Məhkəmə qərarları › İş №2(102)-72/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-72/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-72/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın etirafı, apellyasiya baxışında yeni sübutlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağ ıdakıları müəyyən etdi İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh ) arasında bağlanmış 23 fevral 2021-ci il tarixli yazılı “Borc müqaviləsi”ndə iddiaçını cavabdehə istənilən vaxt qaytarmaq şərti ilə 7000 manat borc verdiyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat məbləğində borcun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəldən tanığı cavabdehə 28 fevral 2021-ci il tarixdə 7000 manat məbləğində borc pul vermişdir. Cavabdeh götürdüyü pulu istənilən müddətdə qaytarmağı öz öhdəsinə götürmüş və borc müqaviləsini imzası ilə təsdiq etmişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır.

4. Birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdeh bildirmişdir ki, iddiaçıdan 7000 manat borcu almış, borcunu qaytaracağına dair qəbz versə də, maddi imkanı olmadığından borcunu qaytarmamışdır. Hazırda qalan borcunu tam şəkildə qaytara bilmir. İddiaçıya olan borcunu hissə-hissə qaytaracağına söz verir.

5. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-1852/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Seyfəli Seyfullayev) iddia təmin edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilmiş, o, məhkəməyə ərizə göndərərək iddiaçıdan 7000 manat borc ald ığını təsdiq etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 739.1 və 740.1-ci, Azərbayycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. 8. 10.02.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə məhkəmə iclas protokollarına cavabdehin verdiyi qeydlər daxil olmuşdur. Cavabdeh bununla bağlı ərizəsində izahatının təhrif olunduğunu, qətnamənin ona vaxtında göndərilmədiyini, hərbi xidmətdə olduğu üçün portokolla vaxtında tanış ola bilmədiyini, məhkəmə iclasında iddiaçıdan əslində 1100 manat borc aldığı, borcun sələmə verildiyi üçün məbləğin belə yüksək yazıldığı barədə izahat verdiyini bildirmişdir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.202 3-cü il tarixli qərardadı ilə ərizə (qeydlər) rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddianı təmin edərkən cavabdehin borcunu etiraf etməyini əsas tutmuş, lakin cavabdehin verdiyi izahatı təhrif olunmuş formada qətnaməyə daxil etmişdir. Belə ki, cavabdeh əslində sələmə 1100 manat borc almış, lakin qəbzə 7000 manat yazmış, məhkəmə iclasında da 1100 manat borcunun olduğunu və həmin məbləği qaytarmaq istədiyini bildirmişdir. Qanunvericiliyə uyğun olaraq 3000 manatdan yuxarı ola n borc müqaviləsi notarial qaydada bağlanmalıdır. Hazırda iddiaçı ilə aralarında olan səs yazısını əldə etmişdir və bu səs yazısı onun dediklərini təsdiq edir. Səs yazısının yazılma səbəbi aralarında olan real danışıqları məhkəmənin diqqətinə çatdırmaqdan ibarətdir. Səs yazısının birinci instansiya məhkəməsinə təqdim edilməməsi səbəbi isə həmin yazını sonradan əldə etməsidir. Diskdə iddiaçının dilindən bildirilir ki, onun borcu 1100 manatdır.

12. Cavabdeh səs yazısının əks olunduğu kompakt disk apellyasiya şikayətinə əlavə etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) apell yasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, 23 fevral 2021-ci il tarixli borc müqaviləsinə görə cavabdeh iddiaçıdan istənilən vaxt qaytarmaq şərtilə 7000 manat məbləğində borc pul almışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbini əsaslandırmış, sübut olaraq tərəflər arasında bağlanmış borc müqaviləsini təqdim etmiş, borc müqaviləsi mübahisələndirilməmiş, cavabdeh müqavilədəki imzanın ona məxsusluğunu inkar etməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində və izahatında iddiaçıdan 7000 manat deyil, 1100 manat borca pul aldığını bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh təqdim etdiyi səs yazısı olan disklərin nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını bildirmədiyi, həmin sübutu birinci instansiya məhkəməsində işin məhkəmədə hazırlanması mərhələsində təqdim etmədiyi üçün həmin disklər sübut olaraq qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, mülki iş materiallarında olan borc barədə qəbzin məzmunundan göründüyü kimi, 7000 manat borc aldığını göstərmiş, lakin məhkəmə zamanı əslində borcunun 1100 manat olduğunu bildirmişdir. Həmin vaxt borcunun 1100 manat olmasını tə sdiq edən sübut olmadığına görə, məhkəmə borc müqaviləsinin notarial qaydada bağlanılmasını təsdiq edən qaydaları nəzərə almadan, iddiaçının subyektiv izahatlarını mötəbər qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Lakin sonradan iddiaçı ilə aralarında olan səs yazısını əldə etmişdir və bu səs yazısı onun məhkəmə iclasında dediklərini təsdiq edir. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətləri ilə bağlı maddi hüquq normalarına düzgün istinad etsə də, işin nəticəsi ilə bağlı sübutlara düzgün qiymət verməmiş, qətnaməni ləğv etməklə iddianı rədd etməli olduğu halda, apelyasiya şikayətini təmin etmədən, əsassız qətnamənin qüvvədə qalmasına şərait yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz edərək, apell yasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

23. Maddə 52.5. İd diaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayi nə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

28. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

31. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

32. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

33. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh o lunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

34. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.

35. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

36. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiy indən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə bəzi maddi və prosessual hüquq normalarının mətni köçürülsə də, məhkəmə mövqeyini MPM-in 220.4cü maddəsinə istinadla belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizə ilə iddia etiraf edildiyindən iddia təmin olunmalıdır. Həmin maddənin ikinci cümləsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

44. Nəzərə alınmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 52, 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür.

45. Baxılan iş üzrə iş materiallarında birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan iddianın etirafı barədə yazılı ərizə mövcud deyildir, həmçinin cavabdehin iddianı (borcunun mövcud olması faktını) etiraf etdiyi qeyd olunan məhkəmə iclas protokolu da cavabdeh tərəfindən imzalanmamışdır.

46. İş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli baxış iclası protokolunun izahatlar hissəsində cavabdehin iddianı (əslində faktı) şifahi etiraf etdiyi qeyd edilsə də, protokolun çıxışlar hissəsində cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir.

47. Məhkəmə iclas protokolları və birinci instansiya məhkəməsinin qətnaməsi əsasında hakim tərəfindən MPM-ə müvafiq olaraq cavabdehin iddianı etiraf etməsinin prosessual nəticələrinin ona izah edildiyi (maddə 191.2) və iddianın etiraf edilməsinin qanuna zidd olub-olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığı ilə əlaqədar əsaslandırma aparıldığı (maddə 52.5) müəyyən edilmir.

48. Qeyd olunan çoxsaylı prosessual pozuntulara və ziddiyyətlərə baxmayaraq cavabdehin izahatının təhrif edildiyi, məhkəmə iclasında iddianı qismən etiraf etdiyi (1100 manat hissəsində) barədə məhkəmə iclas protokoluna verdiyi qeydlər rədd edilmişdir.

49. Eyni dəlil cavabdehin apellyasiya şikayətinin də əsasını təşkil etmiş, cavabdeh həmin halları və əslində borcunun daha az olduğunu təsdiq edən sübut qismində məhkəməyə kompakt disk təqdim etmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməmiş və qətnaməni dəyişdirilmədən saxlamış dır. Məhkəmə hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində və izahatında iddiaçıdan 7000 manat deyil, 1100 manat borca pul aldığını bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi MPM-in 95 və 78.1-ci maddələrinə istinadla cavabdehin təqdim etdiyi səs yazısı olan diskin nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını bildirmədiyi, həmin sübutu birinci instansiya məhkəməsində işin məhkəmədə hazırlanması mərhələsində təqdim etmədiyi üçün sübut olaraq qəbul etməmişdir.

52. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 76.3-cü maddəsinə müvafiq olaraq mülki prosesdə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Lakin bu qaydadan müəyyən istisnalar da mövcuddur.

53. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır.

54. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

55. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə if adələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

56. Baxılan iş üzrə cavabdehin özünün bildirdiyinə görə sübut kimi tədqiq olunmasını istədiyi səs yazıları onunla iddiaçı arasında hazırkı iddianın əsasını təşkil edən borc müqaviləsi ilə bağlı telefon danışığı zamanı yazılmışdır.

57. Eyni zamanda diskin nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində əlavə suallar yaranardısa, hakim məhkəmə iclasında həmin məsələləri sübutu təqdim edən şəxslə müzakirə edə bilərdi. Lakin apellyasiya baxışı iclasının məhkəmə iclas protokolunda məhkəmə tərkibinə daxil olan hakimlər tərəfindən iclasda iştirak etmiş cavabdehə bununla bağlı heç bir sual verilməmişdir.

58. Sübutun vaxtında (işin məhkəmədə hazırlanması mərhələsində) təqdim etmədiyini, cavabdeh, həmin səs yazısının birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra yazılması ilə əsaslandırmışdır.

59. Göstərilən əsasla sübutu vaxtında verilməmiş hesab edən apellyasiya instansiyası məhkəməsi nəzərə alma mışdır ki, mülki prosessual qanunvericilik sübutların birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi barədə ümumi və çox vacib qayda nəzərdə tutmaqla yanaşı, bu qaydadan istisnalar da müəyyən etmişdir. MPM-in 78.1 və 372.2-ci maddəsində əks olunmuş həmin istisnalara əsasən bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyi və ya işdə iştirak edən şəxslər sübutların vaxtında təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda məhkəmə baxışı zamanı və hətta apellyasiya instansiyası məhkəməsi tərəfindən də yeni sübut qəbul edilə bilər.

60. Lakin hazırkı iş üzrə apellyasiya baxışı zamanı məhkəmə apelyasiya şikayətinə əlavə olunmuş sübutun həmin mərhələdə verilməsinin MPM-in 372.2-ci maddəsi baxımından mümkünlüyü barədə məsələni müzakirə etmədən və bununla bağlı cavabdehin apellyasiya şikayətində ifadə etdiyi əsaslandırmaya qiymət vermədən həmin sübutu qəbul etməmişdir.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar