiyi kimi o, ailə üzvləri ilə birlikdə dayısı X məxsus olan evdə yaşayıb. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, R.R.Rəfiyev və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, atası Cavabdeh2, anası Cavabdeh1 olan X7 xx xxx 2001-ci ildə anadan olub. Mübahisələndirilən mənzil 29 sentyabr 2003-cü il tarixdən X6 mülkiyyətində olub və Cavabdeh1 X6 övladıdır və onun da xx xxx 2001-ci ildə doğulmuş qızı 08 avqust 2005-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada yaşamışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən o, həmin mənzildən istifadə hüququ əldə edib. X10 qeyd olunan mənzili 03 avqust 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlayıb və sonuncu 14 avqust 2013-cü il tarixdə öz adına həmin mənzilə mülkiyyət hüququna dair Çıxarış alıb. Mənzilin mülkiyyətçisinin dəyişilməsi Mülki Məcəllənin 158.3, 158.4 və 228.3cü maddələrinin tələbi baxımından hazırki iş üzrə iddiaçının istifadə hüququnun pozulmasına əsas ola bilməz. Mülkiyyətçi olan ana Cavabdeh1 ilə istifadə hüquq olan qızı X7 arasında münasibətlər pozulduğundan, sonuncu soyadını və ata adını dəyişməklə bağlı qeydiyyat orqanına müraciət edib, 17 avqust 2019-cu il tarixdə “Adın, ata adının, soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə” ilə adını, ata adını və soy adını İddiaçı adına dəyişdirib. Bu hal da iddianın rədd edilməsi üçün əsas ola bilməz və iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 158.3, 158.4, 228.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırıb ki, i ddiaçının mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüququ əmələ gəlməyib və hazırda həmin mənzil onun mülkiyyətində deyil. Belə ki, o mənzili 29 sentyabr 2021-ci il tarixdə X5 və mənzil sonuncunun mülkiyyətindədir. Bu səbəbdən də iddianı təmin etməklə apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyasının 13-cü maddəsinin 1 -ci hissəsinə görə, Az ərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cüml ədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun; Həmin Məcəllənin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə ü zvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həm in Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunvericiliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırma yıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 29 sentyabr 2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X6 adına qeydə alınıb. 03 avqust 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X2 mənzili qızı Cavabdeh1 bağışlayıb. 14 avqust 2013-cü il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Azərbaycan Respublikası DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 12 mart 2021-ci il tarixli arayışına əsasən İddiaçı xx xxx 2001-ci il tarixdə anadan olub və o, 08 avqust 2005-ci il tarixdən mübahisəli mənzildə daimi qeydiyyatdıdır. Daha sonra, 07 iyun 2001-ci il tarixli “Nikah haqqında” Şəhadətnamədən görünür ki, iddiaçı, xx xxx 2001-ci il tarixdə doğulub, onun atası Cavabdeh2, anası Cavabdeh1 olub. 10 avqust 2019-cu il tarixdə onun ərizəsinə əsasən onun soyadı, ata adı öz arzusu ilə X3 İddiaçı dəyişdirilib və bu barədə onun adına “Adın, Ata adının və soyadının dəyişdirilməsi haqqında” 17 avqust 2019-cu il tarixli Şəhadətnamə verilib. Əvvəla, Mülki Məcəllənin 27.2-ci maddəsinin mənasına görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, iddiaçı iddia ərizəsində, körpə vaxtından valideynləri tərəfindən dayısı X və bibisi X himayəsinə verildiyini, 08 avqust 2005-ci il tarixdə mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi- nənəsi X razılığı ilə həmin mənzilə qeydiyyata alınmaqla orada dayısının ailə üzvləri ilə birlikdə yaşayıb, ümumi təsərrüfat aparmaqla aralarında etibarlı ailə əlaqələrinin mövcud olduğunu iddia etsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur, iddiaçının dayısının ailəsi ilə birlikdə həqiqətən mübahisəli mənzildə yaşamaları mülki iş materilları ilə təsdiq olunmur. Digər tərəfdən, işə baxan məhkəmələr, iddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə istinad etsələr də, onun sözügedən mənzilin əvvəlki mülkiyyətçisi olmuş x ilə birgə yaşayan ailə üzvlərinin sırasına aid olmadığını və həmin normanın mənasına görə yaşayış evinin mülkiyyətçisinin yalnız onunla birgə yaşayan ailə üzvlərinin, yəni ərin, arvadın, valediynlərin və uşaqların yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna, habelə mülkiyyətçinin ailə üzvlərinin yalnız öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malik olmalarını və digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə isə yalnız mülkiyyətçinin razılığı ilə yol verildiyini nəzərə almayıblar. Halbuki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmçinin, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırki halda iddi açı, xx xxx 2001-ci il tarixdə doğulub və 08 avqust 2005-ci il tarixdə sözügedən mənzilə qeydiyyata düşərkən onun 4 yaşı olub. Belə olan halda iddiaçının yaşayış yeri nənəsi X məxsus olmuş sözügedən mənzil deyil, valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılırdı. Həmin dövrdə isə iddiaçının valideynləri ümumiyyətlə mübahisəli evdə yaşamayıblar. Bu faktı iddiaçı özü də iddia ərizəsində, izahatında inkar etmir. Daha sonra işdən görünür ki, iddiaçının atası Cavabdeh2, anası isə Cavabdeh1 olub və yalnız 10 avqust 2019-cu il tarixdə onun ərizəsinə əsasən soyadı, ata adı öz arzusu ilə X3 İddiaçı dəyişdirilib. Göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün onun valideynləri ilə həmin mənzilin keçmiş mülkiyyətçisi olmuş nənəsi X arasınd a notarial qaydada təsdiqlənən yazılı razılaşma olmayıb və onların həmin mənzilə olan istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, iddiaçının nənəsi X münasibətdə mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi valideyinlərinin həmin mənzilə olan istifadə hüquqlarından törəmə olduğundan, valideynlərinin isə həmin dövrdə mənzildə hər hansı hüquqları olmadığından, onun mənzildə qeydiyyatda olması mənzildən istifadə hüququ əldə etməsinə əsas vermir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxsləri n uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsində göstərilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin -müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İiddiaçı, doğulduğu vaxtdan valideynləri tərəfindən dayısının və bibisinin himayəsinə verildiyini və onlarla birlikdə bir ailənin üzvləri kimi nənəsinin mülkiyyətində olmuş sözügedən mənzildə yaşadığını iddia etsə də, onunla dayıs ı, bibisi, habelə nənəsi arasında hər hansı hüquqi bağlılıq olmayıb və yalnız onun 10 avqust 2019-cu il tarixli ərizəsinə əsasən soyadı, ata adı öz arzusu ilə X3 İddiaçı dəyişdirilib. Bundan başqa, 03 avqust 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mübahisəli mənzil iddiaçının anası Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən iddiaçının da mübahisəli mənzildən anası Cavabdeh1 ilə bərabər istifadə etmək hüququna malik olduğu ehtimal edilsə belə, işdən görünür ki, birinci instansiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsindən sonra cavabdeh həmin mənzili 29 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 25.000 manata əvəzi ödənilməklə X1 və 09 oktyabr 2021-ci il tarixdən həmin mənzil sonuncunun mülkiyyətinə keçdiyindən, əslində iddiaçı ilə mənzilin yeni mülkiyyətçisi X arasında mənzildən istifadə hüququnun əmələ gəlib-gəlməməsi, saxlanılıb-saxlanılmaması, başqa sözlə mənzilə münasibətdə onlar arasında hüquq və vəzifələrin dəyişməsinə səbəb olan münasibətlər əmələ gəlib. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu hala diqqət yetirməyib, mənzilə mülkiyyət hüququnun 09 oktyabr 2021-ci il tarixdən X keçməsini nəzərə almayıb və sonuncunu işə baxılmasına cəlb edib hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, mənzili əvəzi ödənilməklə əldə etmiş X mənzilin iddiaçının ehtimal edilən istifadə hüququ ilə yüklü olduğunu bilib-bilməməsi ilə bağlı heç bir araşdırma aparmadan, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini d əyişdirilmədən saxlamaqla, əslində X hüquq və vəzifələrinə dair hüququnun pozulmasına səbəb olan qətnamə qəbul edib. Bu isə, Mülki Prosessual Məcəllənin 418.1, 418.3 və 418.4.6-cı maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə mübahisəli mənizilin kimin mülkiyyətində olduğu, iddiaçının həmin mənzildən həm nənəsi X, həm anası Cavabdeh1, həm də X münasibətdə istifadə hüququnun əmələ gələb-gəlmədiyi, həmin mənzilə xüsusi mülkiyyət hüququnun keçməsinin mənzildə yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olub-olmadığı və sair aydınlaş dırılmalı və yalnız bundan sonra iş üzrə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verilməlidir (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Daha sonra, işdən görünür ki, iddiaçının cavabdehə qarşı təlbi iki hissədən ibarət olub, birincisi mənzildən istifadə hüququnun tanınması; ikincisi, mənzilə köçürülmə barədə. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi...göstərilməlidir. Birinci instansiya məhkəməsi, qətnamənin nəticə hissəsində iddianı təmin edərək, iddiaçını mübahisəli mə nzilə köçürsə də, onun mənzildən istifadə hüququnun tanınması barədə tələbinə ümumiyyətlə münasibət bildirməyib, bu hissədə hansı nəticəyə gəldiyini qətnamənin nəticə hissəsində göstərməyib, apellyasiya instansiyası məhkəməsi isə bu prosessual pozuntuya əhəmiyyət verməyərək qətnaməni dəyişdirilmədən saxlayıb və bununla da yuxarıda sadalanan mülki prosessual normaların tələblərini pozub. İddiaçının, iddia ərizəsində mənzildən istifadə hüququnun tanınmasını tələb etməsi və bu barədə məhkəmədə mübahisə açması da, onun açıq-aşkar mənzildə istifadə hüququnun olması anlamına gəlməyə əsas vermir. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də m üzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 21 iyul 2022-ci il tarixli, 2(107)-721/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-72/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-72/2023
17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver